Month: June 2019

  • В городе Барда произошла поножовщина

    В Бардинском районе Азербайджана произошла поножовщина.

    Как передает Median.Az со ссылкой на Report, Дашдамиров Гусейн Фамиль оглы получил ножевые ранения от неизвестного на улице Эльчина Асадова.

    Раненный был доставлен в Бардинскую районную центральную больницу с помощью окружающих. Его состояние в реанимационном отделении оценивается врачами как средне-критическое.

    Сотрудники отдела полиции Бардинского района проводят оперативно-розыскные операции по выявлению лица, совершившего преступление.

  • Yasamalda yol qəzası nəticəsində 82 yaşlı qadın yaralanıb

    Bakı Dairəvi-1 yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası olub.

    Median.Az report-a istinadən xəbər verir ki, qəza zamanı maşınlardan birində olan 1937-ci il təvəllüdlü Gülçöhrə Abdullayeva xəsarət alıb.

    Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Qadın palataya yerləşdirilib.

  • Bakıda dostunu öldürüb Gürcüstana qaçdı…

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Əli Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 13 il azadlıqdan məhrum edilib.

    İttihama görə, 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində 1985-ci il təvəllüdlü Ə.Nağıyev mübahisə zəminində dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra Ə.Nağıyev Gürcüstana qaçıb. Bir müddət sonra o, Gürcüstanda saxlanılaraq Bakıya ekstradisiya edilib.

  • Filippin prezidenti homoseksual olduğunu etiraf edib

    Qeyri-adi fikirləri ilə gündəmə gələn Filippin prezidenti Rodrigo Duterte bu dəfə etdiyi etirafla dünyaya səs salıb.

    Rodrigo Duterte bir dövrlər homoseksual olduğunu, sonra isə müalicə olunaraq sağaldığını bildirib.

    Filippin prezidenti onu tənqid edən senator Antonio Trillanesin homoseksual olduğunu iddia edib və keçmiş arvadı Elizabet Zimmerman ilə evli olduğu dövrdə özünü bir az homoseksual hiss etdiyini deyib. Prezident bu xanımdan 2000-ci ildə ayrılıb.Honeylet Anasena ilə evləndikdən sonra müalicə olunduğunu qeyd edən Duterte əlavə edib:

    “Yenidən kişi oldum. Gözəl qadınlar məni sağaltdı. Artıq yaraşıqlı kişilərə nifrət edirəm. İndi gözəl qadınları sevirəm”.

    Qeyd edək ki, 73 yaşlı Duterte ötən il Cənubi Koreyaya səfəri zamanı evli bir qadını dodağından öpdüyünə görə gündəmə gəlmişdi. Həmçinin onun ABŞ prezidenti Barak Obamanı “fahişənin oğlu” adlandırması uzun müzakirələrə və siyasi qalmaqala səbəb olmuşdu.

    Bir müddət öncə isə o ölkəsində əxlaqsızlıq yuvalarının məhv edilməsi məqsədi ilə əsgərlərinə fahişələrin cinsiyyət orqanlarına atəş açmağı tapşırıb. Bununla da o əxlaqsız qadınları “yararsız hala salmağı” planlaşdırıb.

  • Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlanıb

    Bərdə şəhərində bıçaqlanma hadisəsi olub.

    Median.Az report-a istinadən xəbər verir ki, şəhərin Elçin Əsədov küçəsində yerli sakini Hüseyn Famil oğlu Daşdəmirov naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan yaralının vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

    Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

  • Rusiyada təhlükəli virus yayılıb – Böyrəkləri məhv edir

    Rusiyanın Saratov vilayətində yaz mövsümü başlayandan 500-dən çox şəxs böyrək sindromlu, qanaxmalı qızdırma virusuna yoluxub. Artıq xəstəlikdən bir nəfərin ölüm faktı qeydə alınıb.

    Bugünədək onlardan 333 nəfəri xəstəxanalarda müalicə olunmaqda davam edir.

    Hazırda virusun yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılır.

    Qeyd edək ki, böyrək sindromlu, qanaxmalı qızdırma böyrəklərin zədələnməsi ilə müşayiət olunan kəskin virus xəstəliyidir. Xəstəliyin inkubasiya dövrü 7-10 gündür.Yoluxan şəxslər yüksək temperatur, baş ağrısı,ümumi zəiflik, əzələ ağrıları, iştahsızlıq, ürək bulanması, öskürək, burun tutulması, gözlərin zəifləməsi kimi əlamətlərdən əziyyət çəkirlər.

    Daha sonra bel və qarında ağrılar başlayır, dəridə səpkilər yaranır. Böyrəklərin funksiyası pozulur, xəstə susuzluqdan əziyyət çəkir. Burunda, sidik və nəcisdə qanaxmalar yaranır

  • Sabah Ramazanın SONUNCU günü üçün dua, imsak və iftar vaxtı

    Sabah Ramazan ayının 30-cu, sonuncu günüdür.

    Median.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 4-də imsak saat 03:22-də, iftar isə saat 20:23-dədir.

    Ramazan ayının 30-cu gününün duası:

    “Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”.

    Tərcüməsi:

    “İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Muhəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun”.

    Allah orucunuzu qəbul etsin!

  • Türkiyədə azərbaycanlı pulla dolu bağlamanı zibilliyə atdı

    Türkiyənin Əskişəhər şəhərində yaşayan azərbaycanlı Elşən İbrahimov pulla dolu bağlamanı yanlışlıqla zibilliyə atıb.

    Türkiyə KİV xəbər verir ki, Elşən qardaşı Vüqar ibrahimova məxsus, içərisində 7 min 401 dollar, 800 min avro və 10 manat olan sellofanı zibil qutusuna atıb. Vəziyyəti daha sonra başa düşən Elşən dərhal jandarmaya müraciət edib.
       
    Qısa müddət sonra azərbaycanlı qardaşların pulu Əskişəhər-Seyitqazi yolu üzərində yerləşən zibillikdən tapılaraq təhvil verilib.//qafqazinfo.az

  • В Азербайджане можно будет оплачивать услуги через bluetooth

    В платежную систему «Portmanat» внедрена новая технология оплаты BLE (Bluetooth Low Energy), сообщил ONA основатель «Akhundoff Group» и председатель правления компании Тельман Ахундов.

    По его словам, с помощью этой технологии, через «bluetooth» можно будет оплачивать различные услуги.

    «В настоящее время технология BLE интегрирована в мобильное приложение Portmanat, и параллельно ведутся переговоры с различными мерчантами, чтобы их услуги можно было оплачивать при помощи технологии BLE», – сказал Ахундов.

  • ABŞ-a viza almaq üçün şərtlər dəyişdi – Sosial şəbəkə hesabınızı istəyir

    Amerika hökuməti viza əldə etmək üçün ərizə formasında dəyişiklik edib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq ABŞ-a səfər etmək istəyənlər sosial şəbəkələrdəki bütün hesablarını, mobil telefon nömrələrini və son beş ildəki elektron poçt ünvanlarını təqdim etməli olacaqlar.

    Əlbəttə, ərizə ilə müraciət edən əcnəbi sosial şəbəkələrdən istifadə etmədiyini deyə bilər, lakin yalan olduğu üzə çıxarsa, ciddi mühacirət problemi yarana bilər.

    Rəsmilər bildirirlər ki, bu dəyişiklik təxminən 15 milyona əcnəbiyə təsir edəcək. İstisna ancaq diplomatik və rəsmi viza iddiaçılarına şamil olunacaq.

    Bundan başqa, viza üçün ərizə ilə müraciət edənlərdən ailə üzvlərindən kiminsə terror fəaliyyəti ilə məşğul olub-olmadığına dair suala cavab vermələri xahiş olunacaq.