Month: June 2019

  • FİFA-nın vitse-prezidenti saxlanıldı

    Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎nın (FİFA) vitse-prezidenti Əhməd Əhməd Fransanın Paris şəhərində saxlanılıb.

    Median.Az-ın “Sovetski sport”a istinadən məlumatına görə, Ə. Əhməd korrupsiya məsələsinə görə dindirilməyə çağrılıb.

    Bildirilir ki, vitse-prezidentin saxlanılması konfederasiyanın futbol forması istehsalçıları ilə işbirliyində yol verdiyi bəzi pozuntularla bağlı ola bilər.

    Məsələn, bu il dünyaca məşhur idman brendi ilə müqaviləyə xitam verilib.

  • Türkiyədə dəhşətli yanğın: 4 nəfər öldü

    Türkiyənin Kocaeli şəhərində yerləşən tekstil fabrikində yanğın baş verib.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində 4 nəfər ölüb. Daha 5 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Məlumata görə, hadisə zamanı fabrikdə 30 işçinin olub.

    Yanğın fabrik binasının anbarında başlayıb.

    Alovun ətrafdakı fabrik binalarına keçməsinin qarşısını alınıb.

    Hadisənin səbəbləri məlum deyil.

  • Dənizkənarı Bulvarda festival keçiriləcək

    Bakı Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda “Baku Soul of Art and Dance” festivalı keçiriləcək.

    Median.Az-ın xəbərinə görə, festival iyunun 8-də, saat 19.00-da keçiriləcək.

    Bu festivalda rəqqaslarımız, gənc mügənnilərimiz, artistlərimiz öz çıxışlarını nümayiş etdirəcək və bulvarda açıq dərslər keçiriləcək.

    Açıq dərslər müxtəlif növ rəqslərdən ibarət olacaq. Bu dərslərə isə istəyindən asılı olaraq hər kəs qatıla bilər.

    ARA-nın prezidenti və AGİ-nin ictimai birliyinin idarə heyətinin üzvü Əziz Əzizov bildirib: “Bu cür festivalların və açıq dərslərin keçirilməsində başlıca məqsədimiz rəqs üzrə istedadlı gənclərimizi daha da inkişaf etdirmək, onların bu sahəyə olan həvəslərini daha da genişləndirmək, bununla yanaşı şəhərimizə gələn qonaqlarımızı milli rəqslərimizlə daha yaxından tanış etməkdi.”

    16 iyunda davam edəcək konsert proqramına bir-birindən fərqli rəqslər və musiqili proqramlar daxildir.

    Bundan əlavə, keçiriləcək açıq dərslərə istəyindən asılı olaraq hər kəs qatıla bilər. Dərslər Azərbaycan Rəqs Assosiasiyasının peşəkar müəllimləri tərəfindən keçiriləcək.

  • Nuranın arxiv FOTOları yayıldı

    Müğənni Nura Suri sosial media hesabında arxiv fotolarını paylaşıb.

    Median.Az axşam.az-a istinadən bildirir ki, o, şəkillərin 15-20 il öncəyə aid olduğunu yazıb.

    Şəkillərdə sənətçinin övladları və dostları yer alıb.

  • Путин посоветовал детям почитать Библию, Коран и Тору

    Президент России Владимир Путин считает, что детям будет полезно прочитать Библию, Коран и Тору, это точно пойдет на пользу, потому что во всех мировых религиях заложены гуманистические начала, сообщает РИА Новости.

    «Библию пусть прочитают, это в любом случае пойдет на пользу, Тору прочитают пускай, Коран. Все это точно совершенно пойдет на пользу и мальчикам, и девочкам», – сказал Путин в ходе общения с главами иностранных СМИ, отвечая на вопрос, какую бы книгу он советовал прочитать детям любой страны.

    «Потому что во всех мировых религиях заложены гуманистические начала. И если мы будем их придерживаться, следовать этим правилам, мир станет лучше», – добавил президент России.

  • Batut və tamblinq üzrə Bakı çempionatı və birinciliyində “yeniyetmələr”, “gənclər” və “böyüklər” arasında qaliblər müəyyənləşib

    Batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyində “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında qaliblər müəyyənləşib.

    Median.Az Trend-ə istinadən bildirir ki, batut gimnastikası üzrə “böyüklər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri İlya Qrişunin (109.815 xal), ikinci yeri Ruslan Ağamirov (100.130 xal). Hər iki idmançı “Ocaq Sport” klubunun təmsilçiləridir.

    Tamblinq üzrə “böyüklər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda ən yaxşı nəticəni Mixail Malkin göstərib (65.100 xal, “Ocaq Sport” klubu), ikinci yerdə Fərid Mustafayev (62.400 xal, Bakı gimnastika məktəbi).

    Batut gimnastikası üzrə “gənclər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Riyad Abbasov (84.435 xal, Bakı gimnastika məktəbi), ikinci yeri isə Renad Eyvazzadə (82.585 xal, “Ocaq Sport” klubu) tutub.

    Batut gimnastikası üzrə “gənclər” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda ən yaxşı nəticəni Selcan Maqsudova (50.395 xal, Bakı gimnastika məktəbi) göstərib.

    Tamblinq üzrə “gənclər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Tofiq Əliyev (67.600 xal) tutub, ikinci yerdə Adil Hacizadə (65.000 xal), üçüncü yerdə isə Bilal Qurbanov (61.300 xal) qərarlaşıb.

    Tamblinq üzrə “gənclər” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda Zeynəb Qasımlı (Bakı gimnastika məkəbi) təmsil olunub. Z.Qasımlı 61.900 xal toplayib.

    Batut gimnastikası üzrə “yeniyetmələr” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda ən yaxşı nəticəni Hüseyn Abbasov göstərib (95.300 xal), ikinci yeri Maqsud Maqsudov (93.985 xal), üçüncü yeri Əli Niftəliyev tutub (85.825 xal). İdmançılar Bakı gimnastika məktəbinin təmsilçiləridir.

    Batut gimnastikası üzrə “yeniyetmələr” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda birinci yeri Violetta Sorokina (78.860 xal, Bakı gimnastika məktəbi), ikinci yeri Şəfiqə Hümbətova (73.890 xal, Bakı gimnastika məktəbi) tutub. Üçüncü yerdə isə Duyğu Əlizadə (61.630 xal, “Ocaq Sport” klubu) qərarlaşıb.

    Tamblinq üzrə “yeniyetmələr” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Abbas Abbasov (61.300 xal), ikinci yeri isə Aleksey Karatoşov (55.100 xal) tutub. İdmançılar Bakı gimnastika məktəbini təmsil edirlər.

    Qeyd edək ki, iştirakçılar “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparıblar.

  • Böyük savaşın siqnalı verildi – Yeni gəlişmə

    Ehtiyac olarsa, Çinin 300 milyard dollar həcmindəki məhsuluna qarşı əlavə gömrük vergisi tətbiq ediləcək.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

    ABŞ və Çin arasında ticarət müzakirələrinin davam etdiyini xatırladan Tramp bununla belə, iki ölkənin yeni saziş üzərində anlaşa bilməyəcəyini istisna etməyib:

    “Belə bir vəziyyət yaranarsa, Çindən idxal olunan 300 milyard dollar həcmindəki məhsula əlavə vergi tətbiq edəcəyik”.

    Tramp mayın 10-da əlavə vergi tətbiq ediləcək 200 milyard dollarlıq məhsulun siyahısını açıqlamışdı. Lakin bundan sonra açıqlanan siyahı üzrə yalnız 10% məhsula əlavə vergi tətbiq olunmuşdu.

    Mayın 13-də isə Çin 60 milyard dollarlıq ABŞ məhsuluna əlavə vergi tətbiq etdiyini açıqlamışdı.

  • Telefonunda 3 milyon fotosu var

    Aparıcı Hacı Nuran Hüseynov “Hər şey daxil” proqramının qonağı olub.

    Median.Az axşam.az-a istinadən bildirir ki, şəkil çəkdirməyi sevən aparıcı valideynləri ilə foto paylaşmaması barədə söz açıb:

    “Valideynlərimə birlikdə xeyli fotolarımız var. Lakin onların şəklini paylaşmağı sevmirəm. Ümumilikdə isə foto çəkdirməyi çox sevirəm”.

    Nuran telefonunda olan şəkil sayını da açıqlayıb:

    “Telefonumda 3 milyon şəkilim var. Bu fotolar 2 terabayt yaddaşı olan kartlardadır”.

  • Mövsümü meyvələrin bazarda və mağazalardakı qiymətləri – REPORTAJ – FOTO

    Sosial şəbəkələrdə bir neçə gündür ki, mövsümü meyvələrin baha olmasından şikayətlər yazılır. Vətəndaşlar bildirirlər ki, bazarlarda meyvə qıtlığı yaşanır, qiymətlər isə bahadır.

    Median.Az bildirir ki, musavat.com-un əməkdaşı 8-ci kilometr bazarının meyvə satılan hissəsində və mağazalarda olub, qiymətlərlə maraqlanıb.

    Müşahidə etdik ki, doğrudan da bazarda mövsümü meyvələr qıtlıq təşkil edir. Qiymətlər baha olduğu üçün, demək olar ki, alıcı qıtlığı da yaşanırdı.

    Hazırda bazarda göyçənin 1 kiloqramı 3 manata satılır. İnsanlar elə ən çox bu meyvəni almağa üstünlük verirdilər. Gilas isə növündən asılı olaraq 2.5-5 manatadır.

    Əriyə bazarda bir o qədər də rast gəlmək mümkün deyil. Qiymətlər də fərqlidir.

    Belə ki, nisbətən kal və xırda əriklər 3.5 manata, iri, yetişmiş əriklər isə 6 manata satılır. Vişnənin kiloqramı 2.5 manatdır. Alma da növündən asılı olaraq 2-5 manata satılır. Armuda demək olar ki, bazarda rast gəlmək mümkün deyil. Soraqlayıb tapdığımız armudun kiloqramının 6 manat olduğunu öyrəndik. Ağ tutun kiloqramı 3 manat, qara tut isə 5 manatadır. Banan 2 manat 30 qəpikdir.

    Tərəvəzlərə gəlincə, bazarda pomidorun kiloqramı 50 qəpik, xiyar 40 qəpiyədir. Badımcan isə 1 manata satılır. Bazarda pomidorun və xiyarın 3-5 kilosunun 1 manata satıldığı yerləri də tapmaq mümkündür.

    İri mağazalarda isə hər cür meyvəyə rast gəlinir. Mağazalarda da qiymətlər ucuz deyil.

    Belə ki, mağazada gilas 7 manata, çiyələk 2.5 manata, göyçə 5 manata, armud 3 manat 50 qəpiyə, alma 2 manata və daha baha qiymətə satılır. Eləcə də mağazalarda bananın kiloqramı 2 manat 35 qəpiyə, vişnə 2 manat 50 qəpiyədir. Mağazada şaftalı 12 manata, ərik isə 6 manatadır.

    Ümumilikdə qeyd edə bilərik ki, mağazalarla bazar arasında meyvələrin qiyməti kəskin fərqlənmir.

    Bəs nə üçün belə bahalıqdır?

    Bu sualla satıcılara müraciət etdik. Bildirdilər ki, əsas səbəblərdən biri hava şəraitidir: “Aprel ayında dolu düşdü, təsərrüfatları pis günə qoydu. Eləcə də may ayında da hava çox pis keçdi. Nəticədə qıtlıq yaranıb. Ancaq bir müddət sonra bu qıtlıq aradan qalxacaq, qiymətlər ucuzlaşacaq. İllərdir ki, havaların soyuq keçdiyi zamanlarda bazarda bu cür hal yaranır. Çünki kəndli mal tapa bilmir, alıcı da malsız qalır”.

    Ekspertlər də bildirirlər ki, bu ilin aprel ayı, mayın ilk yarısı havanın son dərəcə qeyri-stabilliyi ilə seçilərək, kənd təsərrüfatı üçün o qədər də əlverişli keçmədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, aprelin 17-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri-sabit hava şəraiti yaradıb.

    Dağ və bəzi dağətəyi rayonlarda qar örtüyünün qalınlığı 2-14 santimetr olub. Aprel ayında yağan yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçib. Mayın 13-də isə bəzi dağlıq rayonlara, xüsusilə Xaçmaza dolu düşüb…

  • Журналист Фуад Аббасов будет депортирован из России в течении 10 дней

    В Москве состоялось заседание суда по жалобе, поданной азербайджанским журналистом Фуадом Аббасовым, сообщает Report.

    Жалоба рассматривалась Коллегией по гражданским делам Московского областного суда.

    Суд отклонил жалобу Фуада Аббасова, оставив в силе предыдущее решение суда. Согласно решению суда, Ф. Аббасов должен быть депортирован с территории Российской федерации в течении 10 дней.

    Отметим, что российские правоохранительные органы задержали азербайджанского журналиста Фуада Аббасова, который проживает и работает в Москве. Ранее несколько азербайджанских общин России обратились в Химкинский городской суд Московской области с требованием депортации Ф.Аббасова из страны.