Month: July 2019

  • 2020-ci ildə “iPhone”un kameraları belə olacaq

    Xəbər verildiyi kimi, məşhur analitik Ming-Chi Kuo bildirib ki, 2020-ci ildə satışa çıxacaq bütün iPhone modelləri 5G şəbəkə dəstəyinə sahib olacaqlar. Bugün isə o, “iPhone”un 2020 modeli barəsində daha bir məlumat verib.

    Median.Az “technot”a istinadən xəbər verir ki, analitikin verdiyi məlumata əsasən, 1 ildən sonra Apple şirkəti Face ID texnologiyasından imtina edəcək və onu daha təkmilləşdirilmiş ToF (Time of Flight) kamera modulları ilə əvəz edəcək.
    Belə ki, həmin ToF kamera modulları istifadəçi üzünü sürətli və dəqiq şəkildə skan etməkdən əlavə olaraq 3D modellərin də əldə olunmasına imkan verəcək. ToF kameralar xüsusi sensor əsasında hazırlanıb. Həmin sensor işıq buraxaraq həmin işığın müəyyən obyektdə əks olunacağı sürəti təyin edə bilir. Bu sürəti təyin edəndən sonra sistem obyektə qədər olan dəqiq məsafəni öyrənir. Bu cür kameraya sahib smartfon 1000-ə yaxın ayrı-ayrı nöqtələrə olan məsafəni təyin etməklə obyektin tam 3D modelini yarada blər.
    3D kameranın infraqırmızı kameradan əsas üstünlüyü ondan ibarətdir ki, 3D kamera daha uzaq məsafədə çalışa bilir. Analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple şirkəti iPhone 2020 modellərində məhz bu cür 3D kameralardan istifadə edəcək. Bu cür kameralar 2020-ci ildə təqdim olunacaq 3 iPhone modelindən minimum ikisinə inteqrasiya ediləcək. Həmin ötürücülər smartfonun arxa panelində əsas kamera modulunun yanında və ön paneldə Face ID texnologiyasının yerində yerləşdiriləcək. ToF kamera modulları vasitəsilə Apple şirkəti iPhone modellərinin virtual və artırılmış reallıq sahələrindəki imkanlarını genişləndirməyi planlaşdırır.

  • “Şou-biznesdəkilərə görə televizora da baxmıram” — Əməkdar artist

    “Qızıma görə, hər şeyi fəda edərəm, hətta sənətimi də. Analıq borcumu yerinə yetiməliyəm. Əgər sənətlə uşağa baxmağı çatdırmıramsa, etməliyəm. Neçə ildir onsuz da uzaqlaşmışam. İkinci təhsil alıram. Orkestrla musiqilər bəstələyirəm”.

    Median.Az bildirir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər “Bağ mövsümü” verilişində qonaq olarkən deyib. Xanəndə qızı Canandan danışıb. İfaçı bildirib ki, övladına görə sənəti atmağa da hazırdır.

    Aygün daha sonra şou-biznesdən küsdüyünü deyib və buna səbəb müğənniləri göstərib:
    “Uşağımı qoydum musiqi məktəbinə, istəmədi. İstedadı var, müğənni olmasını istəyərəm.

    Şou-biznesdəkilərin üzündən televizoru da atmışam kənara. Onalara görə internetdən də istifadə etmirəm”. (axşam.az)

  • Названы лучшие города мира для заработка на жилье

    Городами с самой высокой доходностью от сдачи в аренду премиальной жилой недвижимости в 2019 году стали Майами, Лос-Анджелес, Москва и Дубай.

    Об этом свидетельствуют данные индекса The Savills World Cities Prime Residential Index, сообщает «Лента.ру».

    Максимальная доходность, как отмечается в материалах индекса, зафиксирована в Майами: аренда премиального жилья здесь приносит собственнику 5,3 процента годовых. В топ мировых рынков по этому показателю вошли также Лос-Анджелес, Москва и Дубай с показателями, соответственно, в 5 процентов, 4,9 и 4,8 процента годовых. Минимальная доходность – не более 2 процентов – среди основных мировых рынков наблюдается в китайских Шэнчжэне, Пекине и Шанхае.

    Составители рейтинга отмечают, что высокие показатели городам-лидерам рейтинга обеспечил заметный рост ставок аренды при относительно небольшом росте цен купли-продажи премиальных объектов. При этом в целом доходность от вложений в дорогое арендное жилье снижается. «Инвесторы уже больше не могут ожидать роста, выражающегося двузначными числами. Вместо этого они стремятся объединить усилия по поиску новых источников дохода», – говорится в материалах индекса.

  • Moskvada iqtisadçı həbs edildi — Qadınları abort edirmiş

    Moskvada təhsil üzrə iqtisadçı olan şəxs saxlanılıb.

    Median.Az-ın məlumatına görə, onun saxlanılmasına səbəb, iqtisadçı olduğu halda, özəl klinikaların birində çalışması və abort etməsidir. Qadın hamiləliyin dayandırılması üçün dərman preparatlarını yetkinlik yaşına çatmayanlara və sonrakı mərhələdə pasiyentlər də daxil olmaqla, bütün müraciət edənlərə verib. İndi iki zərərçəkən məlumdur ki, dərman qəbul olunandan sonra onlardan birinin ciddi fəsadları başlayıb. Səhiyyə Nazirliyinin yoxlamalarından sonra klinika bağlanıb. Paytaxtda müstəntiqlər təhsil üzrə iqtisadçı olan qadınları abort edən ginekoloq barəsində cinayət işi açıb. Ölkənin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına görə, nazirliyin əməkdaşları məsələni araşdırıb. Qadına Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 1-ci maddəsi ilə 123-cü (hamiləliyin süni şəkildə dayandırılmasının qanunsuz aparılması) və Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 1-ci maddəsi (istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) üzrə ittihamlar irəli sürülüb. İstintaqın məlumatına görə, 2019-cu ilin yanvar və fevral aylarında Moskvanın mərkəzindəki özəl klinikanın əməkdaşı “müvafiq profilli lazımi biliklərə və tibbi təhsilə malik olmamaqla, bu müəssisənin həkimi-ginekoloqu ilə təmsil olunmaqla, pul mükafatı müqabilində dərman preparatını hamiləliyin süni kəsilməsinə görə müraciət etmiş iki pasiyentə verib. Dərman qadınlarda ciddi fəsadlar doğurub və onlardan birinin hamiləliyi 12 həftədən çox olduğu üçün abort edilə bilməyib. Cinayət işi iki zərərçəkmiş şəxsin sağlamlığına zərər vurma faktı ilə təstiqlənib.//ölkə.az

  • 24 yaşlı həyat yoldaşını öldürdü — 4 yaşlı uşağın gözü önündə

    Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlkin Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Medan.Az xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, İ.Abdullayevin apellyasiya şikayəti təmin edilməyib.
    Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabrın 24-də Xətai rayonunda baş verib.
    24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
    Məlum olub ki, əvvəllər məhkum olunan Hövsan qəsəbə sakini İlkin Abdullayev bir neçə il əvvəl arvadından boşanıb. Lakin boşanmalarına baxmayaraq onların arasında münaqişə davam edib. Oktyabrın 23-də özü ilə qatlanan bıçaq götürən 27 yaşlı İlkin əvvəlcədən planlaşdırdığı kimi Səriyyənin yaşadığı evə gəlib və 4 yaşlı uşağın gözü önündə ona çoxsaylı zərbələr endirib. Qadın aldığı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərdən hadisə yerindəcə keçinib.

    İstintaq orqanı tərəfindən İlkin Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.//ölkə.az

  • Sağlam yuxuya gedən 7 ən ASAN YOL — Bunları mütləq edin!

    Sağlam yuxu təkcə, yaxşı əhval-ruhiyyənin qarantiyası deyil, həm də gözəlliyinizin və stressə müqavimət qabiliyyətinizdir. Təəssüf ki, müasir həyatın ritmi yuxu rejimimizə pis təsir edir. Bəzən isə biz özümüzü bilə-bilə yuxu qrafikimizi pozmaq üçün hər şeyi edirik.
    Sonra yuxusuzluğun haradan yarandığına təəccüb edirik.

    Median.Az
    səhər gümrah ayılmağın 7 sirrini təqdim edir.

    1. Yatağı ancaq yuxuya getmək üçün istifadə edin. Bu nə deməkdir?

    Yataqda yemək yeməyin, televizora baxmayın, yatarkən telefonla oynamayın.Yatağı yalnız yuxu ilə əlaqələndirin. Özünüzü bu vərdişə alışdırın ki, yatmamışdan əvvəl yatağı hazırlayarkən beyniniz yuxu rejimini işə salsın.

    2. Hər zaman yatmazdən əvvəl otağı havalandırın. Başınıza qədər yorğana bürünmə vərdişindən qurtulun. Təbii materiallardan hazırlanmış yataq dəsti seçin və təmizliyinə riayət edin (xüsusilə yastıqlar üçün). Rahatlıq, təmizlik və təmiz hava sağlam və yaxşı yuxu üçün 3 əsas şərtdir.

    3. Yatmazdan əvvəl yemək yeməyin, çox maye içməyin. Yanınıza limonlu su qoyun ki, susasanız onu içəsiniz.

    4. Ən yaxşısı gecə yarısına qədər yuxuya gedin. Yuxu üçün ən ideal saat saat 22.00-dır. Yatmadan bir saat əvvəl telefonunuzu səssiz rejimə qoyun ki, heç bir şey sizi narahat etməsin.

    5 Evlisinizsə, mütləq həyat yoldaşınız ilə bir yerdə yuxuya getməyə çalışın. Bu sizə həm əlavə səs-küydən qoruyacaq, həm də daha yaxşı münasibətlər qurmağa kömək edəcək. Elm adamları eyni yuxu rejimində olan cütlüklərin bir-biri ilə daha asan yola getdiyini iddia edirlər.

    6. Yatmamışdan öncə rahatlayıcı vanna qəbul etmək, sizə daha rahat yuxuya gedməyinizə kömək edəcək. Vannaya ətirli yağlar əlavə edin, üzünüzü masaj edin. 15-20 dəqiqə sevdiyiniz musiqiləri dinləyin. Sonra yumşaq bir gecə köynəyi və corab geyin (hətta yayda!). Bu zaman vücudunuz rahatlanacaq. Corab isə qan dövranını yaxşı dövr etməsinə yardımçı olacaq, bu da tez yuxuya gedməyinizə kömək edəcək.

    7.Əgər yuxuya gedə bilmirsinizsə (düşüncələr, narahatlıq və ya başqa bir şey sizi narahat edirsə), nəfəs məşqləri edin. Biz yuxuda olarkən dərindən və rahat nəfəs alırıq. Ona görə, nəfəsinizi tənzimləməyə çalışın. Bu zaman beyniniz rahatlaşmaq üçün bütün bədənə siqnal verəcək və siz tez bir zamanda yuxuya gedəcəksiniz.//ölkə.az

  • Вниманию водителей: со следующего месяца можете быть привлечены к ответственности

    С целью предотвращения загрязнения окружающей среды вредными автомобильными выбросами и нанесению вреда здоровью человека, с 1 по 31 августа будет проводиться профилактическое мероприятие «Чистый воздух».

    Как передает Median.Az, об этом сообщило Главное управление государственной дорожной полиции Министерства внутренних дел.

    Сообщается, что мероприятие будет организовано Главным управлением государственной дорожной полиции совместно с Министерством экологии и природных ресурсов.

    Управление просит водителей использовать свои транспортные средства в технически исправном состоянии. В противном случае они будут привлечены к административной ответственности в соответствии с законодательством.

  • Cəbrayıl Hacıyev güləş üzrə dünya çempionu olub

    Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 65 kq çəki dərəcəsində yer alan Hacıyev debütdə türkiyəli rəqibini çətinlik çəkmədən məğlub edib.

    Ötən həftə Bakıda keçirilmiş Avropa Gənclər Yay Olimpiya Oyunlarının (EYOF) qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yaponiyalı güləşçini də yolundan kənarlaşdıran Hacıyev yarımfinala vəsiqə qazanıb.

    Finalın bir addımlığında onun rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığma üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb. Hacıyev həlledici qarşılaşmada EYOF-un finalında məğlub etdiyi Rusiya idmançısı ilə qarşılaşıb və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geri düşən azərbaycanlı pəhləvan əzmkar qələbə qazanaraq dünya çempionu olub.

    Digər sərbəst güləşçilərdən Cavid Cavadov (48 kq) bürünc medal uğrunda görüşdə hindistanlı rəqibinə yenilərək 5-ci yerlə kifayətlənib.

    Zirəddin Bayramov (55 k1) 1/4 finalda qitə birinciliyinin yarımfinalında məğlub olduğu Türkiyə güləşçisi Muhammet Karavusa növbəti dəfə uduzaraq, çıxışlarını başa vurub.

    Fərid Cabbarov (80 kq) ilk görüşdə amerikalı, Hamlet Nəsibli (110 kq) ukraynalı rəqibinə uduzaraq, mübarizəni dayandırıb.

    Dünya çempionatı

    48 kq

    1/8 final. Cavid Cavadov – Dalqat Abdulkadırov (RUS) 6:3 (tuşe)

    1/4 final. Cavid Cavadov – Kamronbek Kadamov (UZB) 4:8

    Təsəlliverici görüş. Cavid Cavadov – Otqonbaatar Boldbaatar (MGL) 9:7

    Bürünc medal görüşü. Cavid Cavadov – Udit Udit (İND) 2:11

    55 kq

    Təsnifat. Zirəddin Bayramov – İvan Xramika (BLR) 10:0

    1/8 final. Zirəddin Bayramov – Simone Vinçentso Piroddu (İTA) 10:0

    1/4 final. Zirəddin Bayramov – Muhammet Karavus (TUR) 2:4

    65 kq

    Təsnifat. Cəbrayıl Hacıyev – Mikayıl Topal (TUR) 11:5

    1/8 final. Cəbrayıl Hacıyev – Əmir Hüseyn Rza Motaqi (İRİ) 4:3

    1/4 final. Cəbrayıl Hacıyev – Ryosuke Kera (JPN) 6:4

    1/2 final. Cəbrayıl Hacıyev – Davit Patsinaşvili (GEO) *7:7

    FİNAL. Cəbrayıl Hacıyev – Batirbek Tsxovrebov (RUS) 6:4

    80 kq

    Təsnifat. Fərid Cabbarov – Klayton Edqar Ulrey (USA) 4:4*

    110 kq

    1/8 final. Hamlet Nəsibli – David Mçelidze (UKR) 0:2

  • Ağdaşda 5,5 metr uzunluğunda ilan öldürülüb – FOTO

    Ağdaş rayonunda nəhəng ilan peyda olub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Qumlaq kəndində baş verib.

    Kənd sakini Fərhad Mustafayev həyətində işləyərkən uzunluğu 5.5 metr olan ilan görüb və onu öldürüb.

  • В Агдаше убита 5,5-метровая змея – ФОТО

    В Агдашском районе обнаружена гигантская змея, передает report.az.

    Инцидент имел место в селе Гумлаг района.

    Так, житель села Фархад Мустафаев, работая у себя во дворе, заметил змею длиной 5,5 метров и убил ее.