Month: July 2019

  • Ötən il İsraildə uşaqlara ən çox verilən ad Məhəmməd olub

    İsraildə 2018-ci ildə də uşaqlara ən çox verilən ad Məhəmməd olub.

    “Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu ölkədə ən məşhur qız adı isə Mayyadır.

    Bildirilib ki, yəhudi ailələrində 2018-ci ildə yeni doğulan uşaqlar üçün ən çox qoyulan ad Daviddir. Sonrakı yerləri uyğun olaraq Ariel və Noam tutur.

    Müsəlman ailələrində isə Məhəmməddən sonra çox böyük fərqlə Əhməd və Adəm adları gəlir.

    Yəhudilərin yeni doğulan qızlara 2018-ci ildə verdikləri Tamar adı ikinci, Aviqayl və Noa isə sonrakı yeri tuturlar. Ərəb ailələrində qızlara qoyulan ən məşhur ad Məryəmdir. İkinci yerdə Şaam, sonrakı yerlərdə isə Cori və Nur gəlir.

  • “Futbolun nə demək olduğunu bilirik”

    Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” sabah ikinci təsnifat mərhələsinin cavab matçında “Dandolk”u qəbul edəcək.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oyundan bir gün öncə keçirilən mətbuat konfransına qatılan Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sabahkı qarşılaşma barədə danışıb.

    Təcrübəli mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını bildirib:

    “Cavab görüşü həmişə bizi daha diqqətli olmağa məcbur edir. Xüsusən də, belə rəqiblərə qarşı. Hər iki komanda düşündüyüm qədər istəklidi. Nə qədər çətin olsa da, hamını sabah maraqlı oyun gözləyəcək. Çalışacağıq baxımlı oyun göstərək və uğurlu nəticə qazanaq”.

    Qurban Qurbanov komandanın zədəli futbolçuları barədə də söz açıb:

    “Son durumları heç də yaxşı deyil. Bədavi Hüseynov hətta fərdi məşqlərə də başlamayıb. Başlamışdı, ancaq sonra yenidən müayinəyə ehtiyac oldu. Həkimlər riskə getmək istəmədilər. Dünən qərar verdik ki, daha 4-5 gün müayinə olunsun. Digərləri 100 faiz hazır olmasalar da, komanda ilə məşqlərdə iştirak edirlər. Onlarda hər şey yaxşılığa doğru gedir”.

    Qurbanov “Qarabağ”ın yeni transferləri Faysal və Qeyenin meydana çıxıb-çıxmayacağı ilə bağlı suala da aydınlıq gətirib:

    “Optimal formalarından hələ uzaqdılar. Ən azı birinin “18-lik”də olmaq şansı var. Start heyətində olmayacaqlar”.

    Təcrübəli çalışdırıcı İrlandiya millisinin baş məşqçisinin “Qarabağ”ın əsəbi oynayacağı ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib:

    “İnşallah, əsəbiləşmərik. Futbolun nə demək olduğunu bilirik. Bir az aqressiv olmaq lazımdı. Futbolçularda arzu, istək görmək istəyirik. Belə oyunlarda təmkinli olmalıyıq. Futbolçularda idman prinsiplərinə görə əsəbiləşmək xarakteri var”.

  • Ali məktəbə qəbul olmaq istəyən 7000-ə yaxın abituriyent ərizəsini təsdiq etməyib

    İndiyədək ali məktəbə qəbul üçün ixtisas seçiminə buraxılan 6880 abituriyent elektron ərizəsini təsdiq etməyib.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali məktəblərə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi 6 avqust saat 23.59-dək internet vasitəsilə aparılacaq.

    I qrup 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. V ixtisas qrupu üzrə isə qabiliyyət imtahanları davam edir və hələlik 5044 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Həmçinin 14615 subbakalavr ali təhsil müəssiələrinə qəbul olmaq üçün qeydiyyatdan keçib.

    30 iyul saat 14.30-a olan məlumata əsasən I-IV ixtisas qrupları üzrə 29040, V ixtisas qrupu üzrə 4006 olmaqla ümumilikdə 33046 elektron ərizə (o cümlədən 6130 subbakalavr ərizəsi) təsdiq olunub. 6880 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

    İxtisas seçiminin sonuna 7 gün vaxt qalıb və 6 avqust saat 23.59-dək davam edəcək.

    Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

    Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

    Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində və Naxçıvanda rayon təhsil şəbələrində ixtisas seçimi başa çatanadək fəaliyyət göstərəcəklər. Müxtəlif rayon təhsil şöbələri və məktəblərdə də fəaliyyət göstərir.//milli.az

  • JARA 2019-a ailə üzvləri ilə qatılan ulduzlar – FOTO

    Bakıda ötən həftə sonu keçirilmiş JARA 2019 beynəlxalq musiqi festivalına bir sıra ulduzlar öz ailə üzvləri ilə qatılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Filipp Kirkorov festivala oğlu və qızı ilə bir yerdə gəlib.


    Festivalın təşkilatçılarından biri Sergey Kojevnikov həyat yoldaşı İrina ilə


    Reper MOT həyat yoldaşı Mariya Quralla


    Denis Klyaver və həyat yoldaşı İrina ilə


    Hollivud ulduzu Stiven Siqal və həyat yoldaşı Batsuhiyn Erdenetuyaa


    Qriqori Leps qızı İnqa ilə


    Qriqori Leps qızı Yeva və “Cosmic Girls” qrupunun üzvləri ilə


    “Ruki Vverx” qrupunun solisti Sergey Jukov və həyat yoldaşı Regina Burd


    Aleksey Çumakov və Yuliya Kovalçuk


    Valeriya və İosif Priqojin


    Brilliant Dadaşova və oğlu Cahad

  • Азербайджанский борец стал чемпионом мира

    В столице Болгарии Софии продолжается чемпионат мира среди борцов-подростков, передает АПА.

    В первый день мундиаля член сборной Азербайджана Джабраил Гаджиев (65 кг) завоевал титул чемпиона. В решающем поединке он столкнулся с россиянином Батырбеком Цакуровым, победителем финала Европейского молодежного летнего олимпийского фестиваля. Наш борец вырвал победу в упорном поединке (6:4), и стал обладателем золотой медали чемпионата мира.

  • Qeydiyyatsız evlərlə bağlı MÜHÜM AÇIQLAMA

    Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) rəsmi məlumatına görə, Azərbaycanda 600 min sənədləşdirilməmiş ev mövcuddur. Bu evlərin 450 mini Bakı və Bakıətrafı qəsəbələrin, yerdə qalan 150 mini bölgələrin payına düşür.

    Median.Az azxeber.com-a istinadən xəbər verir ki, evlər sənədləşdiriləcək deyilincə sənədsiz evdə yaşayan təxminən bir milyondan çox insan sevindi. Ona görə bir milyon deyirik ki, 650 min evdə orta hesabla ən az 2 nəfər yaşayırsa bu bir milyondan çox insanın taleyi deməkdir. Sənədsiz evlərdən 70 mini xüsusi təhlükəli ərazilərdə tikilib. Bura dövlət əhəmiyyətli neft buruqları, su, qaz, elektrik, dəmir yolu, magistral xətlərinin yaxın çevrəsi, palçıq vulkanı zonaları aiddir. Həmçinin aqrar sektora yararlı ərazilərdə tikilən sənədsiz evlər də mövcuddur. Bu yerlərdə evlərin inşası qanunla qadağandır.Lakin artıq 30 ilə yaxındır insanlar bu evlərdə yaşayır, bir nəsil yetişib. Hətta yaşı 50-60 il olan sənədszi evlər də mövcuddur.

    ƏMDK-dan verilən məlumata görə, artıq sənədsiz evlərin sənədləşdirilməsi üçün yeni konsepsiya hazırlanıb. Problemin tezliklə həll olunacağı deyilsə də dəqiq nə də tam olaraq nə vaxt?
    Dövlət başçısının sərəncamı ilə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sənədsiz evlərin uçota alınması ilə bağlı fəaliyyə başlayıb. Lakin, sənədsiz evlərin sayının çoxluğu nəzərə alınarsa bu az müddət təşkil etməyəcək. Bunun üçün işçi qrupılar və komitənin əsas məlumat bazası olan elektron sistem yaradılıb. Bu sistem ilin sonuna qədər tam hazır olacaq. Həmçinin, ƏMDK tərəfindən özbaşına inşa edilmiş evlər barədə məlumatlar elektron sistemə ötürülüb və Prezident Administrasiyasına təqdim edilib.ƏMDK-nın mətbuat xidmətinin rəbəri Qulu Xəlilovun saytımıza verdiyi məlumata görə, artıq gələn ildən sənədsiz evlərin sənədləşdirilməsinə başlanılacaq.

    Sənədsiz evlərin sənədləşdirilməsi məsələsində Türkiyə və Rusiyanın təcrübəsi öyrəniləcək. Təhlükəli zonada olan və olmayan evlərə fərqli yanaşılacaq. Öncə təhlükəsiz ərazilərdə olan evlər sənədləşdiriləcək.Təhülkəli zonalarda yerləşən evlərə dair isə ola bilsin ki əmlak amnistiyasından istifadə edilsin. Rusiyada olduğu kimi simvolik ödəniş tətbiq ediləcək və bunun müqabilində mülkiyyət çıxarışı veriləcək.Təhülkəli ərazilərdə olan evlərin yanında elektrik xəttinin qaz xəttinin yerini dəyişmək mümkün olsa ev köçürülməyəcək. Çox təhlükəli ərazilərdə neft buruqları arasında yerləşən evlər isə kompensasiya müqabilində köçürüləcək. Aqrar yararlı zonada yerləşə evlərin sayı çox olsa həmin ərazidə aqrar yararlı torpaq statusu ləğv ediləcək.

    Sənədsiz evlərin sənədləşdirilməsi dövlətlə milyon manatlarla xeyir verəcək, büdcə daxilolmalarını artıracaq.Bu günə qədər məmurların cibinə axan qeyri leqal pullar indi vergi şəklində dövlət büdcəsinə daxil olacaq.

  • Дорожная полиция рассказала о применении макетов служебных автомобилей

    Главное управление государственной дорожной полиции (ГДП) распространило информацию о применении на дорогах макетов автомобилей дорожно-патрульной службы (ДПС).

    Как передает Median.Az, об этом Trend сообщили в Управлении.

    С целью пресечения нарушений правил дорожного движения, укрепления дисциплины водителей и развития культуры дорожного движения, на дорогах начата установка макетов, похожих на автомобили ДПС.

    «Опыт показывает, что когда водители замечают несущую службу автомобиль ДПС, у них повышается чувство ответственности и дисциплины, они пытаются соблюдать правила дорожного движения, чтобы избежать привлечения к административной ответственности. И недисциплинированный водитель, двигающийся по дороге, где установлен такой макет, избегает возможной аварии» – говорится в сообщении.

    Этот метод, используемый в России, Турции и других странах, дает положительные результаты в сведении к минимуму числа ДТП. Места этих макетов будут регулярно меняться. В настоящее время для привлечения внимания водителей в темное время суток и в условиях ограниченной видимости макеты снабжены проблесковым маячком синего цвета, а в дальнейшем планируется использование более инновативных дополнений.

    На данный момент начата установка этих макетов в местах, которые будут видны участникам дорожного движения на достаточно удаленном расстоянии, а также на дорогах с повышенной вероятностью аварий.

    «Целью этой и других мер, осуществляемых ГДП, является пресечение ДТП, обеспечение безопасности участников дорожного движения», – говорится в сообщении.

    Отметим, что эти макеты контролируются камерами и сотрудниками ДПС. Нанесение вреда макетам, являющимися государственным имуществом, влечет за собой ответственность.

  • Bakıda avtobus dayanacağında maşından düşmək istəyən xanıma ACI SÜRPRİZ – FOTO

    Bir müddət əvvəl Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.

    Median.Az bildirir ki, Mehdiabad-Azadlıq prospekti istiqamətində hərəkət edən 108b nömrəli avtobusla “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza minik avtomobilindəki sərnişinin səhlənkarlığı səbəbindən baş verib.

    Belə ki, avtobus dayanacağına daxil olan avtomobildəki sərnişin arxadan avtomobilin gəlib-gəlmədiyini yoxlamadan maşından enmək istəyib. Nəticədə avtobus minik avtomobilinin qapısını yararsız hala salıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

    Qeyd edək ki, xüsusi marşrut xətti ilə işarələnmiş ictimai nəqliyyat vasitələri istisna olmaqla, digər avtomobillərin avtobus dayanacağına daxil olması qadağandır.//milli.az

  • Pakistanda partlayış törədilib, 4 nəfər ölüb, 12 nəfər yaralanıb

    Pakistanın Kvetta şəhərində bazarda törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

    Median.Az “Samaa” telekanalına istinadən xəbər verir ki, bu barədə xilasedicilər bildirib.

    Partlayışın hədəfi pols avtomobili olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi araşdırılır.

  • Шины смогут вырабатывать электричество

    Новая технология позволит генерировать электричество непосредственно в шинах и использовать его для питания электронных систем автомобиля, сообщает “За рулем”.

    Компания Sumitomo Rubber Industries с профессором Хироши Тани из Университета Кансай в городе Суйта (Осака, Япония) разрабатывает некий «энергетический комбайн» — систему, которая способна собирать и аккумулировать статическое электричество, появляющееся в шине.

    «Комбайн», расположенный внутри шины, состоит из двух слоев резины, покрытых электродами и отрицательно заряженной пленкой, которая взаимодействует с положительно заряженной пленкой. Сбор электроэнергии производится во время движения, при деформации при вращении.

    Разработчики «энергетического комбайна» считают, что получаемую энергию можно использовать для питания системы контроля давления воздуха в шинах или любого другого автомобильного устройства.


    Созданное в рамках программы исследований и разработок Sumitomo, направленной на разработку технологий, улучшающих безопасность и экологические характеристики, устройство получило поддержку Японского научно-технического агентства.