Month: June 2019

  • Россию восстановили в ПАСЕ

    Российская делегация снова принимает участие в заседаниях Парламентской ассамблеи Совета Европы (ПАСЕ), ей вернули полномочия в полном объеме, в том числе право голоса. Такое решение было принято во время голосования на пленарном заседании.

    За восстановления членства России в ассамблее проголосовало 116 депутатов, против — 62. Еще 15 парламентариев воздержались.

    Во время заседания также были рассмотрены предложенные поправки к резолюции. В частности, было отклонено предложение от группы парламентариев исключить из документа фразу о подтверждении полномочий делегации России.

    Отметим, что Азербайджан полностью поддержал обратное принятие России в ПАСЕ.
    /lenta.ru/

  • Azərbaycan Avropa Oyunlarında ilk qızıl medalını qazandı – FOTO

    Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazanıb.

    Median.Az xəbər verir ki, sərbəst güləşçimiz Mahir Əmiraslanov finalda Stevan Miçiçə 9:1 hesabı ilə qalib gəlib.

    Bu, Azərbaycanın Minskdə qazandığı ilk qızıl medalıdır.

  • Bakı bulvarının soyğunçuları – Onlardan turistlər də narazıdır!

    Havalar isindikcə, heç kim evdə oturmaq istəmir, axsamlar şəhər gəzintisinə çıxır. Bakıda gəzməyə çoxlu yer olsa da, ən ideal məkan Xəzərin sahilində yerləşən Bakı bulvarıdır desək, yanılmarıq. Paytaxt sakinləri və qonaqlar fürsət tapdıqca, Bakı bulvarını gəzməyə çalışırlar.

    Təbii ki, gəzintiyə çıxanlar elə dəniz sahilində çay içmək də istəyir. Ancaq “Milli park” adlandırdığımız bulvarda çay qiymətləri elədir ki, bəzən bu, istəyə mane olur. Belə ki, bulvarın pik saatlarında sadə çay tapmaq mümkünsüz məsələyə dönür. Restoran sahibləri sadə çay verməkdən imtina edərək, çayın yanında mürəbbə və şokolad təklif edir ki, bunun da minimum qiyməti 7 manat olur. Bulvardakı bir çox yerlərdə isə sahibkarlar sadə çaya qadağa qoyaraq, yalnız dəstgahla verirlər. Çay dəstgahının qiyməti isə minimum 20 manatdır. Yəni iki nəfərlə oturub çay içmək 20 manata başa gəlir. Bu vəziyyət yerli sakinlərlə yanaşı, Bakıya gələn turistlərin də narazılığına səbəb olur.

    Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlahçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, onlara da bulvarda verilən çayın qiyməti ilə bağlı kifayət qədər şikayət daxil olur:


    “Bu, soyğunçuluğun başqa bir formasıdır. Bununla bağlı biz 3 il əvvəl Dənizkənarı Bulvar İdarəsinə rəsmi məktub göndərmişdik. Həmin məktubdan sonra bir müddət qiymətlərə nəzarət olundu, şikayətlər azaldı”.

    Eyyub Hüseynovun sözlərinə görə, sahibkarlara bu məsələ ilə bağlı müraciət edəndə yüzlərlə bəhanə gətirirlər:

    “Amma onların aqrumentləri əsassızdır, bununla turizmə də ciddi ziyan vururlar. Bu məsələ ilə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hansısa addım atmalıdır, monitorinq keçirməlidir.Təəssüf ki, heç bir ciddi iş görülmür. Bulvarda başladılan bu “soyğuçuluq” ənənəsi xərcəng xəstəliyi kimi şəhərin bir çox yerinə də yayılıb. Artıq bir çox parklarda sadə çay vermək ənənəsi ortadan qalxıb. Çay istəyirsən, yanında mürəbbə, dəstgah gətirirlər. Bəlkə mən istəmirəm, cibimdə 20 manatım yoxdu, nə etməliyəm? Bu məsələyə İqtisadiyyat Nazirliyi ciddi nəzarət etməlidir. İndi elə bir şərait yaradırlar ki, ölkəyə gələn turist bir də gəlmək istəmir. Bütün bu məsələlər bir-birinə zəncirvari bağlıdır”.

    AİB sədri bildirb ki, sahibkarlıq obyektləri pul qazancaq deyə, istehlakçıların hüququ pozulmamalıdır.

    “Biz son zaman şikayətlərin artdığını müşahidə edirik. Bunun üçün Dənizkənarı Bulvar İdarəsinə yenidən rəsmi məktubla müraciət etməyi düşünürük”.

    Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib ki, Milli parkdakı kafe və çayxanaların heç biri Dənizkənarı Bulvar İdarəsinə aid deyil:


    “Onlar sadəcə burada ərazidən istifadə edirlər. İctimai iaişə obyekti kimi Bulvar İdarəsinə məxsus deyil. Oradakı qiymətləri də restoranları işlədənlər müəyyən edirlər. Biz sadəcə onlara tövsiyə edirik ki, qiymətlər insanların istəyinə uyğun olsun. Qiymətləri onlar tənzimləyir, ona görə də Dənizkənarı Bulvar İdarəsi hərhansı qiyməti müəyyən etmək səlahiyyətinə malik deyil”.//sfera.az

  • Gənc əsgərlər xidmət yerlərinə yola salınıb – VİDEO

    Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənclərin ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanması üçün hərbi hissələrdə və təlim mərkəzlərində ümumqoşun, ixtisas və fiziki hazırlıq üzrə dərs və məşğələlər keçirilib.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə zabit, əsgər və valideynlər gənc əsgərləri kursu başa vurmaları münasibəti ilə təbrik ediblər.
    Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Elman Orucov bildirib ki, gənclərin təntənəli şəkildə hərbi xidmətə yola salınması və hərbi hissələrə qəbulunun yüksək səviyyədə keçirilməsi əsgər adına verilən qiymətin göstəricisidir.

    Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində şəxsi heyətin məşğələlərdə qazandıqları bilik və bacarıqları böyük vətənpərvərlik hissləri ilə nümayiş etdirməsi hərbçilərimizin yüksək peşəkarlığından xəbər verir. İnanırıq ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz nümunəvi xidmətləri ilə komandirlərinə və valideynlərinə hər zaman başucalığı gətirəcəklər.

    Tədbirdə əsgərlər müxtəlif ixtisaslar üzrə elementləri praktiki yerinə yetiriblər. Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

  • Polis borcu olan 184 nəfəri saxlayıb

    İyun ayının 25 günündə borclu şəxs qismində axtarışda olan 184 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

    Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən xəbər verir ki, bu müddətdə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 28 nəfər saxlanılıb.

  • Azərbaycanlı eks-məmurların qorxulu xəstəlikləri… – infarkt, şəkər və daha nələr!

    Bu gün mətbuatda yayılan məlumatlara görə, keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib. Buna görə də onun Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirildiyi və həkim nəzarətində saxlanıldığıl bildirilib. Hətta eks-nazirin əməliyyat olunacağı da iddia edilib. Lakin Gəncə Beynəlxalq Xəstəxanasından məlumatı təsdiqləməyiblər.

    Qeyd edək ki, Fazil Məmmədovda pankreatitdən əziyyət çəkir. Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

    Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

    Baş nazirin keçmiş müavini Abid Şərifovun ürəyində problemlər var. 80 yaşı olan və ötən il postunu itirən Şərifovun ürək ağrıları xüsusilə 2017-ci ildə daha da kəskinləşib və o, İsrailə aparılıb. Bu ölkənin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirilən baş nazirin sabiq müavini kardioloji əməliyyat da keçirmişdi. Həmin vaxtdan etibarən A.Şərifov bir neçə dəfə İsraildə müayinə və müalicədə olub.

    Sabiq nəqliyyat naziri Ziya Məmmədovla bağlı isə KİV-də hələ 8 il öncə maraqlı iddia yer almışdı. Həmin iddiaya görə, ayda iki dəfə gənc və xoş görkəmli özbək kişi Bakıya gəlir, Ziya Məmmədov üçün müəyyən tibbi prosedurları icra edərək, geriyə dönür. Bu prosedurların nədən ibarət olması və xəstəliyin növü barədə məlumatda heç nə bildirilmirdi. Sonradan eks-nazirin səhhəti ilə bağlı hər hansı məlumata rast gəlinməsə də, onun şəkər xəstəsi olduğu deyilir.

    Z.Məmmədovun müavini olmuş, adı bir çox qalmaqallı hadisələrdə hallanan Arif Əsgərovun da ciddi qan xəstəliyindən əziyyət çəkdiyi və vaxtaşırı xaricdə müalicə aldığı barədə vaxtilə KİV-də iddialar səsləndirilib. Bir neçə il əvvələ aid iddialar o vaxtdan indiyəcən təkzib edilməyib.

    Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov isə gözlənilməz şəkildə vəzifəsini itirdikdən sonra adı ətrafında qalmaqallı xəbərlər dolaşdığı bir vaxtda həm də ölüm xəbərinin yayılması ilə gündəmə gəldi.

    2016-cı ilin aprelində yayılan bu xəbərlərdə bildirilirdi ki, o, yaşadığı bağ evində ürək tutmasından dünyasını dəyişib. Sonradan həmin məlumat təsdiqini tapmadı. Bununla belə, sabiq nazirin ürəyində ciddi problemlər yarandığı barədə xəbərlər mütəmadi mediaya yol tapır.

    Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun isə vəzifəsini itirdikdən bir müddət sonra səhhətində problemlər yaranıb. Onun öncə kəskin hipertoniyadan (qan təzyiqinin kəskin artması) əziyyət çəkdiyi bildirilir. Rektor vəzifəsini itirdikdən az sonra onun hətta Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirildiyi barədə məlumat yayılmışdı. Sonradan aydın olub ki, Məhərrəmov ürək çatışmazlığından əziyyət çəkir.

    Oxşar vəziyyət Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (hazırkı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC) sabiq rəisi Aydın Bəşirovla bağlı da yaranmışd. Həmin vaxt sabiq “gəmiçilik şefi”nin Mərkəzi Neftçilər Xəstəxanada müalicə olunduğu deyilirdi. Hətta müalicə məqsədilə Almaniyaya getmək istədiyi və hava limanından buraxılmadığı barədə də məlumatlar yayılmış, lakin Bəşirovun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmamışdı.

    Bu sabiq məmurun da ürəyində problemlər var.

    Keçmiş deputat, “Azərkontrakt Səhmdar Cəmiyyəti”nin sədri Miri Qəmbərov isə bir neçə xəstəlikdən əziyyət çəkir. Qan təzyiqi və şəkəri olan Qəmbərovun ürəyində də problemlər var. 84 yaşı olan sabiq millət vəkili iki il əvvəl mətbuata açıqlamasında “Səhhətimlə əlaqədar evdə oluram. Tez-tez müalicə alıram. Vaxtlı-vaxtında müalicəyə gedə bilmirəm. Artıq işə də çıxa bilmirəm. Nə qədər danışsam da, yaş öz sözünü deyir. Əvvəllər səhhətimdə problem yox idi. İndi isə problem özü gəlib qapını döyür. Axı yaş da gedir demişdi.

    Başqa bir sabiq deputat deputat Gülər Əhmədova isə 3 il öncə Ali Məhkəmədə Azərbaycandan kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxılarkən xaricdə əməliyyat olunmaq üçün ölkədən çıxışına icazə verilməsini istəyirdi. Üzərində şərti məhkumluğu olan Əhmədova bildirmişdi ki, hələ 2001-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir: «Mən 24 yaşımda kliniki ölüm keçirmişəm. 2001-ci ildə Moskvada – Onkologiya Mərkəzində əməliyyat olunmuşam, ardınca Türkiyədə şüa almışam. Deputat olduğum dövrdə də xaricə müalicəyə gedib-gəlirdim. Heç kimə məruzə edəsi deyildim ki, mən xəstəyəm. Həbsdə olduğum müddətdə səhhətim ağırlaşdı».

    Sabiq deputat bildirmişdi ki, o, həm də talassemiya daşıyıcısıdır. “Hətta dişimi çəkdirəndə də qanı saxlaya bilmirlər. Ona görə məni Azərbaycanda əməliyyat etmirlər”.//qaynarinfo.az

  • Röya sevgilisini BIÇAQLADI – AXTARIŞDADIR – VİDEO

    “Əməkdar artist Röya Ayxan sevdiyi şəxsə çoxsaylı bıçaq zərbəsi endirib, müğənni axtarışdadır…”

    Median,Az Publika.az-a istinadla xəbər verir ki, bu sözlər ulduzun bu gün restoranların birində baş tutacaq konsertinin anonsunda deyilir.

    Əməkdar artist Röya Ayxan konsertinin reklamı üçün olduqca cəlbedici videoçarxa imza atıb. Hər zaman fərqli, kreativ və keyfiyyətli işləri ilə seçilən müğənni “Kimin belə sevgilisi var?” adlı konsert anonsu ilə də fərqlənməyi bacarıb.

    Bu kadrlar müğənninin pərəstişkarlarını təşvişə salsa da, məlum olub ki, sadəcə konsert reklamıdır.

  • Kəmaləddin Heydərov: “Siqaret kötüyünü zibil qablarına atsınlar”

    Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğın halları ilə bağlı vətəndaşlara müraciət edib.

    Median.Az-ın report-a istinadən xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, insanlar diqqətli olmalıdır:

    “Rayonlarda biçilmiş əraziləri yandırırlar. Bunu etmək olmaz. Həmin yanğınlar sonradan biçilməmiş ərazilərə və meşələrə keçir. İnsanların özlərinə zərər gələ bilər.

    Nazirliyin marifləndirici çarxları Kütləvi İnformasiya Vasitələrində mütəmadi yayımlanır. İnsanlar siqaret kötüyünü zibil qablarına atsınlar. Hətta siqaret üçün xüsusi zibil qabları da var. Sadəcə, biz siqareti, zibili nəinki quru otlağa, heç yerə də atmamalıyıq. Hər kəs bir-birinə təmizlik barədə irad tutarsa, diqqətlə fikir verərlər”.

  • Tbilisidə etiraz aksiyası bərpa olunub

    Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası başlayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, yeddinci gündür keçirilən aksiyada hələ kütləvilik müşahidə olunmur.

    Etirazçıların tələbləri daxili işlər naziri Giorgi Qaxarianın istefası, iyunun 20-21-də Tbilisidə aksiya zamanı saxlanılanların hamısının azad olunması və aksiyanın zor gücünə dağıdılmasında iştitak edən, güc tətbiq edən xüsusi təyinatlıların cəzalandırılmasıdır.

  • Bürcünüz haqqında BİLİNMƏYƏN FAKTLAR

    Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.

    Median.Az bürclər haqqında maraqlı faktıları təqdim edir.

    Qoç

    Bu bürcün nümayəndələri illər ərzində gözündəki işığı və şücaətlərini itirmirlər, gənclik həyəcanı və macəra ehtiyacı həyat boyu onları müşayiət edir. Daxili aləmin vəziyyəti üzlərində ifadə olunur: Qoç bürcləri çox gənc görünür və cavan stilinə daha çox üstünlük verirlər.

    Buğa

    Buğa qadınları yaşa dolduqca xüsusi cazibədarlıq qazanır və daha çox təmtərağa qaçırlar. Yetkin illərdə onlar çox zərif və dəbdəbəli görünürlər. Özlərini gənc və səfeh qızcığaz kimi göstərmək cəhdlərinə qapılmır, əksinə, gənc qızlara yaraşmayan nəfis və təmkinli bir stilə üstünlük verirlər.

    Əkizlər

    Maksimal yetkin yaşa qədər gəncliyini, təravətini və cazibədarlığını qorumağa çalışır. Adətən onlar çox aktivdir və çox işləyirlər, nadir hallarda sakit ailə həyat tərzini üstün tuturlar. Geyim tərzində və zahiri görünüşdə onlar müxtəlifliyə yönəlir, amma yalnız onlarda orijinal görünən geyimləri seçirlər.

    Xərçənglər

    Yaşa dolduqca bu bürcün təmsilçiləri təmkinli olmaq bacarığına yiyələnir, özünü ailə həyatı və evə daha çox həsr edir. İdealda sevən həyat yoldaşı və ana olurlar. Həyatını başqalarının qayğısına həsr edən Xərçənglərin şıq görünmək və dəblə ayaqlaşmağa sadəcə olaraq vaxtı yoxdur.

    Şir

    Adətən bu bürcün nümayəndələri illər ərzində karyerada yüksək vəzifə əldə edir, çünki işgüzarlığını daim inkişaf etdirir. Şəxsi həyatda səhvlər edə bilər, amma parlaq görünmək, diqqət çəkmək və həyatdan zövq almaq istəklərinə heç nə mane ola bilməz.

    Qız

    Yaş artdıqca onlar iddialı planlarının həyata keçirilməsinə kömək edən daha çox və daha dəyərli iş keyfiyyətləri əldə edirlər. Geyim və həyat tərzində daha mühafizəkar davranır, kiçik şeylərə və digər resurslara enerji sərf etməməyə çalışır və özlərini tamamilə şəxsi biznesə yönəldirlər.

    Tərəzi

    Bu bürcün nümayəndələri istənilən yaşda qeyri-adi cəzibədarlığını qoruyub saxlayır. Yaş ilə bərabər şəxsi qərarlarını müstəqil şəkildə verməyə alışır və komfort zonasından çıxmağı öyrənirlər. İnkişaf etmiş sənətsəl zövq duyumu onlara təbii gözəlliyini vurğulamağa və hər zaman dəbli görünməyə imkan verir.

    Əqrəb

    Əqrəb qadınları yaşa dolduqca daha az inadkar, daha yovuşan və mülayim olurlar. Yenə də əvvəlki kimi hər şeyə nəzarət etmək istəyi qalır və düzəltmək istəməsə də, öz səhvlərini etiraf etməyi öyrənirlər. Məşum qadın obrazı illərlə daha da parlaq olur, ətarfdakılarla qarşılıqlı əlaqə daha harmonik səviyyəyə yüksəlir.

    Oxatan

    Yaşa dolduqca Oxatan bürcləri sakitləşir və sonsuz macəra axtarışlarını ləngidirlər. Həyatında stabillik və komfort axtarır. Adətən akademik işlərlə məşğul olmaq istəyirlər, amma səyahət izini heç vaxt itirmirlər.

    Oğlaq

    Hər bir işin öhdəsindən gələn inanılmaz dərəcədə uğurlu biznes-ledidir: həm karyera qurur, həm də ailənin qayğısına qalır. Yaşla bərabər işlərində peşəkarlığa yiyələnir və işgüzarlığını möhkəmləndirir. Mükəmməlçilik onları yalnız gücləndirir. Ailə həyatında tələbkar və sərt olsalar da, qayğıkeş olduqlarını qeyd etmək yerinə düşər.

    Dolça

    Dünyaya qeyri-adi baxış bucağını və hər işdə həqiqətə çatmaq arzusunu qoruyub saxlayırlar, amma yaşla birlikdə daha az qətiyyətli olmağı və ətrafdakılara daha az güzəştə getməyi öyrənirlər. Optimizm, ünsiyyətcillik və yaradıcı enerji istənilən yaşda saxlanılır.

    Balıq

    Bu bürcün həssas təmsilçilərinin yaşla bağlı olaraq hansı istiqamətdə dəyişdiyini müəyyən etmək mümkün deyil. Yaşanmış həyat təcrübəsindən asılı olaraq özünü ətraf-aləmdən tədric edə və komfort zonasında gizlənə bilər. Yaxud da əksinə – bütün həyatı boyu dünyaya çəhrayı eynəklərdən baxmağa davam edəcək. Hisslərin dərinliyi və ətraf gerçəkliyin drammatik dərk edilməsi dəyişməz olaraq qalır.//publika.az