Month: July 2019

  • Bakıda 13 yaşlı uşağın öldüyü qəza anı – VİDEO

    İyulun 15-də Bakı sakini R.Həmidov idarə etdiyi “Lexus” markalı avtomobili texniki nasazlıq ucbatından yolda dayanmış digər paytaxt sakini Zamin Yusifova məxsus “Mercedes” markalı avtomobilə vurub.

    Nəticədə Z.Yusifovun sərnişinləri olan övladları Namiq və Kənan xəstəxanaya yerləşdirilib, 2006-cı il təvəllüdlü Yusifov Namiq Zamin oğlu orada ölüb. Zərbənin gücündən “Lexus” markalı avtomobil aşıb.

    Avtosfer.az hadisənin anbaan əks olunduğu videonu təqdim edir:

  • Sabah 40 dərəcə isti olacaq

    Avqustun 1-də ölkədə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək.

    Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

    Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında avqustun 1-də hava yağmursuz keçəcək, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 1-2-də Abşeron yarımadasında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

  • İcra hakimiyyətindən Ağstafadakı ad qalmaqalına – REAKSİYA

    Ağstafa Rayon İcra Hakimiyyəti rayonun adının əks olunduğu löhvədə “Ağstafa” sözünün “Agtafa” yazılmasına münasibət bildirib.

    İH-dən oxu.az-a bildirilib ki, foto təmir zamanı hərflər sökülərkən çəkilib:

    “Biz hərflərin hazırlanmasına baxdıq, formata uyğun deyildi və xoşumuza gəlmədi. İcra başçısı Nizaməddin Quliyev qərar verdi ki, həmin hərflər yenidən düzəldilsin. İşləri həyata keçirən təşkilat hərfləri söküb aparıb, həcmində və formasında dəyişiklik edəcəklər. Orada onlarla adam işləyib, biz özümüz nəzarət etmişik. “S” hərfi var idi”.

  • Dilarə Kazımova hərəmxanada – VİDEO

    2014-cü ildə Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edən cazibədar müğənni Dilarə Kazımova yeni klip çəkdirib.

    Dilarə sözləri ProMeteyə, musiqisi isə İslam Şirvaniyə məxsus “Hərəm” adlanan mahnısını ekranlaşdırıb.

    Klip dəniz qırağında və “İçərişəhər”də lentə alınıb. Kazımovanın klipdə açıq-saçıq geyimdə rəqqasələrlə birlikdə cəsarətli rəqsi isə diqqət çəkib.

    Ekran işinin rejissorluğu Nail Naiboğluya məxsusdur.
    /oxu.az/

  • Lənkəranda çaykənarı evlər, körpü təhlükə altındadır – VİDEO

    Lənkəranda Girdəni çayının sahilində yaşayan sakinlər yaxın vaxtlarda evlərinin su altında qalacağından narahatdırlar.

    Rayonun Girdəni kəndində çayın sahilində yaşayan ailələr illərdir sel sularından, torpaq sürüşməsindən əziyyət çəkirlər.

    Kənd sakinləri bildirib ki, yağış yağanda çayın su səviyyəsi qalxır və 200-ə yaxın ailənin həyətyanı sahəsi, əkin sahələrinin bir hissəsi su altında qalır.

    İldən-ilə məcrası genişlənən çay kəndin mərkəzində yerləşən körpü üçün də təhlükə yaradır. Yarım əsrdən artıq müddətdə istifadəyə verilmiş və çayın üzərindən keçən körpüdə sahil-bərkitmə işləri aparılmır.

    Xəzər dənizinə tökülən Girdəni çayının sahili ekoloji cəhətdən də nəzarətsiz qalıb. Çayda təmizləmə işlərinin aparılmaması ekoloji problemlərə yol aça bilər.
    /oxu.az/

  • Bakıda səhər saatlarında həyəcanlı anlar – VİDEO

    Bakının Nəsimi rayonunda qarajda tüstülənmə olub.

    Hadisə səhər saatlarında 1-ci mikrorayon, Asif Məhərrəmov, 20 C ünvanında qeydə alınıb.

    Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub. Yanğının qarşısı saat 08:00-da alınıb.

    Tüstülənməyə səbəb qarajdakı elektrik naqillərində nasazlıq olub.

    /oxu.az/

  • Fanatı Zemfiranın maşınını əzdi: diqqət çəkmək istəyirmiş – FOTO

    Rusiyanın məşhur rok ifaçısı Zemfira dəlisov pərəstişkarının hücumuna məruz qalıb.

    Müğənninin dəyəri 2,5 milyon avro olan avtomobili fanatı tərəfindən pis vəziyyətə salınıb.

    Sənətçinin 35 yaşlı çılğın pərəstişkarı Valentin Qleboviç polisə ifadəsində etiraf edib ki, bu hərəkəti Zemfiranın diqqətini çəkmək üçün edib.

    Valentinin məqsədi avtomobili əzib, evində oturan Zemfiranı küçəyə çıxarmaq olub.

    Məlumatda bildirilir ki, V. Qleboviç olduqca aqressivdir. O, insanlara hücüm çəkir, bununla yanaşı ətrafında olan əşyaları qırıb, dağıdır. Hətta valideyinlərini belə döyməkdən çəkinmir.

    Baş verən olayla bağlı Zemfira polisə şikayət ərizəsi yazıb. Sənətçi bildirib ki, belə bir hadisə ilə ilk dəfə deyil ki, qarşılaşır.

    Qışda əsəbi və aqressiv bir fanatı ona küçədə hücum çəkib və nəticədə müğənni xəsarət alıb: “Qışqırır, qolumdan tutub sıxırdı. Ona başa salmağa çalışırdım ki, uzaqlaşsın, yoxsa polis çağıracam. Bir neçə ay sonra yenə həmin dəlisov pərəstişkarım mənə ziyan vurub”, – deyə, Zemfira söyləyib.




    /oxu.az/

  • Ağdaş sakini 5.5 metr uzunluğunda ilan öldürdü – FOTO

    Ağdaş sakini nəhəng ilan öldürüb.

    Hadisə rayonun Qumlaq kəndində baş verib.

    Kənd sakini Fərhad Mustafayev günorta saatlarında həyətində uzunluğu 5.5 metr olan ilan görüb.

    O, əvvəlcə qorxsa da, sonra dəmir parçası ilə baş nahiyəsindən vuraraq ilanı öldürüb.

    Qeyd edək ki, bir neçə gün əvvəl Göyçay rayonunda da uzunluğu 1 metrdən artıq olan nəhəng ilan öldürülmüşdü.


    /oxu.az/

  • В Грузии ранили трех азербайджанцев

    На набережной в грузинском Батуми ранены трое азербайджанцев.

    Cлучай произошел поздно ночью. Молодые люди доставлены бригадой скорой медицинской помощи в Батумскую реферальную больницу.

    По первичной информации скорой помощи, у всех троих имеются ранения рук, ног, а также различных частей тела.

    «Трое мужчин доставлены в больницу. Они являются гражданами Азербайджана. Состояние двоих стабильное, третьего – относительно тяжелое», – заявил Первому каналу Грузии директор Батумского центра неотложной помощи Бадри Паксадзе.

    Инцидент произошел на территории, прилегающей к Дому юстиции. Что стало причиной противостояния, пока неизвестно.

    В МВД Грузии произошедшее пока не комментируют. Ведомство утверждает, что установлена личность совершившего преступление – он является гражданином страны.

  • Batumi çimərliyində üç azərbaycanlı bıçaqlandı

    Gürcüstanın Batumi çimərliyində üç azərbaycanlı bıçaqlanıb.

    Hadisə gecə saatlarında baş verib. Yaralılar təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən Batumi xəstəxanasına çatdırılıb.

    Batumi Təcili Yardım Mərkəzinin direktoru Bardi Paksadzenin sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti stabil, birinin isə orta ağırdır.

    Gürcüstan Daxili işlər Nazirliyi hadisədə şübhəli bilinən şəxsi yaxalayıb. O, Gürcüstan vətəndaşıdır.

    Hadisənin səbəbləri hələ məlum deyil.