Month: June 2019

  • Шакира прислала в суд своего двойника

    Колумбийская певица Шакира провернула целую спецоперацию, чтобы не оказаться в объективе фотографов у здания испанского суда, куда ее вызвали на допрос из-за неуплаты налогов, об этом передает The Guardian.

    Папарацци дежурили у здания с самого утра, а в результате на пороге появилась не сама певица, а её двойник.

    Пока у входа царила суматоха, настоящая Шакира преспокойно проникла в здание через служебный вход, так что перед судьёй предстал все-таки «оригинал», а не «копия». 42-летняя звезда признала, что у нее имеются задолженности, однако она сотрудничает со следствием.

  • Almaniyada əylənmək üçün 85 nəfəri öldürən tibb işçisinə hökm oxundu

    Almaniyanın Oldenburq şəhər məhkəməsi keçmiş sanitar Hils Hegeli işlədiyi klinikada 85 pasiyenti öldürdüyünə görə, ömürlük həbsə məhkum edib. Bu barədə The Guardian məlumat yayıb.

    42 yaşlı Heqel 2000-2005-ci illərdə Almaniyanın şimalındakı Oldenburq və Delmenxorst şəhər klinikalarında işləyib. O verdiyi dərmanla xəstələrin ürəyinin fəaliyyətini dayandıraraq, sonra yenidən onları həyata qaytarmağa çalışırmış. Lakin bu fəaliyyət əsasən, uğursuzluqla nəticələnirmiş. Heqel bu yolla 85 nəfərin ölümünə səbəb olub.

    Hakim Sebastyan Byurmann bildirib ki, Heqelin hərəkəti heç bir məntiqə sığmayıb və xüsusi ağır cinayətlər qismindəndir.

    Araşdırmalar zamanı məlum olub ki, Heqel öldürdüyü xəstələri şəxsən tanımayıb, o sadəcə həmkarları qarşısında öyünmək və darıxdığı üçün belə addım atıb.

    Heqel 2005-ci ildə həbs edilib. O zamandan onun cinayət işi üzrə iki dəfə məhkəmə başladılıb. Yeni məhkəmə prosesi 2018-ci ildə başlayıb. Son məhkəmə prosesi çərçivəsində Heqelin növbətçiliyi zamanı ölmüş 130 pasiyentin məzarları açılaraq ekspertizaya göndərilib.

  • Qida istehsalçılarının hiylələri

    Hər gün masamızda olan yeməklərin keyfiyyətini bəzən ayırd edə bilmirik.

    Çünki qida istehsalçıları bir sıra hiylələrdən istifadə edirlər ki, istehlakçı bunu görə bilmir.

    Median.Az foodinfo.az-a istinadən bu hiylələrin bəziləri ilə sizi tanış edir:

    Demək olar ki, hamımız qəssabdan ət alırıq. Bir çox hallada isə qiyməyə (farş) üstünlük veririk. Amma qiymənin tərkibinə ətin lazımsız hissələri ilə yanaşı ucuz toyuq ətinin də qarşıdırıldığını bilirdinizmi?

    Şirniyyatı çox sevirik. Xüsusilə yediyimiz zaman dadından doymuruq. Amma bəzi qida istehsalçıları qozlu paxlavaya qoz yerinə digər bitkilər, məsələn, noxud qatdığının fərqinə varmısınızmı? Təəssüf ki, bunu ayırmaq bizim üçün olduqca çətindir.

    Təbii darçının əvəzinə bəzən ona oxşayan lakin ziyanlı kasiya satılır.

    Toz bibərə soda, un, nişasta əlavə olunur.

    Qırmızı bibərə baxdığımızda rənginin necə parlaq olduğunu görürük. Parlaq bir rəng almağının səbəbi kərpic tozu ola bilər.

    Süfrələrimizdə faydalı olduğu üçün zeytun istifadə edirik. Amma qara rəng almaq üçün sənaye boyasından istifadə olunur.

    Balıq omeqa qaynağıdır. Hamımız bilirik. Təəssüf ki, bəziləri “təzə balıq” formasını yaratmaq üçün qırmızı rəngi balığın qəlsəmələrinə çəkə bilər ki, bu da balıq sevənlərə təzə kimi görünür.

    Çörək bizim əvəzolunmaz qidamızdır. Xüsusilə bəziləri ağ çörəyi çox sevir. İsti çörəyi alarkən içinin dümağ olması sizi çaşdırmasın. Bəziləri çörəyin ağ rəngli görünməsi üçün xəmirə əlavə rəng qatırlar.

    Vitaminlərin mənbəyi olan meyvələr və tərəvəzlərin gözəl görünüşünə aldanmayın. Parıltılı meyvə və tərəvəzlərin o vəziyyətə düşməsi üçün xüsusi mumdan istifadə olunur. Bu mum orqanizmdə toplanır, toksiki və bəzi məlumatlara götə hətta kanserogen təsir edir. Odur ki, meyvə-tərəvəzləri alarkən əvvəl cod dəsmalla yaxşı silin və sonra su ilə yuyun.

    Bunlar qidalardakı hiylələrin növlərinin, sadəcə, bir neçə nümunəsidir…

  • Rusiyanın tanınmış aktyoru vəfat etdi

    Rusiyanın tanınmış aktyoru Aleksandr Kuznetsov 60 yaşında dünyasını dəyişib.

    Median.Az-ın məlumatına görə, bu haqda onun həmkarı E. Vitorqan İnstaqram hesabında xəbər verib.

    “Bu gün… Səhər saat 9-da… Saşenka Kuznetsov! Çox sağ ol, bizimlə olduğun üçün. Sən yaşamaq üçün çox mübarizə apardın. Allah rəhmət eləsin”, – deyə Vitorqan qeyd edib.

    Məlumat üçün bildirək ki, 70-dən çox filmdə rol alan Aleksandr Kuznetsov tamaşaçıların yaddaşında daha çox “Ciddi rejimli komediya”, “Planetlər paradı” ilə yadda qalıb. O, son dəfə “Falçı” teleserialında rol almışdı.

  • Qubada istirahət hər kəs üçün əlçatandır – FOTO/VİDEO

    Ramazan bayramı münasibətilə bölgələrdəki istirahət mərkəzlərinə üz tutan turistlərin sayı iki dəfədən çox artıb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, qonaqlar arasında yerli turistlərlə yanaşı xeyli sayda xarici turist də var.

    Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə, eləcə də Təngəaltı, Afurca kəndlərinə üz tuturlar.

    Xarici turistlər arasında BƏƏ, İtaliya, Hindistan və Çindən gələnlər üstünlük təşkil edir.

    Turizm obyektlərinin sahibləri bildirirlər ki, bu günlərdə rayona gələn turistlərin sayı adi günlərdəkindən xeyli çoxdur. Quba rayonu paytaxta məsafə baxımından yaxın olması da, turistlərin marağını çox çəkir.

    Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, regiondakı Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir.

    Bölgədə bir günlük istirahətin qiymətinə gəlincə, otel və gündə 3 dəfə qidalanma daxil olmaqla bu məbləğ 40 manatdan başlayır.

  • Дочь Анджелины Джоли начала готовиться к смене пола

    Шайло, 13-летняя дочь голливудской актриса Анджелины Джоли, начала подготовку к смене пола, сообщает La Nacion.

    По данным издания, она начала принимать гормональные средства, чтобы ее внешность стала более мужественной. Мать и отец Брэд Питт поддерживают решение ребенка, который пьет таблетки уже в течение года.

    Отмечается, что Шайло никогда не чувствовала себя девочкой. Когда ей было три года, Джоли рассказала, что дочь просит коротко стричь ее волосы и одевается как мальчик.

    Осенью 2015 года актеры Джоли и Питт обратились за консультацией к специалисту из-за многолетнего желания Шайло быть мальчиком. Эксперт по гендерным вопросам не смог дать однозначный ответ относительно того, является ли Шайло ребенком-трансгендером или она просто девочка-«пацанка». Специалист предположил, что к подростковому возрасту девочка может перерасти свои детские предпочтения и стать женственной.

  • Putin gənclərə Quran oxumağı tövsiyə etdi

    Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın iri informasiya agentliklərinin rəhbərləri ilə görüşüb.

    Görüşdə 9 ölkənin, o cümlədən Rusiya, Böyük Britaniya, Almaniya, İran, İspaniya, İtaliya, Çin, Fransa və Yaponiya informasiya agentliklərinin rəhbərləri də iştirak ediblər.

    Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə artıq altıncı dəfə keçirilən görüşdə Rusiya Prezidneti iştirakçıları maraqlandıran suallara cavab verib.

    İtaliyanın ANSA agentliyinin baş redaktoru Luicu Kontunun “yeniyetmələrə hansı kitabı oxumağı məsləhət görərdiniz” sualına cavabında V.Putin dünya dinlərinin müqəddəs kitablarını, o cümlədən “Qurani-Kərim”i oxumağı tövsiyə edib.

    O bildirib ki, dünya dinlərinin humanizmə əsaslanan müqəddəs kitabları – Bibliya, Quran və Tövrat sayəsində dünya daha yaxşı, sakit və sabit ola bilər. Rusiya Prezidenti deyib: “Bu kitablar humanizmə əsaslanır və biz orda yazılan qaydalara riayət etsək, dünya daha yaxşı, sakit və sabit olar”.

    “Dayanıqlı inkişafın gündəmini formalaşdıraraq” şüarı altında təşkil olunan forumun proqramına 120-dən çox tədbir daxil edilib. İyunun 8-dək davam edəcək foruma 75 ölkədən 17 min nümayəndə qatılıb. (AzərTAc)

  • Göyçayda su kanalı dağılıb

    Göyçayda beton su arxı dağılıb, iki kənd susuz qalıb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Çərəkə kəndi ərazisindən keçən beton R-8 arxı dağıldığı üçün onun suyu hazırda Qazyan arxına tökülür.

    Nəticədə Göyçayın Çərəkə və Ucarın Rəstəcə kəndlərində yaşayan əhali əkin sahələrini suvarmaq üçün çətinliklə üzləşiblər. Göyçay Suvarma Sistemləri İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, mütəxəssislər dağılan arxa baxış keçirib. Sabah beton arxda təmir-bərpa işləri görüləcək və problem öz həllini tapacaq. Qeyd edilib ki, beton R-8 arxı Qazyan arxının bir qoludur.
    Göyçay və Ucarın 15-ə yaxın kəndini suvarma suyu ilə təmin edən bu iki arx bir neçə yerdə ayrılır və birləşir, hətta asma beton ötürücü vasitəsilə bir-birinin üzərindən keçir.

    Hazırda digər kəndlər su ilə təmin olunur.

  • ABŞ-da həkimin TÜKÜRPƏDİCİ əməlləri: ölümcül dozada FENTANİL, 25 xəstə…

    ABŞ-ın Ohayo ştatında xəstəxanalardan birinin həkimi 37-85 yaş aralığında olan 25 xəstəsini öldürməkdə ittiham edilib.
    Median.Az
    -ın “Fox News”-a istinadən verdiyi xəbərə görə, prokurorluq 43 yaşlı həkim Uilliam Huzelin çalışdığı xəstəxanada 25 pasiyentinə ölümcül dozada ağrıkəsici fentanil təyin etdiyini bildirib.

    Araşdırmalara görə, Huzel xəstələrinə normadan 10, 20, hətta 40 dəfə dozadan artıq həblər məsləhət görüb. Lakin həkimin xəstələrinə hansı məqsədlə belə bir dozada dərmanlar verməsi aydınlaşmayıb.
    Həkimin vəkili deyib ki, Huzel xəstələrin ağrısını azaltmaq məqsədilə bu addımı atıb.
    Qeyd edək ki, faktla bağlı aparılan araşdırma 6 aydır davam edir.

  • Cтали известны новые детали отравления Алибасова

    Известного российского продюсера Бари Алибасова, выпившего химическую жидкость, подвел эмоциональный разговор с музыкальным продюсером, сообщает «Московский комсомолец».

    Как сообщает СМИ, в тот день Алибасов, находясь в домашней студии, обсуждал с музыкальным продюсером по телефону нюансы звукозаписи.

    Отмечается, что «процесс сопровождался некоторой нервозностью», в полумраке, сидя без очков, Алибасов нащупал оставленный сантехниками флакон жидкости. Подумав, что это лимонад, он, не глядя, налил жидкость в стакан и залпом выпил.

    Поняв, что произошло, он забил тревогу и сообщил о случившемся помощникам, поскольку был один дома.