Month: June 2019

  • В Агдаме покончила с собой начальник почты

    В Агдаме повесилась начальник почтового отделения.

    Инцидент произошел утром 3 июня.

    Повесилась жительница села Гарадаглы Агдамского района, начальник почтового отделения Гарадаглы Пюстя Тагиева.

    По предварительной версии, на такой шаг ее толкнул большой долг.

    Ведется расследование.

  • Azərbaycanda məmur intihar etdi

    Ağdamda poçt müdiri özünü asıb.

    Hadisə bu gün səhər saatlarında baş verib.

    Belə ki, Ağdam rayon Qaradağlı kənd sakini, Qaradağlı poçt şöbəsinin rəisi, 1950-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı özünü asaraq intihar edib.

    İlkin ehtimallara görə, o, külli miqdarda borcunun olması səbəbindən özünü öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Мошенники продают соль вместо стирального порошка – ВИДЕО

    В Горанбое мошенники продали жителям обычную поваренную соль под видом стирального порошка.

    передаёт Median.Az со ссылкой на Xəzər TV, в частности, семья Гасановых за полцены приобрела две коробки моющего средства, которое оказалось обычной солью.

    Глава семьи Ислах Гасанов призвал граждан быть бдительными в подобных случаях и потребовал принять меры по изъятию их с продажи.

    Специалисты также призывают граждан быть внимательными при покупке подозрительно дешевых товаров.

  • Yuyucu toz aldılar, içindən görün nə çıxdı? – VİDEO

    Goranboyda həyətlərdə normal qiymətinin yarısına yuyucu toz təklif edilib. Sakinlər də ucuz olduğu üçün həmin vasitədən alıblar. İstifadə etmək istədikdə məlum olub ki, qutunun içərisindəki yuyucu toz yox, duzdur.

    Xəzər TV-nin məlumatına görə, Həsənovlar ailəsi də ucuzluğuna aldanaraq bu saxta məhsuldan alıb. Normal satışı qiymətindən 2 dəfə ucuz qiymətə satılan yuyucu tozdan İslah Həsənovun həyat yoldaşı 2 qutu alıb. İstifadə etmək istədikdə isə məlum olub ki, qutunun içərisindəki yuyucu vasitə yox, adi duzdur.

    İslah Həsənov deyir ki, məsələni ictimiləşdirməkdə məqsədi digər vətəndaşların aldanmamasıdır. O, belə məhsulların satışdan çıxarılmasını vacib hesab edir.

    Satış üzrə mütəxəssislər də deyirlər ki, əgər bir məhsul bazar dəyərindən xeyli ucuz qiymətə təklif olunursa, o məhsulu alarkən diqqətli olmaq lazımdır.

  • У жителя Сумгайыта изъяли почти 0,5 кг. марихуаны

    Как сообщает Median.Az, сотрудники 3-го отделения полиции Сумгайытского ГУП в результате проведенной операции задержали жителя города, ранее судимого Р.Исмайылова, у которого изъяли 440 грамм марихуаны.

    По факту возбуждено уголовное дело.

  • Sumqayıt sakinindən marixuana götürülüb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.İsmayılovdan 440 qram marixuana götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Çempionlar Liqasının finalı: “Liverpul” hesabı 2-ci dəqiqədə açdı – YENİLƏNİB + VİDEO

    UEFA Çempionlar Liqasının final matçında hesab erkən açılıb.

    Median.Az xəbər verir ki, 1-ci dəqiqədə Məhəmməd Salahın zərbəsi fransalı Mussa Sissokonun qoluna dəyib.

    Bu üzdən sloveniyalı referi Damir Skomina penalti nöqtəsini göstərib. Penaltini elə misirli Salah yerinə yetirib – 1:0.//oxu.az

    22:47

    UEFA Çempionlar Liqasının final matçında üz-üzə gələcək komandaların start heyətləri açıqlanıb.

    Median.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:

    “Tottenhem”: Üqo Lyoris, Kiran Tripyer, Tobi Alderveyreld, Yan Vertonqen, Dəni Rouz, Mussa Sissoko, Hari Uinks, Dele Ali, Kristian Eriksen, Hın-Min Son, Hari Keyn

    “Liverpul”: Alison Beker, Endryu Robertson, Vircil van Deyk, Joel Matip, Trent Aleksander-Arnold, Corcinio Veynaldum, Fabinyo, Cordan Henderson Sadio Mane, Roberto Firmino, Məhəmməd Salah.//oxu.az

  • Şamaxıda yol qəzası olub, ölənlər var

    Şamaxı rayonda yol nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Bakı Şamaxı Yevlax yolunun Şamaxıdan keçən hissəsində baş verib.

    Minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır

  • İsmayıllı sakini özünü yandıraraq intihara cəhd edib

    Ismayıllı rayonda intihara cəhd olunub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, rayonun Mücəftaran kənd sakini 35 yaşlı Ramil Rəcəbəliyev üzərinə benzin tökərək özünü yandırıb.

    Ağır yanıq xəsarətləri alan R. Rəcəbəliyev İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda satılan qarpızlar haradan gətirilir və onları yemək olarmı? (AÇIQLAMA)

    Hazırda Bakının bəzi marketlərində satılan qarpızlar İrandan gətirilir. Biz hələ onların monitorinqini aparmamışıq.

    Bu sözləri Yeniavaz.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

    Onun sözlərinə görə, AİB əməkdaşları xüsusi aparatlarla qarpızlarda olan nitritlərin miqdarını ölçürlər: “Çox təəssüflər olsun ki, istər qarpız mövsümündə satılan qarpızlarda, istərsə də indi satılan qarpızların tərkibində nitritlərin miqdarı iki dəfədən artıq olur. Bu, çox anormal bir haldır. Çünki belə olan halda əhalidə kütləvi və tədricən zəhərlənmə gedir. Düşünürəm ki, bütün qarpız-yemiş ticarəti ilə məşğul satıcılarda tester aparatından olmalıdır ki, əhali üçün təhlükəli olan məhsulları satışa qəbul etməsinlər, yaxud alıcılara nə qədər miqdarda qarpız yesələr, onlar üçün zərərli olacağını bildirsinlər. Çünki insan həyatı üçün təhlükəli olmayan qarpızların 1 kiloqramında 60 milli qram nitrat olmalıdır. İnsanların zəhərlənmə həddi 600 milliqramdır. Adətən biz 1 kiloqram qarpızın içərisində 300-350 milliqram nitratın olduğunu görürük. Bu da o deməkdir ki, insan həmin qarpızdan iki kiloqram yeyərsə, artıq zəhərlənər. Və yaxud az yesə, tədrici zəhərlənmə baş verər. Bu problem ölkədə yaşanır. Düşünürəm ki, Qida Təhlükəsizlik Agentliyi bu məsələni həll etməlidir. Ölkədə satılan qarpız və yemişlərin tərkibindəki nitritlərin miqdarı barədə daima monitorinq aparmalıdır. Elə etmək lazımdır ki, kənd təsərrüfatı işçilərinin əməyi zay olmasın. Əkinçilik vaxtı kübrələmə işi ilə məşğul olan zaman onlarla maarifləndirmə işi aparmaq lazımdır ki, zəhərli kübrələri az versinlər”.

    İnsanların qarpız alarakən nələrə diqqət etməli olduğuna gəlincə, E.Hüseynov əlavə edib ki, Azərbaycanda yetişdirilən nisbətən təmiz qarpızların ağırlığı 5-6 kiloqramdan artıq olmur: “Normal, təhlükəsiz, zəhərsiz qarpızın içi al qırmızı rəngdə olur, içərisində zoğlar olmur, çoxlu tumlu olur. Zəhərlənmiş, silitra verilmiş qarpızlar ən çox çəhrayı rəngdə, ağ zoğlu, yüksək çəkiyə malik olur. Bu amillərə əhali fikir verməlidir. Qarpız mövsümü avqustun birinci yarısından başlayaraq sentyabr ayı boyunca davam edir. Bu vaxt yeyilən qarpızlar daha təhlükəsiz olur”.