Month: June 2019

  • Azərbaycanda yerli taxılın tədarükü artırılır

    Azərbaycanda yerli taxılın tədarükü artırılır.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri, “Karat Holding” MMC-nin rəhbəri Taleh Qasımov deyib.

    Onun sözlərinə görə, Beyləqan və Samuxdan gətirilən taxıl yüksək keyfiyyəti ilə fərqlənir:

    “Yerli taxıl əsasən dördüncü sinfə aiddir, amma yeni toxum sortları daha keyfiyyətlidir. Beyləqan və Samuxdan daha keyfiyyətli buğda gətirilir, ona görə də biz yerli taxılın tədarükünü artırırıq”.

    O bildirib ki, eyni zamanda Azərbaycanda istehsal olunmuş un və un məmulatlarının yeni bazarlara ixracı ilə bağlı danışıqlar aparılır:

    “Yerli buğda və un və bazarı mülayim tempdə artır, daxili tələbatla bağlı proqnozlar da məlumdur. Ona görə də biz yeni bazarların tədqiq olunması üzərində işləyirik. İraq, Türkiyə və Gürcüstanda tərəfdaşlarla danışıqlar aparılır. Ötən il biz Gürcüstana 3 min ton makaron ixrac etmişik. Potensialımız 6 min ton un ixrac etməyə imkan verir”.

  • Bakıya CNG avtobusu gətirildi

    “Xaliq Faiqoğlu” şirkəti avtobus parkının müasir, ekoloji standartlara cavab verən təbiət dostu avtobuslarla yeniləməsi istiqamətində yeni fəaliyyət proqramının icrasına başlayıb.

    Median.Az xəbər verir ki, şirkətin 10 ildən çoxdur əməkdaşlıq etdiyi “Anadolu İsuzu” şirkəti tərəfindən istehsal edilmiş və sıxılmış təbii qazla (CNG) işləyən test avtobusu artıq paytaxtımıza gətirilib. AVRO-6 standartlarına cavab verən “İsuzu Citiport CNG” markalı bu avtobus 11-13 iyun tarixində Bakıda keçiriləcək 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində nümayiş etdiriləcək. Beynəlxalq sərginin başa çatmasından sonra avtobus paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək və əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq test mərhələsi həyata keçiriləcək.

    Nəzərinizə çatdıraq ki, “Xaliq Faiqoğlu” şirkəti ekoloji standartların qorunmasına, AVRO standartların tətbiqinə böyük əhəmiyyət verir və inkişaf strategiyasını bu prinsip əsasında formalaşdırır. Şirkət son illərdə avtobus parkını əhəmiyyətli dərəcədə yeniləyib və sərnişinlərə AVRO-5 standartlarına cavab verən müasir nəqliyyat vasitələri ilə xidmət göstərilir. Şirkət 2019-2022-ci illəri əhatə edən yeni inkişaf strategiyası çərçivəsində CNG ilə çalışan (AVRO-6 standartlı) 120 ədəd nəqliyyat vasitəsini paytaxtımıza gətirməyi planlaşdırır.

  • Kriminal avtoritetin qətlinin səbəbi – Qadın olub + Foto

    Bakıda kriminal avtoritetin qətlinin təfərrüatı məlum olub.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, Mübariz Budaqlıya atəşi Taleh Cəlalov açıb.

    Hadisə təqib zamanı baş verib. Belə ki, qurbanın avtomobili tıxaca düşüb və T.Cəlalov lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb. Əvvəlcə güllə avtomobilin ön şüşəsinə dəyib, ikinci atəş isə M.Budaqlını ölümcül yaralayıb.

    Qətlin səbəbi isə M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər iki nəfər T.Cəlalovun həyat yoldaşı haqqında çirkin şayiələr yayıb.

    Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Lakin M.Budaqlı onun qəzəbindən yan keçə bilib.

    Bu arada, qətlin qurbanı dələduzluqda ittiham olunurdu və 2017-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. Kriminal avtoritet iki ay əvvəl azadlığa çıxıbmış.

    İlkin dindirilmə zamanı saxlanılan şəxs iyunun 7-də M.Qubadlı ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisə törədilib.

    Qeyd edək ki, qətldən dərhal sonra bu hadisənin digər kriminal avtoritet, “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) əlaltısı Emin Səfərovun (Emin Masallinski) amansız qətli ilə bağlı olduğuna dair söz-söhbətlər yayılıb. Sonuncu mayın 10-da İsrafil Həşimov küçəsində baş vermiş kütləvi dava zamanı qətlə yetirilmişdi. Ancaq bu versiya öz təsdiqini tapmadı.

    Xatırladaq ki, hadisə Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.

    Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar.

    Adıçəkilən şəxslər “10-GD-021” dövlət nömrə nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçmaq istəyiblər.

  • Ученые назвали главную опасность фастфуда для детей

    Дети подвергаются повышенному риску, питаясь фастфудом. Об этом заявили исследователи Неаполитанского университета, сообщает «РИА Новости».

    По данным ученых, питание фастфудом приводит к накоплению в организме веществ, способствующих развитию пищевой аллергии. Особенную опасность это представляет для детей. У любителей продуктов быстрого питания выявлено много белковых и жировых молекул, покрытых углеводами.

    Кроме того, в последнее время ученые обнаружили, что потребление калорийной и жирной пищи способствует развитию болезни Альцгеймера и прочих серьезных заболеваний, таких как, например, астма.

  • Hacıqabulda mikroavtobus aşdı, yaralılar var

    Bakı-Qazax avtomobil magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində Gəncə sakini, 1971-ci il təvəllüdlü Tanrıverdiyev Arzu Camal oğlunun idarə etdiyi “Volkswagen” markalı 99 SF 710 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb.

    APA-nın məlumatına görə, nəticədə sürücü və avtomobildə olan sərnişin – Gəncə sakini, 1957-ci il təvəllüdlü Hüseynov Tahir Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.


    Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

  • Наркотики из Армении калечат судьбы азербайджанцев Грузии

    Сотни азербайджанцев отбывают срок в грузинских тюрьмах только за хранение и реализацию наркотических средств.

    Всплеск преступности сильно беспокоит азербайджанскую общину, заявил Oxu.Az председатель Национального конгресса азербайджанцев Грузии Али Бабаев.

    350 азербайджанцев, отбывающих в настоящее время срок за наркотики, насчитали в тюрьмах Грузии. По словам А.Бабаева, неделю назад в Гардабанском районе была проведена спецоперация, в ходе которой по подозрению в реализации наркотических средств задержали 19 азербайджанцев.

    «Беда в том, что среди задержанных много несовершеннолетних. Наркоторговцы вовлекают в это дело детей, более того – целые семьи. Со своей стороны мы пытаемся бороться с этим злом, встречаемся с аксакалами, представителями общины, ведем пропаганду против наркотиков, но этого недостаточно», – сказал А.Бабаев.

    Правоохранительные органы Грузии делают все возможное, чтобы перекрыть маршруты поставок наркотиков, а их много. А.Бабаев отметил, что наркотики в Грузию ввозятся из Армении, Турции, Ирана, транзитом используется территория Азербайджана. Возросло также число задержанных иранских контрабандистов, переправлявших в Грузию афганский героин.

    В свою очередь глава Кавказского центра мониторинга прав человека, эксперт Эльбрус Мамедов отметил, что всплеск преступности связан также с тем, что последние десять лет азербайджанцы Грузии испытывают большие проблемы с трудоустройством.

    Он отметил, что в сфере занятости населения, помимо способностей, знаний молодежи, ключевое значение имеет способность к адаптации и получению навыков после завершения обучения. В нынешних условиях социального выживания у азербайджанской общины Грузии эта предпосылка нарушена.

    «Мы неоднократно в наших отчетах, отправляемых в ООН, Совет Европы, другие международные организации, отмечали, что этнические азербайджанцы, особенно молодежь, остаются в стороне даже от тех проектов, которые реализуют грузинские организации в области трудоустройства. Община не имеет никакого представления о динамике рынка труда, занятости и карьере, возможностях трудоустройства, тенденциях, спросе и предложении рабочей силы», – сказал он.

    Община нуждается в информационной поддержке по вопросам предпринимательства и самозанятости, в профессиональном консультировании и профотборе безработных для открытия ими собственного дела, в финансовой поддержке.

    По словам Э.Мамедова, за последние дни было убито несколько азербайджанцев и еще несколько совершили самоубийство.

    Отметим, что в ночь с 6 на 7 июня в Гардабани были зверски убиты пожилые супруги Искендер и Шафига Мусаевы. Убийца забил стариков до смерти, изуродовал их лица, а на стене дома написал послание, адресованное сыну убитых: «Приезжай, мы тебя ждем». Предполагается, что таким образом убийца отомстил сыну Мусаевых, который в настоящее время находится в России.

    Пока подозреваемый по факту не задержан. За день до этого двойного убийства в селе Хидискури (Гасанходжалы в Квемо-Картли) был убит пожилой Шахали Джамалов. Кроме того, была тяжело ранена его жена. По факту был задержан Низами Гурбанов.

    Как отметил А.Бабаев, более 20 лет назад Джамалов убил дядю Низами Гурбанова и тем самым посеял кровную вражду. Теперь Н.Гурбанов отомстил за смерть своего родственника.

    Следствие по фактам продолжается.

  • Lənkəranda təcili eniş edən təyyarə Naxçıvana yola düşüb – YENİLƏNİB

    Bakı-Naxçıvan reysi üzrə hərəkət edən, hava şəraiti səbəbindən Lənkərana məcburi eniş edən təyyarə 17:00-da Lənkəran Hava Limanından Naxçıvan istiqamətinə yola düşüb.

    Bu barədə AZAL məlumat yayıb.

    16:36

    AZAL-ın J2-253 Bakı (GYD) – Naxçıvan (NAJ) reysi ilə uçmalı olan təyyarə Lənkəran hava limanına eniş edib.

    Bununla bağlı AZAL-ın “Facebook” səhifəsində məlumat verilib.

    Bildirilib ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, hava gəmisinin kapitanı Lənkərana enmək qərarına gəlib.

    Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib.

    Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.

    Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.

  • Paytaxtda zəncirvari qəza: 4 maşın toqquşdu – VİDEO

    Paytaxtın Nizami rayonu Qara Qarayev, Neftçilər və Babək prospektinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən bildirir ki, “Toyota” markalı minik maşını hərəkətdə olarkən digər üç “Mercedes” markalı avtomobillərlə toqquşub.

    Baş verən qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, hərəkətə maneələr yaradıb.

    Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzanı törədən “Toyota” markalı avtomobilin sürücüsü yüngül xəsarət alaraq Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • II Avropa Oyunlarında iştirak edəcək idmançılarla görüş keçiriləcək

    Milli Olimpiya Komitəsində Minsk-2019 Avropa Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüş keçiriləcək.

    İyunun 10-da baş tutacaq görüşdə gənclər və idman naziri Azad Rəhimov və MOK vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edəcək.

    Tədbir çərçivəsində Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin təmsilçiləri idmançılara oyunlarla bağlı vacib məlumatları verəcək və sualları cavablandıracaq.

  • Gürcüstanda həbsxanalara düşən azərbaycanlıların sayı artır

    Gürcüstan həbsxanalarında yüzlərlə azərbaycanlı narkotik vasitələrin saxlanılması və satışına görə cəza çəkir.

    Gürcüstan azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayevin Oxu.Az-a verdiyi açıqlamaya görə, narkotiklərlə bağlı cinayət hallarının artması Azərbaycan icmasını ciddi şəkildə narahat edir.

    Hazırda Gürcüstan həbsxanalarında narkotik vasitələrlə əlaqədar 350 azərbaycanlı cəza çəkir. A.Babayevin sözlərinə görə, bir həftə əvvəl Qardabani rayonunda keçirilən xüsusi əməliyyatın gedişində narkotik vasitələrin satışında şübhəli bilinən 19 azərbaycanlı saxlanılıb.

    “Dərd ondadır ki, azərbaycanlı məhbuslar arasında çox sayda yetkinlik yaşına çatmamışlar var. Narkotacirlər bu işə uşaqları, bəzən bütöv ailələri cəlb edir. Biz öz tərəfimizdən bu bəlaya qarşı mübarizə aparırıq, ağsaqqallarla, icma nümayəndələri ilə görüşlər keçiririk, narkotik vasitələrə qarşı təbliğat aparırıq. Bununla belə, bütün bunlar kifayət etmir”, – deyə A.Babayev söyləyib.

    Gürcüstanın hüquq-mühafizə orqanları çoxsaylı narkotik vasitə marşrutlarının qabağını kəsmək üçün əllərindən gələni edirlər. A.Babayevin sözlərinə görə, narkotik vasitələr Gürcüstana Ermənistan, Türkiyə, İrandan gətirilir, tranzit kimi Azərbaycan ərazisində istifadə olunur. Həmçinin, son vaxtlar Gürcüstana əfqan heroini daşıyan iranlı qaçaqmalçılar arasında saxlanılanların sayı əhəmiyyətli dərəcədə artıb.

    Qafqaz insan haqları monitorinq mərkəzinin başçısı, ekspert Elbrus Məmmədov cinayət hallarının artmasını son on il ərzində Gürcüstanda yaşayan azərbaycanlıların məşğulluqla bağlı ciddi problemlərlə üzləşməsi ilə əlaqələndirir.

    O bildirib ki, əhalinin məşğulluq sahəsində, peşə bacarıqları və bilikləri ilə yanaşı, gənclərdən mövcud şəraitə uyğunlaşma bacarığı və təhsilin baş çatmasından sonra müəyyən vərdişlərin mənimsənilməsi tələb olunur. İndiki sosial sağqalma mübarizəsi şəraitində Azərbaycan icmasının nümayəndələri bu imkandan məhrum olub.

    “Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlara göndərdiyimiz hesabatlarda etnik azərbaycanlıların, xüsusilə gənclərin Gürcüstan təşkilatlarının məşğulluqla bağlı həyata keçirdiyi layihələrdən kənarda qaldığını dəfələrlə göstərmişik. İcmanın əmək bazarının dinamikası, məşğulluq və karyera, işə düzəlmə imkanları, işçi qüvvə tendensiyaları, tələb və təklifləri ilə bağlı heç bir təsəvvürü yoxdur”, – deyə o bildirib.

    İcmanın sahibkarlıq fəaliyyəti ilə bağlı informasiya dəstəyinə, işsizlərin fərdi təsərrüfata cəlb olunması üçün peşəkar məsləhətləşmə və peşə seçiminə, maddi dəstəyə ehtiyacı var. E.Məmmədovun sözlərinə görə, son günlər ərzində bir neçə azərbaycanlı qətlə yetirilib, bir neçəsi öz həyatına qəsd edib.

    Qeyd edək ki, iyunun 6-dan 7-nə keçən gecə Qardabanidə yaşlı ər-arvad – İsgəndər və Şəfiqə Musayeva vəhşicəsinə öldürülüb. Qatil qocaları ölənə qədər döyüb, üzlərini tanınmaz hala salıb, divarda isə oğlanlarına belə bir ismarıc yazıb: “Gələrsən, səni gözləyirik”.

    Qatilin bu yolla hazırda Rusiyada olan Musayevlərin oğlundan intiqam aldığı güman edilir.

    Hələlik faktla bağlı saxlanılan yoxdur. Bundan bir gün əvvəl isə Kvemo Kartli bölgəsinin Hidiskuri kəndində qətl hadisəsi qeydə alınıb. Yaşlı Şahəli Camalov öldürüb, həyat yoldaşı isə ağır yaralanıb. Fakt üzrə şübhəli qismində Nizami Qurbanov saxlanılıb.

    A.Babayevin bildirdiyinə görə, 20 il əvvəl Camalov Nizami Qurbanovun əmisini öldürüb və beləcə, qan davasının əsasını qoyub. N.Qurbanovun yaxın qohumunun intiqamını aldığı güman edilir.

    Fakt üzrə araşdırma davam edir.