Month: July 2019

  • İran milli valyutadan 4 sıfırı atır

    İran milli valyuta olan rialdan 4 sıfırı ataraq tümənə keçir.

    Məlumata əsasən, İran hökuməti Mərkəzi Bankın bu təklifini qəbul edib.

    Layihəyə əsasən, rialdan 4 sıfır silinəcək, beləliklə, hazırkı 10 min rial bir tümən olacaq. Bir tümən isə yeni tədavülə buraxılacaq 100 riallıq əsginaslara uyğun olacaq.

    Bu barədə Mərkəzi Bankın rəsmi məlumat yayacağı gözlənilir.

  • Türkiyədə mədən çökdü: dağıntılar altında qalan var

    Türkiyənin şimalında, Zonquldak vilayətindəki kömür mədənində faciə baş verib.

    “Haberler” xəbər verir ki, iki mədənçi dağıntılar altında qalıb. Onlardan biri həyatını itirib.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку за хранение и сбыт фальшивых евро задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Наримановского РУП на основании полученной оперативной информации изъяли у жителя столицы З.Пашаева 8 фальшивых купюр номиналом 500 евро.

    В результате оперативных дополнительных мер полицейские задержали иностранного гражданина, который передал указанные деньги З.Пашаеву.

    В Следственном отделе Наримановского РУП возбуждено уголовное дело по статье 204 (изготовление, приобретение или сбыт фальшивых денег или ценных бумаг) УК Азербайджана.

  • Nərimanov polisi saxta avro ilə əlaqədar 2 nəfər saxlayıb

    Median.Az xəbər verir ki, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən iyulun 29-da Bakı şəhər sakini Z.Paşayevdən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.

    Keçirilmiş əməliyyat tədbiri nəticəsində Z.Paşayevə həmin əskinasları vermiş bir əcnəbi vətəndaş saxlanılıb.

    Faktla bağlı CM-nin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

  • У жителя столицы изъяли пневматику

    Как сообщает Median.Az, сотрудники 23-го отделения полиции Низаминского РУП на основании полученной оперативной информации у жителя столицы Р.Хыдырова изъяли пневматический пистолет.

    Ведется расследование.

  • Paytaxt sakinindən pnevmatik tapanca götürülüb

    Median.Az xəbər verir ki, Nizami RPİ 23-cü polis bölməsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Bakı şəhər sakini R.Xıdırovdan 1 ədəd pnevmatik tapança götürülüb.

    Araşdırma aparılır.

  • Keçmiş FHN əməkdaşı ilə əlbir olan bacı qardaşına 72 min pul “atdı” – VİDEO

    Bakıda vətəndaşın 72 min manatını dələduzluq yolu ilə ələ keçiriblər.

    Zərərçəkən Emin Ələkbərov Baku TV əməkdaşlarına bu barədə ətraflı danışıb.

    E.Ələkbərovun sözlərinə görə, 72 min manat pul müqabilində işə düzəldəcəyini vəd edən şəxslə onu öz doğma bacısı tanış edib.

    Belə ki, 2017-ci ildə bacısı Qaratel Əhmədova, yeznəsi Yaqub Əhmədov və İbrahim Bağırov həyat yoldaşını, oğlunu və özünü işə düzəldəcəyini vəd edib. Pulu aldıqdan isə verdikləri sözə əməl etməyiblər.

    Özünü şirkətin kadrlar şöbəsinin müdiri kimi təqdim edən İ.Bağırov Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı olub. Zərərçəkən deyir ki, pulun mənimsənilməsində İ.Bağırovla birlikdə bacısı və onun ailəsi də iştirak edib.

    O bildirib ki, amma özünü rəis kimi təqdim edən yeznəsini və baş aşpaz kimi təqdim edən bacısı Qarateli dindirməyiblər:

    “Mənə dedilər ki, azı yeddi ay gözləməlisən. Mən də şübhələnib onları güdməyə başladım. Araşdırdım ki, Bağırov İbrahim Fərhad oğlu kadrlar şöbəsinin müdiri deyil, keçmiş FHN əməkdaşıdır. Pulumu istəyəndə isə vermədi, dedi, nə edirsən, et”.

    Müsahibimiz ona dəymiş ziyanla bağlı bir çox yerlərə müraciət etdiyini, amma heç bir nəticə olmadığını bildirir:

    “Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi yazıb göndərdim. Zəng gedib soruşdular ki, məndən pulun son hissəsini harada alıblar? Dedim, Sabunçu rayonunda. Cavab verdilər ki, orada araşdıracaqlar. Ora da müraciət edim, izahat aldılar, sənədlərə baxdılar, üstündən bir müddət keçməmiş məsələni bağladılar. Çünki İbrahimin arxasında dayanan vəkil Musa idi. İş Respublika Prokurorluğuna, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə qədər getdi. Nəticəsi olmadı, çünki müstəntiqin əvvəlki danışığı ilə indiki danışığı düz gəlmir. Musa işin üstünün açılmasını istəmir, əks halda məlum olacaq ki, nə qədər insanı bu yolla işə götürüb, adlarına nə qədər maaş, “imkansız ailə” kimi yardım yazaraq mənimsəyiblər”.

    Vətəndaş bu işdə əli olan digər dələduzların da cəzalandırılmasını və ona dəyən ziyanın geri qaytarılmasını tələb edir.

  • MN: Düşmən kəşfiyyatçıları məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar

    Düşmən kəşfiyyatçıları məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

    Qeyd olunur ki, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bir dövrdə Azərbaycan Ordusunun hərbi hissələri düşmənlə bilavasitə təmas vəziyyətində döyüş mühafizəsi və döyüş növbətçiliyi xidmətlərini aparır və torpaqlarımızın düşməndən etibarlı müdafiəsi kimi şərəfli və eyni zamanda çox çətin bir vəzifəni yerinə yetirir:

    “Döyüş mühafizəsi və döyüş növbətçiliyinə təyin olunan bölmənin, hər bir hərbi qulluqçunun əsas vəzifələrindən biri də təhkim olunmuş döyüş və digər texnikanın, silahların, avadanlıqların həmişə saz, döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazır vəziyyətdə saxlanılmasıdır. Döyüş mühafizəsinə təyin olunan hərbi qulluqçu hər hansı bir ekstremal şəraitdə vəzifə borcunu yerinə yetirməyə özünü hazırlamalıdır”.

    Bildirilib ki, daxili xidmətə təyin olunmuş hərbi qulluqçularla iş aparılarkən yataqxanada, döyüş maşınları parkında, yeməkxanada, hərbi şəhərciyin ərazisində nizamnamə qaydalarına əməl edilməsinə onların cavabdehliyi xüsusi qeyd olunur, lazımi təlim məşğələsi keçirilir və bu məşğələdə yerli şəraitə uyğun yüksək sayıqlıq və döyüş hazırlığını təmin edən amillər öyrənilir:

    “İndiki dövrdə qarovul xidmətinin, döyüş mühafizəsinin və döyüş növbətçiliyinin xüsusi əhəmiyyət kəsb etməsi məşğələdə dinləyicilərə çatdırılmalıdır. Bu isə ondan irəli gəlir ki, düşmən kəşfiyyatçıları ordumuzun döyüş sayıqlığı və qoşunların yerləşdiyi məntəqələr haqqında məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar”.

  • Mədət Quliyevdən yeni təyinatlar – Ciddi dəyişikliklər edildi

    Müdafiə Sənayesi Nazirliyində (MSN) struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub.

    Report xəbər verir ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevin imzaladığı müvafiq əmrlə nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib.

    Onun əsasında iki yeni şöbə – Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb.

    Eyni zamanda bu şöbələrə müdirlər təyin olunub. Müvafiq əmrlə Hüquq şöbəsinin müdiri vəzifəsi İsmayıl İbrahim oğlu Kərimova, Kadrlar şöbəsinin müdiri vəzifəsi isə Elgün Bəkir oğlu Bəxtiyarova həvalə olunub. İ.Kərimov bundan əvvəl nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

    Bundan başqa Müdafiə Sənayesi Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin adı dəyişdirilərək Maliyyə və uçot şöbəsi adlandırılıb. Nazir M.Quliyevin müvafiq əmri ilə Nadim Buludxan Bayramov MSN-nın Maliyyə və uçot şöbəsinin müdiri təyin edilib.

    Qeyd edək ki, bir müddət əvvəl Müdafiə Sənayesi naziri Mədət Quliyev imzaladığı müvafiq əmrlə nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub. Həmin vəzifəyə Zaur Əliyev təyin edilib.

    Bundan başqa, Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev də işdən çıxarılıb.

    Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

  • Река угрожает жителям Лянкярана – ВИДЕО

    Люди, живущие на берегу реки Гирдани в Лянкяране, опасаются, что в ближайшее время их дома окажутся под водой.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, эти люди уже годами страдают от селей и оползней.

    Жители села утверждают, что во время дождей уровень воды в реке поднимается и дворы и посевные участки почти 200 семей частично оказываются под водой.

    Русло реки расширяется с каждым годом, что создает угрозу для моста, расположенного в центре села. Мост, построенный более полувека назад, никто не ремонтирует.

    За экологической ситуацией на реке Гирдани, впадающей в Каспий, тоже никто не наблюдает. Если реку не очистить, это в будущем приведет к экологическим проблемам.