Month: June 2019

  • Взрыв на оборонном заводе в России: есть раненые – ВИДЕО (ОБНОВЛЕНО)

    Число пострадавших при взрыве на заводе в Дзержинске выросло до 27, состояние одного тяжелое, судьба двоих неизвестна, сообщает РИА Новости со ссылкой на экстренные службы.

    * * *

    Девятнадцать человек получили осколочные ранения легкой и средней степени тяжести в результате взрывов и пожара на заводе «Кристалл» в российском городе Дзержинск. Об этом сообщает РИА Новости.

    Отметим, что сегодня произошла серия взрывов и пожар в цехе по производству тротила на заводе «Кристалл».

    * * *

    В цехе по производству тротила на заводе «Кристалл» в городе Дзержинске Нижегородской области прогремел мощный взрыв, сообщил РИА Новости представитель экстренных служб региона.

    * * *

    По его словам, масштабы происшествия и информация о пострадавших уточняются.

    «Предварительная причина взрыва — нарушение технологического процесса производства работ», – сказал собеседник агентства.

    Опасность повторных взрывов на предприятии сохраняется, добавил он.

  • Rusiyada zavodda güclü partlayış: 79 yaralı – YENİLƏNİB + VİDEO

    Rusiyanın Nijniy Novqorod vilayətinin Dzerjinsk şəhərində yerləşən “Kristall” zavodundakı partlayışda xəsarət alanların sayı 79-a çatıb.

    Bu barədə Gazeta.ru saytı məlumat yayıb.

    Bildirilir ki, hazırda xəstəxanalarda 15 nəfər yaralı var. Onlardan birinin vəziyyəti ağır, digərlərinin orta-ağırdır.

    * * * * *

    Rusiyanın Nijeqorod vilayətinin Dzerjinski şəhərində yerləşən zavodda baş verən partlayış zamanı 19 nəfər xəsarət alıb.

    “RİA Novosti” xəbər verir ki, bununla bağlı Nijeqorod hakimiyyətinin nümayəndəsi məlumat verib.

    Nümayəndənin sözlərinə görə, “Kristall” zavodundakı partlayışda yaralananların xəsarətləri yüngün və orta ağırdır. Bütün yaralılara tibbi yardım göstərilib.

    * * * * *

    Rusiyanın Nijeqorod vilayətinin Dzerjinski şəhərində güclü partlayış olub.

    RİA Novosti xəbər verir ki, hadisə şəhərin qərb hissəsində, “Kristall” zavodunun trotil istehsalı sexində baş verib.

    Xəsarət alanlar barədə məlumat verilmir, partlayışın miqyası və səbəbi dəqiqləşdirilir.

    Qeyd edək ki, trotil döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddədir.

  • Samuxda gənc qadın yaşadığı evdə özünü asıb

    Samuxda gənc qadın özünü öldürüb.

    Median.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə rayonun Eldar kəndində baş verib. Kənd sakini, təxminən 20-24 yaşlarında olan Allahverdiyeva Bəsti Yasin qızı yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Polşa prezidenti Bakı gecələrini çəkib, İnstagramında paylaşdı – Foto

    Polşa Prezidenti Andjey Duda Bakıya rəsmi səfəri ilə bağlı təəssüratlarını şəxsi “Instagram” səhifəsində bölüşüb.

    Median.Az AzərTac-a istinadən xəbər verir ki, “Alov qüllələri”nin şəklini paylaşan Polşa Prezidenti şəklin altında “Azərbaycan. Bakı gecələri” sözlərini yazıb.

    Prezidentin “Instagram” izləyiciləri şəkillə bağlı fikirlərini bölüşüblər.

  • Bakıda məktəb həyətində şagirdi ilan vurub?

    Bakıda məktəbin həyətində şagirdi ilan vurması ilə bağlı məlumat yayılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən Xətai rayonu 191 saylı məktəbin həyətində baş verib.

    Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, şagird dərhal xəstəxanaya çatdırılıb, qabaqlayıcı tədbirlər görülüb. Həkimlərin ilkin rəyinə görə, uşaqda hansısa həşərat dişləməsinin əlamətləri var. Səhhəti üçün hər hansı təhlükə yoxdur.

  • “Qəbələ” Cavidlə vidalaşdı

    “Qəbələ” yarımmüdafiəçi Cavid Hüseynovla yollarını ayırıb.

    Median.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu 2019-2020-ci illər mövsümündən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.

    Komandanın heyətində 2014/15 mövsümündə debüt edən yarımmüdafiəçi keçirdiyi 117 oyunda 20 qol vurub. Cavid Premyer Liqada 87 matçda rəqib qapılarından 15 top keçirib. Ölkə kubokunda 19 matça çıxan yarımmüdafiəçi 2 qola sevinib. O, UEFA Avropa Liqasının 11 görüşündə 3 dəfə fərqlənib. Orta sahə oyunçusu “qırmızı-qaralar”ın heyətində üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/17 və 2017/18 mövsümlərində yarışın finalçısı olub. Futbolçu keçirdiyi 117 matçdan 72-də meydana komandanın kapitanı kimi çıxıb.

  • Nazir yarmarkada – FOTO

    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Məzun Günü və 11-ci Məzun Yarmarkası keçirilib.

    Median..Az xəbər verir ki, ADAU-nun Mühəndislik fakültəsində keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri iştirak ediblər.

    Tədbirdə çıxış edən nazir İ. Kərimov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir:

    “Bu gün aqrar sahə özünün ən inkişaf etmiş, ən uğurlu mərhələsini yaşayır. Aqrar sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritetini təşkil edir. Bu gün aqrar peşə Azərbaycanda ən nüfuzlu peşələrdən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın ən inkişaf etmiş, ən uğurlu universitetlərindən biridir. Universitetin güclü maddi-texniki bazası, ən müasir yataqxanaları, tədris korpusları var. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi davam edir. Hesab edirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yetişdirdiyi hər bir tələbə gələcəyin uğurlu kadrı olacaq”.

    Sonra nazir ADAU İnnovasiya Mərkəzində olub, Mərkəzin üzvləri həyata keçirdikləri innovativ təşəbbüslərlə bağlı təqdimatlar ediblər.



    Nazir həmçinin Məzun Yarmakasının gedişi ilə tanış olub. Bildirilib ki, Məzun Yarmarkasında 44 rayondan 151 müəssisə iştirak edib və məzunlara 1124 iş yeri təklif edilib. Ümumilikdə bu il Azərbaycan Dövlət Aqrar Universitetindən 1170 nəfər məzun olacaq. Onların 772 nəfəri əyani, 226 nəfəri qiyabi təhsil almış tələbələrdir. Bundan başqa, 2018/2019 tədris ilində 172 tələbə magistr pilləsində təhsili başa vurub.//oxu.az

  • Тяжелое ДТП в Шамахы: есть жертвы – ФОТО

    В Шамахинском районе произошло тяжелое дорожно-транспортное происшествие.

    Как сообщает Report, авария отмечена в центре района.

    В результате столкновения легкового автомобиля марки «Нива» и грузовика SHACMAN погибли двое братьев, несколько человек получили ранения.

    На место прибыли сотрудники правоохранительных органов и врачи скорой медицинской помощи.

    Раненые доставлены в больницу. По факту ведется расследование.

  • “Apple” “iTunes”dan imtina edir

    “Apple” korporasiyası “iTunes”dan tam olaraq imtina etməyə hazırlaşır.

    Median.Az-ın məlumatına görə, proqram “macOS 10.15″lin çıxması ilə birgə musiqi, televiziya və podkastlar üçün tətbiqlə əvəzlənəcək.

    “Bloomberg” yazır ki, bu qərar tam olaraq “Apple”in strategiyasına uyğundur, çünki “iTunes”siz istifadəçilər öz qadjetləri ilə “Music” tətbiqi vasitəsi ilə idarə edə biləcəklər.

    ehtimal olunur ki, şirkət rəhbəri Tim Kuk iyunun 3-də “WWDS 2019” konfransında dəyişikliklər barədə elan edəcək.

  • Bakı metrosunda Uşaqlar Günü – FOTO

    1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı metropolitenində geniş şəkildə, maraqlı layihələrin fonunda keçirilib.

    “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, builki bayramda uşaqlara həsr olunmuş bir-birindən fərqli üç layihəsi ilə çıxış edib.

    Fərqli olduğu qədər də bir-birini tamamlayan bu layihələrin eyni məkanda və vaxtda keçirilməsi silsilə tədbirlərə festival ovqatı qatıb.

    “İçərişəhər” stansiyasında Azərbaycanın məşhur uşaq mahnılarının sədaları altında keçən tədbirin maraqlı layihələrindən biri də ən oxunaqlı uşaq kitabının kiçik sərnişinlərimizə paylanılması olub. “Bakı Metropoliteni” QSC-nin dəvəti ilə Əməkdar artist, şoumen, naşir Bəhram Bağırzadənin “Bakı uşaqlar üçün” adlı kitabını şəxsən kiçik yaşlı oxucularına imzalayaraq paylaması uşaqlar üçün unudulmaz xatirəyə çevrilib. Şən, hazırcavab “Bakılı oğlan” məzəli zarafatları, söhbətləri ilə metronun nəinki balaca sərnişinlərinə, böyüklərə də xoş anlar yaşadıb. Bəhram Bağırzadə uşaqların bayramını ürəkdən təbrik edərək, onlara xoş günlər arzulayıb.

    Müxtəlif uşaq tamaşalarının personajları, uzunayaqlıların, birtəkərli velosiped sürənlərin jonqlyor oyunlarından ibarət cəlbedici şou-proqram, xüsusən uşaqların sevimlisi olan, xüsusi dəvət edilmiş Dünya İllüziyaçılar Assosasiyasının üzvü Anar Əliyevin nümunəvi çıxışları heyranlıqla qarşılanıb. Eyni zamanda şən təlxəklərin zarafat və oyunları da balacalarımızı əyləndirib. Onlar bəzəkli şarlardan düzəltdikləri fiqurları da balaca sərnişinlərə paylayıblar.

    Al-əlvan şoular və rənglər festivalına çevrilmiş tədbirlər metro qatarlarında da özünəməxsus tərzdə davamını tapıb. Keçən il olduğu kimi, bu dəfə də stansiyaların adlarını uşaqlar elan ediblər.//yenicag.az