Month: June 2019

  • Sabunçuda 2 nəfəri bıçaqlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, iyunun 3-ü gecə saat 1 radələrində Sabunçu qəsəbəsindəki kafenin qarşısından, qəsəbə sakinləri A.Göyüşovun və M.Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə Sabunçu RPİ 13-cü polis bölməsinə məlumat daxil olub.

    A.Göyüşovun vəziyyətini həkimlər orta-ağır qiymətləndiriblər, M.Allahverdiyevə ilkin tibbi yardım göstərildikdən sonra o evə buraxılıb.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti münaqişə zəminində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.

    Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

  • Любовная драма в Баку: Зарезал возлюбленную и бросился в машине с обрыва – ФОТО – ВИДЕО

    В Ясамальском районе Баку произошла любовная драма.

    Как сообщили 1news.az в пресс-службе Министерства внутренних дел Азербайджана, автомобиль марки Daewoo Nexia, за рулем которого находился житель столицы В.Аббасов, рухнул с Бакинской окружной дороги в обрыв.

    Трупы водителя и находившейся в салоне жительницы Сабирабадского района А.Алиевой были найдены возле машины.
    Сотрудники 28-го отделения Управления полиции Ясамальского района установили, что машина принадлежит одной из компаний.

    Установлено, что В.Аббасов нанес смертельные ножевые ранения своей 29-летней возлюбленной, а потом, угнав машину, положил труп девушки в салон и умышленно направил машину с дороги в обрыв, совершив таким образом суицид.

    Расследование по факту продолжается.






  • Мужчина сбежавший после убийства в Грузию осужден на 13 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя г.Нахчыван Али Нагиева (1985-го года рождения), обвиняемого по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, 28-го февраля 2017-го года в поселке Баилово Али Нагиев на почве возникшего инцидента нанес ножевые ранения знакомому Наилю Абдулрахманову, вследствии чего потерпевший скончался. После содеянного Нагиев покинул пределы республики и скрылся в Грузии. В июне 2018-го года он был задержан сотрудниками Сабаильского РУП и передан следствию.

    Суд приговорил обвиняемого к 13 годам лишения свободы.

  • Tanışını öldürüb, hadisə yerindən qaçan şəxs 13 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan sakini Əli Nağıyevin (1985-ci il təv.) СM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, 2017-ci il fevralın 28-də Bayıl qəsəbəsində Əli Nağıyev mübahisə zamanı tanışı Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, Gürcüstana qaçıb. Lakin 2018-ci ilin iyun ayında Səbail RPİ-nin əməkdaşları tərəfindən orada saxlanılıb və Bakıya ekstradisiya edilib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Bu heyvanların ovlanmasına icazə verilmir! – Nazirlikdən açıqlama

    “Azərbaycan ərazisində iyunun 1-də açıq elan edilən ov mövsümü 2020-ci il martın 7-dək davam edəcək”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov deyib.

    O bildirib ki, ovçular nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müvafiq sənədlərini təqdim etməklə ov üçün icazə ala bilərlər: “Ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Alınmış ov icazəsində ovun müdddəti, ov üçün nəzərdə tutulmuş ərazi, ovlanacaq quş və heyvanın sayı dəqiq göstərilir. Ovçular bu tələbləri pozduğu halda məsuliyyətə cəlb edilir”.

    Xidmət rəisi xatırladıb ki, Azərbaycanın “Qırmızı kitab”ına və Beynəlxalq Qırmızı Siyahıya adları düşmüş quş və heyvanların ovuna icazə verilmir: “Quşlardan turac, ərsindimdik, fısıldayan qu, qızılqaz, talış qırqovulu, mərmər cürə, bəzgək, dovdaq, Qafqaz uları, tetra, heyvanlardan ceyran, maral, cüyür, köpkər, qarapaça, qonur ayı, bəbir və digərlərinin ovu qadağandır.

    Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar – yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər. Məqsəd ölkədə sivil qaydada ovun aparılmasını təmin etməkdir”.

  • Исчезновение воспитанника детдома не удивило его бабушку

    В Баку пропал воспитанник детского дома №2.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Управлении полиции Сураханского района столицы.

    Второго июня в 20:00 13-летний Сарраф Мамедли покинул территорию детского дома, расположенного в поселке Ени Гюнешли. В настоящее время полиция продолжает поиски подростка.

    Как сообщила Oxu.Az директор учреждения Севда Гаджиева, С.Мамедли поступил к ним всего неделю назад и уже успел стать для них головной болью.

    «Мы сообщили об исчезновении бабушке мальчика и были шокированы ее реакцией. Она сказала: «Не волнуйтесь, скоро он объявится. Дома Сарраф сбегал и неделями пропадал в городе, но всегда возвращался». Бабушка сказала, что ее внук всегда пропадает в интернет-клубах. Он зависит от компьютерных игр», – сказала директор детского дома.

    По словам С.Гаджиевой, когда бабушка определяла внука в детский дом, она не предупредила их о том, что он может сбежать, иначе его не взяли бы. Здесь условия воспитания отличаются от интернатов, потому что школа находится вне стен учреждения. Таких трудных детей сюда не берут, сказала директор учреждения.

    Бабушка пропавшего мальчика обещала, что, когда найдет его, заберет из детского дома и определит в интернат, чтобы он не смог сбежать. Вот уже два дня как работник детского дома вместе с полицейским колесят по городу и во всех интернет-клубах оставляют фотографию мальчика.

    Поиски продолжаются.

  • «Реал» усилился нападающим

    Мадридский «Реал» объявил о переходе форварда сборной Сербии Луки Йовича. Об этом сообщается на сайте «королевского клуба».

    До сделки нападающий выступал за немецкий «Айнтрахт». Контракт с «Реалом» рассчитан на пять лет, сумма трансфера не разглашается. Портал Transfermarkt оценивает стоимость 21-летнего Йовича в 55 миллионов евро.

    Об интересе к Л.Йовичу со стороны «Реала» стало известно в апреле. Главный тренер мадридской команды Зинедин Зидан одобрил кандидатуру серба, полагая, что его трансфер усилит нападение «сливочных». Сообщалось о готовности «Реала» потратить на игрока 70 миллионов евро.

    В минувшем чемпионате Германии форвард провел 32 матча. Он 17 раз поразил ворота соперников и отметился шестью результативными передачами. Он также известен по выступлениям за «Бенфику» и «Црвену Звезду». Форвард четырежды выходил на поле в составе сборной Сербии и забил один мяч.

  • “Real”dan 60 milyonluq ilk transfer

    Madrid “Real”ı yay transfer dönəmində ilk futbolçu keçidini rəsmiləşdirib.

    “Real” Serbiya millisinin hücumçusu Luka Yoviçi rəsmən transfer edib.

    Bu futbolçunun keçidi üçün “Ayntraxt”a 60 milyon avro ödənilib. Onunla altı illik müqavilə bağlanılıb.

    Bosniya və Herseqovinada doğulmuş 21 yaşlı futbolçu ötən mövsüm Frankfurt “Ayntraxt”ında 48 oyuna 21 qol vurmaqla böyük klubların diqqətini özünə cəlb edə bilib. Texnikalı və hər iki ayağı ilə oynamaq özəlliyinə sahib olan futbolçunun UEFA Avropa Liqasında vurduğu 10 qol sayəsində komandası bu turnirin yarımfinalınadək irəliləyib.

    Qeyd edək ki, “Srvena Zvezda” klubu ilə iki dəfə Serbiya çempionluğu, “Benfika” ilə iki dəfə Portuqaliya çempionluğu yaşayıb, bundan başqa Portuqaliya Kuboku, Portuqaliya Super Kuboku və Portuqaliya Liqa Kubokunu qazanıb. Luka Yoviç “Ayntraxt”la 2017/18 mövsümündə Almaniya Kubokunu da başı üzərinə qaldırıb.

  • В Сумгайыте задержаны лица, совершавшие кражи из женских сумок

    Как сообщает Median.Az, сотрудники Сумгайытского ГУП в результате оперативно-розыскных мер задержали жителя города, ранее судимого А.Джавадова, который 28-го мая украл из сумки женщины 70 манатов, мобильный телефон и банковскую карту.

    Кроме этого, сотрудники ГУП задержали жителя Апшеронского района, ранее судимого Э.Адыгезалова, который 1-го мая украл из сумки женщины кошелек, внутри которого были 98 манатов и документ.

    По фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Sumqayıtda qadınların çantalarından oğurluq edənlər tutulub

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-də şəhər sakini olan qadının çantasından 70 manat, mobil telefon və bank kartı oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cavadov saxlanılıb.

    Bundan başqa, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən mayın 1-də şəhər sakini olan qadının, içərisində 98 manat və sənəd olan pulqabısını oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Adıgözəlov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.