Month: July 2019

  • “Vallah, fotoşop deyil” – Xatirədən iddialara cavab

    Müğənni Xatirə İslam sosial şəbəkədə yeni fotolarını yerləşdirib.

    Median.Az axşam.az-a istinadla xəbər verir ki, son günlər xeyli çəki atması ilə gündəmə gələn sənətçi ünvanına yazılan tənqidlərə münasibət bildirib.

    Xatirə şəkillərini fotoşopla düzəltdiyini iddia edənlərə cavab verərək “Vallah fotoşop yoxdur, xalis özüməm” sözlərini yazıb.

    Qeyd edək ki, müğənni bir neçə ay əvvəl plastik əməliyyat etdirərək, piylərini çıxartmışdı.

  • Mobil telefondan kiçik fərdi kondisioner hazırlandı – FOTO

    “Sony” şirkətinin mühəndisləri tərəfindən ölçüsü smartfondan kiçik olan fərdi kondisioner hazırlanıb.

    Median.Az “ictnews”a istinadən xəbər verir ki, yapon şirkətinin əməkdaşları 85 qram ağırlığında olan yığcam daşınan kondisioneri “Reon” startapı çərçivəsində hazırlayıblar.

    Qurğunun işinin əsasını Peltier elementi və ventilyator təşkil edir. Peltier elementi, sadə dillə desək, temperatur fərqinə görə bir tərəfdən soyuq, digər tərəfdən isə isti olan qurğudur. Bu effekt, həmçinin kondisionerdə istifadə olunur. Ventilyator elementin soyudulması və izafi istiliyi cihazın özündən kənarlaşdırmaq üçün lazımdır.

    “Reon Pocket” adlandırılmış cihaz həm bədənin soyudulması, həm də qızdırılması üçün istifadə edilə bilər. Cihaz temperaturu 8-13 selsi dərəcə aşağı sala, yaxud yüksəldə bilər, qurğunun akkumulyatoru isə 1,5 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub. Qurğunun enerji ilə yüklənməsinə təxminən 2 saat vaxt tələb olunur.

  • Azərbaycanda faciə: fəhlə binadan yıxıldı

    Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az-ın lent.az-a istinadən xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində rayonun Atakişili kəndi ərazisində baş verib.

    Belə ki, inşa edilən çoxmərtəbəli binada fəhlə işləyən kənd sakini, 1995-ci il təvəllüdlü Səməd Əhəd oğlu Həmidov ehtiyatsızlıq nəticəsində yıxılaraq ağır xəsarət alıb.

    O, təcili olaraq Kürdəmir Rayon Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda yol polisləri vətəndaşın həyatını xilas etdilər – VİDEO

    Bakının Qaradağ rayonu ərazisində yol polisləri gün vuran vətəndaşın həyatını xilas ediblər.

    Median.Az bildirir ki, Qaradağ Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yolu keçmək istəyən zaman yaşlı kişinin halı pişləşib və o, magistral yolun ortasında yıxılıb.

    Bu zaman mülki avtomobildən düşən bir şəxs ona yaxınlaşır, kömək etmək istəyir. Dərhal hadisə yerinə 99 YP 258 dövlət nömrə nişanlı YPX avtomobildə xidmət aparan Qaradağ rayon DYPŞ-nin əməkdaşları gəlirlər.

    YPX əməkdaşları halı pisləşən şəxsi patrul avtomobilinə qoyaraq xəstəxanaya çatdırıblar.

  • Dəstə üzvləri ələ keçib: neçə-neçə cinayətin üstü açıldı

    Quba RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etdiklərinə görə tutulan dəstə üzvlərinin digər cinayət əməllərinin də üstü açılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dəstə üzvləri olan Lerik rayonu sakinləri, 29 yaşlı Amil Vəliyevin, 33 yaşlı Sadət Azadovun, 31 yaşlı Təhməz və 38 yaşlı Əkbər Dadaşovların ətraflarında aparılan istintaq tədbirləri nəticəsində onların daha yeddi rayonda analoji cinayətlər törətdikləri məlum olub. Adı çəkilən şəxslər cari ilin iyul ayının müxtəlif vaxtlarında Ağsu, İsmayıllı, Hacıqabul, Qaradağ, Qobustan, Sabirabad və Şamaxı rayonlarında yerləşən fərdi yaşayış evlərinə, aptek və mağazala qanunsuz daxil olaraq, oradan nağd pul, müxtəlif növ içkilər, tütün məmulatları və telefon aksesuarları, eləcə də Qaradağ rayonunda yerləşən mağazaların birində olan iki ədəd ödəmə terminalı və seyfdən 12000 manata yaxın pulu oğurlamaqla ümumilikdə zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurublar.

    Həmin şəxslərin ətrafında istintaq hərəkətləri davam etdirilir.

  • Азербайджанский борец стал чемпионом мира

    В столице Болгарии Софии продолжается чемпионат мира среди борцов-подростков, передает АПА.

    В первый день мундиаля член сборной Азербайджана Джабраил Гаджиев (65 кг) завоевал титул чемпиона. В решающем поединке он столкнулся с россиянином Батырбеком Цакуровым, победителем финала Европейского молодежного летнего олимпийского фестиваля. Наш борец вырвал победу в упорном поединке (6:4), и стал обладателем золотой медали чемпионата мира.

  • Azərbaycanda maşınlardan atmosferə atılan zərərli maddənin həcmi AÇIQLANDI

    “Son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Qeyd edirik ki, belə nəqliyyat vasitələrinin istismarı atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərir”.

    Median.Az-ın məlumatına görə, bu barədə APA -ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

    Qeyd olunub ki, bu gün respublikada atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

    Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə avqust ayının 1-dən 31-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublika ərazisində “Təmiz hava” aylığı keçirəcək.

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sürücülərindən istifadələrində olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.

  • Uşaq və gənclər üçün yay istirahət düşərgəsi təşkil edilir

    Gənclər və İdman Nazirliyi iyulun 27-dən avqustun 5-dək Ermənistanla təmas xəttində və cəbhə bölgələrində yerləşən rayonlarda yaşayan uşaq və gənclər üçün Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay istirahət düşərgəsi təşkil edir.

    Nazirliyin mətbuat xidmətindən bildirilib ki, düşərgə çərçisəvində iştirakçılar üçün şən və əyləncləli oyunların, üzgüçülük, intellektual oyunların, qrup yarışlarının, stolüsü və kompyuter oyunlarının təşkili, tarixi və mədəni yerlərə ekskursiyaların edilməsi nəzərdə tutulur. Düşərgədə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Füzuli, Ağdam, Tərtər, Xocavənd rayonlarından 100-dən artıq uşaq və gəncin yay istirahəti səmərəli təşkil edilir. İştirakçılar burada asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, bir biriləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.//lent.az

  • Ukrayna Rusiya tankerini həbs etdi – FOTO

    Ukrayna məhkəməsi Rusiyaya məxsus “Nika Spirit” tankerinin həbs olunması ilə bağlı qərar çıxarıb.

    TASS xəbər verir ki, bununla bağlı Ukraynanın Baş Hərbi Prokuroru Anatoli Matios “Facebook” hesabı vasitəsilə açıqlama verib.

    Prokuror həbslə bağlı bəzi sənədləri də paylaşıb.

    Sözügedən gəmi iyulun 25-də İzmail limanında saxlanılmışdı.

    Ukraynalılar iddia edir ki, “Nika Spirit” ötən ilin noyabr ayında Qara dənizdə Kerç boğazındakı hərbi insidentdə onların gəmilərinə maneçilik törətmişdi. Məlumata görə, o vaxt gəminin adı “Neyma” imiş.

    Gəmi bütün ekipajı və içindəki sənədlərlə birlikdə müsadirə olunub.

    Bildirilib ki, Rusiya tərəfi qarşıdakı beş gün ərzində Odessa məhkəməsinə apellyasiya şikayəti edə bilər.

    Qeyd edək ki, ötən ilin noyabrında baş verən insidentdə ruslar Ukraynaya aid üç gəmini müsadirə etmiş, dənizçilər həbs olunmuşdu.

  • Выявлено самое бесполезное лекарство от простуды

    Препараты, бесполезные во время лечения простуды и ОРВИ, а также опасные для здоровья, назвала врач общей практики Ирина Добрецова.

    Как передает Median.Az, об этом сообщает «Вечерняя Москва».

    По ее словам, иммуномодуляторы и иммуностимуляторы не помогут организму побороть болезнь. Она добавила, что болеть около недели — нормальное явление, это время необходимо организму, чтобы его защитные системы победили симптомы.

    Медик также предостерегла людей от приема антибиотиков, назвав данную группу препаратов очень опасной.