Month: June 2019

  • 18 yaşlı gənc Mingəçevir su anbarında boğuldu

    Mingəçevir su anbarında boğulma hadisəsi baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1 nəfərin su anbarında batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 2001-ci il təvəllüdlü Tağıyev Orxan Naib oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

  • Çin ABŞ-da təhsili qadağan edir

    Çin Təhsil Nazirliyi ölkə məktəbliləri və tələbələrinə ABŞ-da təhsil almaqdan yayınmağı məsləhət görüb.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Çinin “Qlobal Tayms” qəzeti yayıb. Təhsil Nazirliyi ABŞ-da təhsilin çinlilər üçün risklər yaratdığını bildirib.

    Məlumata görə, bu addım ABŞ-ın Çinə qarşı siyasətinə cavabdır.

  • Лейла Алиева в празднике для детей – ФОТО

    3 июня в Центре творчества Магсуда Ибрагимбекова состоялось праздничное мероприятие «Прекрасный день», посвященное Международному дню защиты детей.

    Мероприятие было организовано Центром творчества при участии Государственного историко-архитектурного заповедника «Ичеришехер» и Государственного комитета по проблемам семьи, женщин и детей (ГКПСЖД).

    Как сообщает АЗЕРТАДЖ, в мероприятии приняла участие вице-президент Фонда Гейдара Алиева Лейла Алиева.

    Директор Центра творчества Магсуда Ибрагимбекова Анна Ибрагимбекова проинформировала о мероприятии. Она отметила, что праздничное мероприятие «Прекрасный день» называется так же, как один из рассказов народного писателя, видного кинодраматурга и режиссера Магсуда Ибрагимбекова. «Дети – наше будущее. Их праздник – это наш праздник»,- сказала она.

    Выступившая на мероприятии председатель Государственного комитета по проблемам семьи, женщин и детей Хиджран Гусейнова сказала, что детская политика – одно из важнейших направлений государственной политики Азербайджана. В нашей стране приняты важные документы, направленные на решение проблем детей в различных сферах. Сегодня в Азербайджане созданы все возможности для развития детей. Здоровье, благополучие, счастливая жизнь подрастающего поколения всегда находятся в центре внимания Президента Ильхама Алиева и Первого вице-президента Мехрибан Алиевой.

    Центру творчества были вручены дипломы ГКПСЖД.

    Руководитель аппарата Государственного историко-архитектурного заповедника «Ичеришехер» Риад Гасымов отметил, что будущее детей – один из основных приоритетов государства. Руководство страны чутко относится к этому вопросу. Одно из главных направлений государственной политики заключается в обеспечении образования, здоровья детей, эффективного проведения ими своего досуга.

    Руководители Творческого объединения YARADAN Нигяр Рзаева и Вюсаля Рзаева поздравили детей с праздником, выразили им добрые пожелания. Они рассказали о проводимой в нашей стране работе в области обучения и воспитания детей, их здоровья.

    В мероприятии участвовали более 40 детей из проектов «ИстедАрт» и «Дети-творцы».

    Затем дети приняли участие в мастер-классах, организованных молодыми художниками, музыкантами, фотографами и хореографами, развлекательных играх, музыкальных состязаниях.

    Детям были вручены подарки Государственного комитета по проблемам семьи, женщин и детей.

    Отметим, что проект «Дети-творцы» Творческого объединения YARADAN направлен на создание условий для выявления, развития и реализации способностей детей в возрасте от 12 до 16 лет, в том числе детей с инвалидностью, из малообеспеченных семей, интернатов и убежищ.

    А «ИстедАрт» – это проект, реализуемый Государственным историко-архитектурным заповедником «Ичеришехер» для выявления умений, творческих способностей детей с особенностями развития и лишенных родителей.

  • Lazerlə yox etdiyimiz tüklər əslində dərimizi qoruyur

    Qədim zamanlardan bəri bədəndə artıq tüklərin olması qadınların qorxulu yuxusuna çevrilib. Bəs görəsən, bədənin müxtəlif yerlərində tüklərin əmələ gəlməsinə səbəb nədir?

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bədəndə miqdarından çox tüklərin əmələ gəlməsi “endokrin” xəstəliyi adlanır. Qadında yumurtalıq, böyrəküstü vəzlərin, hipotalamus və hipovis sistemi xəstəlikləri (beyinlə bağlı xəstəlik) olduqda bədəndə tüklənmə prosesi gedir. Bədəndəki tüklərin yaranma səbəbini aydınlaşdırmaq üçün ilk növbədə qadınların qanındakı hormonlar yoxlanılır. Əgər tüklənmə hansısa xəstəlikdən əməmlə gəlirsə, onun müalicəsi mümkündür.
    Birincisi, qadınlara müxtəlif dərmanlardan ibarət müalicələr edilir. Bəzən isə dərmanla müalicə xəstəliyin qarşısını almağa kifayət etmir. Bu halda cərrahi yollardan istifadə olunur. Bəzən yumurtalıqlarda və böyrəküstü vəzlərdə xoş və ya bəd xassəli şişlər olur ki, bu da bədəndə kişi hormonlarının artmasına gətirib çıxarır. Bədəndə kişi hormonlarının artması tüklənməni artırır. Aylıq sikl pozğunluqlarından şikayət edən xanımlarda da tüklənmə halları müşahidə edilir.

    Tükün bədəndəki rolu…

    Tükdən tamamilə azad almaq istəyi xanımlarımızda günü-gündən artır. Ancaq xanımlar bilməlidirlər ki, tüklər orqanizmdə qoruyucu funksiyaları yerinə yetirir. Onlar dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Ultrabənövşəyi şüalar bədəndə ləkələr əmələ gətirir. Bədəndəki tüklər isə müdafiə xarakterli olub ultrabənövşəyi şüaların dəriyə çox düşməsinin qarşısını alır. Son bir neçə ildə isə lazer deyilən üsulla bütün bədən tüklərindən xilas olmaq mümkündür. Bundan istifadə edənlərin sayı günü-gündən artır.

    Yay mövsümündə lazer edilməsi qadağandır. Çünki epilyasiya dərinin həssaslığını artırır. Prosesdən sonra günəş altında gəzdikdə dəridə problemlər yaranır. Elə başqa mövsümlərdə də epilyasiya etdirdikdən sonra günəş altında gəzmək, solyariyə girmək ziyandır.

    Ağ dərili insanlarda tüklərdən azad olmaq yolu daha asandır. Ancaq qara dərili insanların tükləri cod olduğu üçün onlarda bu proses çox çətin gedir. Statistikaya görə, dünyada tüklərdən əziyyət çəkməyən yeganə xalq yaponlardır. Yaponlar demək olar ki, çox nadir hallarda epilyasiyadan istifadə edirlər.

    Lazer təhlükəlidir…

    Elə dəri var ki, onda onkoloji xəstəliklərə meyil çoxdur. Bu tip dərisi olan insanların lazer etdirmələri təhlükəlidir. Belə insanlarda dəri xərçənginin yaranma ehtimalı yüksəkdir. Eyni zamanda hamiləlik vaxtı da foto və ya lazer epilyasiyasına icazə verilmir. Çünki hamilə qadınlara şüa ziyandır. Artıq şüa onların qarın nahiyələrində ağrıların əmələ gəlməsinə səbəb olur. Eyni zamanda şəkər və ürək xəstələrinin, allergiyası olan insanların epilyasiyadan istifadə etmələrinə icazə verilmir.

  • Sumqayıtda binada yanğın olub, sakinlər təxliyə edilib

    Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, binanın şaxtasında 50 p.m elektrik kabeli və məişət tullantıları yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Tbilisidə yol çöküb, maşınlar suyun altında qalıb – Video

    Gürcüstanın paytaxtı Tbilisidə Jvaniya meydanında avtomobil yolunun örtüyü çöküb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Tbilisidə mərkəzi su borularında olan problem nəticəsində avtomobil yolunun örtüyü çöküb. Hadisə zamanı yolda olan 3 avtomobil çökən çuxura düşərək sular altında qalıb.

    Baş vermiş hadisə səbəbilə bir neçə küçənin su ehtiyatı kəsilib.

    DİN-dən “İnterpressnewsa” verilən məlumata görə hadisəyə görə heç kəs günahlandırılmayıb.

    Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım xidmətinin bir neçə ekipajı cəlb olunub və zərər çəkən avtomobillər hadisə yerindən çıxarılıb.

  • Əvvəl sevgilisini bıçaqladı, sonra maşınla dərəyə yuvarlandı – VİDEO (YENİLƏNİB)

    Bakıda avtomobilin dərəyə yuvarlanması faktı ilə bağlı bəzi məqamlar məlum olub.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində “Ravon Nexia” markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində ölən şəxslərin adları məlum olub.

    Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını öz avtomobilində bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. Hər iki şəxsin meyiti bu gün ərazidə aşkar edilərək çıxarılıb.

    Həmçinin V.Abdullayev həmin avtomobili oğurladığı məlum olub.

    Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

    ***

    Bakı Beynəlxalq Avtovağzalından “Sədərək” ticarət mərkəzinə aparan yolda ağır qəza baş verib.

    Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, sürücü idarəetməni itirib və avtomobili dərəyə aşırıb.

    İlkin məlumata görə, ölən və yaralananlar var.

  • Завтра часть Баку останется без газа

    Завтра в Насиминском районе Баку газ будет подаваться с перебоями.

    Как передает Median.Az, oб этом передает Oxu.Az со ссылкой на ПО «Азеригаз».

    Ограничения связаны с ремонтными работами по замене участка газопровода диаметром 400, 160 и 110 мм.

    Ремонтные работы начнутся завтра в 10:00 и продолжатся до их завершения.

    В связи с проводимыми работами на определенной части Тбилисского проспекта, улиц Алатава-1, Алатава-2, 20 Января, А.Магеррамова, А.Гурбанова, Бакиханова, Д.Мамедгулузаде и Г.Алиева будут перебои в подаче газа.

    Ограничения в подаче газа возможны также в Ясамальском и Наримановском районах.

    В связи с перебоями в подаче газа ПО просит потребителей быть особенно внимательными при использовании газа и соблюдать правила техники безопасности.

  • Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib – FOTO

    IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bununla bağlı keçirilən tədbirdə iştirak edib.

    Tədbir zamanı uşaqlar üçün müxtəlif əyləncə proqramları təqdim olunub. Həyətdə uşaqlar üçün yeni salınmış oyun meydançası, maraqlı attraksion, sürüşkən və yelləncəklər onların böyük sevincinə səbəb olub. Cizgi film qəhrəmanlarının (maskotlar) və animatorların da qoşulduqları tədbir zamanı uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər.

    Uşaqlar bayramlarını bol əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını da nümayiş etdirərək mahnı və rəqslər təqdim ediblər.

    Qeyd edək ki, yenilənmiş həyət Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 107, 109, 111, 113 ünvanlarında 2 min nəfərə yaxın sakinin yaşadığı doqquzmərtəbəli dörd binanı əhatə edir.

    Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə ərazidə 1 mini futbol meydançası, 1 şahmat meydançası, idman qurğuları, 4 söhbətgah və oturacaqlar quraşdırılıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

    Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

    Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi dördüncü həyətdir.

    “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

    Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

  • Azərbaycanda tanınmış futbolçuya qarşı dələduzluq edənlərə hökm oxundu

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Hökmə əsasən, E.Xudiyev 11 il və Ç.Bağırov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, “Bakı” MTK-nın vəzifəli şəxsləri – Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

    Belə ki, onlar Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar. Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar. Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.

    Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib. Xatırladaq ki, təqsirləndirilən Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub.