Month: June 2019

  • Prezident İlham Əliyev: “Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”

    Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olduqdan sonra kursant və müəllimlər qarşısında çıxışında bildirib.

    Dövlət başçısı qeyd edib: “Silahlı Qüvvələr Günü münasibətilə Sizi təbrik edir, hər birinizə uğurlar arzulayıram. Arzu edirəm ki, siz gözəl hərbçi kimi özünüzü göstərəsiniz.

    Bilirsiniz ki, bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərmişdir. Hələ o vaxt bilirdi ki, bizə milli hərbçi kadrlar lazım olacaq və belə də oldu”.

    Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: “Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir.

    Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir.

    Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.

    Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək.

    Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq.

    Sizə – burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz.

    Sizi bir daha təbrik edirəm.

    Bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və sizə yeni uğurlar arzulayıram. Sağ olun”.

  • Сотрудник чикагского ресторана плюнул на сына Трампа

    В городе Чикаго сотрудник ресторана плюнул на сына президента США Дональда Трампа – Эрика.

    Как сообщает CNN, сын президента счел этот поступок очень мерзким.

    «Тот сотрудник выглядел очень напряженным, у него есть психологические проблемы», – сказал Эрик Трамп.

    Он также предположил, что в инциденте замешаны «демократы».

  • Kofe və çaydan gələn TƏHLÜKƏ: Gündə 3-4 fincandan çox içəndə…

    Artıq çay və kofe sümük əriməsinə səbəb olur.Yaş artdıqca sümüklərdə struktur dəyişikliyi yaranır, sümüklər kövrəkləşir. Bunu sürətləndirən bir sıra amillər də var. Bu sırada qidalanma faktorlarının da önəmli olduğu bildirilir. Mütəxəssislər hesab edir ki, normadan artıq çay və kofe içmək də bu riski artırır.

    Kofein də tütün və alkoqol kimi həzm sistemində kalsium mənimsənilməsinin azalmasına səbəb olur vəböyrəklərin kalsiumu xaric etməsini sürətləndirir. Orqanizmdə kalsium miqdarı azalanda isə sümük formalaşması baş vermir.Son illərdə yaş artdıqca sümük əriməsinə (osteoporoz) geniş rast gəlinirvə əsas problemlərdən biri kimi ortaya çıxır. Sümüklərdə ən yüngül travma nəticəsində və yaxud hər hansı travma olmadan belə, əmələ gələn sınıqlar da bunun əlaməti sayılır.

    Ona görə də mütəxəssislər hesab edir ki, kofe və çay qəbulu azaldılmalıdır.Gündə 3-4 fincandan çox kofe içməmək, daha çox kofeinsiz qəhvə içmək tövsiyə olunur.
    Qeyd olunur ki, sümük əriməsi təxminən 35 yaşdan sonra başlayır. Qadınlarda sümük əriməsi meonapauzadan sonra sürətlənir. Bu proses menopauzadan sonrakı ilk 5-7 il ərzində daha da irəliləyir.//e-tibb.az

  • Balotelli Azərbaycan mahnısı paylaşdı: “Yandım, ay aman” – VİDEO

    İtaliya yığmasının üzvü Mario Balotelli “Instagram” hesabında Azərbaycan mahnısı paylaşıb.


    Median.Az xəbər verir ki, 28 yaşlı hücumçu sözləri və musiqisi Əsgər Osmanovun, ifaçısı Alicanın olan “Yandım, ay aman” mahnısını yerləşdirib.

    8,8 milyon izləyici olan M.Balotellinin bu paylaşımı azərbaycanlılar tərəfindən maraqla qarşılanıb.

  • Prezidentin şəhid ailələri və müharibə əlillərinə mənzil hədiyyəsi – FOTO

    26 iyun – Silahlı Qüvvələr Günündə Prezident İlham Əliyevin hədiyyəsi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq verilib.

    Qeyd edək ki, bu vaxta qədər nazirlik tərəfindən sözügedən kateqoriyalardan olanlara 6714 mənzil verilib.

  • Təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektində tıxac yaranıb

    Hazırda Heydər Əliyev prospekti metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq müşahidə edilir.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sıxlığın yaranmasına səbəb ərazidə təmir işlərinin aprılmasıdır.

  • Hacı Əliyev daha bir ermənini məğlub edib finala çıxdı

    Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev II Avropa Oyunlarında finala çıxıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, rəqib Ukrayna təmsilçisi Hor Ohanesyan olub.

    Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb. İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

    Finalda Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.

  • Restoran əməkdaşı Trampın oğluna tüpürdü

    ABŞ-ın Çikaqo şəhərində restoran əməkdaşı Prezident Donald Trampın oğlu Erikə tüpürüb.

    Bu barədə CNN məlumat yayıb.

    Prezidentin oğlu bildirib ki, bu, olduqca iyrənc addım idi:

    “Həmin əməkdaş gərgin görünürdü, psixoloji problemləri var idi”.

    Erik, eyni zamanda əlavə edib ki, insidentdə demokratların əli var.

  • Kürəkən qayınatasının evini atəşə tutdu

    İyunun 25-də Bakı şəhər sakini T.Quliyevin Ağcabədi şəhərinə gələrək orada yaşayan qayınatası M.Məmmədovun evinin istiqamətində 1 dəfə tüfənglə atəş açması, xəsarət alan olmaması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

    T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıəb, ona məxsus “Ford” markalı avtomobilə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.

    Araşdırma aparılır.//milli.az

  • Yol polisindən “plyonka xəbərdarlığı: Heç kimə güzəşt olmayacaq!

    Son zamanlar ölkə ərazisində avtomobillərin yan şüşələrində qanunla qadağan olunmuş örtüklərdən (plyokalardan) istifadə edənlərin sayında artım müşahidə olunur. Bəzi sürücülər avtomobillərinin yalnız arxa yan şüşələrinə “plyonka” çəksələr də, bəziləri biraz da irəli gedərək avtomobilin hətta ön yan şüşələrini də tündləşdirirlər. Bu isə mövcud qanunvericiliyə görə qadağandır. Başqa iddialara görə isə yol polisi avtomobillərin belə idarə edilməsinə göz yumur.

    Bu iddialar nə dərəcəsə həqiqətdir?

    Median.Az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyevin sözlərinə görə, mövcud qanunvericilikdə göstərilir ki, may ayının 1-dən noyabr ayının15-nə qədər arxa küləyə qarşı olmayan şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

    “Sürücülər də konkret olaraq bu qaydalara riayət etməlidir. Əgər qanunvericilikdə şüşələrlə bağlı, onların işıqburaxma qabiliyyətinə dair hansısa bir dəyişiklik olarsa, biz bununla əlaqədar rəsmi məlumat verəcəyik. Amma hələki qanunvericiliyin tələbləri nədirsə, sürücülər onun tələblərinə riayət etməlidir. Sürücülər başa düşməlidir ki, qanunun tələblərindən kənara çıxdıqları təqdirdə məsuliyyətə cəlb olunacaqlar”.

    Kamran Əliyev bildirib ki, plyonka da görünüşü məhdudlaşdırır, jalüz də.

    “Amma qanunverilikdə plyonkadan və tündəşdirilmiş şüşələrdən yox, müəyyən müddət aralığında sənaye üsulu ilə hazırlanmış jalüzlərdən istifadəyə icazə verilir. Sürücülər rəsmi olmayan adamlarından eşitdikləri sözlə hərəkət etməməlidir. Rəsmi olaraq qanuna dəyişiklik edilməyibsə, mövcud qanunvericiliyə əməl etməyənlər cərimələnəcək. Yol polisi heç bir qayda pozuntusuna göz yummur”.