Month: June 2019

  • Журналист Фуад Аббасов депортирован в Азербайджан

    Задержанный в России азербайджанский журналист Фуад Аббасов депортирован на родину.

    Как сообщает Median.Az со ссылкой на АПА, об этом сообщил адвокат журналиста Теййуб Шерифов.

    По сообщению, Фуад Аббасов сегодня под контролем сотрудников посольства Азербайджана в России вылетел на родину из аэропорта Внуково на самолете рейса Москва-Баку авиакомпании АЗАЛ.

  • Daha üç ucqar dağ kəndinə qaz verildi – FOTO

    Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ildə ucqar kəndlərin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq, Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub.

    Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə qaz borularının əl ilə həmin ərazilərə daşınmasına, hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlər tamamlanaraq yaşayış məntəqələrində sayğaclar quraşdırılıb.

    2019-cu il iyunun 25-i, Silahlı Qüvvələr Günü ərəfəsində Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Bildirilib ki, ümumilikdə 521 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün “birpilləli” tənzimləmə sistemi əsasında ümumi uzunluğu 44 016 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

    Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, Novoivanovka, Çiçəkli, həmçinin Şahdağ kəndlərində isə tikinti quraşdırma işləri yekunlaşdırılaraq istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilişi təmin ediləcək.

    Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə, eləcə də istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

  • İçki məclisində güllələnmə: qonaqlardan biri öldü

    Mingəçevirdə içki məclisində qətl törədilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, “Energetik” yaşayış massivində bir qrup şəxs arasında düşən dava ölümlə nəticələnib.

    Qadınların da yer aldığı məclisdə şəxsiyyəti hələ müəyyənləşdirilməyən ev sahibi ilə qonaqlardan biri – Zülfüqar adlı şəxs arasında yaranan mübahisə münaqişəyə çevrilib.

    Nəticədə ev sahibi döyülərək çoxsaylı xəsarətlər alıb. Bundan sonra o, silaha əl atıb. Bu zaman qonaqlar onun üstünə atılaraq silahı əlindən almağa çalışıblar. Qarışıqlıq vaxtı silahdan açılan atəş nəticəsində güllə “İncilli Akif” təxəllüslü şəxsə dəyib, o, hadisə yerindəcə ölüb.

    Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.

  • В Мингячевире произошла массовая драка со стрельбой, есть погибший

    В Мингячевире совершено убийство.

    Как сообщает Median.Az со ссылкой на АПА, в одном из частных хозяйств в жилмассиве «Энергетик» между неизвестными лицами произошла массовая драка, в ходе которой был убит один человек.

    По сообщению, мужчина был убит огнестрельным оружием.

  • Hacı Əliyev Avropa Oyunlarına erməni güləşçi ilə başlayacaq

    Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, sabah daha üç güləşçimiz mübarizəyə start verəcək.

    Bu gün həmin idmançılarımızın rəqibləri müəyyənləşib.

    Sərbəst güləş

    65 kq
    1/8 final. Hacı Əliyev – Valodya Franqulyan (Ermənistan)

    97 kq
    1/8 final. Nurməhəmməd Hacıyev – Radoslav Baran (Polşa)

    Qadın güləşi

    68 kq
    1/8 final. İrina Netreba – Yeni Franson (İsveç)

  • Страшное ДТП в Хырдалане: КАМАЗ переехал 6-летнего ребенка

    В Абшеронском районе произошло ДТП со смертельным исходом.

    Как сообщает Median.Az со ссылкой на АПА, происшествие зарегистрировано в городе Хырдалан.

    Автомобиль сбил переходившего дорогу Халилзаде Мехмета Огтай оглу 2013 года рождения. От полученных травм мальчик скончался на месте происшествия.

  • Döyülməkdən bezən ana özünü Kürə atdı, polis xilas etdi – VİDEO

    Salyanda polis Kür çayı üzərindəki körpüdən özünü suya atan qadını xilas edib.


    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.

    Həmin vaxt Salyan Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 24 yaşlı Rafael Quliyev qadını xilas etmək üçün çaya baş vurub.

    İntihara cəhd edən qadın Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

    Məlum olub ki, qadın rayonun Yenikənd kənd sakini 39 yaşlı Fəridə Tağıyevadır. Yaxınlarının dediyinə görə, dörd uşaq anası olan F.Tağıyeva ailə qurduğu gündən əri tərəfindən döyülürmüş. Qadın ərinin həqarətlərinə dözə bilmədiyi üçün belə bir addım atıb.

    Doğmaları F.Tağıyevanın həyatını xilas etdiyi üçün polis əməkdaşlarına minnətdarlıq ediblər.

  • Şamaxı susuz qaldı – Problem nə vaxt həll olunacaq?

    Şamaxıda sakinlər içməli suya həsrətdir.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, bir aydır ki, şəhərin Yavər Kələntərli, Malik Bayramov və Abbas Səhhət küçələrinin sakinləri içməli su üzünə həsrət qalıb.

    Sakinlərin sözlərinə görə, şəhərin su-kanalizasiya sistemi beş il əvvəl yenilənib. Bütün evlərə su xətləri çəkilib, amma bəzi məhəllələr var ki, hələ də içməli sudan istifadə edə bilmir. Sakinlərə bir neçə ay öncə həftədə bir dəfə olmaqla, bir saat su verilirdisə, indi artıq o da dayandırılıb.

    Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, sakinlərin su probleminə səbəb havaların həddindən artıq isti keçməsidir. Belə ki, mövcud su quyularında suyun azalması, sözügedən ərazilərin yüksəkdə yerləşməsi su verilişinə mane olur.

    “Yeni su mənbəyi və tikilən yeni su anbarı problemi kökündən həll edəcək”, – deyə qurum rəsmisi bildirib.

  • Трамп пообещал уничтожить Иран

    Президент США Дональд Трамп прокомментировал заявление президента Ирана Хассана Роухани, который назвал Белый дом умственно отсталым, и назвал их оскорбительными.

    Как передает Median.Az, об этом политик написал в своем Твиттере.

    Американский лидер добавил, что высказывание Ирана свидетельствуют лишь о том, что их власти не понимают реалий.

    Трамп также заявил, что любая атака со стороны Ирана будет встречена ответной «великой и ошеломляющей» атакой со стороны США.

    «В некотором смысле ошеломляющий будет означать уничтожающий. Никаких более Джонов Керри и Обам», — написал Трамп.

    Заявление иранского президента было сделано в ответ на веденные Вашингтоном санкции.

  • Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi

    2024-cü ildə Parsidə keçiriləcək Olimpiya Oyunlarında breyk-dans idman növü kimi proqrama daxil ediləcək.

    Beynəlxalq Olimpiya Komitəsinin 134-cü sessiyasında breyk-dansın idman növü kimi Olimpiya Oyunları proqramına daxil edilməsi, serfinq, dağadırmanma və skeytbordinqin proqramda saxlanılmasına dair qərar qəbul edilib.

    Breyk-dans ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə keçirilən yeniyetmələrin yay Olimpiya Oyunlarında Olimpiya idman növü kimi təqdim edilmişdi.

    Breyk-dansda 16 kişi və 16 qadın idmançı medallar uğrunda mübarizə aparacaq.

    Dağadırmanma, skeytbordinq və serfinq idman növləri üzrə ilk Olimpiya mübarizəsi gələn il Tokioda başlayacaq.

    Parisdə isə Olimpiya Oyunları 2024-cü ildə, iyulun 24-dən, avqustun 11-nə qədər olan müddətdə keçiriləcək. Bu idman növlərinin əlavə edilməsi ilə Olimpiya proqramına daxil edilmiş idman oyunlarının sayı 33-ə çatır.