Month: July 2019

  • Bacısını görüşdüyü üçüncü kişinin evində yaxaladı və… – Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

    Bakıda qətl törətməkdə təqsirli bilinən Ağdam rayon sakini, 1977-ci il təvəllüdlü Elşad Davudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, Elşad Davudov öz bacısı Turanə Davudovanın onun razılığı və icazəsi olmadan üçüncü dəfə ərə getmək istəməsini və Asif adlı şəxslə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamasını eşidib.

    Bacısının sevgilisindən ayrılmasını tələb etdi

    O, bacısının bu hərəkətini rüsvayçılıq kimi qəbul edib, onunla söhbət edib və həmin münasibətlərə son qoyaraq evə qayıtmasını tələb edib.

    Turanə isə Davud ilə razılaşmayıb və ata evinə qayıtmayıb. Turan Asiflə qeyri-rəsmi yaşamağa davam edib ki, bu da onun xoşuna gəlməyib. O, bacısını öldürmək qərarına gəlib.

    Silahlandı və bacısının mənzilinə gəldi

    Belə ki, Davud 17 aprel 2016-cı ildə, günorta saat 15 radələrində idarə etdiyi “Mercedes” markalı avtomaşından götürdüyü bıçaqla silahlanıb. O, sonra Turanənin kirayədə yaşadığı Nizami rayonu Naxçıvanski küçəsindəki mənzilə gəlib.

    Bu zaman Elşad mənzildə bacısı ilə qeyri-rəsmi münasibətdə olduğu Asifin oradan getməsini, bacısı ilə təklikdə söhbət edəcəyini deyib. Onun təkidi ilə Asif mənzili tərk edib.

    Bacısını yumruqla döydü

    Daha sonra Turanəni üç azyaşlı övladı digər otağa keçiblər. Onlar digər otağa keçdikdən sonra Davud Turanədən Asifdən ayrılaraq evə qayıtmasını yenidən tələb edib. Turanə isə qardaşına kobud cavab verib.

    Bundan əsəbləşən Davud bacısının baş nahiyəsindən bir neçə dəfə yumruqla vurub. Turanənin qışqırıq səsinə digər otaqda olan uşaqlar gəlib.

    Bu vaxt Davud bacısının uşaqlarından mənzildən çıxmalarını, binanın qarşısında onu gözləmələrini tələb edib. Onlar mənzildən çıxdıqdan sonra Davud bir daha Turanədən ər-arvad münasibətlərində yaşadığı şəxsdən ayrılıb, evə qayıtmasını tələb edib.

    Bıçağı bacısının ürəyinə sancdı

    Turanə isə yenə də onun sözlərinə əhəmiyyət verməyib, şəxsi həyatına qarışmamağı qardaşından tələb edib. Bacısının bu sözlərindən hiddətlənən Davud qisas almaq üçün onu öldürmək qərarına gəlib.

    Bu məqsədlə Davud özündə olan bıçaqla Turanənin ürək nahiyəsinə sancıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

    İstintaq orqanı tərəfindən Elşad Davudovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    9 il cəza aldı, narazı qaldı

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Hökmdən narazı qalan Elşad Davudov apelyasiya şikayəti verib. O, şikayətində bacısını qəsdən öldürmədiyini iddia edib. Barəsində olan hökmün dəyişdirilməsini, əməlini ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma kimi qiymətləndirilməsini xahiş edib.

    Qatilin istəyi reallaşmadı

    Elşad Davudov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının yüngülləşdirilməsini də istəyib.

    Elşad Davudovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.

    Bu qərardan narazı qalan Elşad Davudov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

    Hakim Hafiz Nəsibovun sədrliyilə baş tutan prosesdə kasasiya şikayəti araşdırılıb, sonda isə kasasiya şikayəti təmin edilməyib.

  • «Бриллиантовая лига»: Бегун лишился первого места, начав рано праздновать победу

    Эфиопский спортсмен Хагос Гебривет проиграл забег на 5 тысяч метров на этапе «Бриллиантовой лиги» в Лозанне из-за того, что начал праздновать победу за круг до финишной черты.

    Бегун перешел на последний круг лидером, но решил, что уже достиг финиша, и замедлился, чтобы отпраздновать победу. Свою ошибку он понял, когда его обогнал ближайший преследователь, передает РЕН ТВ.

    В итоге забег выиграл Йомиф Кейелча, а Гебривет показал лишь десятый результат.

  • Azərbaycanda gənc qız özünü öldürdü

    Salyanda 21 yaşlı qız intihar edib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini, 1998-ci il təvəllüdlü Bəşirova Vəfa Ramazan qızı yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda itkin düşən qadın axtarılır

    Bakıda 87 yaşlı qadın itkin düşüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, paytaxt sakini Gülzar Babayeva Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək anası, 1932-ci il təvəllüdlü Zeynəb Məmmədovanın iyulun 5-də yaşadığı evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.

    Daxil olan məlumat əsasında axtarışlara başlanıb.

  • Bu marşrutdan istifadə edənlərə ŞAD XƏBƏR

    46 nömrəli marşrut xətti üçün yeni avtobuslar gətirilib.

    Bakı Nəqliyyat Agentliydən APA -ya verilən məlumata görə, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olan avtobuslar 7 iyul tarixindən 46 nömrəli müntəzəm marşrut üzrə istismara veriləcək.

    Qarşıdakı aylarda 46 saylı xətt üzrə gediş haqqı ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə aparılacaq. Artıq bununla bağlı müvafiq işlər görülür.

    “İsuzu Citibus” markalı avtobuslar “Avro 5” standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

    Qeyd edək ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Avtobusların ilk hissəsinin avqust ayında gətirilməsi nəzərdə tutulub. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.

  • Azərbaycanda daha bir körpə ölümü

    Goranboyda yeni doğulan körpə ölüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini Yusifova Pərvin İlqar qızı doğuş üçün rayon xəstəxanasına müraciət edib. Yeni doğulan qız uşağı doğuşdan sonra ölüb. Ananın durumu isə qənaətbəxşdir.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджан откроет еще один торговый дом в Китае

    Очередной азербайджано-китайский торговый дом будет открыт в этом году, сообщает Report. Об этом заявил министр экономики Шахин Мустафаев на церемонии встречи маршрутного поезда Сиань-Баку в Абшеронском логистическом центре.

    По его словам, этот город является отправной точкой древнего Шелкового пути.

    «К концу этого года Азербайджан откроет еще один торговый дом в китайском городе Сиань», – сказал он.

  • Sumqayıtda binanın damından qumbara və partlayıcı tapıldı

    İyulun 6-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 10 saylı yaşayış binasının dam örtüyündə təmir işləri aparılarkən 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan Lent.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları birlikdə adıçəkilən əraziyə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazini polis mühasirəyə alıb. Agentliyin mütəxəssislərinin apardığı təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

  • Yeniyetmə kürəyindən vuruldu

    Mingəçevirdə 13 yaşlı yeniyetməyə kəsici alətlə ağır xəsarət yetirilib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Puşkin küçəsində qeydə alınıb. Naməlum şəxs 13 yaşlı uşağa kürək nahiyəsindən kəsici alətlə (ehtiala görə bıçaqla) xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Maşın vuran gənc öldü

    Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Hacıhüseyli kəndi ərazisində qeydə alınıb. Əliməmmədoba kəndi sakini, 2001-ci il təvəllüdlü Babayev Murad Azad oğlunu naməlum avtomobil vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.