Month: July 2019

  • Evləriniz sökülərkən kompensasiya alacaqsınızmı? – Özbaşına ev tikənlər OXUSUN

    “Vətəndaşlar tərəfindən özbaşına tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən beynəlxalq təcrübə öyrənilib və təhlillər aparılıb. Bunun əsasında müvafiq konsepsiya sənədi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu söküləcək qanunsuz tikilən evlərə görə kompensasiyanın verilməsi ilə bağlı yayılan məsələlərə aydınlıq gətirən ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.

    Q.Xəlilov deyib ki, onun adından yayılan məlumatlar həqiqəti əks etdirmir:

    “Qanunsuz tikilən evlərə görə kompensasiyanın veriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Komitə tərəfindən həmçinin ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlər
    də var. Ölkə başçısının bu sahəyə xüsusi diqqəti və verdiyi tapşırıqlara əsasən artıq işçi qrupu yaradılıb.

    Həmçinin bütün rayonlarda yerli icra hakimiyyətinin, bələdiyyələrin və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət yerli ekspert komissiyaları yaradılıb. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş özbaşına tikililər barədə məlumatları elektron formatda yerli ekspert komissiyalarına təqdim edib. Komissiyalar yerlərdə həmin məlumatlar əsasında özbaşına tikililərin invertarlaşdırılması və dəqiqləşdirlməsi işlərini həyata keçirəcək”.

  • Bakıda qadının oğurluğu anbaan kameraya düşdü – VİDEO

    Bakıda qadın mağazadan kofta və şalvar oğurlayıb.

    Hadisə Xətai rayonunda, “Əhmədli” metrosu yaxınlığında qeydə alınıb.

    Hadisə Məhəmməd Hadi 155 ünvanında yerləşən “Kinze boutique” mağazasında baş verib. Qadının oğurluğu müşahidə kamerasına düşüb.
    /Baku.ws/

  • Ukraynada 40-dan çox azərbaycanlı saxlanıldı – VİDEO

    Ukraynanın paytaxtı Kiyev şəhərində qeyri-leqal fəaliyyət göstərən miqrantlara qarşı reyd keçirilib.

    28 iyul tarixində baş tutan əməliyyatda miqrasiya qanunlarını pozan altmışdan artıq miqrant aşkarlanıb.

    Saxlanılanlar “Troyenşina” bazarı ərazisində çalışan şəxslər olub.

    Məlumata görə, Azərbaycan vətəndaşlarının vətənə geri qaytarılması barədə qərar qəbul olunub. Saxlanılan şəxslərinin bəzilərinin şəxsiyyəti müəyyənləşdirilmədiyi üçün onlar miqrantların müvəqqəti saxlanma mərkəzinə yerləşdiriliblər.

    Tutulanlar barəsində protokollar tərtib olunub.
    /Baku.ws/

  • Natəvan Həbibi oğlunun üzünü göstərdi – FOTO

    May ayının 10-da ana olan müğənni Natavan Həbibi ilk dəfə yeni doğulmuş körpəsinin üzünü ictimaiyyətə göstərib.

    Reper Dado ilə ailəli olan müğənni 2 ay 20 günlük oğlu Zeyd Əlinin yemək zamanı çəkilən fotosunu “İnstagram” izləyiciləri ilə bölüşüb.

    O, fotoya “Biz axşam yeməyi yeyirik” şərhini yazıb.

  • Bakıda mağazada paltarını dəyişən qadınları belə izləyirlər – FOTO

    Bakı şəhərinin Binəqədi rayonunda yerləşən geyim mağazasında müştəriləri hər yerdə izləyirlər.

    Bu barədə müştərilər Baku.ws-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.

    Qeyd edilir ki, 8-ci mikrorayonda yerləşən “Romantik” mağazasında qadınların soyunub-geyinmə otağına müşahidə kamerası qoyulub.

    Bununla da, paltarını dəyişən şəxsləri izləmək mümkündür.

    Şikayətçi redaksiyanın “qaynar xətti”nə mağazadan foto çəkib. Onu sizə təqdim edirik:

  • Azərbaycanın bu ərazisində yayın ən isti vaxtında da buz var – VİDEO

    Burada yayın ən isti vaxtında da buz var..

    Median.Az xəbər verir ki, Xəzər TV-nin əməkdaşları Goranboyun Buzluq kəndindəndən reportaj hazırlayıblar.

    Qeyd edək ki, 1139-cu ildə baş vermiş zəlzələ zamanı Göygölə yanaşı, Goranboy rayonu ərazisində füsunkar gözəlliyə malik Buzluq kəndi, həmçinin buradakı mağaralar yaranıb.

    Dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşən ərazi sıx meşələri, saysız hesabsız bulaqları ilə məşhurdur. Ən diqqətçəkəni isə buradakı buz mağaralarıdır.

    Ətrafda 35-40 dərəcə istilik olmasına baxmayaraq buzxana adlandırılan mağardan buz parçaları çıxarmaq mümkündür.

    Yerli sakinlər mağarlara girib-çıxmağın təhlükəli olduğunu deyirlər. Amma buna baxmayaraq buraya üz tutan yerli və əcnəbi turistlər həmin buz kristallarını görməyə, hətta ondan dadmağa da can atırlar.

    Rayon mərkəzindən 55 kilometr uzaqlıqda yerləşən yaşayış məskəni hazırda turistlərin ən çox üz tutduğu məkanlardandır.

  • В Ясамальском районе “Chevrolet” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 30-го июля примерно в 23 часа на территории Ясамальского района автомобиль марки “Chevrolet”, управляемый жителем столицы М.Башировым сбил насмерть жителя столицы Азера Мамедова.

    В Ясамальском РУП по факту ведется расследование.

  • Yasamalda “Chevrolet” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, iyulun 30-u saat 23 radələrində Yasamal rayonu ərazisində, Bakı şəhər sakini M.Bəşirov idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Azər Məmmədovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Yasamal RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda 17 yaşlı məktəbli qızın faciəvi sonu – 1 gün sonra nişanı olacaqdı…

    Zaqatalada 17 yaşlı qız intihar edib.

    Hadisə dünən rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb.

    Qeyd edək ki, 17 yaşlı qızın nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G.İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir.

    Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

    ///primetime.az

  • İstanbul-Bakı reysi 10 saat gecikdi

    Dünən İstanbul-Bakı reysində nasazlıq səbəbilə 10 saatlıq gecikmə olub.

    Bu barədə məlumatı sərnişinlər sosial şəbəkədə yazaraq bildirib. Olar bildirib ki, Türkiyə Hava Yollarının saat 12:20-də həyata keçirəcəyi uçuş saat 22:20-yə təxirə salınıb. Buna səs olaraq isə təyyarənin şüşəsinin qırılmasının olduğu deyilib.

    Qeyd edək ki, İstanbul Hava Limanın köçəri quşların trayektorasında olması tikildiyi zaman xeyli müzakirələrə səbəb olmuşdu. Belə ki, dünən İzmir-İstanbul reysi üzrə hərəkət edən təyyarə də quş sürüsü ilə toqquşub. Gecikmələr bir neçə reys üzrə müşahidə olunduğundan Bakı-İstanbul reysinin də quşlara görə təxirə salındığı iddia edilir.