Month: June 2019

  • “YARAT” Yoqa və Sağlamlıq Festivalına hazırlaşır

    İyunun 16-da Dənizkənarı Bulvarda Beynəlxalq Yoqa Günü çərçivəsində Yoqa və Sağlamlıq Festivalı keçiləcək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, beşinci dəfə təşkil dilən festival YARAT” Müasir İncəsənət Məkanı ilə Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq. Builki festival, “Yoga Shahi” studiyasının təsisçisi Səbinə Şahinin kuratorluğu ilə həyata keçiriləcək. Hindistanın Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə təşkil ediləcək festivalın mövzusu “Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik”dir.

    Festivalın proqramında 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ənənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair leksiyalar, şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, habelə etnik konsert və daha da çox xeyirli və maraqlı tədbirlər yer alacaq.

  • Два азербайджанских села остались без воды из-за ЧП

    В Гейчайском районе Азербайджана разрушился водоотводной бетонный канал, в результате в водоснабжении двух сел возникли проблемы.

    Из-за ЧП вода с пролегающего через село Череке бетонного канала R-8 в настоящее время стекает в Газйанский водоканал.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, в результате жители села Череке и села Растача Уджарского района столкнулись с серьезной проблемой орошения обрабатываемых земель.
    Как сообщили в Гейчайском Управлении оросительных систем, специалисты уже провели осмотр аварийного участка, на завтра запланированы ремонтно-восстановительные работы.

    Отметим, что водоотводный бетонный канал R-8 является рукавом Газйанского водоканала. Данная система развлетвленных каналов обеспечивает оросительной водой около 15 сел Гейчайского и Уджарского районов.

    В обеспечении оросительной водой других сел проблем нет.

  • Masazırda 23 yaşlı fəhlə hündürmərtəbəli binadan yıxılıb

    Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Məmmədov Pərviz Hüseyn oğlu Masazırda yerləşən hündürmərtəbəli binadan yıxılıb.

    O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub. Bildirilir ki, P.Məmmədov həmin binada fəhlə işləyirmiş.

  • В Гяндже столкнулись Mercedes и «Запорожец»: пострадали дети

    В Гяндже столкнулись два автомобиля, есть пострадавшие. ДТП зарегистрировано на проспекте Шаха Исмаила Хатаи.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, в результате столкновения автомобилей марок Mercedes и «Запорожец» пострадали Гасанов Гусейн Гадир оглу 2012 года рождения и Мамедова Шахназ Вусал гызы 2018 года рождения.

    Пострадавшие доставлены в городскую детскую больницу №2.

    Выясняются обстоятельства ДТП.

  • Ağstafada qadını çaqqal dişləyib

    Ağstafa rayonunda yerli sakini çaqqal dişləyib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə 39 yaşlı Poylu kənd sakini G.İsmayılova həyətdə olan zaman baş verib.

    Müxtəlif bədən xəsarətləri alan qadın yaxınları tərəfindən xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Serbiyada ordu ayağa qalxdı – Xalqa kömək etmək üçün

    Serbiya Nazirlər Kabineti bu günki iclasında ölkənin mərkəzi bölgələrində ağır yağış və su daşqınları səbəbiylə təbii fəlakət rejimi elan etməyi qərara alıb.

    Serbiyanın Trstenik şəhəri ətrafında baş verən daşqın nəticəsində Selişte kəndinin 60 yaşlı sakini həlak olub. Belə ki, sudan dəyən zərəri yoxlamaq üçün traktorla əkin sahələrinə gedən şəxsi, texnikası ilə birgə su aparıb.

    600 obyekti su basıb, 16 körpü və 20 yaşayış məntəqəsinə aparan yolu sel dağıdıb. Ölkə ordusu xalqın köməyinə cəlb edilib. Qonşu Bosna və Hersoqovinada da vəziyyətin ağır olduğu qeyd edilir.

  • Gürcüstanda polis və ermənilər arasında insident baş verib – VİDEO

    Gürcüstanın ermənilərin çoxluq təşkil etdiyi Axalkalaki şəhərində polis əməkdaşları ilə yerli sakinlər arasında qarşıdurma yaranıb. Bu barədə Sputnik-Ermənistan məlumat yayıb.

    Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, polislər Axalkalakidə yol hərəkəti qaydalarını pozan motosikletçini saxlayaraq, ona cərimə yazıblar. Bir neçə nəfər həmin şəxsi müdafiə eləməyə çalışıb və polisləri təhqir ediblər.

    Hadisə şahidlərinin sözlərinə görə, yolu keçən “Mersedes” sürücüsü də nə baş verdiyini anlamaq üçün dayanıb, polislər onu hərəkətə mane olmamağa dəvət ediblər. Bu andan sonra “Mersedes” sürücüsü də polisə müqavimət göstərib.

    Onların milliyyətcə erməni olduğu bildirilir. Polis xuliqanlığa görə iki nəfəri saxlayıb.

  • В Грузии произошла потасовка между полицейскими и местными армянами

    Город Ахалкалаки в Грузии произошла потасовка между полицейскими и местными армянами.

    Как передает Median.Az со ссылкой на Report, сотрудники патрульной полиции в Ахалкалаки остановили водителя из-за нарушения правил дорожного движения. Во время штрафования водителя в административном порядке, несколько местных жителей в поддержку водителя оказали сопротивление сотрудникам патрульной полиции. Они сначало словесно оскорбили правоохранителей, а потом оказали физическое сопротивление.

    За оказание сопротивления полиции (по 173 статье УК Грузии) и за мелкое хулиганство (статья 166 УК Грузии) полиция задержала 2 лиц в Ахалдкалаки в административном порядке. Задержанные переведены в отделение полиции.

  • “Mercedes”lə “Zaporojets” toqquşdu, iki uşaq yaralandı – FOTO

    Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Hikmət Abbaslının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Vüsal Mamedovun idarə etdiyi “Zaporojets” markalı avtomobilin toqquşması nəticəsində 9 aylıq və 7 yaşlı iki uşaq xəsarət alıb. Onların 2012-ci il təvəllüdlü Həsənov Hüseyn Qədir oğlu və 2018-ci il təvəllüdlü Mamedova Şahnaz Vüsal qızı olduğu bildirilib.

    Hər iki yaralı Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ofis işi insanı necə “öldürür”? – İmpotensiya, tromboz, babasil, ostexondroz….

    Ofisdə oturaq iş çox gənclərin arzusudur. Əlin-ayağın təmiz, səliqəli otaqda oturub kompüter arxasında işini görürsən. Prestijli peşələrin çoxu da ofis işidir. Amma tibbi, sağlamlıq və ömür baxımından bu gün müasir insanı erkən yaşda xəstələndirən və illər əvvəl 70 yaşında rast gəlinən problemləri 40 yaşında qazandıran ofisdə iş ən təhlükəli hesab olunur.

    Median.Az medicina.az-a istinadən ofisdə 5-7 il işlədikdən sonra insanın zamanla necə məhv olmasının səbəblərini araşdırıb. Bu xəstəliklər də daha çox oturaq ofis işində çalışanlarda rast gəlinir.

    1 il sonra – miqren, boyunda ağrı, əsəb, təşviş

    Ofis işi, rejimi insanı ilk 6 ayda sınağa çəkir. Hər şey ideal görünür. Lakin cəmi 1 il sonra işçidə xandra, apatiya, sönüklük, boyun, bel, çanaqda ağrıs, baş ağrısı, daha çox miqren kimi xoşagəlməz simptomlar yavaş-yavaş baş qaldırmağa başlayır.
    Tibbdə buna ofis sindromu deyilir.

    Britaniyada aparılmış araşdırma göstərib ki, ingilislərin 20% -i stress vəziyyətinin səbəbkarı kimi iş və ofisi göstərib, gənc 20-25 yaşlı əməkdaşlardan 7%- i isə bir neçə dəfə intihar barədə düşünüb.

    -Artıq çəki, piylənmə, pis bədən

    Ofisə arıq, nərmə-nazik gələn gənc işçilər belə 1 il sonra çəkidə artdıqlarını, arıqlaya bilmədiklərini, bel, ayaq, çanaq və çiyinlərə artıq piy yığıldığını və bədən ölçülərinin dəyişdiyini etiraf edib.

    Amerikalı alimlərin 3000 ağ köynəkli arasında apardığı sorğu göstərib ki, 41%-də çəkidə 3-5 kq artım olub.

    Ofis işçilərinin biznes lançı, ofisdə ayaqüstü yeməyi, gün ərzində çay, qəhvə, şirniyyat qəbulu, keyfiyyətli qidanı imkan olsa yalnız evdə dadmaları onları qısa müddətdə piylənmə ilə, bundan sonra da şəkərli diabetlə üz-üz qoyur. Dünyada ən çox peçenye, konfet,şokolad yeyənlər də uşaqlardan sonra ofis işçiləridir.

    -Görmənin zəfiləməsi

    Ən itigözlü gənci ofisdə, kompüter və yazılı hesabatlar arasında 2 il işlətdikdən sonra onun görməsi zəifləyəcək. 80% hallarda ofislərdə işıq bucağı, monitorun vəziyyəti, ekranın işığı, otaqda quru hava işçinin göz yaşının qurumasına səbəb olur. Bu işçilərdə quru göz sindromu yaranır. Bir az cəld tərpənənlər, uldə 1 dəfə oftalmoloqdan keçib, yanlarında süni göz yaşı damcısı gəzidirib, gündə 5 dəfə gözlərini nəmləndirirlər.
    Əgər normada, açıq havada insan dəqiqədə 20 dəfə göz qırpırsa, komputer qarşısında bu 5 dəfəyə enir.

    -Onurğa xəstəlikləri: ostexondrozdan tutmuş yırtığa kimi

    Ofis işçilərinin ən çox şikayət etdiyi boyun, bel, oturaq sinir xəstəlikləridir.
    Bu da günün yarısını oturmaq, başı bir vəziyyətdə saxlamaqdan, beli əymək, fəqərələrin sıxılaraq uzun illər qalmasından qaynaqlanır. Bu insanlarda ostexondroz, fəqərə sıxılması, kifoz, skolioz, onurğada əyrilik, duzlaşma, boyun miqreni, yırtıqlar çox aşkarlanır.

    Xüsusən bu vəziyyətdən baş beyin əziyyət çəkir. Nəticədə qan dövranı pozulur, iş qabiliyyəti düşür, yaddaş pozulur.
    Çıxış yolu ofisdə işə başlayan ildən üzgüçülük, fitnes, gimnastika, yoqaya getmək, işdə normal kreslo seçmək, düzgün oturmaq və elə ofisdəcə hər 2 saatdan bir qalxıb müəyyən hərəkətlər etmək lazımdır.

    – 5-7 il sonra: tromboz, ateroskleroz, babasil

    Nəhayət ki, qidalanma, maye qəbulu, yuxu rejimi, oturaq iş 5 ildən sonra digər daha dərin problemləri qabardır. İşçidə xolesterin və lipib mübadiləsi pozulur. Damarlar tutulur, aşağı ətraflarda tromboz yaranır. Xolesterin artır. Bu da insult, infakrt, ürək tutmasını artırır.

    Düz bağırsağın varikoz damar genişlənməsi isə babasilə gətirib çıxarır. Yəni oturaq işdə çalışanlarda demək olar, bütün damar sistemi çökür.
    Mazlar, dərmanlar, şamlar, yağlar-babasili sağaltmayacaq. Yeganə yol fiziki aktivlik, gəzmək, qrafiki dəyişməkdir.

    -10 il sonra: impotensiya, diabet

    Əməkdar ofis işçiləri qastrit, diabet, kişilər isə cinsi zəiflikdən əziyyət çəkir. Bu labüddür.
    Qadınlarda aşağı çanaq orqanlarında qan durğunluğu, venoz damarların genişlənməsi hamiləliyə, dölü daşımağa mane olur. Çox gənc qadınlar sonsuzluqla üzləşir.

    Siz bu problemləri həll etmək üçün müxtəlif reklam olunmuş vasitələr, dərmanlar, yaxşı həkim müalicələrini sınaya bilərsiz. Amma vaxtınız və pulunuza heyfiniz gəlsin.

    Çünki nə qədər ki, günün 10 saatını ofisdə oturub, gərgin işləyib, axşam da ayaqlarınızı süyürüb evə çatıb yatırsızsa, bu problemlərdən həmişəlik qurtulmanız mümkün deyil.