Month: June 2019

  • Bakıda dəhşət: Ər xəstəxananın həyətində arvadının başını kəsdi

    Bakıda ər arvadının boğazını kəsib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

    Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib.

    Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

    Xəstəxanadan APA-ya yaralının vəziyyətinin ağır olduğu bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Сураханы житель столицы украл из магазина 12 телефонов

    Как сообщает Median.Az, сотрудники 32-го отделения полиции Сураханского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы С.Панахова, который 12-го мая из магазина на территории района украл 170 манатов, 12 мобильных телефонов и часы.

    В Следственном отделе Сураханского РУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Suraxanıda mağazadan 12 telefon oğurlayan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Suraxanı RPİ 32-ci polis bölməsinin əməkdaşları tərəfindən paytaxt sakini S.Pənahov saxlanılıb.

    Müəyyən edilib ki, saxlanılan şəxs mayın 12-də rayon ərazisindəki mağazadən 170 manat pul, 12 ədəd mobil telefon və qol saatı oğurlayıb.

    Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Евро-2020: Открыт счет в матче Азербайджан – Венгрия

    В отборочном матче Евро-2020 Азербайджан – Венгрия открыт счет.

    Первый гол на 18-й минуте забил игрок сборной Венгрии Вилли Орбан после подачи со штрафного Балажа Джуджака.

  • В Азербайджане перевернулся микроавтобус, есть пострадавшие

    На территории села Падар Гаджигабульского района перевернулся микроавтобус марки “Volkswagen” (99 SF 710), управляемый жителем Гянджи Танрывердиевым Арзу Джамал оглу.

    Как сообщает АПА, в результате водитель и пассажир автомобиля – житель Гянджи Гусейнов Таир Рза оглы (1957 г.р.) были доставлены в городскую центральную больницу Ширвана с травмами различной степени тяжести.

  • “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri təqdim olunub

    “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri təqdim olunub.

    Gənclər və İdman Nazirliyi və Formula 1 Azərbaycan Qran-Prisinin dəstəyi ilə “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin təşkilatçılığı ilə könüllülər üçün “Bir komanda, tək məqsəd” adı altında idman festivalı təşkil edilib.

    Median.Az xəbər verir ki, festival könüllülərin səmərəli və sağlam vaxt keçirmələri, daha sıx dostluq münasibətləri qurmaları və tədbir öncəsi motivasiyalarının artırılması məqsədiylə keçirilib.

    Tədbirdə Bakıda keçirilən beynəlxaq idman festivallarında böyük təcrübə əldə etmiş 1500 könüllü iştirak edib. Onlar arasında futbol, basketbol, çimərlik voleybolu və kartinq idman növləri üzrə yarışlar keçirilib. Qalib komanda və iştirakçılara kubok və müxtəlif hədiyyələr verilib.

    “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov son illərdə ölkəmizdə vətənpərvər könüllülərin çoxaldığını vurğulayıb: “Biz Azərbaycanda əksəriyyəti gənclərdən ibarət böyük könüllü komandasının formalaşmasına çox sevinirik. Bu tədbir könüllülərin komanda ruhuna, festival öncəsi oyunlara inteqrasiyasına, sağlam həyat tərzi və idmanın təbliğatı uğrunda birgə mübarizə aparmalarına və “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı effektiv fəaliyyət göstərmələrinə təkan verəcəkdir”.

    Tədbir çərçivəsində könüllülərin ulduz səfirləri də ictimaiyyətə təqdim olunub. Ulduz səfirlər xeyriyyəçi və televiziya aparıcısı Haci Nuran, məşhur muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva, eləcə də istedadlı müğənni Tofiq Hacıyev və “O səs Türkiyə” yarışmasının finalisti Leyla Rəhimova olub.

    Tədbirdə cıxış edən Hacı Nuran deyib: “Biz könüllülərin ulduz səfiri və sosial dəyəri yüksək olan ictimai tədbirlərin bir hissəsi olmaqdan qürur duyuruq. Qələbə və uğur sevincini könüllülərlə birgə yaşayıb, onları paylaşmaq ən gözəl hislərdən biridir”.

    Tədbir ulduz səfirlərin ifaları ilə davam edib.

    Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

  • Əgər sizdən xırda qəpikləri götürmürlərsə, nə etmək lazımdır?

    Mütamadi olaraq sosial şəbəkələrdə insanlar 1,3 və 5 qəpiklərin dükanlarda, alış-veriş mərkəzlərində və digər yerlərdə götürülməməsindən gileylənirlər. Daha çox belə hallara kiçik marketlərdə və avtobuslarda rast gəlinir.

    Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında belə hallarla qarşılaşan vətəndaşlara İqtisadiyyat Nazirliyinə müraciət etməyi məsləhət görüb, çünki qanunda bu məsələ barəsində yazılmır.

    O qeyd edib ki, bu cür hallarla bağlı şikayətlər ayda bir dəfə olur və əksər vaxtlarda onları telefon zəngləri vasitəsi ilə həll etmək mümkün olur.

    “Biz dükana zəng edirik, onlarla danışırıq və nəticədə istehlakçı ilə yaranmış problemi həll edirlər. Lakin hesab edirəm ki, əgər pul dövriyyədədirsə, onu qəbul etməməyə heç kimin haqqı yoxdur”, – deyə E. Hüseynov bildirib.

    Hüquqşünas Elçin Qəmbərov isə qeyd edib ki, xırda qəpikləri qəbul etməkdən imtina qanun pozuntusudur.

    “Bunu faktiki olaraq respublikanın maliyyə siyasətinə qarşı sabotaj kimi dəyərləndirmək olar. Bu, ölkənin maliyyə qüdrətini sarsıdır. Əgər pul dövriyyədədirsə, xırda olduğuna görə heç kimin onu qəbul etməməyə haqqı yoxdur. Əgər bu hal avtobusda baş verirsə, sərnişindaşımaya görə cavabdeh olan şirkətə, habelə Maliyyə Nazirliyinə, yox əgər dükanlarda baş verirsə, təkcə Maliyyə Nazirliyinə yazmaq lazımdır. Onlar inzibati cəza təyin edə bilər”, – deyə o vurğulayıb.

    Vəkilin sözlərinə görə, başqalarına dərs olsun deyə, qanunu pozanlara qarşı sərt tədbirlər görülməlidir.\\media.az

  • Biləcəridə oğru qardaşlar tutulub

    Oğurluqda şübhəli bilinən Biləcəri qəsəbə sakinləri S.Məmmədov və qardaşı Z.Məmmədov saxlanılıb.

    Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə,

    Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Biləcəri qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş S.Məmmədov və qardaşı Z.Məmmədov saxlanılıblar.

  • Телефоны Apple и Huawei признаны самыми надёжными

    Фирма Harris Interactive провела исследование, в результате которого следует вывод, что Телефоны Apple и Huawei меньше устройств других брендов нуждаются в гарантийном ремонте.

    То, что Apple выпускает качественные телефоны, которым редко требуется ремонт, вряд ли кого удивит. Тем более что Apple iPhone — одни из самых дорогих телефонов на рынке. Но включение Huawei в этот список также довольно показательно, передает 3dnews.ru.

    Harris Interactive проследила за 130 050 случаями послепродажных незапланированных обращений клиентов крупной европейской розничной сети электроники Darty и составила список брендов, устройствам которых потребовался минимальный гарантийный ремонт в рамках обычного двухлетнего срока (в США продолжительность гарантийного обслуживания составляет один год).
    В итоге телефоны Huawei и Honor (бренд, принадлежащий Huawei), а также Apple составили первую тройку производителей, чьи устройства характеризуются наименьшим уровнем отказов, то есть у них наименьшая вероятность поломки в течение гарантийного периода.

    В исследовании указаны и другие интересные моменты, как, например, тот факт, что средняя продолжительность владения смартфоном составляет сейчас три года, чего и опасалась индустрия.

    Хотя телефоны теперь используются более интенсивно, чем раньше, они служат гораздо дольше. И пройдёт несколько лет, прежде чем пользователь захочет сменить имеющийся гаджет на новый, более современный.

  • “Röya ilə dost olmamışıq, özü məni tapıb” – Qalmaqal “alovlandı”

    “Eurovision” qalibi Nigar Camal “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında qonaq olub.
    İfaçı “Altın kelebek” mükafatları zamanı Əməkdar artist Röya Ayxanla olan qalmaqalı barədə sualları cavablandırıb.
    Sənətçi Röya ilə yaxın münasibətlərinin olmadığını bildirib:

    “Röya ilə heç vaxt dost olmamışıq. Özü məni tapdı, duet etmək istədi. Biz 3 dəfə görüşdük. Sonra “Altın kelebek” oldu. Özü zəng edib, Miri Yusifdən nömrəmi götürmüşdü. Əvvəldən bilirdim ki, “Altın kelebek” almayacağam. Mənə dedilər ki, “Oskar” mükafatları kimi qırmızı xalı filan var. Düşündüm ki, maraqlı olacaq. Gedəndə gördüm ki, “Eurovision”un yanında “Altın kelebek” heç nədir. Türk mediasından 2-3 nəfər var idi, onlar da yalnız türklərdən müsahibə götürürdü. Bizi isə tanıyan yox idi, ancaq “Xəzər” TV ilə ATV müsahibə alırdı. Bir də “Altın kelebek”ə təklif gəlsə, getmərəm. Mən Röyanı təbrik etdim. Nə etməli idim ki? Ona “bunu” sözünü deməmişəm, rus dilliyəm deyə, sözüm belə anlaşılıb”.

    Qeyd edək ki, qalmaqala səbəb Nigarın Röyanı mükafatlandırma zamanı yox, sosial mediadan təbrik etməsi olmuşdu.
    (axşam.az)