Month: June 2019

  • Azərbaycanlı biznesmen suşi yeməyə getdi, 2.5 milyonu oğurlandı

    Azərbaycandan olan biznesmen Rusiyanın Sankt-Peterburq şəhərində, Petrovsk sahilboyunda yerləşən yapon restoranında öz həmyerlisi ilə yemək yeyəndən sonra pulunun və qiymətli əşyalarının oğurlandığını bilib.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, biznesmen Petroqrad rayon polis idarəsinə oğurluq faktı ilə bağlı şikayət verib.

    Adı açıqlanmayan 59 yaşlı biznesmenin sözlərinə görə iyunun 23-də səhər saat 4 radələrində restorandan çıxıb və bu zaman bahalı qaşlarla bəzədilmiş qızıl üzüyünün, smartfonunun və pullarının yoxa çıxdığını görüb. O, dəyən ziyanı 2.5 milyon rubl həcmində qiymətləndirib. Həmin şəxsin kommersiya firmalarından birinin direktorlar şurasının üzvü olduğu bildirilir.

    Biznesmen ifadəsində göstərib ki, pulunun və qiymətli əşyalarının yoxa çıxmasından əvvəl o, az tanıdığı həmyerlisi ilə restoranda spirtli içki içib, suşi yeyib.

    Şübhəlini götürdüyü telefonun sayəsində tezliklə yaxalamaq mümkün olub. Məlum olub ki, o heç yerdə işləməyən 40 yaşlı Azərbaycan vətəndaşıdır. Onu Ermitaj rayonunda iyunun 25-nə keçən gecə yaxalayıblar, barəsində cinayət işi qaldırıblar.

  • “Sumqayıt”ın baş məşqçisinin fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib

    “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.

    Median.Az-ın məlumatına görə, bu məqsədlə cəlb olunmuş ispaniyalı məşqçi Edu Karo ilə 1 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, UEFA-nın “A” kateqoriyalı məşqçisi Edu Karo İspaniyanın “CF Esplugenc”, “CF Damm”, “Terrassa FC”, “CF Gavà” və Səudiyyə Ərəbistanının “Al-Hilal” komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.

  • Солдат, чье тело найдено в учебном центре в Армении, застрелился из автомата – ОБНОВЛЕНО

    В связи с гибелью военнослужащего Айка Алавердяна возбуждено уголовное дело по статье о доведении до самоубийства.

    Как сообщает пресс-служба Следственного комитета, около 13:30 часов накануне военнослужащий срочной службы рядовой Айк Алавердян нанес себе из табельного автомата смертельное ранение.

    Ведется следствие.

    ***

    В учебном центре Баграмян в Армавирской области Армении было обнаружено тело 19-летнего военнослужащего срочной службы, сообщает Report со ссылкой на армянские СМИ.

    Согласно информации Следственного комитета, на данный момент на месте происшествия работают следователи из 4-го гарнизонного отдела Главного военного следственного управления комитета.

    “Предпринимаются неотложные действия по выяснению обстоятельств инцидента”, – добавили в СК.

  • Ermənistanda əsgər özünü güllələyərək intihar edib – YENİLƏNİB

    Ermənistan Silahlı Qüvvələrinin sıravi əsgəri Ayk Alaverdyan tabel silahından atəş açaraq özünü ölümcül yaralayıb.

    “Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı İstintaq Kmitəsi yayıb. Bildirilib ki, hadisə iyunun 25-də baş verib. Əsgər açdığı atəş nəticəsində ölüb.

    ***
    Ermənistanın Armavir vilayətində Baqramyan hərbi təlim mərkəzində 19 yaşlı əsgərin meyiti aşkarlanıb.

    “Report” “Panorama.am”a istinadən xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.

    Bildirilib ki, hadisənin səbəbi araşdırılır.

  • Lənkəran çayında 23 yaşlı oğlan boğulub

    Lerik rayonunda 23 yaşlı oğlan çayda boğulub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə, Lənkəran çayının Lerik rayonu ərazisindən keçən hissəsində 1996-cı il təvəllüdlü Mehrəliyev Cavid Sakit oğlunun batması barədə məlumat daxil olub.

    Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu C.Mehrəliyevin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.//report.az

  • Azərbaycanda dəmir yolu ilə sərnişindaşımaların həcmi 21% artıb

    Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 5,8 mln. ton yük və 1,3 mln. sərnişin daşınıb.

    BAKU.WS-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 5,7%, sərnişin daşınmasında isə 21% artım müşahidə olunub.

    Orta hesabla sutkada 277 vaqon yüklənib, 392 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,8 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

  • Konqresin qərarı: Tramp İrana icazəsiz zərbə endirə bilməz

    ABŞ Konqresinə milli müdafiə haqqında qanuna dəyişikliklərə dair layihə təqdim edilib.

    RBK-nın məlumatına görə, dəyişikliklər qanunverici orqanın ilkin razılığı olmadan İrana hərbi zərbənin maliyyələşdirilməsini qadağan edir.

    Sənədi konqresmenlər Ro Hanna və Mett Hets hazırlayıblar. Onların təkliflərinə əsasən, Konqres Tehrana müharibə elan etməyənədək və ya icazə verməyənədək İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi bloklanacaq.

    R.Hannanın fikrincə, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə müharibəyə başlamağın bir addımlığında olub. Bu müharibə Vaşinqtona 3 trilyon dollara başa gələ bilərdi.

    Xatırladaq ki, D.Tramp zərurət yaranacağı təqdirdə, konqresmenlərlə razılaşdırmadan İrana zərbə endirməyin mümkün olduğunu bəyan etmişdi.

  • Важная победа азербайджанского бадминтониста на Евроиграх

    Азербайджанский бадминтонист Эзми Говимурамадхони одержал вторую подряд победу в группе «G» и вышел в 1/8 финала Еропейских Играх.

    Во втором туре он уверенно прошел люксембуржца Роберта Манна, выиграв со счетом 2:0 (21-18, 21-15).

    Последний свой матч в группе наш бадминтонист проведет сегодня против россиянина Владимира Малкова.

    Согласно регламенту турнира, спортсмены, занявшие первые 2 места в группе, выходят в плей-офф. Соревнования по бадминтону среди мужчин на Евроиграх, в которых включились 32 спортсмена, продолжатся до 30 июня на арене «Falcon club».

  • Azərbaycan Avropa Oyunlarında 13-cü medalını rəsmiləşdirdi

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.

    Bu gün “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri keçirilir.

    Azərbaycan yığmasının boksçusu Lorenso Sotomayor da növbəti döyüşünə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb.

    Təmsilçimiz rəqibinə 5:0 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. L.Sotomayor bununla da özü üçün II Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib. Bununla da medallarımızın sayı faktiki olaraq 13-ə çatıb.

    2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.

    Qeyd edək ki, bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (-60 kq) və Alfonso Dominqes (-81 kq) yarımfinala vəsiqə və mükafatın təmin olunması üçün mübarizə aparacaq.
    /oxu.az/

  • В Гусаре выпал град

    Сегодня днем в Гусарском районе выпал град, передаёт Median.Az со ссылкой на АПА.

    Град шел около пяти минут. Информации о каком-либо ущербе пока нет.