Month: July 2019

  • Дженифер Лопес едет в Турцию

    Известная певица Дженифер Лопес 6 августа даст концет в Турции в рамках гастрольной программы It’s My Party.

    Как передает Median.Az, готовящаяся провести двухчасовый концерт в люксовом отеле в Анталье певица расположится в вилле с пуленепробиваемыми окнами.

    Вилла уже подготовлена к приему знаменитости.

    Отметим, что президент Турции Реджеп Тайип Эрдоган останавливался в этой вилле во время саммита G20.

    Мировая звезда приедет с большим количеством вещей.

    Отметим, что стоимость билетов на концерт составляет от одной до 50 тысяч евро.

  • Xırdalan sakinlərinə şad xəbər – kanalizasiya sistemləri yenilənir

    Xırdalan dairəsi istiqamətindən prospektin M.Rəsulzadə küçəsi ilə kəsişməsinə qədər olan hissədə “Azərsu” ASC tərəfindən su təhizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri ilə əlaqədar yollar bağlanıb.

    Median.Az-ın məlumatına görə, bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin şöbə müdiri Fuad Təhməzov məlumat verib. O bildirib ki, layihə Azərbaycan və Səudiyyə İnkişaf Fondunun birgə maliyyə dəstəyi ilə həyata keçirilir:

    “2035-ci il üçün perspektiv inkişaf nəzərə alınmaqla 200 min nəfər şəhər əhalisinin 24 saat fasiləsiz su ilə təmin olunmasına hesablanan layihənin icrasına 2017-ci ilin iyun ayında başlanılıb. Mərhələli şəkildə aparılan işlərin cari ilin dekar ayında tamamlanması gözlənilir. Layihə çərçivəsində şəhər ərazisində 170 km su şəbəkəsinin çəkilməsi nəzərdə tutulub. Hazırda onun 145 km-lik su şəbəkəsinin (təxminən işlərin 85 faizi) çəkilməsi demək olar ki, yekunlaşdırılıb. Bundan başqa nəzərdə tutulan 109 km-lik kanalizasiya şəbəkəsinin də 78 km-lik hissəsinin çəkilişi tam şəkildə başa çatıb”.

    Onun sözlərinə görə, şəhər şəbəkəsinin dayanıqlı su ilə təmin edilməsi üçün Xırdalan şəhər ərazisində iki su anbarı da inşa edilir:

    “Dayanıqlı su təminatı üçün hər birinin tutumu 10 min kub olan iki ədəd su anbarının inşası işləri davam edir. Anbarlardan birində işlərin 95 faizi, digərində isə 60 faizi demək olar ki, tamamlanmaq üzrədir”.

    F.Təhməzov 8 min 8 yüz abonentin su sayağacı ilə təmin olunduğunu da diqqətə çatdırıb:

    “Layihə üzrə 15 min abonentə su sayğacının quraşdırılması nəzərdə tutulub. Onlardan 8 min 800-ü artıq quraşdırılıb. Su şəbəkəsinin təqribən 60 km-lik hissəsində əhali artıq 24 saat fasiləsiz su ilə təmin olunub”.

    Xırdalanda asfalt küçələrinin bərpası isə sentyabr ayının 15-nə qədər tamamlanıb şəhər əhalisinin istifadəsinə veriləcək:

    “Asfalt yollarla bağlı tikinti işləri mərhələli şəkildə aparılır. Əvvəlcə kanalizasiya xətləri, su şəbəkəsi və digər işlər ardıcıllıqla tamamlanacaq. Daha sonra asfalt örtüyünün çəkilməsinə başlanılacaq. Dərs ilinin başlanmasını nəzərə alaraq Heydər Əliyev prospektində işlərin sentyabr ayına qədər yekunlaşması planlaşdırılır. Digər küçələrdə isə demək olar ki, görülən işlər artıq bitmək üzrədir”.

  • Эксперт: Существует возможность распространения сибирской язвы

    Как сообщалось, сегодня двое жителей Сабирабада заразились сибирской язвой. Один из больных умер, другой находится в тяжелом состоянии.

    Доктор медицинских наук, врач Адиль Гейбулла заявил Oxu.Az, что произошедшее является сигналом тревоги.

    «Существует вероятность распространения заболевания. Это событие должно быть локализовано, чтобы предотвратить массовую гибель сельскохозяйственных и диких животных и вред для людей».

    По словам А.Гейбуллы, сибирская язва приводит к повреждениям кожи, лимфоузлов, легких и кишечника, и чаще всего приводит к летальному исходу.

    Адиль Гейбулла добавил, что данный эпизод нужно срочно расследовать в связи с предстоящим праздником Гурбан:

    «Инцидент может повториться. Источник инфекции – крупный рогатый скот. Если не принять меры, она может распространиться, что приведет к многочисленным жертвам среди людей и животных».

  • “Qarabağ” “Dundalk”a 3 qol vurub APOEL-ə rəqib oldu – YENİLƏNİB

    “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsininin cavab qarşılaşmasında İrlandiyanın “Dundalk” klubuna 3:0 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi növbəti mərhələdə Kiprin APOEL klubunu sınağa çəkəcək. 

    ***

    Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxıb.

    Median.Az xəbər verir ki, Ağdam klubu “Dalğa Arena”da İrlandiya çempionu “Dundalk”ı qəbul edir.

    Oyunun 12-ci dəqiqəsində yeni transfer Xayme Romero hesabı açıb. 

    Qeyd edək ki, komandalar arasında Dublində keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb. 

  • “Qarabağ”-“Dundalk” matçında fanatlarımız arasında dava – VİDEO

    Çempionlar Liqasının II təsnifat mərhələsində “Dalğa Arena”da keçirilən “Qarabağ”-“Dundalk” matçında insident yaşanıb.

    BAKU.WS-in stadionda olan əməkdaşının verdiyi məlumata görə, stadionda matçı izləyən fanatlarımız arasında dava düşüb.

    Qeyd edək ki, İrladiyada baş tutan ilk matçda rəqibi ilə 1:1 oynayan Ağdam təmsilçisi hazırda 3:0 hesabı ilə öndədir.

  • Rusiyanın hərbi gəmiləri Bakıya gəldi -VİDEO,FOTO

    Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşılanmadan sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Tərəflər “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.

  • Körpəni atıb-tutmaq, yelləmək beyinə qan sızmasına səbəb ola bilər – Nevroloqdan XƏBƏRDARLIQ

    Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.

    Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir. Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, nevroloq Aynur Zeynalova körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmağın doğru olmadığını bildirib. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem – vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye – labirint mayesi olur. Burdakı hüceyrələr başın ən kiçik hərəkəti ilə çalxalanan daxili qulaq mayesinin çırpıntıları ilə oyandırılaraq, başın hərəkətini beyinə itələyir. Çox sürətlə fırlandıqda ordakı maye hələ də fırlandığından baş gicəllənməsi deyilən bir hal ortaya çıxır. Uşaq yellənən zaman da gözləri sabit bir nöqtəyə baxır və vestibulyar labirintdəki hüceyrələr silkələnərək, körpənin baş gicəllənməsi kimi bir hisslə yuxuya getməsinə səbəb olur. Uşaq yatmaq ehtiyacından çox sərsəmlik hissiylə yatmağa başlayır. Körpənin ağlamasını dayandıra bilmədikdə get-gedə daha güclü formada bir yerdən digər yerə itələnirmiş kimi yellənməyə başlayır. Bu cür həddən artıq yellənmə təhlükəli nəticəyə səbəb ola bilər:

    “Körpələrin başı bədənə nisbətən böyükdür. Buna görə başın önə-arxaya atılması və ya sağa-sola çevrilməsi zamanı ciddi fəsadlar yaranar. Məsələn, boyundan beyinə gedən damarlar yırtılaraq, baş beyinə qan sızar. 1 yaşa qədər körpələrlə daha ehtiyatlı davranmaq lazımdır. Körpələri sevmək məqsədiylə silkələmək, atıb-tutmaq də qəti qadağandır. Körpələri silkələyən zaman tək beyin qanaması deyil, beyindən qarın boşluğuna yönələn azan sinirin qopması, nəticədə tənəffüs dayanması baş verir. Ən çox rast gəlinən hal budur”.

    Həkimin sözlərinə görə, yuxu problemi olan uşağı saatlarla silkələyib yatırtmağa çalışmaqdansa həkimə aparmaq lazımdır. Uşağın həkim tərəfindən müayinə edilərək hər hansı bir sağlamlıq problemi olub-olmadığı araşdırılmalıdır.

  • Моуринью может стать наставником «Валенсии»

    Португальский тренер Жозе Моуринью рассматривается в качестве потенциального наставника испанской «Валенсии». Нынешний главный тренер «летучих мышей» Марселино Гарсия Тораль намерен покинуть клуб из-за конфликта, передает Вести.

    Разногласия в «Валенсии» возникли у генерального директора клуба Матеу Алемани с руководством команды. Как сообщает Russia Today со ссылкой на El Confidencial, в случае ухода Алемани покинет команду и Тораль.

    Последним же клубом Моуринью был английский «Манчестер Юнайтед», откуда он был уволен в декабре 2018 года.

  • Mixael Şumaxerdən xəbər var: səhhəti yaxşılaşır

    Uzun fasilədən sonra məşhur “Formula-1” pilotu Mixael Şumaxerin sağlamlıq durumu barədə məlumat verilib.

    Median.Az-ın “Hello Magazin”ə istinadən verdiyi xəbərə görə, “Ferrari”nin keçmiş idman direktoru, pilotun sabiq meceri Jan Todt bu barədə danışıb. O, bir neçə gün öncə hazırda İsveçrədə müalicə alan Şumaxerə baş çəkib.

    “Monte-Carlo” radiosuna açıqlamasında Jan Todt bildirib: “Hər dəfə müsahibə verəndə ifadələrimdə diqqətli olmağa çalışıram, amma bu həqiqətdir ki, yarışları onunla birgə, Şumaxerin İsveçrədəki evində izlədik. Etibarlı əllərdədir, ailəsi ona yaxşı qulluq edir. Şumaxer qətiyyən təslim olmur və sağlamlığına qovuşmaq üçün cəhd göstərir. Ailəsi də tam gücü ilə mübarizə aparır. Maykl əvvəlki kimi ünsiyyət qura üçün biz əvvəlki kimi dostluq edə bilmirik. Amma Şumaxer mübarizəni davam etdirir. Ailəsi də ona bu yöndə dəstəyini əsirgəmir”.

    Qeyd edək ki, 29 dekabr 2013-cü ildə Şumaxer oğlu və dostları ilə birgə Fransanın Alp dağlarında yerləşən Meribel kurort bölgəsində xizək sürməyə gediblər. Mixael yoldan kənara çıxıb, nəhənq daşa ilişib, büdrəyən pilot müvazinətini saxlaya bilməyib, başı qayaya dəyib. Hətta başındakı dəbilqə də onu qoruya bilməyib. Zərbənin gücündən dəbilqə parça-parça olub.

    İdmançı əvvəlcə özündə olsa da, sonradan həkimlər Şumaxeri ağciyərin süni ventilyasiya aparatına qoşmaq məcburiyyətində qalıblar. Keçirdiyi iki ağır neyrocərrahi əməliyyatdan sonra Mixael süni komaya salıblar. Növbəti ilin yayında məşhur pilotu bu vəziyyətdən çıxararaq, reabilitasiya üçün onu başqa bir xəstəxanaya köçürüblər. Oradan Mixael müalicəsini davam etdirmək üçün evinə yollayıb. M.Şumaxer hazırda evində ailəsinin nəzarətindədir. Bütün dünyanı üzən məşhur hadisədən isə artıq 5 il yarım zaman keçib.

  • Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

    Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatında daha bir medal qazanıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, yığmanın heyətində Murad Haqverdiyev fəxri kürsüyə yüksəlib.

    45 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi bürünc medala yiyələnib. Qırğızıstan təmsilçisi Vladislav Nikandrov ilə görüşdə əzmkar mübarizə ortaya qoyan Gəncə güləş məktəbinin yetirməsi son saniyələrdə icra etdiyi fəndlə hesabda önə keçərək dünya üçüncüsü olub.

    Fərhad Kərimli (60 kq) isə görüşə çıxmayıb. O, zədələndiyi üçün üçüncü yer uğrunda güləşə bilməyib.

    Qeyd edək ki, bir gün öncə Cəbrayıl Hacıyev (65 kq) dünya çempionu tituluna yiyələnib.