Month: June 2019

  • “Burada havanı 10 manata satırlar” – Aktrisa istirahət mərkəzindən gileyləndi

    Aktrisa Xuraman Əlizadə şəhərdə yerləşən istirahət mərkəzlərindən gileylənib.

    O, ailəsi ilə getdiyi məkandan video paylaşaraq, qarşılaşdıqlarını deyib. Xuraman bildirib ki, dolu olan məkanlarda havanı belə pulla “satırlar”:

    “Bütün məkanlar doludur, yer yoxdur. Sonra da insanlar deyir ki, pul yoxdur. Gözəl inkişaf gedir. Amma bir şey mənə maraqlıdır: “bisetkada” oturmuşuq. Yanımızda qapısı, pəncərəsi olan otaq var. Bu otaqla “bisetka” arasında 10 manat fərq var. Bizə burada havanı 10 manata satırlar. Söhbət 10 manatdan getmir, sadəcə, adam özünü qəribə hiss edir.

    Özəl məkandır, heç nə deyə bilmərik. Amma gələndə “çayevoy”dan əlavə cibinizə 10 manat da qoyun ki, gəlib əməkdaşlar artıq istəyəndə, pərt olmayasız”.

    Danışarkən ağlayan Xuraman köklüyünü ələ salanlardan da bəhs edib:

    “Bir az yorğunam, fiziki yox, mənəvi… Bəzən insan hər şeydən yorulur. Bayaq bir kök xanım yazıb ki, necə belə kompleksizsiniz, rəqs edirsiz. Mən buyam, quruluşum, çəkim budur. Kompleksə düşdüyüm, çəkindiyim anlar olub. Adama bəzən elə qəribə baxırlar ki… Özümə çox qapanıram, siz etməyin. Girin hamam da, maşında qışqırın, ürəyinizə almayın”.
    ///axşam.az

  • В столице задержаны несовершенолетние, ограбившие 5 квартир

    Как сообщает Median.Az, сотрудники 35-, 36- и 37-го отделения полиции Хатаинского РУП в результате оперативно-розыскных мер задержали трех несовершенолетних жителей столицы и Газахского района, которые украли из 5 домов деньги и золотые украшения.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Xətai rayonunda 5 evdən oğurluq edən yeniyetmələr tutulub

    Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci, 36-cı polis bölmələri və 37-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 5 evdən pul və qızıl-zinət əşyaları oğurlayan Bakı və Qazax şəhər sakinləri olan 3 yeniyetmə saxlanılıb.

    Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Билясуваре 6 автомобилей сгорели дотла – ФОТО/ВИДЕО

    На таможенном пункте в Билясуваре дотла сгорели шесть автомобилей.

    Сообщается, что сгоревшие автомобили принадлежали ехавшим в Иран гражданам Азербайджана.

    По информации, сначала загорелся один автомобиль, затем пламя перекинулось на остальные.



  • Biləsuvarda gömrükdə 6 maşın yanıb külə döndü – YENİLƏNİB + VİDEO

    Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postu yaxınlığındakı avtomobil dayanacağında yanğın zamanı xəsarət alan olmayıb.

    Dövlət Gömrük Komitəsindən oxu.az-a bildirilib ki, hadisə nəticəsində bir neçə avtomobil yanıb:

    “Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb.

    Hadisə nəticəsində xəsarət alan olmasa da, dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib”.

    Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.

    * * * * *

    Biləsuvarda gömrük məntəqəsində altı maşın yanaraq külə dönüb.

    Yanan maşınların İrana gedən azərbaycanlı vətəndaşlara məxsus olduğu bildirilir.



  • Vəfa Zeynalova: Həyəcandan danışa bilmirəm

    Çox xoşbəxtəm. Həyəcandan danışa bilmirəm.

    Bunu Oxu.Az-a açıqlamasında tanınmış aktrisa Vəfa Zeynalova Prezident İlham Əliyevin ona mənzil hədiyyə etməsindən danışarkən bildirib.

    Əməkdar artist sevincinin həddi-hüdudu olmadığını deyib:

    “Ölkə başçısı cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Bu, mənim sənətimə verilən ən böyük dəyər və qiymətdir.

    Bir neçə saat olar ki, mənə zəng edib bu inanılmaz xəbəri çatdırdılar. Çox xoşbəxtəm. Həyəcandan danışa bilmirəm”.

  • Ильхам Алиев посетил Военный лицей имени Джамшида Нахчыванского

    26 июня Президент Азербайджанской Республики, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев ознакомился с условиями, созданными после реконструкции и капитального ремонта в Военном лицее имени Джамшида Нахчыванского Министерства обороны.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub

    İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Депутат: Кадровые реформы в судах никого не оставят без работы

    Создание условий для деятельности молодых кадров является признаком прозрачности в судебной системе.

    Об этом в интервью Oxu.Аz заявил депутат Вахид Ахмедов, комментируя судебные реформы в стране.

    В.Ахмедов отметил, что кадровые реформы в судебной системе, омоложение системы и прозрачность деятельности еще больше повысят доверие людей к судам.

    По словам депутата, профессиональный подход к конкретным вопросам важен, и в этой системе нет места непрофессиональному поведению и коррупции. В целом применение специфических положений правовой системы требует более глубоких знаний и опыта:

    Президент Ильхам Алиев 3 апреля 2019 года подписал указ «Об углублении реформ в судебно-правовой системе», в котором отражено создание условий для молодых специалистов в этой области. Конечно, создание условий для деятельности молодых кадров само по себе является признаком прозрачности в судебной системе.

    В Азербайджане достаточно молодых грамотных юристов. Судебно-правовую систему надо омолаживать, чтобы изменить негативное мнение людей. Кадровые реформы не означают, что люди, долгое время работающие в судах, будут безработными. Нет. Им также будут предоставлены соответствующие рабочие места», – сказал В.Ахмедов.

  • Deputat: Məhkəmələrdə kadr islahatı kimlərinsə işsiz qalacağı anlamına gəlməməlidir

    Gənc kadrların fəaliyyətinə şərait yaradılması məhkəmə sistemində şəffaflığa işarədir.

    Bu sözləri Oxu.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov məhkəmə sahəsində aparılan islahatlara münasibət bildirərkən deyib.

    V.Əhmədov qeyd edib ki, məhkəmə-hüquq sistemində kadr islahatlarının aparılması, sistemin cavanlaşması və fəaliyyət istiqamətinin şəffaflığı insanlarda məhkəmələrə inamı daha da artıracaq.

    O bildirib ki, spesifik məsələlərə peşəkar yanaşma vacibdir, bu sistemdə qeyri-peşəkar davranışlara, korrupsiyaya yer yoxdur. Ümumiyyətlə, məhkəmə-hüquq sistemində qanunvericiliyin spesifik müddəalarının tətbiq edilməsi daha dərin biliklər və təcrübə tələb edir:

    “Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanda da bu sahədə gənc kadrlara şərait yaradılması öz əksini tapıb. Təbii ki, gənc kadrların fəaliyyətinə şəraitin yaradılmasının özü də məhkəmə sistemində şəffaflığa işarədir.

    Azərbaycanda kifayət qədər savadlı gənc hüquqşünas var. Məhkəmə-hüquq sistemində gəncləşmə getməlidir ki, insanların neqativ fikirləri də dəyişsin. Kadr islahatları o demək deyil ki, uzun müddətdir məhkəmələrdə çalışan şəxslər işsiz qalacaq. Xeyr. Onlar da müvafiq işlərlə təmin olunacaqlar”.

    Deputatın sözlərinə görə, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” əsasında Məhkəmə Ekspertizası Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi, yeni filialların yaradılması və ekspertiza növlərinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur:

    “Bu gün məhkəmə-hüquq sistemində yalnız bir Məhkəmə Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Ekspertiza Mərkəzinin fəaliyyətinin beynəlxalq standartara uyğun qurulması məqsədilə qurumun müasir tələblərə cavab verən yeni inzibati bina və ən müasir avadanlıqlarla təchiz edilməsi də planlaşdırılır. Eyni zamanda, ilin yekunlarına qədər Mərkəzin filiallarını əhatə etməklə, qapalı elmi-metodik və informasiya-sorğu elektron sisteminin yaradılması da bu işə öz töhfəsini verəcək”.