Month: July 2019

  • Vaqif Əliyev qohumunun maliyyə fırıldaqçılığı ilə bağlı məlumatlara aydınlıq gətirib

    SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bacanağının oğlu Nicat Qarayevin maliyyə fırıldaqçılığında iştirakı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

    Vaqif müəllim, bu gün bir sıra saytlarda və sosial şəbəkələrdə sizin və ailə üzvlərinizin qohumunuz – bacanağınızın oğlu Nicat Qarayevlə əlbir bəzi maliyyə fırıldaqçılığında iştirakınız barədə məlumatlar yayılıb. Bu məlumatları necə şərh edərdiniz?

    – İlk başdan deyim ki, həqiqətən mənim çoxsaylı bacanaqlarımdan biri Maarif Qarayevdir və onun Nicat adlı oğlu var. Məsələ burasındadır ki, mənim və ailə üzvlərimizin bacanağım və onun oğlu ilə təmaslarımız yox dərəcəsindədir. Onun nə işlə və kimlərlə gördüyü işlərdən xəbərsizik, ola bilsin və çox ehtimal bu belədir, o həqiqətən kimləri isə dələduzluq yolu ilə aldadıb. Təəssüf edirəm ki, bu dələduzluqda mənim və ailəmin adı hallandırılır.

    Bu fırıldaqçılıq barədə sizdə əvvəldən məlumat vardımı?

    – Təxminən iki həftə bundan öncə mənim və həyat yoldaşımın telefonuna bir neçə zəng daxil oldu və zəng edən şəxslər Nicata böyük məbləğdə “faiz”ə pul verdiklərini və bu məsələni mənimlə müzakirə etmək istədiklərini, guya mənim və ailə üzvlərimin bu əməliyyatlardan xəbərdar olduğumuz barədə danışmaq istədiklərini bildirdilər. Mən onlara bütün bunlar barədə xəbərsiz olduğumuzu bildirdim və şikayətləri barədə hüquq- mühafizə orqanlarına müraciət etmələrini tövsiyyə etdim.

    Baş vermiş dələduzluq hadisəsində mənim və ailəmin adının hallandırılmasıda maraqlı olan bəzi şəxslərin olması qənaətindəyəm, bu adamlar hadisəni ictimailəşdirməklə və mənimlə bağlamaqda maraqlıdırlar. Ehtimal edirəm ki, o adamların bəziləri Nicatla əlbir ola bilərlər.

    O ki qaldı Nicatın əməllərinə, hər kəsin qohumları arasında müxtəlif amallı və əməlli adamlar ola bilər, bütün yaxın-uzaq qohumlarının bunda nə suçu ola bilər?

    Onu da deyim ki, bizə olan telefon zənglərindən və danışmalardan sonra iyulun 15-də oğlum Orxan ailəmizin reputasiyasına təhdidlərə görə rəsmi olaraq Respublika Prokurorluğu yanında Korrupsiya İdarəsinə şikayətlə müraciət edib, sual edirəm, şikayətçilər niyə bunu etmirlər, xəbəri ictimailəşdirirlər?

    Nicat Qarayevin “Azfen” BM şirkətində çalışması və bu şirkət vasitəsi ilə böyük məbləğdə pulların nağdlaşdırılması barədə nə deyə bilərsiniz?

    – Bu absurd fikirdir, “Azfen” 20 ildən çox müddətdə SOCAR və “Tekfen” şirkətlərinin təsisçiliyi ilə yaradılmış şirkətdir və ölkəmizdə həyata keçirilən ən böyük layihələrin mühüm iştirakçılarından biridir. Şirkət müvafiq qaydada səhmdarlar tərəfindən idarə olunur, hər il audit olunur, vergi orqanları tərəfindən yoxlanılır. Şirkətlə bağlı absurd fikirləri yalnız bəsit düşüncəli adamlar danışa bilər. Onu da deyim ki, şirkətin işgüzar etibarına xələl gətirməyə görə yoxlanmamış məlumat yayılması məsuliyyətini unutmaq lazım deyil.

    Fürsətdən istifadə edərək kütləvi informasiya vasitələrinin təmsilçilərinə müraciət etmək istəyirəm, yoxlanılmamış, qərəzli məlumatın yayılmasına yol verilməsin, heç bir əsası olmayan xəbəri öncə yayıb, sonunda qarşı tərəfin mövqeyini dinləməyə hazırıq məntiqini qəbul etmək mümkün deyil.

  • В Японии разрешили создать гибрид человека и мыши

    Японское правительство одобрило финансирование эксперимента ученого Хиромицо Накаучи, который собирается внедрять клетки человека в эмбрион мыши, сообщает «РОСБАЛТ».

    Накаучи специалист по исследованию стволовых клеток и, в конечно итоге, он собирается довести дело до рождения мышонка, в организме которого будут присутствовать человеческие клетки.

    Эксперимент направлен на создание животных, чьи органы годились бы для пересадки человеку. Он планирует выращивать человеческие клетки на эмбрионах мышей и крыс, чтобы потом пересаживать их суррогатной матери.

    До марта этого года в Японии было запрещено скрещивать клетки человека и животных, но в июле министерство образования и науки выпустило новую директиву. Подобные эмбрионы теперь создавать можно, как и доводить беременность ими до срока родов.

    Япония стала первой страной, которая финансирует подобные эксперименты на государственном уровне. В Штатах проводились подобные исследования, но их результаты никак не использовались. С 2015 года министерство здравоохранения запрещает проводить их за государственный счет по этическим соображениям.

    Хотя профессор Накаучи говорит, что эксперимент будет контролируемым и касаться исключительно внутренних органов, но не мозга, биоэтики обеспокоены тем, что человеческие клетки могут выйти за пределы поджелудочной железы и изменить сознание животного.

  • Göygöldə “Niva” körpüdən aşıb, yaralılar var

    Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Rayonun Üçtəpə ərazisi ilə hərəkətdə olan “Qazel” markalı yük maşını “Niva” ilə toqquşub.

    Zərbənin gücündən “Niva” körpüdən aşıb. Qəza nəticəsində minik maşınında olan 2 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır (Report).

  • Sabah bu ərazilərdə qaz olmayacaq

    Sabah səhər saat 09.00-dan etibarən qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun bir qəsəbə və 11 kəndində qaz təchizatı dayandırılacaq.

    “Azəriqaz”dan Azxeber.com-a verilən məlumata görə, saat 10.00-dan işlər yekunlaşana qədər qaz xətlərinə qoşulma, qaz xətlərinin yerinin dəyişdirilməsi və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar olaraq Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi Nizami küçəsində və Bağlar massivində, Abşeron rayonu, Xırdalan şəhərində, Masazır, Ceyranbatan və Saray qəsəbələrində, eləcə də Pirallahı Yeni qəsəbə ərazisində bir qrup istehlakçının, Ağstafa rayonunda isə 11 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

  • Mütəxəssislər smartfonlardan asılılığın nələrə səbəb olacağını söyləyiblər

    Həkimlər smartfonlardan tez-tez istifadənin insan həyatına mənfi təsir göstərə biləcəyinə əminliklərini bildiriblər.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu cür qurğuların yaradılması ilk zaman insanların işinin yüngülləşdirməsi məqsədi güdürdü, lakin faktiki olaraq, qacetlər həyata böyük ziyan vurur. Bu, onunla bağlıdır ki, bir çox insan öz vaxtına laqeydlik göstərir və gündəlik, təxminən, 7 saat portativ qurğunun arxasında vaxt keçirir. Beləliklə, vaxtın faydalı hissəsi heç bir fayda gətirməyən faydasız əşyalara sərf olunur.

    Həmçinin alimlər müəyyən ediblər ki, smartfonlardan həddindən artıq istifadə yaddaşa, diqqətə təsir edir və həmçinin yuxunun pis olmasına gətirib çıxarır. Bundan başqa, mütəxəssislər vacib səbəb olmasa, müasir qacetlərdən istifadəni mümkün qədər məhdudlaşdırmağı məsləhət görüblər.

  • 5 рекомендаций врачей, которые мы нарушаем чаще всего

    Иногда мы сами всеми силами препятствуем собственному выздоровлению и ставим под угрозу не только свое здоровье, но и жизнь. Удивительно, но большинство из нас совершает одни и те же ошибки — глупые и очень опасные для здоровья.

    Median.Az со ссылкой на сайт «Домашний очаг» рассказывает о 5 рекомендациях врачей, которые мы нарушаем чаще всего – и очень зря!

    Не пытайтесь отвезти больного в больницу самостоятельно, вызывайте «скорую»

    Самое худшее, что вы можете сделать, почувствовав себя плохо — самим отправиться в больницу. Во-первых, если вам станет хуже по пути, некому будет оказать вам помощь. Во‑вторых, прием и регистрация при самостоятельной госпитализации потребуют намного больше времени, чем при доставке по «Скорой». Наконец, в-третьих, если вас будет доставлять бригада и в пути что-то пойдет не так, врачи свяжутся с персоналом больницы, который приготовит все для необходимых реанимационных мероприятий — а кто это сделает, если вы добираетесь «своим ходом»?

    Обращайтесь к врачу при первых симптомах болезни

    Чем раньше будет выявлена болезнь, тем проще лечение и тем больше шансов на его положительный исход. Если вы чувствуете дискомфорт, боли, если вы обнаружили у себя какое-то новообразование или просто чувствуете, что с вами что-то не так — не ждите, пока само пройдет. Не бойтесь показаться мнительным — поверьте, врач намного больше обрадуется «надуманным» симптомам, чем запущенной болезни.

    Не пользуйтесь просроченными лекарствами

    Всегда внимательно изучайте инструкции к медицинским препаратам — особенно в той части, которая касается срока годности и использования после открытия флакона. И безжалостно избавляйтесь от любых «подозрительных» препаратов.

    Бросьте курить. Просто сделайте это

    Да, мы все столько слышали о вреде курения, что новые призывы отказаться от этой привычки могут вызывать раздражение и даже злость. Но правда остается правдой: именно курение повышает риск развития многих смертельно опасных заболеваний. И не важно, сколько вам лет и каков у вас «стаж»: когда бы вы ни бросили, ваше здоровье от этого только улучшиться.

    Не бросайте пить лекарства, если почувствовали себя лучше

    В первую очередь, конечно, это касается антибиотиков — но и все остальные препараты стоит принимать в точном соответствии с назначениями врача. Исчезновение симптомов не означает, что болезнь прошла, как правило, до выздоровления еще должно пройти некоторое время. Наберитесь терпения и пропейте курс препаратов.

  • Klinikadan oğurluq edən dəstə üzvləri tutuldu

    Paytaxtda oğurluqla məşğul olan şəxslər yaxalanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 17-də paytaxtın Nizami rayon ərazisindəki klinikaların birindən tibb avadanlığı, santexnika ləvazimatları, iki soyuducu, on radiator, mikroskop, iki divan və altı televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Əkbərov, A.Abduləliyev və S.Yarıyev Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Dünya bu dərmanlardan çoxdandır ki, imtina etdi. Biz hələ də içirik…

    Rusiya mütəxəssisləri bütün dünyada istifadədən çıxarılmış, lakin postsovet ölkələrinin əksəriyyətində hələ də istifadə olunan dərmanlar haqqında məlumat verib.

    Bu dərmanlar bizdə də çox geniş istifadə olunur.

    Median.Az
    saglamolun.az-a istinadən sizə bu dərmanların siyahısı ilə tanış edir:

    – Biseptol. Elmi araşdırmalar göstərib ki, bu preparat öz effektivliyini itirib (mikrobların əksəriyyəti ona qarşı davamlıdır). Bu səbəbdən bu preparatdan istifadə bi çox hallarda effekt vermir. Bundan əlavə uzun müddət ərzində istifadə olunduqda biseptol çox ciddi allergik reaksiyalara səbəb ola bilər. Bunları nəzərə alaraq mütəxəssislər daha müasir və effektli mikrob əleyhinə preparatlardan istifadə etməyi tövsiyə edirlər.

    – Korvalol və valokordin. Bu preparatlar ürək tutması və ürək xəstəlikləri zamanı effektsizdir. Həmçinin onların tərkibində olan trankvilizator tez bir zamanda asılılıq yaradır. Ekspertlər xəbərdarlıq edir ki, müntəzəm olaraq istifadə olunduğu halda valokordin və korvalol sinir sistemi pozulmaları, nəzfəsalmanın pozulması və hətta komaya səbəb ola bilər. Avropa ölkələrində bu preparatlar çoxdandır ki, istifadə olunmur.

    – Validol. Ürək tutması və ürək ağrıları zamanı heç bir effekt vermir, yalnız yüngül sakitləşdirici kimi təsir edir.

    – Levomesitin. Bu antibiotikin çox ciddi yanaşı təsirləri var. Bu səbəbdən mütəxəssislər daha müasir və yanaşı təsirləri az olan antibiotiklərdən istifadə etməyi tövsiyə edirlər.

    Sonda nəzərinizə çatdıraq ki, istənilən dərman preparatı, hətta söhbət “ziyansız” vitamin və minerallardan gedirsə belə yalnız və yalnız həkim tərəfindən təyin olunmalıdır. Özünümüalicə ilə məşğul olmayın! Bu ağır fəsadlara səbəb ola bilər!

  • Репортер в прямом эфире рассказывал о наводнении, пока вода подступала к его шее – ВИДЕО

    В Пакистане журналист, рискуя своей жизнью, провёл эфир в разгар мощного наводнения по шею в воде.

    Репортёр GTV Азадар Хуссейн в прямом эфире рассказывал о затоплении реки Синд в Пенджабе на этой неделе – сообщает Unilad. Над мутной водой виднелись только его голова и одна рука с микрофоном. Несмотря на это, он оставался спокойным, сообщая о пагубном влиянии потопа на сельское хозяйство.

    Репортаж Азадара быстро стал вирусным – люди во всём мире одобрили его приверженность к делу. Но были и те, кто предположил, что мужчина не в своём уме, ведь подвергать себя такой опасности исключительно ради новостей – не нормально.

    Несмотря на всю серьёзность ситуации, сложившейся с потопами в Пакистане, пользователи в Сети не смогли удержаться от шуток. Один написал, что у Хуссейна «высокий уровень приверженности своей профессии», другой заключил, что его репортажи действительно очень «глубокие».

    Впрочем, конечно, вместо того чтобы придумывать каламбуры, следует выразить глубокую признательность Хуссейну – редко встретишь такую самоотдачу!

  • BMT: İnsan alveri qurbanlarının 72 faizini qadınlar və qızlar təşkil edir

    “İnsan alveri bütün dünyanı hər bir yerinə mənfi təsir edən dəhşətli cinayətdir. BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin (UNODC) məlumatına görə, qeydə alınmış qurbanların təxminən 72 faizini qadın və qızlar təşkil edir, zərərçəkmiş uşaqların sayı isə 2004-cü ildən 2016-cı ilə qədər iki dəfədən çox artıb”.

    Median.Az xəbər verir ki, bu fikirlər 30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə günü ilə bağlı BMT-nin baş katibi Antonio Quterreşin müraciətində yer alıb.

    Müraciətdə qeyd olunub ki, qurbanların əksəriyyəti cinsi istismar məqsədilə insan alverinə cəlb olunur. Digər səbəblər sırasında məcburi əmək, uşaqların hərbi fəaliyyətə cəlb olunması və digər istismar və sui-istifadə hallarını qeyd etmək olar.

    İnsan alverçiləri və terrorçu qruplar yoxsul şəraitdə yaşayanlardan tutmuş, müharibə vəziyyətində olan və ya ayrı-seçkiliklə üzləşən insanlara kimi çətin vəziyyətdə olanları hədəfləyirlər. BMT-nin Xoşməramlı səfiri kimi xidmət edən ilk insan alveri qurbanı Nadya Murad, insan alverini dayandırmaq və münaqişə şəraitində seksual zorakılığın qarşısının almaq üçün beynəlxalq tədbirlərin təşviqinə görə 2018-ci ildə haqlı olaraq Nobel Sülh Mükafatına layiq görülənlərdən biri olub.

    Silahlı münaqişələr, əhalinin köçürülməsi, iqlim dəyişikliyi, təbii fəlakətlər və yoxsulluq, insan ticarətinin inkişafına yol açan zəifliyi və ümidsizliyi daha da artırır. Miqrantlar daim hədəfdədir. Dəhşətli və amansız sövdələşmələri həyata keçirən insan alverçiləri və miqrant qaçaqmalçılarının üzündən minlərlə insan dəniz, səhra və həbsxanalarda öz həyatlarını itirib.

    Lakin ətrafımızda baş verən zorakılıq və istismara olan laqeydlik də ağır itkilərə gətirib çıxarır. Həqiqətən də, tikintidən tutmuş ərzaq və istehlak mallarının istehsalına qədər saysız-hesabsız biznes və müəssisələr bu məzlum vəziyyətdən faydalanır.

    Çoxtərəfli fəaliyyət sayəsində inkişaf əldə olunub. Palermo Konvensiyası və onun insan, xüsusilə də qadın və uşaq alverinin qarşısının alınması, azaldılması və cəzalandırılması haqqında protokolunun vasitəsilə atılan addımlar buna nümunədir. Əksər ölkələrdə lazımi qanunlar mövcuddur və bu yaxınlarda bəzi ölkələr insan alverinə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb edib. Lakin transmilli insan alveri şəbəkələrinin məsuliyyətə cəlb etmək və, ilk növbədə, qurbanların müəyyənləşdirilməsini və onların ehtiyac duyduğu müdafiə və xidmətlərə çıxışını təmin etmək üçün daha çox işlər görülməlidir.

    Dayanıqlı İnkişaf Məqsədləri sui-istifadə və istismarın qarşısını almaq, qadın və qızlara qarşı hər cür zorakılığı aradan qaldırmaq, məcburi əmək, eləcə də uşaq əməyinə son qoymaq üçün aydın hədəfləri əhatə edir. Gəlin, bu Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günündə cinayətkarların gəlir məqsədilə insanları amansızcasına istismar etməsini dayandırmaq və qurbanların öz həyatlarını bərpa etməsinə yardım etmək öhdəliyinə sadiqliyimizi bir daha bəyan edək.//sputnik.az