Month: June 2019

  • Himalayda 8 alpinist yoxa çıxıb

    Himalayda yeddisi əcnəbi ölkə vətəndaşı olmaqla 8 alpinist yoxa çıxıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, alpinistlər 7434 metr hündürlükdəki Nanda Devi zirvəsinə çıxmaq istəyiblər.

    Yeddi əcnəbi alpinist Böyük Britaniya, ABŞ və Avstraliya vətəndaşı olub. Onlar zirvəyə dırmaşmaq üçün başlanğıc nöqtə olan Munsiyari kəndindən mayın 13-də çıxıblar.

  • Kobaxidze Bakıya səfərinin anonsunu verdi

    Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana səfər edəcək.

    Median.Az xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında səfərin iyun ayında baş tutacağını bildirib.

    Onun sözlərinə görə, səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcək.

    Görüşlərdə Gürcüstanla Azərbaycan arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaq.

  • Millimizdən 3:0 hesablı qələbə

    Bu gün “Dalğa Arena”da əsas və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçirilib.

    Median.Az xəbər verir ki, qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

    Dmitri Nəzərov və Ağabala Ramazanov penalti zərbələrini dəqiq yerinə yetiriblər. Digər qolu isə Araz Abdullayev vurub.

    Qeyd edək ki, əsas millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, üç gün sonra isə Slovakiya yığma komandaları ilə görüşəcək.

  • В Азербайджане молодая женщина совершила суицид

    В Самухском районе Азербайджана молодая женщина совершила суицид.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, самоубийство произошло в селе Эльдар.

    Жительница села Аллахвердиева Бести Ясин гызы повесилась в собственном доме. Причины, вынудившие ее совершить суицид, пока неизвестны.

    По факту ведется расследование.

  • Samuxda gənc qadın özünü asdı

    Samuxda gənc qadın intihar edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Eldar kəndində baş verib.

    Kənd sakini Allahverdiyeva Bəsti Yasin qızı yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • На бакинском бульваре трое парней бросились в море, один утонул

    На бульваре в Баку произошел суицид.

    Как передает Median.Az со ссылкой на “Report”, молодой парень бросился в море.

    Согласно информации, вместе с ним в море бросились двое его друзей.

    Сообщается, что они были в нетрезвом состоянии. Жизнь двоих спасти удалось, третий утонул.

    Личность утонувшего пока неизвестна.

  • Bulvarda üç nəfər özünü dənizə atdı, biri boğuldu – YENİLƏNİB + VİDEO

    Bakı bulvarında baş vermiş hadisənin təfərrüatı məlum olub.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, suda boğulan gənc “Tik-tok” video platforması üçün video çəkmək istəyib.

    Hadisə şahidləri bildiriblər ki, saat 18.00 radələrində iki dost bulvarda suya atılaraq kadrları lentə almaq istəyib. Onlardan biri, adı hələlik məlum olmayan 22 yaşlı oğlan suda boğulub.


    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb edilib. 

    20.02

    Dənizkənarı Milli Parkda intihar hadisəsi olub.

    Median.Az report-a istinadən xəbər verir ki, təxminən 22-23 yaşında oğlan özünü dənizə atıb.

    Məlumata görə, həmin şəxslə yanaşı iki dostu dənizə atılıb.

    Onların içkili olduğu bildirilir. Üç nəfərdən ikisinin həyatını xilas etmək mümkün olsa da, biri boğulub.

    Hələlik ölənin şəxsiyyəti bilinmir.

  • Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib – FOTO

    İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında növbəti Uşaq festivalı təşkil olunub.

    Median.Az Trend-ə istinadən bildirir ki, uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.

    Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib.

    Festivalda Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri də iştirak edib.

    Festival saatlarında uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan müxtəlif attraksionlarda, buz meydançasında əylənib, şahmat oyununda, eləcə də bir sıra idman növlərində özlərini sınayıblar.

    Azyaşlılar “face art” zonalarında üzlərini arzularına uyğun boyatdırıb, rəqs, DJ, karaoke meydançalarında maraqlı anlar yaşayıb, sirk nömrələri izləyib, animatorlarla əyləniblər. Küçə incəsənəti həvəskarları asfalt üzərində rəsmlər çəkib, avtomobilsevərlər isə ralli meydançasında maşın sürüblər.

    Bu gün Mərkəzin parkında heyvansevərlər də müxtəlif macəralar yaşayıblar: onlar burada safari turuna çıxa, mini zoo və mini ferma zonalarında heyvanlarla canlı təmas qura, sualtı dünyanın möcüzələri ilə tanış ola, xidməti itlərin sərgisini izləyə biliblər. Balacalar, həmçinin “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzinin viktorinasında iştirak imkanı qazanıblar.

    Həmçinin arxeologiya və astronomiya ilə maraqlanan uşaqlar üçün də xüsusi meydançalar fəaliyyət göstərib.

    Əyləncəli və maarifləndirici zonalar “Studyland” uşaq inkişaf mərkəzi, “Creative TK Kids” uşaq mərkəzi, “Sevimli bala” elm mərkəzi, “EkoSfera” sosial-ekoloji Mərkəzi, “Megafun” əyləncə mərkəzi, “Bolşoy Prazdnik” ticarət evi, “Tusi Bohm Planitarium”un dəstəyi ilə yaradılıb. Bakı Kitab Mərkəzi və “3 alma” uşaq ədəbiyyatı nəşriyyatı isə mütaliə zonaları təşkil edib. Tədbir boyu Mərkəzin parkında musiqi proqramları təqdim olunub. Uşaqlar, həmçinin Gənc Tamaşaçılar Teatrının ifasında müxtəlif tamaşalar izləyib.

    Mərkəzin parkında “İnnoFest kəndi” də fəaliyyət göstərib. Bu zona Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə keçirilən “İnnovasiya Festivalı” (“İnnoFest”) çərçivəsində təşkil olunub.

    “İnnoFest kəndi”ndə innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, dron və robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi “Robopark”, interaktiv muzey, VR oyunlar, “Baku Open Cyber Cup”, “TechFest Bakı” zonaları, əyləncə meydançası fəaliyyət göstərib.

    Bayram münasibəti ilə uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr verilib.

    Beləliklə, uşaqlar iyunun 1-də gün ərzində Heydər Əliyev Mərkəzinin parkında öz arzu və xəyallarını gerçəkləşdirmək, dostları ilə birgə səmərəli asudə vaxt keçirmək, bayramlarını birgə qeyd etmək imkanı qazanıb.

  • Mütəxəssislərdən ŞOK XƏBƏRDARLIQ: Meyvə, tərəvəzi, qarpızı və lobyanı…

    “Reader’s Digest” dərgisi qida təhlükəsizliyi mütəxəssislərinin açıqladığı istifadə olunmadan əvvəl mütləq şəkildə yuyulması vacib olan qidaların siyahısını yayımlayıb.

    Median.Az həmin siyahını təqdim edir:

    Dənli bitkilər

    Səhiyyə və təhlükəsizlik araşdırmaçısı Ketlin Hoff dənli bitkilərin çiy suda və ya ət suyunda yumuşaldılmasından əvvəl mütləq yuyulmasının lazım olduğunu deyib: “Düyü, arpa kimi dənli bitkilərdə nişasta, çirk və mikrob yığılır. Buna görə də bişirilməzdən öncə soyuq su ilə yuyulmalıdır”.

    Avokado

    Yuyulmamış avokado qabığında böcək dərmanı və paketləmə, ixrac prosesləri zamanı keçən başqa mikroblar ola bilər. Buna görə də mütləq şəkildə yuyulmalıdır.

    Qarpız

    Mütəxəssislər bildirir ki, qabığı yeməli olmasa da, qarpız da yuyulmalıdır. Üstəlik, dadına baxmaq üçün kəsilən qarpızlardan uzaq durmaq lazımdır. Ancaq salmonella və listeriya adlı bakteriyalar qarpız qabığında yaşaya bilər. Məhsul kəsildiyi zaman bu bakteriyalar yeyilən qisimlərə keçə bilər. Bunun qarşısını almaq üçün qarpız yuyularkən sərt dişli fırçalardan istifadə etmək lazımdır.

    Konservləşdirilmiş lobya

    Hoff bildirir ki, konservləşdirilmiş lobyanı birbaşa tavaya atmaq təhlükə siqnalıdır. Lobya duzu və başqa ədvaları öz üzərində saxlaya bilir. Buna görə yuyularaq təmizlənməlidir.

    Qabıqlı dəniz məhsulları

    Qabıqlı dəniz canlılarının içi yeməli olsa da, qabığının üzərindəki bakteriyalar təhlükəlidir. Bu səbəbdən, bu canlıları yeməzdən əvvəl üzərindəki qumun və çirkin yuyulması vacibdir.

    Meyvə və tərəvəz

    Çiy və ya bişmiş yeyilməsindən asılı olmayaraq gündəlik istifadə olunan bütün meyvə və tərəvəzlər yuyulmalıdır. Mütəxəssis Kazey Seyden bildirir ki, sirkə və duz kimi özəl şeylərdən istifadəyə gərək yoxdur. Məhsulları təmiz su ilə yumaq kifyaət edir.

    Cəfəri

    Cəfəri ən çirkli göyərti hesab olunur. Aşpaz Kristian Souvenir cəfəri ilə yanaşı, keşniş, nanə və reyhanı uzun müddət soyuq suda yuyulmasının lazım olduğunu bildirir.

    Göbələk

    Göbələklər kiçik süngər kimidir. Böyüdükcə daha çox çirk toplayırlar. Bu da onları yumağın əsas səbəblərindən biridir. Texasda yerləşən bir restoranın şefi Tanner Aqar tövsiyə edir ki, böyük bir qabı su ilə dolduraraq göbəlkələrin həmin suyun içində üzməsinə şərait yaradın. Daha sonra suyu çalxalayın və çıxan çirklərin qabın dibinə çökməsini izləyin.

    Və əlləriniz…

    Məhsulları, qabları, yumurtaları və digər qidaları təmizləyə bilərsiniz, amma əlləriniz mikrobları, bakteriyaları və virusları hər yerə asan şəkildə bulaşdıra bilər. Bunun qarşısını almaq üçün iş görməzdən əvvəl mütləq əllərinizi isti su ilə yarım dəqiqə yumalısınız.

  • Bu ay 5 gün iş olmayacaq

    İyun ayında beş gün iş olmayacaq.

    Median.Az xəbər verir ki, ayın 5-i, 6-sı, 15-i, 17-si və 26-sı qeyri-iş günləridir.

    Ramazan bayramı ilə əlaqədar iyunun 5-i və 6-sı, Azərbaycanın Milli Qurtuluş gününə görə 15-i, Silahlı Qüvvələr gününə görə 26-sı iş günü deyil.

    İyunun 15-i şənbə gününə təsadüf etdiyindən bazar ertəsi, yəni iyunun 17-si də qeyri-iş günü sayılır.