Month: June 2019

  • Polis rəisi işdən çıxarıldı – Nöqsanlara görə

    Samux rayon Polis Şöbəsinin rəisi polkovnik Akif Nəbiyev vəzifəsindən azad edilib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına əsasən, A.Nəbiyevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi işində yol verdiyi nöqsan göstərilir.

    A.Nəbiyev sərəncama götürülüb.

    Qeyd edək ki, A.Nəbiyev 2011-ci ildən bu vəzifəni yerinə yetirib.

  • Şirvanda Kür çayı sahilində qadın meyiti tapılıb

    Şirvan şəhərində qadın meyiti tapılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, iyunun 25-də axşam saatlarında Kür çayının Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində sahildə, təxminən, 25 yaşlı naməlum qadın meyiti tapılıb. Hazırda meyitin şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Beşqat dünya çempionu Ehram Məcidova hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az-ın report-a istinadən xəbərinə görə, “Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

  • Bakıda zəncirvari qəza – FOTO

    Bakıda zəncirvari yol qəzası baş verib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, qəza paytaxtın Yasamal rayonu mətbuat prospektində baş verib.

    Prospektdə “Toyota” idarəetməni itirərək qarşıda dayanan “Vaz 21 07” markalı avtomobilə dəyib. Nəticədə 6 avtomobil bir-birinə dəyib.

    Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

  • Bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur

    Bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur. Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

    Onun sözlərinə görə, iyun ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir. Keçən ilin iyun ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə hətta 10 dərəcə təşkil edir:

    “Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb. Bakıda 37, Abşeron yarımdasında 39,6, Aran rayonlarında 40-42 dərəcə isti olub ki, bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir”.

    U.Tağıyeva əlavə edib ki, son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir.

    Onun sözlərinə görə, anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır:

    “Gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olub, əhalini anomal isti günlərdə öz səhhətlərinə daha diqqətli olmağa çağırırıq. Analar uşaqları Günəş şüasından qorusunlar, yaşlı insanların Günəşin altında olmaları məsləhət deyil”.

    U.Tağıyeva qeyd edib ki, iqlim dəyişmələrinin təsirləri çoxşaxəlidir, bu proses temperaturun yüksəlməsi ilə bərabər, həmçinin, təhlükəli hadisələrin artması ilə səciyyələnir:

    “Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır. İstər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində, istər sudan istifadədə yanaşmaların dəyişməsində biz iqlim dəyişmələri ilə bağlı riskləri azalda, onlara uyğunlaşa bilərik. Bir çox ölkələrin təcrübəsi burada nəzərə alına bilər. Xəzər dənizin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır. 1995-ci ildə qeydə alınan maksimum göstəricidən səviyyənin 1,2 metr aşağı enməsi, sahilyanı infrastruktur layihələrin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir, şiddətli küləklər, dolu prosesləri, daşqınlar, sel hadisələri daha tez-tez qeydə alınır. Bu proseslər, təbii ki, qarşısı alınmayan hadisələrdir. Ölkələrdə fəsadları nisbətən azaltmaq yalnız qabaqcadan xəbərdarlıq sisteminin gücləndirilməsi ilə mümkündür. Burada beynəlxalq təcrübə öyrənilir və onların tətbiqində hidrometeorologiya xidmətlərinin məsuliyyəti artır”.

  • Məşhur müğənninin konfeti 50 min dollara satışa çıxarıldı – FOTO

    Dünya şöhrətli müğənni Ariana Qrandenin daha öncə istifadə etdiyi konfet internetdə rekord qiymətə satışa çıxarılıb.

    Bir neçə gün öncə verdiyi konsert zamanı səhnəyə əlində konfetlə çıxan 25 yaşlı müğənni şirniyyatı tamaşaçıların üstünə atıb. Sənətçini izləməyə gələn tamaşaçılardan biri bu konfeti taparaq götürüb. Daha sonra konfeti internetdə 50 min dollara satışa çıxarıb.

    Fanatları internetdə konfetlə maraqlansalar da, hələlik şirniyyatı almağa tələsən yoxdur.

    Qeyd edək ki, A.Qrande ABŞ-ın Florida ştatında dünyaya göz açıb. Onun ulduzu 15 yaşında Brodveydə çıxış etdikdən sonra parlayıb. Ariana ifaçılıq karyerası boyunca iki dəfə Qremmi, üç dəfə Amerika Musiqi mükafatı, iki dəfə MTV Avropa Musiqi mükafatı və bir dəfə MTV Video Musiqi mükafatına layiq görülüb.

  • Bakıda restoranda 22 manat xidmət haqqı istəyiblər – FOTO

    Sosial şəbəkələrdə Bakıda yerləşən istirahət mərkəzlərindən birində müştəridən xidməthaqqından əlavə pul çıxılması ilə bağlı məlumatlar yayılıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, “Xəzri” ailəvi istirahət mərkəzində 51 manatlıq sifariş verən müştəriyə yekun olaraq 73 manatlıq hesab gəlib.

    Müştəridən əlavə 22 manat pulun çıxılmasını əks etdirən hesabın fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Həmin istirahət mərkəzindən isə “Report”a bildirilib ki, məsələ ilə bağlı cavab verəcək səlahiyyətli şəxslər iş yerində deyil.

    Bəs Azərbaycanda müştəridən hesabdan əlavə “çaypulu” (“çayovoy”) çıxılması qanunla tənzimlənirmi?

    İqtisadçı Rəşad Həsənov “Report”a açıqlamasında Azərbaycanda mal və xidmətlərin satışı üçün qiymətlərin tənzimlənməsi mexanizminin olmadığını vurğulayıb: “Dövlət müəsissələrində mal və xidmətlərin qiymətləri Tarif Şurası tərəfindən təznimlənir. Digər bazar iqtisadiyyatı subyektlərinin müəyyən etdiyi qiymətlərə dövlətin hansısa formada müdaxilə etmək imkanı yoxdur. Bu, ümumilikdə bazar iqtisadiyyatının fəlsəfəsinə ziddir. Dövlətin əlində zərurət yarandığı halda istifadə edəcəyi alətlər mövcuddur. Məsələn, təklif bolluğunu yaradan təşviq mexanizmləri – vergi, gömrük siyasəti, istehsalat mühitinin liberallaşdırılması və s. Qeyd edilən məsələ ilə bağlı isə sahibkara hər hansı hüquqi təzyiq etmə və məhdudlaşdırma imkanı yoxdur”.

    İqtisadçının sözlərinə görə, dünya təcrübəsində adətən xidməthaqqı ümumi hesabın 10 faiz dəyəri ilə ölçülür: “Dünya təcrübəsində buna bənzər yanaşmalar var. Xüsusilə də, iaşə obyektlərində təklif edilən məhsullara qiymət və xidməthaqqı mövcuddur. Adətən, xidməthaqqı ümumi hesabın 10 faiz dəyərində götürülür. Məsələn, menyunun dəyəri 30 manatdırsa, bu zaman əlavə 3 manat xidməthaqqı müəyyənləşdirilir. Bizdə buna bəxşiş deyilir. Amma bu, qanunvericiliklə tənzimlənə bilən bir qiymət deyil. Bunu restoranlar rəqabətli şərtlər daxilində öz xidmətlərinə dəyər fonunda qiymətləndirirlər. Ona görə də bənzər hesablar təqdim edilən müştərilər növbəti dəfə böyük ehtimalla müəsissənin xidmətlərindən imtina edəcək”.

    R.Həsənov vurğulayıb ki, Azərbaycanda qısa müddətli dövrdə daha çox qazanc əldə etmə təşəbbüsü göstərən sahibkarların sayı kifayət qədərdir: “Bu da təklifin azlığından, biznes təfəkkürünün tam təşəkkül tapmamasından, uzunmüdətli inkişaf strategiyasının olmamasından qaynaqlanır. İstənilən halda dövlətin belə məsələlərə müdaxilə edəcək mexanizmi yoxdur. Doğrudur, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qurumu fəaliyyət göstərir, amma bu qurumun funksiyaları fərqlidir, yəni inhisar yarada bilən meyilliliyin və aldadılmanın qarşısını almaqdır. Bir məhsulun üzərində 5 manat yazılıb, 7 manat satılması, saxlanma müddətinin 1 gün olmasına baxmayaraq 1 həftə qeyd edilməsi kimi məsələlərin tənzimlənməsi ilə məşğul olur. Digər məsələlərə qarışma hüququ yoxdur. Qarışarsa, bu artıq bazar iqtisadiyyatı deymək deyil”.

  • Cəlilabadda kişi həyat yoldaşını döyərək xəstəxanalıq edib

    Cəlilabad rayonunda kişi həyat yoldaşını döyüb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Kövüzbulaq kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1998-ci il təvəllüdlü A.V. döyülüb. Yaralı qadın müxtəlif dərəcəli bədən xəsarətlərilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qadın əri tərəfindən döyülüb.

    Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Ильхам Алиев разместил посвященный военным видеоклип

    Президент Азербайджана Ильхам Алиев на своей официальной странице в Facebook разместил видеоклип в преддверии Дня вооруженных сил.

    На видео отражен славный исторический путь нашей армии.

    Отметим, что 26 июня – День вооруженных сил Азербайджана.

  • İlham Əliyev hərbçilərə həsr olunmuş videoçarx paylaşdı

    Azərbaycan Prezidenti İlham Əliyev rəsmi “Facebook” səhifəsində Silahlı Qüvvələri Günü ilə bağlı videoçarx paylaşıb.

    Videoda ordumuzun keçdiyi şərəfli tarixi yola nəzər salınıb.

    Qeyd edək ki, 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.