Month: July 2019

  • Bakıda 21 yaşlı oğlanı maşın vurub

    Bakının Nərimanov rayonu ərazisində piyadanı maşın vurub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə 1998-ci il təvəllüdlü Talıbzadə İsmayıl Camal oğlu Gənclik metrosu yaxınlığında yolu keçərkən baş verib.

    Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona sağ baldır nahiyəsinin yumşaq toxumlarının əzilməsi diaqnozu qoyulub.

  • Abşeron və Sumqayıtın bir hissəsinə elektrik enerjisi verilişi dayandırılıb

    Abşeron rayonu və Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Xırdalan şəhəri Quşçuluq massivi, Abşeron rayonu Masazır qəsəbəsi, Məhəmmədi Kəndi, Sumqayıtın Yaşıldərə yaşayış massivində 2 saatdan artıqdır elektrik enerjisi təchizatı kəsilib.

    Məlumata görə, fasilənin yaranma səbəbi Xırdalan elektrik yarımstasniyasından çıxan və qeyd edilən əraziləri qidalandıran 6 və 10 kVt-luq hava ötürücü xəttin zədələnməsidir.

    “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a bildirib ki, hazırda qurumun əməkdaşları hadisə yerinə cəlb edilib və qarşıdakı 1 saat ərzində elektrik enerjisinin verilişi bərpa ediləcək.

  • Cəlilabad sakinini elektrik cərəyanı vuraraq öldürüb

    Cəlilabad rayonunda yerli sakini elektrik cərəyanı vuraraq öldürüb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhər Nizami küçəsində qeydə alınıb.

    İlkin məlumata görə, həmin ünvanda yaşayan Anar adlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb. Əslində hadisənin əsl səbəbi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 49 yaşlı kişi bıçaqla özünə qəsd edib

    Bakının Pirallahı rayonunda intihar hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə S.Bağırov küçəsi, Zirə bağlarında qeydə alınıb.

    1970-ci il təvəllüdlü Paşayev Etibar Quraş oğlu bıçaqla əvvəllcə qollarını doğrayıb,daha sonra o, ürəyinə bıçaqla zərbə vurub.

    Yaralı affekt vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasınayerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq o ölüb.

    Polis əməkdaşlarıda E.Paşayevin intihar etdiyini təsdiqləyib.

  • Массовая драка на матче “Карабах” – “Дандолк” – ВИДЕО

    На стадионе “Далга Арена” во время второго тайма ответного матча 2-го квалификационного раунда Лиги чемпионов между “Карабахом” и ирландским “Дандолком” произошел инцидент.

    Как сообщает находящийся на стадионе сотрудник BAKU.WS, между фанатами началась массовая драка.

    Отметим, что “Карабах” обыгрывает “Дандолк” со счетом 3:0

  • XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayıb – FOTO

    Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ rayonu yenidən musiqisevərləri öz ətrafına toplayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə Qəbələdə keçirilən XI Beynəlxalq Musiqi Festivalının ilk konserti gənc musiqiçilərin ifası ilə tarixə düşüb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, proqrama uyğun olaraq iyulun 31-də Qəbələ Mədəniyyət Mərkəzinin səhnəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konserti olub. Gənc istedadlı dirijor Cavad Tağızadənin müşayiəti ilə keçirilən konsertdə Avropa və Azərbaycan bəstəkarlarından S.Prokofyev, C.Puccini, K.Sen-Sans, S.Raxmaninov, F.Bədəlbəyli, V.A.Motsart, Ü.Hacıbəyli, F.Əmirovun əsərləri səsləndirilib. Konsert proqramı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Festivalın açılış mərasimi avqustun 1-də axşam saat 21:00-da Heydər Əliyev Konqres Mərkəzində olacaq.

    Qeyd edək ki, avqustun 5-dək davam edəcək beynəlxalq musiqi festivalında bir neçə ölkədən dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər iştirak edəcək.

  • Kilsə aktyora qızı ilə görüşməyi qadağan edib

    Əlli yeddi Hollivud ulduzu Tom Kruz qızı Surini sonuncu dəfə altı il əvvəl görüb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, həmin ərəfədə dünyaşöhrətli aktyorun həyat yoldaşı Katie Holmes boşanmaq üçün yenicə ərizə vermişdi.

    Lakin keçmiş sayentoloq (sayentologiya təlimdir, təlimin məqsədi Sayentologiya kilsəsini tanıtmaq və bu təriqəti dünyada yaymaqdır) Samanta Dominqo əmindir: Sayentologiya Kilsəsi (Tom Kruz onun ən məşhur üzvlərindəndir) qızı ilə aktyoru gözdən pərdə asmaq üçün təşkil edib. Əslində isə aktyorun bu təriqətdən olmayan qızı ilə ünsiyyəti qadağandır.

    Samanta “US Weekly” nəşrinə açıqlamasında kilsənin qaydalardan da danışıb. O bildirib: “Çox güman ki, kilsə bu görüşü yayılan dedi-qoduları kəsmək və tənqidlərdən cn qurtarmaq təşkil edib”.

    Onun sözlərinə görə, sayentoloqlar reynkarnasiyaya inanırlar, buna görə də onların yanaşmasına görə, Suri – Tomın qızı deyil, onun qızının cismindəki ruhdur.

    Kilsə nümayəndələri Dominqonun açıqlamalarını təkzib ediblər. Onlar iddia edirlər ki, Kruzınun qızı Suri ilə görüşüm-görüşməməsi onun şəxsi istəyindən və qərarına bağldır. Kilsə bu məsələdə heç kimə heç nəyi qadağan etmir.

    Maraqlıdır ki, aktyor keçmiş həyat yoldaşı məşhur aktrisa Nicole Kidmanla evliliyindən olan qızı – 26 yaşlı İzabella və oğlu – 24 yaşlı Konnorla mütəmadi görüşür. Tomun bu övladlarının ikisi də sayentoloqdur.

  • «Карабах» вышел в следующий этап Лиги Чемпионов УЕФА – ОБНОВЛЕНО

    Завершился футбольный матч между азербайджанским клубом «Карабах» и ирландским «Дандолк» в рамках второй квалификации Лиги Чемпионов, передает Median.Az.

    «Карабах» в матче, состоявшемся в Баку на «Далга Арена», одержал уверенную победу со счетом 3:0 и вышел в следующий этап, где столкнется с кипрским АПОЭЛ.

    ***

    На 87 минуте «Карабах» обновил счет матча против ирландского «Дандолка» в рамках второй квалификации Лиги Чемпионов, передает Oxu.Az.

    Счет 3:0. Третий гол за три минуты до конца игры вновь забил Хайме Ромеро, который открыл счет в игре.

    ***

    Нападающий футбольного клуба «Карабах» Айлтон Сильва стал автором второго гола в матче против ирландского «Дандолка» в рамках второй квалификации Лиги Чемпионов, передает Oxu.Az.

    Счет в настоящее время составляет 2:0 в пользу «Карабаха».

    ***

    Футбольный клуб «Карабах» забил первый гол в матче против ирландского «Дандолка» в рамках второй квалификации Лиги Чемпионов, передает Oxu.Az.

    Гол на 12 минуте забил нападающий Хайме Ромеро.

    Счет 1:0.

    Напомним, что матч проходит в Баку на стадионе «Далга Арена».

  • Xaçmazda gənc oğlan dənizdə batıb – FOTO

    Xəzər dənizinin Xaçmaz rayonu ərazisinə düşən hissəsində adam batıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Niyazabad kəndi ərazisində baş verib.

    Batan şəxsin təqribən 30 yaşlı Pənah Əhmədov olduğu bildirilir. Hazırda onun meyitinin axtarışları davam etdirilir.

  • Alimlərdən unikal kəşf

    Amerikalı elm adamları 3 fərqli Günəşin göründüyü planet kəşf edib.

    Median.Az xəbər verir ki, “LTT 144Ab” adı verilən planet Yerdən 22,5 işıq ili uzaqlıqdadır.

    Elm adamlarının fikrincə, planet qırmızı cücələrdən ibarət adı “LTT 1445” olan üçlü ulduz sisteminin ən parlağı olan “LTT 1445A”nın orbitində yer alıb.

    Ulduza çox yaxın olan “LTT 1445Ab” Günəşinin ətrafında fırlanma periodunu 5,3 gündə tamamlayır. Buna görə də səthində istiliyin temperaturu 160 dərəcəyə çatır. Yer kürəsindən 1,5 dəfə böyük olan “LTT 144Ab”nin atnosferində metan və karbon-dioksid kimi qazlar olduğunu kəşf edib. (publika.az)