Month: June 2019

  • Mənsum İbrahimovdan insanlıq dərsi — Küsülü olduğu Canəli Əkbərovu xəstəxanada ziyarət etdi – FOTO

    Xalq artistləri Mənsum İbrahimov və Canəli Əkbərov barışıblar.

    Median.Az-ın ölkə.az-a istinadən məlumatına görə, İbrahimov hazırda xəstəxanada olan həmkarına baş çəkib.

    Qeyd edək ki, C.Əkbərovun səhhəti bir neçə gün öncə qəfil pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.

    Xatırladaq ki, təxminən bir il əvvəl Əkbərov bir neçə məşhur xanəndə, o cümlədən M.İbrahimov barədə sərt ifadələr səsləndirmişdi.

  • Salyanda yol qəzası olub, xəsarət alan var

    Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyanın Qarabağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, yol qəzası zamanı rayonun Qaraçala qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əhmədov Kamal Mikayıl oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

    Lənkəranda 16 yaşlı yeniyetmə ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.

    Median.Az-ın report-a istinadən verdiyi xəbərə görə hadisə Separadi kəndində baş verib.

    Belə ki, 2003-cü il təvəllüdlü Elşad Bəhruz oğlu Ağayev kəndlərindəki istifadəsiz çay fabrikinin binasında yoldaşları ilə oynayarkən ehtiyatsızlıqdan yerə yıxılıb. Lənkəran rayon Mərkəzi Xəstəxananasına çatdırılan E.Ağayevə qapalı kəllə-beyin travması və sol çənə hahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджан пополнил копилку медалей на Евроиграх

    Азербайджан завоевал еще две медали на вторых Европейских играх в Минске.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, азербайджанские борцы вольного стиля Гаджимурад Гаджиев и Джамаледдин Мухаммедов завоевали по бронзовой медали.

    Другой азербайджанский спортсмен, Александр Гостиев, упустил «бронзу» в последние секунды боя.

    Таким образом, на счету у Азербайджана сейчас одно «золото», четыре «серебра» и девять «бронз».

  • Azərbaycan Avropa Oyunlarında daha iki medal qazandı

    Azərbaycan II Avropa Oyunlarında daha iki medal qazanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, sərbəst güləşçilərimizdən Hacımurad Hacıyev və Camaləddin Məhəmmədov bürünc medal qazanıblar.

    Digər təmsilçimiz Aleksandr Qostiyev isə bürünc medal görüşündə son saniyələrdə qələbəni əldən verib.

    Beləliklə, Azərbaycanın turnirdə bir qızıl, dörd gümüş və doqquz bürünc medal qazanması rəsmiləşib.

  • Почему до сих пор не принят закон о защите детей?

    Документ о защите детей от насилия и телесного наказания много лет назад был направлен в Милли Меджлис Азербайджана, но так и не был принят. Об этом сказал руководитель Аппарата Уполномоченного по правам человека (омбудсмена) Айдын Сафиханлы.

    Уполномоченный по правам человека Азербайджана Эльмира Сулейманова, выступая на XVI Бакинской международной конференции омбудсменов на тему «Роль омбудсменов в достижении целей устойчивого развития и справедливого мира», сказала, что руководимое ею ведомство подготовило документ, связанный с ликвидацией насилия против детей.

    Законопроект был разработан совместно с экспертами ЮНИСЕФ и более восьми лет назад представлен парламенту, продолжил Сафиханлы. При работе над документом учитывался опыт европейских стран.

    В законопроекте нашли отражения нормы, связанные с защитой детей в любых местах и при любых обстоятельствах. Кроме того, в документе отражены правовые вопросы, а также вопросы, связанные с превентивными мерами и мероприятиями по реабилитации детей, подвергшихся насилию, сказал представитель омбудсмена.

    Тем не менее, в комитете по делам семьи, женщин и детей Милли Меджлиса сказали, что такого документа у них нет: «Комитет был создан в 2015 году. Возможно, документ поступил в Милли Меджлис до его создания».

    До сих пор в Азербайджане отдельного закона по поводу защиты детей от насилия не принималось, но в других правовых и нормативных актах имеются связанные с этим вопросом статьи. Благодаря этим законам защищаются указанные права детей, отметили в парламенте страны.
    /sputnik.az/

  • “Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir

    “Rossiyskaya qazeta”da Azərbaycanda turizmin inkişafına həsr olunmuş məqalə dərc edilib.

    Median.Az AZƏRTAC xəbər verir ki, Olqa İvanovanın “Mersi, Baku!” adlanan məqaləsində son illərdə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsinin, Formula-1 yarışlarının, “Jara” festivalının ölkəmizə çoxlu sayda turistin gəlməsinə səbəb olduğu qeyd edilir. Bildirilir ki, Rusiyadan Azərbaycana həm Moskvadan, həm də regionlardan “Aeroflot” və “AZAL” şirkətlərinin təyyarələri ilə birbaşa reyslərlə gəlmək olar.

    Bakının geniş prospektləri, parkları və gözoxşayan memarlıq üslubu ilə turistləri cəlb etdiyini vurğulayan müəllif “Brilyant əl”, “Amfibiya adam” və Ceyms Bond haqqında filmlərdən birinin Bakıda çəkildiyini xatırladıb.

    Məqalədə deyilir ki, Azərbaycanda hər büdcəyə uyğun otel tapmaq mümkündür. Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını təklif edən yerli restoran və kafelər də diqqətdən yayınmayıb. “Əgər yolu tapa bilməsəniz, yerli sakinlərdən soruşa bilərsiniz. Bakı sakinləri qonaqpərvərdirlər. Bakı həm də təhlükəsiz şəhərdir. Yerli sakinlər deyirlər ki, şəhərdə gecələr də rahat gəzmək olar”, – deyə müəllif vurğulayır.

    Məqalədə turistlərə “Yanardağ” Tarix-Dövlət Mədəniyyət və Təbiət Qoruğu, Qobustan Dövlət Tarix və Bədii Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət etmək, Abşeron çimərliklərində dincəlmək təklif olunur. “Azərbaycana səyahətdən həzz almaq üçün cəmi bir həftə kifayətdir”, – yazan müəllif oxucularına burada unudulmaz istirahət vəd edir.

  • İlham Əliyev: Azərbaycan Ordusu öz gücünü göstərməlidir

    Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək.

    Bunu iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olduqdan sonra kursant və müəllimlər qarşısında çıxışında bildirib.

    Dövlət başçısı qeyd edib: “Silahlı Qüvvələr Günü münasibətilə Sizi təbrik edir, hər birinizə uğurlar arzulayıram. Arzu edirəm ki, siz gözəl hərbçi kimi özünüzü göstərəsiniz.

    Bilirsiniz ki, bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərmişdir. Hələ o vaxt bilirdi ki, bizə milli hərbçi kadrlar lazım olacaq və belə də oldu”.

    Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: “Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir.

    Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir.

    Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.

    Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək.

    Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq.

    Sizə – burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz.

    Sizi bir daha təbrik edirəm.

    Bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və sizə yeni uğurlar arzulayıram. Sağ olun”.

  • Hacı Əliyev: İki erməniyə qalib gəldiyim üçün qələbəni hərbçilərə həsr edirəm

    Gördüyünüz kimi, çox çətinliklə rəqiblərimə qalib gəldim. Sözsüz, istərdim ki, daha asan qalib gəlim. Ancaq hər görüşün öz çətinliyi var. Qismətdən elə oldu ki, bu gün iki erməniyə qalib gəldim.

    Bunu II Avropa Oyunlarında finala çıxan sərbəst güləşçimiz Hacı Əliyev deyib.

    O deyib ki, bu qələbəni hərbçilərə həsr edir:

    “Səhərdən elə düşünürdüm ki, ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacaq. Bunu düşünə-düşünə ona qalib gəldim. Mənim üçün indi vacib qarşılaşma finalda gürcü idmançı ilədir. O, Olimpiya çempionudur, iki-üç dəfə ona uduzmuşam. Güclü idmançıdır, çalışacağam ki, bu dəfə ona qalib gəlim.

    Çalışıram ki, rəqib idmançılara xal verməyim. Əksinə özüm daha çox xal qazanım. Çox şükür ki, məndən xal alsalar da, sonda qalib gələ bildim. Ancaq məndən çox enerji aldılar.

    Bu gün gözəl gündür, Silahlı Qüvvələr günüdür. İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm”.

  • Балотелли поделился азербайджанской музыкой – ВИДЕО

    Игрок сборной Италии Марио Балотелли поделился на своей странице в Instagram азербайджанской музыкой.

    28-летний футболист разместил в Интернете песню Аскера Османова, в исполнении Алиджана «Яндым, ай аман».

    «Пост» Балотелли, на которого подписаны 8,8 миллионов пользователей был с интересом встречен азербайджанцами мира.