Month: June 2019

  • Çimərliklərdə sağ qalmaq istəyirsizsə…

    Dəniz mövsümü başlamaq üzrədir. Bəzi yerlərdə isə artıq başlayıb. Yayda insanlar sərinlənmək üçün dənizkənarı istirahət mərkəzlərinə, çimərliklərə üz tutur.

    Ancaq hər il dənizdə boğulma halları və yaxud istirahət məkanlarında baş verən bədbəxt hadisələrin şahidi oluruq. Bu hadisələrə səbəb isə məsuliyyətsizlik və insanın öz həyatına biganə yanaşmasıdır. Median.Az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, adamlar istirahətlərini planlaşdırdıqları kimi, istirahətə sağ-salamat gedib-qayıtmağı da fikirləşməlidir.


    Bu isə onun hansı məkanı seçməsindən başlayır.
    “Çimərliyə gedən şəxs birinci onu nəzərə almalıdır ki, dövlət tərəfindən qadağan olunan çimərliyə getməməli, hava şəraitini nəzərə alınmalı, çimərlikdə qəbul ediləcək qidalara fikir verilməlidir” – deyə ekspert bildirib.

    O əlavə edib ki, dəniz kənarında uşaqları nəzarətsiz buraxmaq olmaz.

    “Çimərliyə getdiyiniz zaman özünüzlə kiçik qayıq və ya hava şarı aparmayın. Dənizdə sahildən uzaqlaşmamaq üçün nəzərdə tutulmuş təhlükəsizlik şarlarını keçmək qadağandır. Dənizdə üzə bilən şəxs belə dərinə getməməli, üzə bilməyən isə sinəyə qədər suya girməlidir. Dənizə girməmişdən öncə suya baxmaq lazımdır. Ola bilsin su axınları olsun. Bunu müəyyən etmək çətin deyil. Belə ki, dəniz suyu adi halda mavi, açıq göy olur. Su axınları olan hissə isə bir xətt boyunca ağ rəngdə olur, sanki köpük əmələ gəlir və batır. Bu halda suya girmək olmaz. Axına düşən şəxs isə panikaya qapılmamalıdır. Sadəcə sahilə paralel üzməklə axından çıxa bilər. Yaddan çıxarmayın ki, siz istirahətə gəlmisiniz və çimərlik yarış meydançası deyil. Dəniz səhvi bağışlamır”, – Nurəliyev deyib.

    Ekspert vurğulayıb ki, çimərlikdə təhlükəsizlik qaydalarına riayət olunmasına istirahət mərkəzini idarə edən sahibkarlar da nəzarət etməlidir: “Çünki orada baş verən hər hansı bədbəxt hadisə ilk növbədə həmin yerin imicinə zərər vurur. Eyni zamanda burada insan həyatından söhbət gedir. Bu səbəbdən də istirahət məkanının ödənişli xidmətlərindən istifadə edən şəxsin təhlükəsizliyinə də həmin məkan məsuliyyət daşıyır”.

    E.Nurəliyevin sözlərinə görə, belə yerlərdə xilasetmə qrupu olmalı və onlar növbəli olaraq çimərliyə nəzarət etməlidir. Qadağanedici şarları keçən olarsa və yaxud özləri ilə hava şarları, katamaran, skuterlər və motorlu su qayıqları gətirib suya salmaq istəyənlər aşkar edərsə, dərhal müdaxilə etməlidir .

    Qeyd edək ki, iyunun 15-i çimərlik mövsümü açıldıqdan sonra bir çox ərazilərdə FHN-nin Sularda Xilasetmə Xidmətinin əməkdaşları səhər 9.00-dan 21.00- ə qədər nəzarət edəcəklər. Qurumun əməkdaşları sahilyanı ərazilərdə, həm də sularda öz fəaliyyətlərini həyata keçirəcəklər.
    Mövsüm başladıqdan sonra çimərliklərdə “Çimmək qadağandır!”, “Spirtli içki qəbul etmək olmaz!” və s. lövhələr quraşdırılacaq.

    Onu da qeyd edək ki, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar Samur-Abşeron kanalı, Kür çayı, Yuxarı Qarabağ kanalı kimi yerlərdə çimir. Ancaq bu yerlər çimərlik üçün ayrılmayıb və orada lazımi şərait yoxdur. Hər bir vətəndaş bilməlidir ki, istənilən su hövzəsində istirahət etmək düzgün deyil, bu, qanunvericiliklə də qadağan olunub.

    Hər bir icra orqanı öz ərazisində çimərlik üçün su hövzələri ayırmalıdır və həmin ərazidə təhlükəsizlik qaydaları ilə bağlı tədbirlər görməlidir.

    Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, dəniz kənarında gün vurmadan qorunmaq üçün günün müəyyən saatlarında 11.00-dan 16.00-a qədər dənizə girmək olmaz. Həmçinin günün isti saatlarında spirtli içki içmək, dərman qəbul etmək, yağlı yeməklərlə qidalanmaq sağlamlıq üçün təhlükəli ola bilər.

    “Günəş şüalarından qorunmaq üçün (əgər açıq havada işləyirsinizsə) həmin saatlarda kölgəyə çəkilin və ya əyninizə açıq rəngli geyimlər geyinin. Günəşdən qoruyan kremlərdən istifadə etməzdən əvvəl ondan istifadə qaydalarını oxumaq lazımdır. Günəş kremləri adətən günəşə çıxmamışdan yarım saat əvvəl tətbiq edilməlidir və bu zaman dəriyə kafi miqdarda yeridilməlidir. Dənizə və ya hovuza girdikdə, dəsmalla qurulanan zaman yenidən gün kremlərindən istifadə etmək lazımdır”.

    Həkim qeyd edib ki, günvurma zamanı bədənin hərarəti 41 dərəcəyə qalxır. Bu zaman ürək, beyin, böyrək, qaraciyər kimi bir çox həyati əhəmiyyət kəsb edən orqanın funksiyası pozula bilər.

  • В Говсане застрелили женщину

    Позади здания по адресу: улица Ильгара Ахлимана, дом 10 в поселке Говсан застрелили Тарану Новрузову.

    Как передает Median.Az глава пресс-службы Минздрава Парвиз Абубекиров, сын женщины вызвал скорую помощь. Когда врачи прибыли на место происшествия, женщина уже скончалась.

    На место происшествия прибыла следственная группа из числa сотрудников Управления полиции и прокуратуры Сураханского района.

    По предварительным данным, сын женщины заявил, что его мать застрелил отец.

    По факту возбуждено уголовное дело.//media.az

  • İranda təbii fəlakətlər 31 nəfərin həyatına son qoydu

    May ərzində İranda təbii fəlakət nəticəsində 31 nəfər həlak olub, 71 nəfər yaralanıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

    M.Xalidinin sözlərinə görə, insan itkisi 17 vilayətdə sel, tufan və ildırım vurma hadisələri nəticəsində qeydə alınıb.

    M.Xalidi əlavə edib ki, sel nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb, ildırım vurması nəticəsində 25 nəfər ölüb, 39 nəfər yaralanıb, qasırğa nəticəsində isə 20 nəfər yaralanıb.

  • Həyətində narkotik becərirmiş – FOTO

    Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

    Belə ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarasiyəzən kənd sakini Müşfiq Abdullayevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 10-50 sm olan 14 ədəd çətənə kolu aşkar olunub.

    Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

    Faktla bağlı Siyəzən RPŞ-də araşdırmalar aparılır.//milli.az

  • Şamaxıda faciə: 2 qardaş öldü – FOTO

    Şamaxıda ağır yol nəqliyyat hadisəsi baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu saatlarda Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində baş verib. İlkin məlumatlara görə, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Ölənlər qardaş olublar.

    Onlar Şamaxı rayon Quşçu kənd sakinləri İsmayılov Ramil və İsmayılov Rasim Vahid oğludur.

    Yük maşınının sürücüsü, Qobustan sakini, 1982-ci il təvəllüdlü Şahverdiyev Ramil Əlhüseyn oğlu isə yüngül xəsarət alıb.

  • Bakıda qadın güllələnərək qətlə yetirildi

    Bakıda – Hövsan qəsəbəsində qadın güllələnib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Hövsan qəsəbəsi İlqar Əhliman küçəsi 10 ünvanında qeydə alınıb.

    Binanın arxa tərəfində Novruzova Təranə adlı qadın güllələnib.

    Hadisə yerinə təcili tibbi yardım çağrılıb. İlkin məlumata görə, təcili yardım çağıran 30 yaşlı şəxs özünü qadının oğlu kimi təqdim edib.

    Həkimlər hadisə yerinə gələndə qadın artıq ölmüş olub.

    Suraxanı rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib.

    Faktla bağlı cinayət işi açılıb.

  • Sosial xidmət mərkəzlərinin sayı artırılacaq

    Bu gün, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Prezident İlham Əliyevin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam qeyd olunan kateqoriyadan olan uşaqlara, həmçinin, reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyac duyan digər qruplara dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda deyilir.

    Bildirilib ki, Azərbaycanda sosial xidmətlər sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə şərait yaradan bu Sərəncam ayrı-ayrı əhali qruplarının da ehtiyaclarına uyğun sosial xidmətlərdən faydalanmaları üçün yeni mərkəzlərin yaradılmasına imkan verir.

    Nazirliyin sosial sifarişləri əsasında ölkəmizin şəhər və rayonlarında 28 günərzi qayğı mərkəzi, 22 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzi, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya və surdoloji xidmətlər mərkəzi, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyət göstərir.

    Prezident cənab İlham Əliyevin imzaladığı yeni Sərəncamla “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması tapşırılır.

    Bu isə cari ildə günərzi qayğı mərkəzlərinin sayının 58-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayının 58-ə çatdırılmasına imkan verir.

    Həmçinin, Sərəncam autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayının 15-ə, məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin sayının 15-ə, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmətlər mərkəzlərinin sayının 10-a çatdırılmasına şərait yaradır.

  • Посвятим один день детям – ФОТОРЕПОРТАЖ

    Сегодня 1 июня – Международный день защиты детей.

    Международный день защиты детей отмечается ежегодно 1 июня, учрежден в ноябре 1949 года в Париже решением конгресса Международной демократической федерации женщин, впервые отмечался в 1950 году.

    Этот день отмечается в большинстве стран мира, в том числе и в Азербайджане. Согласно статистике, в нашей стране более двух миллионов детей.//oxu.az

  • Dünyanı bir günlük uşaqlara verək – FOTOREPORTAJ

    Bu gün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

    1 iyun 1950-ci ildə təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib.

    Həmin tədbirdə BMT Baş Assambleyası tərəfindən 1 iyunu uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

    Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Statistikaya əsasən, bu gün Azərbaycanda iki milyondan artıq uşaq var.

    Paytaxtımız bu gün uşaqların əhvalı, xoş gülüşləri ilə rənglənib.

    Nazim Hikmətin təbirincə desək, gəlin, “dünyanı bir günlük uşaqlara verək. Bir günlük də olsa, dünya öyrənsin dostluğu”.//oxu.az

  • Azərbaycandakı qida laboratoriyalarının sayı açıqlandı

    Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalardan altısı Abşeronda, 15 laboratoriya isə regionlarda yerləşir.

    Bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

    Onun sözlərinə görə, dövri olaraq bütün laborator müayinələrdə nümunələr götürülür, ekspertizalar aparılır:

    “Məhsulların idxalı zamanı, istehsal prosesində keyfiyyəti və təhlükəsizliyinə şübhə yarandıqda və ya xoşagəlməz hallar aşkarlandıqda istehsalı qadağan olunur. Əgər keyfiyyətində və təhlükəsizlik göstəricilərində problem varsa, müvafiq olaraq tədbirlər həyata keçirilir.

    Bizim mövsümi xarakterli tədbirlər planımız imzalanıb və regional bölmələrimiz artıq həmin tədbirlər planını həyata keçirməkdədir. Biz maksimum çalışırıq ki, havaların isti keçməsi bizim qidaları təhlükəsiz hala salmasın ki, əhalinin sağlamlığı təhdid altında qalmasın”.