Month: July 2019

  • Azərbaycanda 5 yaşlı uşağın bədəni hər kəsi DƏHŞƏTƏ GƏTİRDİ (FOTO)

    Azərbaycanda azyaşlı uşaqda çox nadir rast gəlinən atavizm (əcdada qayıdış) və JRA aşkar olunub.

    Median.Az xəbər verir ki, bu barədə revmatoloq Nərgiz Hüseynova məlumat verib.

    O, bildirib ki, xəstənin 5 yaşı var və genetik olan xəstəliyin müalicəsi yoxdur.

    Qeyd edək ki, Atavizm müəyyən növə məxsus bəzi orqanizmlərdə keçmişdə onların uzaq əcdadında olmuş, lakin təkamül prosesində itmiş əlamətlərin meydana çıxmasıdır. Atavizmin əmələ gəlməsi bu əlamət üçün cavabdeh olan genlərin növün genomunda qalması sayəsində baş verir, lakin orqanizmin normal inkişafında onların fəaliyyəti təcrid olunur.

    Ayrı-ayrı fərdlərdə genetik dəyişikliklər səbəbindən və ya embrional inkişaf proseslərinə xarici təsir nəticəsində təcridedilmə aradan qalxa bilər və bu zaman qədim əlamət yenidən atavizm kimi meydana çıxar. Müasir atlarda üçbarmaqlılıq, insanda quyruğun, bədənin hər yerində sıx tük örtüyünün (hipertrixoz) və əlavə bir cüt süd vəzisinin inkişaf etməsi atavizmə misaldır.//publika.az

  • Bərdədə qazın verilməsində fasilə ciddi problemlər yaradıb

    İyulun 30-da saat 9-dan etibarən bir sıra rayonlarda, o cümlədən Bərdədə qazın nəqli dayandırılıb. Median.Az-ın Sputnik Azərbaycan-a istinadən verdiyi məlumata görə mavi yanacağın müvəqqəti dayandırılması əlavə çətinliklərin ortaya çıxmasına səbəb olub.


    Belə ki, Bərdə rayonunda çörək dükanları müştəriləri tam təmin edə bilməyib. Çörək almaq istəyənlər mağazaların qarşısında növbəyə durub gözləməli olublar. Bəzi hallarda isə insanlar evə əliboş qayıtmalı olublar.


    Bərdə-Çörək ASC-nin əməkdaşı Şahin Məmmədov bildirib ki, çörəyin qıtlaşması qazın olmaması ilə əlaqədardır: “Dünən səhər saat 9:00- dan dayandırılan qaz hələ buraxılmayıb. Xırda çörəkbişirmə sexləri işləmir, qazla işləyən təndirxanalar da dayanıb. Evlərdə də buna hazır deyildilər. Qaz yanacaqdoldurma məntəqələrində də sıxlıq yaranıb. Biz imkanlarımızı səfərbər edərək, həm hərbi hissələri, həmdə rayon əhalisini dayanmadan çörəklə təmin edirik. Hələ ki istehsal prosesimiz dayanmadan davam edir. Çalışacağıq ki, heç kim çörəksiz qalmasın. Ancaq əhali də bizi başa düşməlidir. 2 çörəyə ehtiyacı olanlar panikaya düşüb 6, hətta 8 ədəd çörək alırlar. Şəhərə yaxın olan Gərənə kəndinə qazın verilməsi bərpa olunub. Yaxın vaxtlarda Bərdənin özündə də qaz verilməsi bərpa olunacaq”.

    Qeyd edək ki, yanacaqdoldurma məntəqələrində də maye qazın satışında növbələr müşahidə olunub.

  • Массовое отравление на свадьбе в Лерике: госпитализированы 9 человек

    В Лерикском районе на свадьбе произошло массовое отравление.

    Как сообщает Median.Az, со ссылкой на АПА, инцидент зарегистрирован в селе Дурган.

    На свадебном пиршестве, организованном на приусадебном участке жителя села Физули Мусаева, пищевое отравление получили члены двух семей – Эхтирам Абдуллаев (1981 г.р.), Камаля Гулузаде (1989 г.р.), Яшар Гулузаде (2002 г.р.), Ясемен Гулузаде (2003 г.р.), Ильхам Зульфиев (1966 г.р.), Мехман Теюбов (1979 г.р.), Гюнай Теюбова (1997 г.р.), Муталлим Теюбов (1991 г.р.) и Равана Теюбова (1984 г.р.).

    Они помещены в центральную больницу Лерикского района.

  • Yerimiz dar, ürəyimiz geniş – Təhlükəyə “gəl-gəl” deyirik

    Paytaxtda əhali sıxlığı bir sıra xəstəliklərin yayılmasını sürətləndirir. Səhiyyə Nazirliyinin məlumatına görə, bu ilin 6 ayında Azərbaycanda 1953 nəfərdə vərəmə yoluxma halı qeydə alınıb. Nazirlikdən bildirilib ki, vərəmə yoluxanlardan 376-sı Bakı şəhərinin payına düşür. Bu da Bakı şəhərində əhalı sıxlığı ilə izah oluna bilər.

    Qeyd edək ki, vərəm təhlükəli xəstəlik sayıldığından, əhali sıxlığının bu virusun yayılmasına səbəb olması narahatlıq doğurmaya bilməz. Sputnik Azərbaycan paytaxtda əhali sayının artmasının daha hansı xəstəliklərin yayılmasını sürətləndirdiyini araşdırıb.

    Tibb elmləri doktoru, məşhur ftiziatr Elcan Məmmədbəyov açıqlamasında bildirib ki, vərəm çöplərinin inkişafına sıxlıq və darısqallıq olan mühit daha müsbət təsir edir: “Vərəm virusuna daha çox sıxlıq və darısqallıq olan yerdə, havasız mühitdə rast gəlinir. Ona görə də belə şəraitdə yaşayan insanlar arasında vərəm xəstəliyinə daha çox rast gəlinir. Yeraltı ticarət obyektlərində, havanın sirkulyasiya etmədiyi şəraitdə işləyənlər də bu risk qrupuna aiddirlər”.

    E. Məmmədbəyov deyir ki, havasızlıqla yanaşı, immun sistemi də vərəm xəstəliyinə yoluxmanı sürətləndirir: “İnsanların sağlamlığı da bu xəstəliyə yoluxmaya səbəb ola bilər. Vərəm xəstəliyi orqanizmi zəif olan insanları daha tez yaxalayır. Ona görə də yaşayış şəraiti ilə yanaşı, insanlar immun sistemlərinə də nəzarət etməlidirlər. Əhali təhlükəli yoluxucu xəstəliklərdən qorunmaq üçün qidalanmasına diqqət etməlidir. Çünki vərəm kimi təhlükəli xəstəliklər insanı vitamin çatışmazlığı olduqda, orqanizm zəif düşdükdə daha çox üstələyir”.

    Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, sıxlıq olan mühitdə yoluxucu xəstəliklərin yayılma ehtimalı daha böyükdür: “Ona görə də hava-damcı yolu ilə yayılan viruslara yoluxma hallarına əsasən kollektivlər yarandıqda rast gəlinir. Kollektiv mühit, sıxlıq bu virusların yayılmasına münbit şərait yaradır. Məsələn, ötən il noyabr ayından ölkəmizdə qızılca xəstəliyinə yoluxma halları qeydə alınmağa başladı. Məktəblər bağlandıqdan, insanlar məzuniyyətə getdikdən sonra bu virusa yoluxma halları tədricən azaldı. İyul ayında qızılcaya yoluxma ilə bağlı iki hadisə qeydə alınıb. Sıxlıq olmadığına görə infeksiyanın azalması müşahidə olunur”.

    A. Əliyeva bildirib ki, qış aylarında kəskin respirator virus infeksiyaları daha çox yayılır. Buna da səbəb məhz həmin dövrdə ictimai yerlərdə insanların sıxlığının müşahidə olunmasıdır: “Ümumiyyətlə, peyvənd olunmayan yoluxucu xəstəliklərin hava-damcı yolu ilə yayılması üçün sıxlıq olan mühit əlverişlidir. Peyvənd olunan qızılca, məxmərək kimi xəstəliklərin yayılması riski isə sıxlıq olan yerlərdə daha aşağı olur”.

    A. Əliyeva bildirir ki, hava-damcı infeksiyalarının böyük qismi peyvəndlərlə idarə olunur: “Biz ona görə də əhalini peyvənd olunan yoluxucu xəstəliklərə görə peyvənd olunmağa səsləyirik. Qeyri-immun təbəqənin sayı artdıqda yoluxucu xəstəliklərə yoluxma halları da artır. Əlbəttə ki, əhali sıxlığı yoluxma hallarını daha da sürətləndirir”.

    Direktor müavini bildirir ki, əhalinin yaşayış şəraiti də hava-damcı infeksiyalarının yayılmasına səbəb olur: “Ümumiyyətlə, infeksiyanın yayılması üçün mənbə olmalıdır. Hər hansı mühit vəziyyəti ağırlaşdıra bilər. Havasızlıq mühiti, darısqallıq, sıxlıq hava-damcı yolu ilə yoluxan xəstəliklərin mənbəsi olduqda yoluxma hallarının daha da artmasına səbəb olur”.

    Qeyd edək ki, bu ilin 6 ayında Azərbaycanda vərəmə yoluxan 1953 nəfərdən 1320-si kişi, 627-si qadındır. Məlumata əsasən, 6 ayda 211 uşaq və yeniyetmə arasında vərəmə yoluxma qeydə alınıb.//Sputnik.az

  • Психиатр назвал любимый месяц самоубийц

    Август считается месяцем, когда совершается наибольшее количество суицидов. Еще не август, до его наступления осталось несколько часов, но уже сегодня мы наблюдаем в Азербайджане рост суицидальных рисков.

    Так, за минувшие сутки только в Баку было предпринято пять попыток самоубийства. Об этом Oxu.Az сообщили источники в правоохранительных органах.

    30 июля вечером в Бинагадинском районе жительница поселка Баладжары Г.С. 1982 года рождения наглоталась 10 таблеток предположительно кетотифена и в тяжелом состоянии была доставлена в Клинический медицинский центр (КМЦ).

    В ходе предварительного расследования было установлено, что девушка попала в депрессивное состояние из-за действий знакомого по имени Али. Последний распространил в социальной сети İnstagram фотографии несчастной, где она запечатлена в полуобнаженном виде. Известно, что Г.С. познакомилась с Али в том же İnstagram 20 дней назад. По факту ведется расследование.

    В Наримановском районе 15-летняя девушка с целью суицида также наглоталась таблеток.

    30 июля в два часа ночи А.О.,2004 года рождения, проживающая в доме по улице Академика Гасана Алиева отравилась лекарственными препаратами, в связи с чем была доставлена в КМЦ. Сейчас состояние пациентки оценивается, как средней тяжести. Причина такого проступка пока неизвестна.

    Во вторник в 12:16 попытку суицида предпринял Гусейн Нуриев, 1985 года рождения. Молодой человек взобрался на мост на проспекте Вагифа (территория Наримановского района) и пытался броситься оттуда. Однако после профилактической беседы, проведенной с ним сотрудниками полиции, Г.Нуриев передумал прыгать с моста. В объяснительной, которую с него взяли стражи порядка, мужчина показал, что конфликт с отцом толкнул его на этот необдуманный шаг.

    В ночь на 30 июля в Низаминском районе житель Агстафы Неймат Алиев, 1985 года рождения перерезал себе вену на запястье руки, но к счастью остался жив. Незадолго до этого у мужчины произошел конфликт с женщиной. Иными словами, представительница слабой половины человечества довела мужчину до ножа.

    Еще двое рабочих Гамид Искендеров и Рази Мусаев в 11:40 взобрались на рекламный щит, установленный через дорогу на улице М.Алиева в Низаминском районе. Выяснилось, что это рабочие строительной компании Üstay Yapı Taahhüt ve Ticaret Anonim Şirkəti. Мужчины выбрали суицид, как знак протеста против действия руководства компании. Последнее не выплачивало рабочим зарплату. Но после вмешательства в дело правоохранителей, рабочим была выплачена материальная задолженность.

    В Сабаильском районе был совершен суицид. В собственной квартире повесился Асланов Рамиз Юсиф оглу, 1957 года рождения. Причина самоубийства пока не известна. Расследование по факту ведет районная прокуратура.

    Между тем, как заявил в беседе с Oxu.Az директор Центра психического здоровья Министерства здравоохранения, профессор Фуад Исмайлов, в плане увеличения суицидальных рисков август считается опасным месяцем.

    «Трудно сказать, почему именно август – это результаты наблюдений специалистов. Так, самое опасное время для суицидов – это предрассветные часы, а самый опасный день недели – пятница», – сказал психиатр.

    По словам психиатра, по количеству суицидов Азербайджан к счастью отстает от других стран. В 2015-2016 годах было совершено больше самоубийств, чем за последние два года.

    «Тогда рост числа суицидов сильно спровоцировали финансовый кризис, банковские задолженности и тотализаторы (азартные спортивные игры)», – сказал Фуад Исмайлов.

    По данным Всемирной организации здравоохранения (ВОЗ), на каждые 100 тысяч человек в Азербайджане приходится 4,3 суицидов.

    Для сравнения приведем показатели других стран. В Канаде на 100 тысяч человек приходится 15,1 суицида, США – 21,1 суицида, Россия – 48,3 суицида, Казахстан – 40,1, Турция – 11,3, Китай – 7,9, Камерун – 26,9, Швеция – 15,8, Франция – 17,9 и другие.

    Суициды в Азербайджане совершаются почти каждый день, тем не менее критической ситуацию назвать нельзя.

  • Sumqayıt sakini ilan sancmasından ölüb

    Sumqayıt sakini ilan sancmasından ölüb.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin “Yaşma bağları” adlanan yaşayış massivində olub. Belə ki, Sumqayıt sakini, 1953-cü il təvəllüdlü Soltanov Adil Mövlud oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində iş görərkən ilan onu sancıb. O, dərhal təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Vəziyyəti ağırlaşan şəhər sakini reanimasiyaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, ilan sancan şəxsi xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.

    Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

  • Qarayara xəstəliyi Azərbaycanda ölümə səbəb oldu

    Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib. Xəstələr ilk olaraq hərarətlərinin soyuqdəymədən qalxdığını ehtimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıblar.

    Səhiyyə Nazirliyindən verilən xəbərə görə, müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qarayara olmasını ehtimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Nümunələri öyrənən Taun Əleyhinə Stansiyanın mütəxəssisləri qarayara xəstəliyi diaqnozunu təsdiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələrini paytaxta aparmaq qərarına gəliblər. İyul ayının 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyul ayının 29-da isə xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub.

    Məlumata görə, xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olublar. Hazırda ikinci xəstənin müalicəsi davam edir.

    Qeyd edək ki, bu xəstəlik, xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir.

    Bu xəstəlik 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Bu günə qədər ölümlə nəticələnməyib.//sputnik.az

  • Viza rejimin ləğvi turizm sektoruna necə təsir edəcək?

    Ekspertlər deyirlər ki, bu qərar Türkiyədən Azərbaycana gələn turistlərin sayını artıracaq

    Median.Az kaspi.az-a istinadən yazını təqdim edir.

    Sentyabr ayının 1-dən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rüsumunu ləğv edəcək. Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşü zamanı deyib. O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu. Şübhəsiz, sözügedən qərar iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində böyük rol oynayacaq. Bəs görəsən, viza rejiminin ləğvi ölkəmizdə yeni-yeni inkişaf edən turizm sektoruna necə təsir edəcək?
    Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov viza rejiminin aradan qaldırılmasını təqdirəlayiq hal kimi qiymətləndirir: “Hər il Azərbaycandan Türkiyəyə çoxlu sayda turist axın edir. Bunun əsas səbəbi də iki ölkə arasında viza rejiminin olmaması ilə bağlıdır. Hesab edirəm ki, bu qərar Türkiyədən Azərbaycana gələn turistlərin sayına müsbət təsir göstərəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu məsələni bir qədər də sürətləndirə bilər. Gələcəkdə Türkiyədən bu yolla Azərbaycana böyük turist axını gözlənilir. Viza rejiminin aradan qaldırılması turizm potensialının genişlənməsi və ölkə iqtisadiyyatının inkişafı baxımından vacib məsələdir. Bunun həm də mənəvi tərəfləri var. Türkiyə ilə Azərbaycan arasında dostluq, ticarət əlaqələri daha da dərinləşəcək. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri bu məsələni diqqətdə saxlamalıdır. Türkiyəli turistlərin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Turizmin ən çox inkişaf etdiyi ölkələrdən biri də Türkiyədir. Ona görə də, biz türkiyəli qonaqlarımız üçün turizmin bütün növlərini təqdim etməliyik. Azərbaycan mətbəxi ümumtürk dünyasında birinci yerdədir. Türkiyəli turistlərin diqqətini bu sahəyə çəkmək olar. Milli musiqi festivalları, mədəni-tarixi abidələrimizə, regionlara ekskursiyalar təşkil etməklə ümumtürk mədəniyyəti ilə yaxından tanışlıq iki ölkə arasındakı qardaşlıq münasibətlərinə müsbət təsir göstərəcək. Türkiyənin turizm potensialı çox böyükdür. Onun hər bölgəsindən olan turistlər fərqli xüsusiyyətlərə malikdirlər. Ona görə də, hər bölgə üzrə ayrıca turizm marşrutları təşkil edilə bilər”.

    Turizm eksperti Ruslan Quliyev deyir ki, xidmətin keyfiyyəti gücləndirilməlidir: “Ölkələr arasında viza rejiminin siyasi motivləri var. Eləcə də qardaş ölkə Türkiyə ilə Azərbaycan arasında viza rejiminin aradan qaldırılması hər iki ölkə vətəndaşları üçün müsbət məqam hesab olunur. Bu məqam iki ölkənin iqtisadiyyatına, turizmin inkişafına böyük təsir edəcək. O cümlədən Azərbaycana Türkiyədən turist axını güclənəcək. Bu, həm də Türkiyə sərmayədarlarına Azərbaycanda açıq qapı yaradılması deməkdir. Qardaş ölkənin turistlərini ölkəmizdə qonaq etmək bizim üçün çox xoşdur. Ümumiyyətlə, ölkəyə gələn hər bir turistə fərdi yanaşılmalıdır. Ölkəmizdə ekonom büdcəli otellərin sayını daha da artırmaq lazımdır. Çünki turist axını artdıqca, yerləşdirmə məntəqələrinə böyük ehtiyac yaranır. Turist axını gücləndikcə qiyməti artırmaq olmaz. Bu sahədə sağlam rəqabət formalaşdırılmalıdır. Sahibkarlara bu məsələdə güzəştlər edilməlidir ki, onların fəaliyyəti təşviq edilsin. Bu halda ölkəyə gələn turist də Azərbaycandan məmnun qalacaq. Çünki Türkiyədə turizm böyük inkişaf yolu keçib. Biz öz xidmətlərimizi gücləndirməliyik ki, ölkəyə gələn qonaqları məmnun edə bilək. Öz işimizi elə qurmalıyıq ki, Azərbaycana gələn turist bir neçə dəfə də gəlsin və yaxşı təəssüratla ayrılsın”.

    Turizm üzrə ekspert Ceyhun Aşurov qeyd etdi ki, alternativlərin sayını artırmaq lazımdır: “Sentyabr ayının birindən etibarən Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələb olunmayacaq: Bu məsələ uzun müddət müzakirə edilirdi. Əslində türkiyəli vətəndaşlara tətbiq olunan vizanın məbləği elə də çox deyildi. Amma istənilən halda, bu, turist üçün bir baryer hesab olunur. Bizim Türkiyəyə qonaq getdiyimiz kimi, türkiyəli turistlər də Azərbaycana heç bir problem olmadan gələ biləcəklər. Turizm aspektindən bu məsələ müsbət məqam kimi dəyərləndirilir. Düşünürəm ki, vizanın aradan qaldırılması ölkəyə gələn turistlərin sayına təsir edəcək. Amma biz bəzi məqamları indidən nəzərə almalıyıq. Gediş-gəlişdə Azərbaycan Türkiyənin ən önəmli tərəfdaşlarından biri hesab olunur. Amma Türkiyənin turizm potensialı çox böyükdür. Biz bundan maksimum yararlanmalıyıq. Ortaq dil, din, mədəniyyət, adət-ənənələrimizi nəzərə alsaq, deyə bilərəm ki, Türkiyədən Azərbaycana daha çox qruplar şəklində turist axını olacaq. Amma bu və ya digər səbəblərdən Azərbaycana quru yollarla gəlmək üçün müəyyən məhdudiyyətlər var. Turistlərin qrup halında daha çox hava yolları ilə gəlmək imkanı var. Qrup şəklində Türkiyədən Azərbaycana gələn turistlər üçün bəzi çətinliklər var. Onlar adətən Gürcüstan vasitəsilə ölkəmizə gələ bilirlər. Hesab edirəm ki, bu sahədə görüləsi işlər var. Ucuz reyslərin açılışı olarsa, bu sahədə daha ciddi irəliləyişlər əldə etmək olar. Ölkəyə gələn hər bir turist istehlakçıdır. Ona görə də, bu sahədə alternativlərin sayı çox olmalıdır. Ölkəyə gələn hər bir turistə ayrıca diqqət göstərilməlidir. Turizm elə bir sektordur ki, hər gün yeni dəyişikliklər edilir. Turistlərin diqqətini cəlb etmək üçün hər hansı özəlliyin olmalıdır. Əks halda, o, seçimini başqa ölkəyə yönəldəcək. Xidmətlər daha rahat, asan və keyfiyyətli olmalıdır ki, turistlər ölkəmizə səfər etməkdə maraqlı olsunlar. Ona görə də, hər bir turistin rahatlığını təmin etməliyik. Öz xidmətimizin keyfiyyətini artırsaq, gələcəkdə turizmin daha dinamik inkişafının şahidi ola bilərik. Turistlər üçün ən vacib olan təhlükəsizlik, münasib qiymətə keyfiyyətli xidmətdir. Yalnız bu halda biz turistləri məmnun edə bilərik. Əgər biz bu sistemi formalaşdırıb keyfiyyətli xidmət göstərə bilsək, özümüzün canlı reklamını etmiş olacağıq. Qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almaq üçün alternativlərin sayını artırmaq lazımdır. Həmçinin, sahibkarlıq fəaliyyəti daha da stimullaşdırılmalıdır”.

  • Агентство продбезопасности о заражении двух людей сибирской язвой

    Агентство продовольственной безопасности Азербайджана прокомментировало информацию о заражении двух человек в Сабирабадском районе страны сибирской язвой.

    Как отметили в агентстве, в связи с инцидентом была создана специальная исследовательская группа, которая прибыла в район и провела эпидемиологические и эпизоотические исследования с целью выявить источник болезни.

    Были осуществлены проверки личных хозяйственных участков заразившихся лиц, проведено клиническое обследование места содержания на этих участках животных и другие необходимые работы. Информация о том, что этой болезнью был заражен домашний скот подтверждения не получила.

    Затем были проведены проверки в пункте разделки мяса, которые принадлежит брату одного из заразившихся. В этом случае анализ также не выявил следов заражения.

    В настоящее время специалисты агентства продолжают проводить лабораторные и эпидемиологические исследования с целью найти источник болезни.

    Напомним, что сегодня появилась информация о том, что жители Сабирабадского района Гейдаров Малик Алыш оглу (1961 год) и Гафаров Тофиг Эйбат оглу (1950 год) были доставлены в инфекционное отделение центральной больницы района с подозрением на сибирскую язву. Один из них скончался в больнице, лечение второго продолжается.

    Напомним, что сибирской язвой можно заразиться во время переработки мяса животных. Болезнь не передается от человека к человеку. В Азербайджане это заболевание было диагностировано в 2014 году у 10 человек, в 2015 – у девяти, в 2016 году – у 10, в 2017 году – у шести, в 2018 году – у девяти, за прошедший период 2019 года – у семи.

  • Ağ evin ətrafında 4 metr hündürlüyündə hasar çəkilir

    ABŞ Prezidenti Donald Tramp təkcə Meksika ilə sərhəddə divar inşa etdirməklə kifayətlənməyib, habelə Ağ evin ətrafına 4 metr hündürlüyündə hasar çəkdirir. Pensilvaniya prospekti boyu turistlər üçün paytaxtın ən gözəl binalarından birinin mənzərəsini indi ağ rəngli hasarla örtüblər. Lakin dövlət başçısının iqamətgahı kənardan görünür. Estetik baxımdan 4 metrlik hasarın üzərinə ağ parça çəkilib və onun üzərində Ağ evin əvvəlki tarixi görkəmini bərpa etmək üçün hazırlanmış layihə əks olunub.

    Mediian.Az AZƏRTAC-a istinadən bildirir ki, Milli Park Xidmətinin saytında yerləşdirilmiş plana əsasən, hazırda hündürlüyü iki metr olan hasarı dörd metrə çatdıracaqlar. Yeni layihədə texnologiyanın nailiyyətlərindən istifadə etməklə mükəmməl mühafizə sistemi quraşdırılacaq.

    Ağ evin yeni hasarının inşası üzrə icazə 2017-ci ildə federal hökumət tərəfindən ölkənin xüsusi xidmət orqanlarına verilib. Bu qərar Ağ evə icazəsiz daxil olmaqla bağlı bir neçə insidentdən sonra imzalanıb. Onlardan ən səs-küylüsü 2014-cü ilin sentyabrında ordu veteranı Omar Qonzalesin birbaşa Ağ evə soxulması olub. Bu ilin iyununda da mühafizə xidmətinin əməkdaşları iqamətgahın ərazisinə girmək istəyən şəxsi yaxalayıblar.

    Qeyd olunur ki, tikinti işləri tədricən aparılacaq və 2021-ci ilin sonunadək davam edəcək. Köhnə hasarın hissələrini isə tarix muzeyinə göndərəcəklər. Ağ evin mövcud olduğu iki əsrdən çox müddətdə (onun tikintisinə 1792-ci ildə başlanıb) binanın forma və hasarı bir neçə dəfə dəyişdirilib. Tomas Ceffersonun prezidentliyi dövründə (1801-1809) hasar taxtadan düzəldilib, sonra onu daş, daha sonra metal çəpərlər əvəz edib.