Month: July 2019

  • Bakıda lombarda silahlı basqın edildi: 10 min manat pul və 30 milnik qızıl aparıldı

    İyulun 29-u saat 10:45-də Bakının Xətai rayonunda lombarda basqın olub.

    Bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat veriblər.

    İş maskası geyinmiş iki naməlum kişi Babək prospekti, 76 saylı binada yerləşən lombarda girib.

    Lombardın 1957-ci il təvəllüdlü sahibəsi Leyla Əliyeva iddia edir ki, cinayətkarların silahı olub.

    Onlardan biri silahla qadının başına zərbə endirib. Quldurlar lombarddan 10 min manat və dəyəri 30 min manat olan qızıl məmulatları götürüblər.

    Median.Az oxu.az-a istinadən bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) üzrə cinayət işi qaldırılıb. Şübhəlilərin saxlanılması istiqamətində iş aparılır.

  • Həbsxanada DƏHŞƏT – 57 nəfəri öldürüb BAŞLARINI KƏSDİLƏR – FOTO

    Braziliyanın şimalında yerləşən Para əyalətindəki Altamira həbsxanasında cinayətkar qruplaşmalar arasındakı dava zamanı ən az 57 məhkum qətlə yetirilib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, iki mafiyanın qarşı-qarşıya gəldiyi olayda qandonduran görüntülər meydana çıxıb.

    Ölkədəki həbsxanalardan cavabdeh olan Jarbas Vasconcelos iki mafiya arasında başlayan qırğın zamanı 57 məhkumun öldüyü, 16-sının başlarının kəsildiyini açıqlayıb.

    Videogörüntülər zamanı digər cinayətkar dəstə üzvlərinin başlarını kəsdikləri düşmənlərinin başları ilə futbol oynadıqları açıq-aşkar görünür.

    Qanlı toqquşma zamanı məhkumların həbsxananın bir hissəsini yandırması səbəbiylə təhlükəsizlik qüvvələrinin içəri daxil ola bilmədiklərini deyən Vasconcelos “İki qrup arasındakı hesablaşma idi, üsyan xarakteri daşımırdı” ifadələrini işlədib.

    Məhkumların əsir götürdükləri iki həbsxana əməkdaşının sonradan sərbəst buraxıldığı qeyd edilir.

    Qeyd edək ki, 700 min məhbusu olan Brazilya dünyada bu rəqəmlərə görə üçüncü yerdədir.

  • Kürdəxanını yasa boğan faciənin təfərrüatı – FOTO

    Onlar eyni kənddə böyüyüblər, bir məktəbdə oxuyublar, uşaqlıq dostu, sinif yoldaşı olublar. Alın yazıları da oxşar imiş. Qismətlərinə bir yerdə, eyni məkanda ölmək yazılıbmış…

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, söhbət iki gündür hamını sarsıdan dörd dostun faciəli ölümündən gedir. Onlar iyulun 28-də Kürdəxanı çimərliyi ərazisində boğulublar.

    Haşiyə çıxaraq bildirək ki, çimərlik mövsümü başlayandan az qala hər gün iki-üç nəfərin dənizdə boğulması xəbəri gəlir. Rəsmi məlumatlara görə, dənizdə boğulmalar daha çox Kürdəxanı, Göradil, Şüvəlan ərazisində qeydə alınır.

    Deyilənə görə, dostlar üzməyi bacarırmış, amma burulğana düşüblər, bir-birinə kömək etməyə imkan tapmayıblar.


    Virtualaz.org-un əməkdaşları dənizdə boğulan dostlardan biri – 28 yaşlı Əli Cavadovun yaxınları ilə söhbətləşiblər.

    İki gündür Kürdəxanıda matəmdir. Tanıyan da, tanımayan da dənizin can aldığı dörd dost üçün ağlayır.

    “…Öləndə də onları tək buraxmadı”

    Uzaqdan ananın ürəkdağlayan fəryadı eşidilir, balasına lay-lay çalır: “Balam o qədər dostcanlı idi ki, öləndə də onları tək buraxmadı”.

    Əlinin anası Kifayət Cavadova göz yaşları içində söhbətə başlayır, faciənin baş verdiyi günü xatırlayır. Həmin gün Əlinin həyat yoldaşı Ayselin babasının yas mərasimi olub, bütün ailə həmin məclisdə iştirak edib: “Məclisdən çıxanda gördüm balam səkinin kənarında fikirli oturub. Dedi, ana, elə bil ürəyimi tutub sıxırlar, özümü çox pis hiss edirəm. Məni arxayın edib yola saldı. Ayseli götürüb evə gələcəkdi”, – ana deyir.


    Axşamtərəfi qohumlardan biri gəlir, özü ilə fəlakət xəbərini də gətirir. Deyir ki, Əli dostları – Balababa Babayev, Murad Əzizov, Kamran Hacıquliyevlə birgə batıb.

    İki gün əvvəl toyu olmuşdu…

    Əli 3 ildir ailə qurub, iki azyaşlı uşağı var. Qohumların dediyinə görə, Əli evin tək övladı olan Balababanı xilas etməyə çalışırmış. Balababanın isə cəmi 2 gün əvvəl toyu olub, Əli qol götürüb dostunun toyunda doyunca oynayıb.


    “Gördüm kimsə həyətdə deyir ki, Əli batıb. Atdım özümü küçəyə. Heç bilmirəm kimin maşını ilə apardılar məni. Dəniz kənarına gələndə gördüm nə qədər adam yığılıb. Camaatı itələdim, oğluma sarı yüyürdüm, “Əli, Əli” deyə bağırdım, cavab verən olmadı. Oğlumun bədəni isti idi, ağzından köpük gəlirdi. Anan ölsün, ay bala. Dağ boyda oğlum getdi əlimdən. Mənim balamın qatili dənizdir. Dərya uddu övladımı”, – ana sakitləşmir.

    Mərhumun xalası isə deyir ki, Balababa toydan sonra dostlarına qonaqlıq verirmiş, qoyun kəsib: “O uşaqların heç biri içkili olmayıb, hamısı dindar idi. Danışırlar ki, Balababa batırmış, Əli də onu xilas etməyə çalışıb, amma özü də batıb. Çox güman ki, burulğana düşüblər. Alın yazısıdır, qismətdir. Ölməli oğul deyildi. Yaşı az olsa da, kənd arasında sayılıb-seçilən idi”.


    Mərhumun həyat yoldaşı Aysel isə danışır ki, saat 6-da Əlini yola salıb. Təxminən saat 8-in yarısında meyitləri sudan çıxarılıb.

    Cəsədi bu gün tapılan Kamran Hacıquliyev də nişanlı olub, avqustda toy edəcəkmiş. Bibisi qızı ilə nişanlı olan Kamran Zabrat qəsəbəsində plastik qapı-pəncərə sexində işləyirmiş. Dostlardan sonuncusu – Murad Əzizov da ailəli olub.

    Kiminsə yanıqlı səsi eşidilir: “Bir-birinizdən ayrı yaşamırdız, bala, əcəl də bunu bildi…”

  • В Баку покончил с собой заключенный

    В пенитенциарном учреждении в Баку осужденный совершил суицид.

    Как передает Median.Az, oб этом Oxu.Az сообщили в правоохранительных органах Гарадагского района.

    Известно, что случай произошел в минувшее воскресенье в колонии-поселении номер 4, расположенном на территории Гарадагского района. В шесть утра было обнаружено тело Нуриева Надира Тахир оглу 1976 года рождения, который повесился на оконной решетке.

    Мужчина был осужден за кражу частного имущества и незаконный оборот наркотических средств. О причинах самоубийства пока ничего не сообщается. Следствие по факту ведет районная прокуратура.

  • Bakıda məhbus özünü asdı

    Bakıda penitensiar müəssisədə məhkum intihar edib.

    Median.Az-ın məlumatına görə, bu barədə Oxu.Az-a Qaradağ rayonunu hüquq-mühafizə orqanlarından məlumat veriblər.

    Hadisə ötən bazar günü Qaradağ rayonu ərazisində yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində baş verib. 1976-cı il təvəllüdlü Nuriyev Nadir Tahir oğlunun meyiti səhər saat 06:00-da aşkarlanıb.

    O, özünü pəncərə barmaqlığından asıb. Kişi şəxsi əmlak oğurluğuna və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə mühakimə olunub. İntiharın səbəbləri barədə hələ məlumat verilmir. Faktla bağlı istintaqı rayon prokurorluğu aparır.

  • В Баку пропал пациент психбольницы

    Из психиатрической больницы номер один сбежал пациент.

    Как передает Median.Az, oб этом Oxu.Az сообщили в Управлении полиции Сабунчинского района Баку.

    Известно, что 29 июля утром из психбольницы ушел и не вернулся Аскеров Фарид Фуад оглу 1997 года рождения. В настоящее время сотрудники 12-го отделения полиции заняты поисками Ф.Аскерова.

    В том же Сабунчинском районе за минувшие сутки без вести пропала 16-летняя девушка. Жительница поселка Рамана Пириева Айтадж Орхан гызы ушла из дома 28 июля утром. 29-го числа родители девушки обратились с заявлением в полицию, пока пропавшая не найдена.

    В полиции отметили, что по розыску пропавших без вести лиц сотрудники органов внутренних дел показывают наилучшие результаты. Чаще всего их находят живыми и невредимыми.

    Отметим, что за минувшие сутки зарегистрировано пять без вести пропавших лиц, среди них мать с годовалым ребенком. За указанное время найден один пропавший ранее человек.

  • Bakıda psixiatriya xəstəxanasından pasiyent qaçdı

    1 Saylı Respublika Psixiatriya Xəstəxanasından pasiyent qaçıb.

    Median.Az-ın məlumatına görə, bu barədə Oxu.Az-a Bakının Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

    Belə ki, 1997-ci il təvəllüdlü Əsgərov Fərid Fuad oğlu iyulun 29-da psixiatriya xəstəxanasından çıxaraq geri qayıtmayıb. Hazırda 12-ci Polis bölməsinin əməkdaşları onun axtarışı ilə məşğuldur.

    Sabunçu rayonunda ötən sutkalar ərzində 16 yaşlı qız itkin düşüb. Ramana qəsəbəsinin sakini Piriyeva Aytac Orxan qızı iyulun 28-də səhər evdən çıxıb. Qızın valideynləri ayın 29-da polisə ərizə ilə müraciət ediblər, itkin düşmüş qız hələ tapılmayıb.

    Qeyd edək ki, ötən sutkalar ərzində itkin düşmüş beş nəfər qeydə alınıb, onların sırasında ana və bir yaşlı körpəsi də var. Göstərilən vaxt ərzində daha əvvəl itkin düşmüş bir nəfər tapılıb.

  • Список выпускников, удостоенных золотых и серебряных медалей

    Министр образования Джейхун Байрамов подписал приказ «О награждении выпускников общеобразовательных учреждений золотыми и серебряными медалями».
    Как сообщило Министерство образования, в приказе указано количество выпускников, завершившие общее образование с индивидуальными достижениями, и их имена. В этом году 112 выпускников получили золотую медаль, а 67 – серебряную.
    Отметим, что претенденты на золотую и серебряную медали определены на основе «Порядка награждения золотой или серебряной медалью выпускников, завершивших образование с индивидуальными достижениями», утвержденного решением Кабинета министров от 2010 года.

  • Ильхам Алиев наградил спортсменов

    Президент Ильхам Алиев подписал распоряжение о награждении азербайджанских спортсменов и их тренеров за высокие результаты на Европейском юношеском олимпийском фестивале в Баку.

    Согласно распоряжению, за высокие результаты на Европейском юношеском олимпийском фестивале в Баку азербайджанские спортсмены и их тренеры будут награждены в следующих суммах:

    – каждый спортсмен, занявший первое место, – 10 000 манатов, его личный тренер – 5000 манатов;

    – каждый спортсмен, занявший второе место, – 7000 манатов, его личный тренер – 3500 манатов;

    – каждый спортсмен, занявший третье место, – 5000 манатов, его личный тренер – 2500 манатов;

    Главный тренер команды за спортсмена, добившегося наивысшего результата, получит денежную награду в размере, равном награде личного тренера этого спортсмена (однократно).

    Кабмину поручено решить вопросы, вытекающие из распоряжения.

  • Avropa Festivalında ən yüksək nəticə göstərənlər mükafatlandırıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:

    – birinci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;

    – ikinci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;

    – üçüncü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;

    – komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Xatırladaq ki, Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.