Month: July 2019

  • Sürücülərin diqqətinə: Gələn aydan məsuliyyətə cəlb edilə bilərsiniz

    Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə avqustun 1-dən 31-dək respublika ərazisində “Təmiz hava” keçiriləcək.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, tədbiri Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə keçirəcək.

    İdarə sürücülərdən istifadələrində olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.

  • Ronaldonun sevgilisi haqda söz-söhbət yayılıb – FOTO

    İspaniyanın “Marca” qəzeti “Yuventus”un futbolçusu Kriştiano Ronaldonu “Əfsanə” mükafatına layiq görüb.

    Median.Az Fanat.Az-a istinadla xəbər verir ki, mükafat portuqaliyalı ulduza ötən axşam Madriddə təqdim olunub.

    Ronaldo mərasimə sevgilisi Corciana Rodrigeslə qatılıb. Gözəlliyi ilə diqqətləri üzərinə çəkən Corciananın hamilə olduğu iddia olunub. Buna səbəb isə onun qarnının böyüməsi olub.

  • Qazaxıstanın hərbi gəmisi Bakıya gəlib- VİDEO

    Qazaxıstanın hərbi gəmisi Bakıya gəlib.

    Baku.ws nazirliyə istinadən xəbər verir ki, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 30-də Bakıya gəlib.

  • Azərbaycana qanunsuz yolla “Rolex” saatları keçirmək istəyən şəxs tutuldu – FOTO

    Qolbaq və qol saatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl məmulatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

    İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajı rentgen qurğusundan keçirilən zaman monitorda şübhəli əşyaların təsviri əks olunub. Bu səbəbdən sərnişin saxlanılıb və onun yükü təkrar yoxlanılıb.

    Yoxlamadan öncə vətəndaşa gömrüyə bəyan edilməli olan əşyaları könüllü şəkildə təqdim etməsi təklif olunub. O, əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan 10 ədəd qolbaq-üzük (bir-birinə bitişik) və 35.000 türk lirəsini, 3 ədəd “Rolex” markalı qol saatlarını üzərindən və əl çantasından çıxararaq gömrük nəzarətinə təqdim edib.

    Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən 10 ədəd qolbaq-üzük (bir-birinə bitişik) ümumi kütləsi 41,49 qram olan 585 əyarlı qızıldan hazırlanmış məmulatdır. “Rolex” markalı qol saatlarından 1 ədədi 750 əyarlı qızıldan hazırlanmış və çəkisi 222,67 qramdır. 2 ədədi isə 193,49 qram və 130,66 qram kütləli paslanmayan poladdan hazırlanmış saatlardır.

  • “Azərsu” ASC-də struktur dəyişiklikləri olunub

    Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə” Qərar qəbul edib.

    Qərara əsasən, “Azərsu”nun tabeliyində ASC-nin “Birləşmiş Sukanal” MMC-nin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 nömrəli, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 nömrəli, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 nömrəli, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 nömrəli, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 nömrəli, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 nömrəli, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 nömrəli və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 nömrəli regional sukanal idarələri yaradılıb.

    Qərarə əsasən, “Azərsu”nun İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək “Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb. Eyni zamanda, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti (TSC) və “Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil ediləcək. “Birləşmiş Sukanal” MMC hüquq varisliyi qaydasında ona qoşulan “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. Hər iki TSC-nin “Birləşmiş Sukanal” MMC-yə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilib.

    “Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı isə “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılacaq.

    Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” ASC-yə bu Qərardan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.

  • В горные села проводится газ – ФОТО\ВИДЕО

    В поселки Дашкесан, Гушчу и Гушчу Кёрпюсю Дашкесанского района проводится природный газ.

    Как передает региональный корреспондент Oxu.Az, в общей сложности 268 абонентов трех населенных пунктов будут обеспечены «голубым топливом».

    Проект реализуется за счет государственного бюджета, а работы по реализации проводятся на основании указания ПО “Азеригаз”.

    Уже проведены газопроводы различных диаметров протяженностью 17 км. Начатые в июне работы, на 80% уже завершены. После окончания работ все абоненты будут обеспечены современными счетчиками. Работы планируются закончить к концу августа.


  • Dubay şeyxinin arvadı qaçdıqdan sonra ilk dəfə məhkəmədə görüntüləndi – FOTO

    Londonun Yüksək Ədalət Məhkəməsində Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum və bu yay onu tərk edən altıncı həyat yoldaşı Şahzadə Həyya bint Əl-Hüseynin boşanma məhkəməsinə start verilib.

    “Telegraph.co.uk” xəbər verir ki, dinləmələr məhkəmənin ailə palatasında keçirilir.

    Mənbənin məlumatına görə, şahzadə qaçandan sonra ilk dəfə üzə çıxıb və prosesdə şəxsən iştirak edib.


    Şahzadə Həyya (sağda ağ geyimdə) Dubaydan qaçdıqdan sonra ilk dəfə məhkəmədə görüntüləndi. FOTO: MARK THOMAS/I-IMAGE

    Hər iki tərəf məhkəməyə boşanma və iki övladlarının qəyyumluğu haqqı ilə bağlı iddia irəli sürüb.

    Şahzadə boşandıqdan sonra şiddət və təcavüzdən qorunmaq üçün xüsusi təminat da tələb edir.

    Qeyd edək ki, şahzadə iki uşağı ilə birlikdə iyunun sonunda Avropaya qaçıb və özü ilə 39,3 milyon dollar götürüb. Sonradan onun Londonda 107 milyon dollar dəyərində evdə yaşadığı xəbəri yayılıb.

  • Elxan Zeynəbi döyüb pulunu əlindən aldı

    Bakıda qadın tanışı tərəfindən küçədə döyülüb.

    Median.Az bakupost.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini 1983-cü il təvəllüdlü Zeynəb Ağayeva rayon Polis İdarəsinin 35-ci Polis bölməsinə müraciət edərək döyülərək qarət olunduğunu bildirib.

    Gecə saat 02 radələrində yaşadığı evin yaxınlığında “Elxan” kimi tanıdığı oğlan onu döyərək içində 600 manat və “Nokia” markalı telefonu olan çantanı götürərək gedib.

    Faktla bağlı araşdırma aparılır.

  • Yollardakı YPX maşını maketləri “gəzəcək”

    Avtomobil yollarında quraşdırılan yol-patrul xidməti avtomobili maketlərinin yeri mütəmadi olaraq dəyişdiriləcək.

    Median.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Qurumun açıqlamasına görə, səmərəlilik baxımından belə addım atılacaq.

    “Hazırda Rusiya, Türkiyə və sair ölkələrdə geniş tətbiq edilən bu metod yol qəzalarının sayını minimuma endirməkdə mühüm nəticələr verir. Uzaqdan əsl YPX avtomobillərinə bənzəyən maketlərin yerləri səmərəlilik baxımından mütəmadi olaraq dəyişdiriləcək. Sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində sürücülərin diqqətini daha tez cəlb etmək üçün göy-sayrışan işıq cihazları ilə təchiz edilmiş maketlər gələcəkdə daha innovativ əlavələr tətbiq edilməklə istifadə olunacaq.

    Hazırda bu mobil maketlərin yol hərəkəti iştirakçılarının kifayət qədər uzaq məsafədən aydın görə biləcəkləri, eləcə də qəza ehtimalı daha çox olan avtomobil yollarında quraşdırılması nəzərdə tutulub və artıq prosesə başlanılıb”, – deyə açıqlamada bildirilir.

  • Dağ kəndlərinə təbii qaz çəkilir – FOTO/VİDEO

    Daşkəsən rayonunun Quşçu, Quşçu Körpüsü və Daşkəsən qəsəbəsi adlı yaşayış məntəqələrinə təbii qaz çəkilir.


    Median.Az oxu.az-a istinadən xəbər verir ki, üç məntəqədə ümumən 268 abonent mavi yanacaqla təmin olunacaq.

    Dövlət vəsaiti hesabına görülən işlər “Azəriqaz” İstehsalat Birliyinin tapşırığı əsasında aparılır.

    Ümumi uzunluğu 17 kilometr olan müxtəlif diametrli qaz boruları çəkilib. İyundan başlanan işlərin artıq 80 faizi görülüb. Xətlərin quraşdırılmasından sonra bütün abonentlər müasir tipli sayğaclarla da təmin olunacaq. İşlər avqust ayının sonuna kimi yekunlaşacaq.