Month: June 2019

  • Naxçıvanlı velosipedçini Gəncədə maşın vurdu

    Gəncədə yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində qeydə alınıb. Naxçıvan şəhər sakini, 30 yaşlı Ümid Abbasəliyevi velosepedlə dönərkən “Opel” markalı minik maşını vurub. Yaralı dərhal xəstəxanaya yerləşdilirb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Водитель умер после ремонта грузовика

    В Сабирабадском районе произошел несчастный случай, в результате которого скончался 51-летний мужчина.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, инцидент зафиксирован в селе Поладтогай.

    Житель села Мамедов Асаф Алигусейн оглу 1968 года рождения ремонтировал вышедшее из строя колесо грузовика и, отсоединяя его, напоролся на металлическую деталь.

    Получивший тяжелые травмы мужчина был госпитализирован в Ширванскую городскую центральную больницу. Ему оказали первую медицинскую помощь, однако его состояние ухудшилось, поэтому пострадавшего отправили в Баку. Несмотря на все усилия, он скончался.

    По факту ведется расследование.

  • Azərbaycanda kütləvi dava: Bir nəfər GÜLLƏLƏNDİ

    Mingəçevirdə qətl hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, şəhərin “Energetik” yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində bir qrup naməlum şəxs arasında düşən dava ölümlə nəticələnib.

    Bir nəfər odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qətlə yetirilən şəxsin kimliyi araşdırılır. Mübahisədə bir nəfər isə ağır xəsarət alıb.

  • AZAL Bakıdan Dehliyə ilk birbaşa aviareysi həyata keçirib

    AZAL bu gündən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri – Dehliyə müntəzəm və çarter reyslərini həyata keçirir.

    “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu gün ilk uçuş baş tutub.

    AZAL-ın reysləri həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək.

    Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.

    Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.//milli.az

  • “Qiymətlərimin çoxu 3 idi ” – Murad Dadaşov – VİDEO – FOTO

    Ölkənin ilk uşaq telekanalı “ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı xalq artisti, məşhur şoumen Murad Dadaşov olub.

    Median.Az xəbər verir ki, o, məktəbdə yaxşı şagirdlər sırasında olmadığını etiraf edib:

    “Bəzən uğur qazanan insanlar haqqında əfsanələr yayılır ki, bütün qiymətləri əla idi, dərslərə vaxtı-vaxtında gəlirdi və s. Mən isə elə şagird deyildim. Bir-iki fəndən 5 qiyməti alırdım qalanları 3 və 4 idi. Aldığım qiymətlər ona görə aşağı deyildi ki, mən pis oxuyurdum, sadəcə çox nadinc bir uşaq idim. Hətta zarafatla deyirəm ki, məktəbi bitirəndə mənim bir dənə də 4 qiymətim yox idi, hamısı 3 idi. Musiqi və rəsmxətt dərslərini əla qiymətlərlə oxuyurdum. Oxuduğum 160 nömrəli məktəbin xüsusi mühiti var idi. Sinifimizdə oxuyan uşaqların əksəriyyəti bu gün uğur qazanmış insanlardır. Mənimlə oxuyan uşaqların çoxu xaricdədir”.

    Murad Dadaşov müasir dövrün məktəblilərinə tövsiyyələrini də verib:

    “Əziz məktəblilər, düzdür, bütün həyatınız qabaqdadır, amma sizə acı bir həqiqəti deyim ki, vaxt o qədər də çox deyil. Vaxt çox məhduddur və təhsilinizə ayıracağınız zaman ondan da azdır. Nə qədər ki, asudə vaxtınız kifayət qədər var, öyrənin! Dil öyrənin, peşə öyrənin, hər şeylə maraqlanın, musiqi alətlərində ifa etməyi öyrənin, kitab oxuyun. Nə qədər çox oxusanız sizin xeyrinizədir”.

    Xatırladaq ki, “Mən məktəbli ikən” telelayihəsi hər həftənin şənbə günü axşam saat 18:00-da “ARB Günəş”in efirində yayımlanır.

  • Heydər Əliyev prospektində qəza – Tıxac var

    Heydər Əliyev prospektində avtomobil qəzası olub.

    Bakı Nqəliyyat Agentliyindən verilən məlumata görə, hadisə Bağırov korpüsünün çıxışı metronun Koroğlu stansiyası istiqamətində baş verib.

    Bu səbəbdən də hazırda qeyd edilən yolda tıxac var.//milli.az

  • Azərbaycanda tibbi sığorta haqları artıb

    2019-cu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 93.8 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

    Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 212.7 mln. manat, ödənişlər isə 64 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 mln. manat, ödənişlər isə 29.8 mln. manat olub.

    2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6%-i könüllü, 33.4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68.3%-i könüllü, 31.7%-i icbari sığorta növləri hesabına formalaşıb.

    Ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortasının haqları üzrə həm könüllü 2% (2.4 mln. manat), həm də icbari növləri 10% (7.7 mln. manat) üzrə artım müşahidə edilmişdir. Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta 20% (10.6 mln. manat) və daşınmaz əmlakın icbari sığortası 33.0% (4.0 mln. manat) üzrə olub.

    Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 18% (3.5 mln. manat) qeydə alınmışdır.

    2019-cu ilin yanvar-may ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistics-statistics).

    Sığorta bazarının növ və şirkət üzrə icmal göstəriciləri//milli.az

  • Hava şirkətləri buna görə cəzalandırılacaq

    Təyyarədəki sərnişinlərlə bağlı məlumatı təqdim etməyən şirkətlər cəzalandırılacaq.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik haqqında Qanunu təsdiqləyib.
    Məcəllənin 295-ci (Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) maddəsinə iki yeni bənd əlavə edilib.
    Əlavədə qeyd olunub ki, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisinin sərnişinlərinə dair nəzərdə tutulan məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500 məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimələnir.

    Bundan başqa, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair nəzərdə tutulan məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən sonra hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir.

  • Robert Koçaryan yenidən həbs edilir

    Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib.

    APA -nın “Aysor.am”a istinadən verdiyi məlumata görə, hakim R.Koçaryana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı əvvəlki məhkəmə qərarından verilən şikayəti təmin edib.

    Hakim bildirib ki, qərardan 15 gün ərzində şikayət vermək mümkündür. Robert Koçaryan və vəkili məhkəmə iclasında iştirak etməyib.

  • Oksana Rəsulova yeni film çəkir

    Rəqqasə və aktrisa Oksana Rəsulova yeni film çəkəcək.

    Median.Az-ın lent.az-a istinadən məlumatına görə, bu haqda O.Rəsulova şəxsi “İnstagram” səhifəsində paylaşım edib.

    Məlumata görə, tammetrajlı bədii film “Sevgi Romanı” adı altında yayımlanacaq.

    Filmin baş prodüseri Oksana Rəsulova, aktyor heyəti Oksana Rəsulova (Həlimə) , Şəhriyar Əbilov (Eldar), Kamran Ağabalayev (Xanlar), Zümrüd Bədalova (Lalə), Cavid Sərbalayev, Əbdul Qəni (İftixar, Kazım Abdullayev (Vidadi) və digərləri iştirak edirlər.