Month: June 2019

  • Франция будет получать от Facebook данные пользователей, разжигающих ненависть

    Facebook согласилась передавать французским судам информацию о пользователях, размещающих на страницах социальной сети призывы к разжиганию ненависти.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил госсекретарь при премьер-министре Франции по вопросам цифровых технологий Седрик О.

    Решение принято руководством социальной сети после продолжительных консультаций и нескольких встреч президента Франции Эмманюэля Макрона с основателем Facebook Марка Цукерберга.

    В начале мая Цукерберг заявил, что Facebook замечает 65% записей с разжигающим ненависть содержанием еще до получения жалоб. Он выразил уверенность в том, что компания не должна самостоятельно принимать решение в случаях, когда речь идет о потенциально вредном контенте, который при этом не запрещен законом.

  • “Facebook” nifrət yaradan istifadəçilərin şəxsi məlumatlarını Fransa hökumətinə ötürəcək

    “Facebook” sosial şəbəkəsi düşmənçilik və nifrət məzmunlu çağırışlar paylaşan istifadəçilərin şəxsi məlumatlarını Fransa məhkəmələrinə ötürməyə razılıq verib.

    Median.Az “Reuters”ə istinadən xəbər verir ki, Fransanın rəqəmsal sektoru naziri Sedrik O belə bir təşəbbüsün məhz Fransada həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

    “Facebook” rəhbəri Mark Zukerberq ilə Fransa prezidenti Emanuel Makron arasında ötən ildən başlayaraq keçirilən bir sıra görüşlərdə dövlət başçısı nifrət çağırışları və dezinformasiyaları nizama salmaq əzmində olduğunu dilə gətirmişdi. Noyabr ayında “Facebook” Fransa istintaq orqanları ilə sözügedən məsələdə əməkdaşlıq edəcəklərini açıqlamışdı.

    Bu il may ayında M.Zukerberq nifrət paylaşımlarının 65 faizinin şikayət gələnədək qeydə alındığını, qanunla qadağan olunmayan hər hansı paylaşımlarla bağlı şirkətin özbaşına qərar verməsinin düzgün olmadığını açıqlamışdı.

  • Bakı-Ələt yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

    Bakı-Ələt magistral yolunda yol qəzası baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, iki avtomobil toqquşub.

    Qəza nəticəsində xəsarət alanlar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

  • Бакинский суд вынес приговор пятикратному чемпиону мира

    В Бакинском суде по тяжким преступлениям завершился судебный процесс по уголовному делу Эхрама Меджидова, 1979 г.р, обвиняемого в умышленном нанесении ущерба здоровью.

    Руководитель отдела кикбоксинга спортивного клуба «Нефтчи», пятикратный чемпион мира Эхрам Меджидов лишен свободы сроком на 3,5 года по обвинению в нанесении увечий тестю Бахрузу Дильбази, 1953 г.р, сообщает Report.

    Отметим, что прокурор потребовал для Э.Меджидова 8 лет тюрьмы.

    Эхрам Меджидов обвиняется по ст. 126.2.3 (Умышленное причинение тяжкого вреда здоровью с особой жестокостью, в том числе с сильными страданиями для потерпевшего или по найму, а равно в отношении лица, заведомо для виновного находящегося в беспомощном состоянии), 126.2.4 (Умышленное причинение тяжкого вреда здоровью общеопасным способом, из хулиганских побуждений) и 228 (Ношение холодного оружия) УК.

  • Jurnalist Fuad Abbasov azadlıqda – Bakıya gəlir

    Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov azadlığa buraxılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı jurnalistin Facebook hesabında məlumat verilib.

    Bildirilib ki, jurnalist Moskva vaxtı ilə 19:40-da Bakıya yola düşüb.

    Qeyd edək ki, Rusiyada yaşayan və fəaliyyət göstərən jurnalist F.Abbasov mayın 16-da miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinərək saxlanmışdı.

    Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınmışdı.

  • AZAL совершил первый авиарейс Баку-Дели

    AZAL запустил регулярные и чартерные рейсы из Баку в один из крупнейших городов Индии – Дели,

    Во вторник состоялся первый перелет, говорится в сообщении азербайджанских авиалиний.

    Авиарейсы будут выполняться два раза в неделю – по вторникам и пятницам на самолетах «Boeing-757» по тарифам «эконом» и «бизнес-класс».

    Рейсы будут осуществляться через Терминал 1 Международного аэропорта Гейдар Алиев.

  • Bakıda dönərxanada zəhərlənmə olub

    Bakının Nizami rayonu Babək prospekti 65 ünvanında yerləşən dönərxanada zəhərlənmə baş verib.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənmədən 5 nəfər zərər çəkib.

    Onların ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var.

    Zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Hazırda onların müalicəsi davam etdirilir.//milli.az

  • Plastik qabda su alarkən diqqətli olun – XƏBƏRDARLIQ

    Neftin təkrar emal məhsullarından əldə olunan plastik qablar yüksək temperaturda təhlükə mənbəyidir.

    Havaların istiləşməsi zəhərlənmə hallarının baş vermə ehtimalını artırır. Yüksək hava temperaturu plastik qablarla bağlı təhlükəni yenidən gündəmə gətirir.

    Bəzi hallarda iri marketlərin qarşısında saatlarla saxlanılan plastik qablarda olan içməli sular zəhərlənmə mənbəyinə çevrilir. Bəs bu kimi halların baş verməməsi üçün nə etmək lazımdır?

    Median.Az bildirir ki, Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi belə arzuolunmaz hadisələrin baş verməməsi üçün lazım olan tövsiyələrini açıqlayıb. AQTA-nın məlumatında bildirilib ki, qablaşdırma qida və digər məhsulların təhlükəsiz şəraitdə saxlanılmasında mühüm rola malikdir: “Qablaşdırma həmçinin ətraf mühitin zərərli təsirlərindən qorunması və məhsulun rahat daşınması üçün əhəmiyyətli vasitədir. Qablaşdırma məhsulları fərqli formalarda və fərqli materiallardan hazırlanır. Plastik, metal, kağız, şüşə və digər əsaslı qablaşdırma məhsullarını buna misal göstərmək olar. Qablaşdırılmada istifadə edilən bu materialların qida üçün təhlükəsiz olması vacibdir”.

    “Lakin araşdırmalar göstərir ki, bu cür materialların heç də hamısı təhlükəsiz qablaşdırma materialları hesab edilmir. Plastik qablaşdırma materialları kimi. Belə ki, qida məhsullarının qablaşdırılmasında istifadə olunan plastik qablardan toksiki xassəli kimyəvi maddələr qidaya miqrasiya edə bilər. Bunlar bilavasitə plastiklərin istehsalı prosesində yaranan və xammaldan gələn maddələrdir. Çünki, plastik materialların əksəriyyəti yüksək temperatur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlığımız üçün təhlükə yarada bilən zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerlər, bisfenol A və sairi misal göstərmək olar. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullardan uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması yolverilməzdir”, – deyə AQTA-dan verilən məlumatda bildirilib.

    Qeyd olunub ki, içməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir: “Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur. Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə, eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərinin mənfi yöndə dəyişməsinə səbəb olur”.

    “Qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına diqqət edilməlidir. Sular istehsalat şəraitində uyğun şərtlər altında qablara doldurulmalı, daha sonra saxlanma şərtlərinə və ən sonda suların satışı zamanı müvafiq şərtlərə əməl olunmaqla məhsulların satışı həyata keçirilməlidir. Bu zəncirin hər hansı bir hissəsində baş verən qırılma sonda təhlükəli məhsulun istehlakçıya qədər çatmasına gətirib çıxara bilər. İstənilən qida məhsulu kimi, qablaşdırılmış suların da saxlanılma şərtlərinə əməl olunmaqla saxlanılması və daşınması həyata keçirilməlidir. Qablaşdırılmış sular sərin, təmiz, quru və qoxusuz şəraitdə saxlanılmalıdır. İstehlakçılar məhsulu alarkən plastik və ya şüşə butulka üzərində əks olunmuş istehsal və son istifadə tarixlərinə xüsusi diqqət etməlidirlər. Həmçinin, qablaşma üzərində olan etiketdə qeyd edilən adla qapaq üzərindəki ad eyni olmalı, qapağın möhkəm bağlanıb-bağlanmamasına xüsusi diqqət edilməlidir. Plastik qablaşdırılmış suları mümkün qədər şüşə qablaşma ilə əvəz etməkdə, ev şəraitində soyuducularda su saxlayarkən də buna əməl etməkdə fayda var”, – deyə AQTA-nın məlumatında vurğulanıb.

  • Bakıda azyaşlı qızları sosial şəbəkədə aldadıb fahişəliyə cəlb edən şəxsdən XƏBƏR VAR

    Bakıda azyaşlı qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Cəlal Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

    Median.Az Ölkə.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası iyul ayının 4-nə təyin olunub.

    İttihama görə, Cəlal Mehdiyev sosial şəbəkədə azyaşlı qızları aldadıb. O, qızlara hədə-qorxu gəlib, onları fahişəliyə cəlb edib.

    Şikayət əsasında Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    İstintaq orqanı tərəfindən Cəlal Mehdiyevə Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

    Qeyd edək ki, cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

  • “Saçımın tez ağarmağı başqa səbəbdəndir” – Gənc qardaşını itirən reper – VİDEO – FOTO

    ARB TV-nin “Öz evimizdir” proqramının növbəti qonağı reper Ramil Nabran olub.

    Median.Az xəbər verir ki, reper həyatında cavan itkilərin çox olduğunu deyib:

    “Saçımın tez ağarmağı başqa səbəbdəndir. Pozitiv görünsəm də çətin günlərim çox olub. Cavan qardaş, dost itkim çox olub. 2017-ci ildə 32 yaşlı doğma qardaşım Nazim 15 günün içində rəhmətə getdi. Mən bilən boğazındakı yaradan rəhmətə gedib. Hər şey qardaşım dünyasını dəyişənə kimi idi. Cavan ölüm heç kimə arzulamıram”.