Month: July 2019

  • Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq istəyir – Səfir

    Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son 3 ildə təxminən 2 dəfə artıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

    Səfirin sözlərinə görə, iki ölkə arasında münasibətlər həmişə yüksək səviyyədə olub: “4 il 4 aydır ki, Azərbaycanda işləyirəm. Fəaliyyətim dövründə iki ölkə arasında münasibətlərin daha da yüksələn xəttlə inkişafına çalışmışam”.

    Diplomat daha sonra Azərbaycana Qazaxıstan buğdasının ixracı ilə bağlı məsələyə də toxunub:

    “Biz tədriclə Qazaxıstan buğdasının Azərbaycana tədarükünü bərpa edirik. Bir vaxtlar biz Azərbaycana təxminən milyon ton buğda ixrac edirdik. Yenidən bu göstəriciyə nail olmağa çalışacağıq”.

  • Турецкие специалисты начали поиск азербайджанского МиГ-29 – ФОТО

    Прибывшие в Баку специалисты соответствующих структур Турции, оснащенные специальным оборудованием и устройствами, привлечены к поисковым операциям военного самолета, потерпевшего крушение во время учебно-тренировочного полета, сообщает пресс-служба военного ведомства.

  • Rusiyada 5 azərbaycanlı yanaraq öldü: Meyitləri vətənə yola salınacaq

    “Kirov vilayətində faciəvi şəkildə ölən həmyerlilərimizin Azərbaycana yola salınması üçün DNT anlizlərinin cavabını gözləyirik”.

    Median.Az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında Rusiya Azərbaycanları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.

    “Faciəvi şəkildə dünyasını dəyişən soydaşlarımız tanınmaz halda olduqları üçün DNT analizi götürülüb. Cavab sabah gəlməlidir. Soydaşlarımıza köməklik üçün əlimizdən gələni edirik və təşkilat olaraq hadisəni diqqət mərkəzində saxlayırıq”, – E.Hüseynov vurğulayıb.

    O bildirib ki, artıq yerli diaspor tərəfindən tabutlar sifariş verilib: “Sənədləşmə prosesi bitdikdən sonra meyitlər avtomobillə Azərbaycana yola salınacaq”.

    Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb.

    Bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb.

    Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı beş nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizi yanıb. Xəstəxanaya çatdırılan yaralı tibb mərkəzində keçinib.

  • Cenifer Lopez Türkiyəyə on “Tır” əşya ilə gələcək

    Məşhur müğənni Cenifer Lopez avqustun 6-da “It’s My Party” qastrol səfərləri çərçivəsində Türkiyədə konsert verəcək.

    Median.Az bildirir ki, Antalyadakı lüks oteldə iki saat konsert verməyə hazırlaşan müğənni güllə keçirməyən şüşə villada qalacaq.

    Artıq villa ulduzun istəyinə uyğun olaraq hazırlanıb.

    Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsi zamanı sözügedən villada qalıb.
    Dünya ulduzu Türkiyəyə on “Tır” əşya ilə gələcək.

    Qeyd edək ki, konsertin biletlərinin qiyməti 7000 TL və 50 min avro arasında dəyişir.

  • Десять претендентов поборются за звание лучшего футболиста ФИФА-2019

    Международная федерация футбола (ФИФА) назвала претендентов на получение награды “Лучший футболист-2019”.

    Как передает Median.Az, об этом сообщает пресс-служба организации.

    В список номинантов вошли десять известных претендентов.

    Так, награда “Лучший футболист-2019” может достаться нападающему Криштиану Роналду (Португалия, “Ювентус”), нападающему Лионелю Месси (Аргентина, “Барселона”), нападающему Мохамеду Салаху (Египет, “Ливерпуль”), полузащинику Фрэнки Де Йонгу (Нидерланды, “Барселона”), защитнику Маттейсу де Лигту (Нидерланды, “Ювентус”), нападающему Харри Кейну (Англия, “Тоттенхэм”), атакующему полузащитнику Эдену Азару (Бельгия, “Реал”), полузащитнику Садио Мане (Сенегал, “Ливерпуль”), нападающему Килиану Мбаппе (Франция, “Пари Сен-Жермен”) или центральному защитнику Виргилу ван Дейку (Нидерланды, “Ливерпуль”).

    Голосование за лучшего футболиста года ведется на официальном сайте ФИФА.

    Церемония вручения награды “Лучшего футболиста” пройдет 23 сентября в Милане.

    Отметим, звание присваивается с 1991-го. Отметим, больше всего наград у бывшего бразильского футболиста Роналдо – 4 раза.

    Криштиану Роналду удостаивался статуэтки ФИФА трижды, Лионель Месси – один раз. В прошлом году лучшим футболистом ФИФА был призанан хорватский защитник Лука Модрич, выступающий за “Реал Мадрид”.

  • İlham Əliyev müşavirə keçirdi _YENİLƏNİB

    İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirdi. Dövlətimizin başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğuladı.

    Qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticəsini verdiyini qeyd edən dövlətimizin başçısı bu sahənin gələcəkdə də dayanaqlı inkişaf edəcəyinə əminliyini bildirdi. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulduğunu, bunun böyük hissəsinin qeyri-neft sektorunun payına düşdüyünü deyən Prezident İlham Əliyev ilin əvvəlindən böyük sosial paketin təsdiqləndiyini və əhalinin rifahının, yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını bildirdi.

    Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunan dördüncü Dövlət Proqramının qəbul olunduğunu vurğulayan dövlətimizin başçısı həm elektrik enerjisi, həm qazlaşdırma, həm də içməli su sahələrində gözəl nəticələrin əldə edildiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev yol infrastrulturu ilə bağlı görülən işlərdən danışdı, büdcə daxilolmalarının, eyni zamanda, valyuta ehtiyatlarının artdığını, manatın məzənnəsinin sabit qaldığını vurğuladı.

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Vergilər naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Kənd Təsərrüfatı naziri İnam Kərimov görülən işlərlə bağlı məruzə etdilər.

    İlin əvvəlindən 60 min yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev nağdsız ödənişlərin artırılması ilə bağlı tapşırıqlarını verdi, istehlak bazarının daim nəzarətdə saxlanılmasının zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı küçələrin işıqlandırılması, məişət tullantılarının idarə olunması, şəhərətrafı dəmiryolu xəttinin çəkilişi, inşaat sektorunun canlandırılması istiqamətlərində görülməsi vacib işlərdən danışdı, ölkəmizin innovasiyalar, müasir idarətetmə yolu ilə inkişaf etdirilməsinin əhəmiyyətinə toxundu.

    Prezident İlham Əliyev paytaxtda icra edilən layihələrdən danışarkən kommunal təsərrüfatın yeniləndiyini, nümunəvi həyətlərin istifadəyə verildiyini, şəhər nəqliyyatının müasirləşdiyini bildirdi, paytaxtımızın abadlaşması və gözəlləşməsi üçün böyük işlərin görüldüyünü, yeni istirahət zonalarının yaradıldığını vurğuladı. “Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyən dövlətimizin başçısı ilin sonunadək nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyinə əminliyini bildirdi.

    16.40

    İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Göygöldə avtomobil qəzasında xəsarət alanların adları məlum olub – YENİLƏNİB

    Göygöl rayonunda avtomobil qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, “VAZ-2107” markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində Həvva İmamverdiyeva, Adil İmamverdiyev və Aytən İmamverdiyeva müxtəlif bədən xəsarətləri alıb.

    H.İmamverdiyevanın qolu sınıb. Digərlərinin vəziyyəti isə qənaətbəxş hesab olunur.

    Qeyd edək ki, qəza zamanı avtomobildə ailənin az yaşlı uşağıda olub, lakin onun xəsarət almadığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Göygöl rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

    Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

    Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Лиса в бакинском парке – ВИДЕО

    В социальной сети появилось видео, cтавшее за короткое время популярным.

    На кадрах запечатлена лиса, разгуливающая по бакинскому Нагорному парку. Видео вызвало неоднозначную реакцию пользователей.

  • “Qarabağ” “Dandok”a qarşı: heyətlər açıqlandı

    “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın “Dandok” komandası ilə qarşılaşacaq.

    Median.Az xəbər verir ki, saat 21:00-da başlayacaq oyunda hər iki komandanın start heyətləri açıqlanıb.

    Bakıdakı “Dalğa Arena” stadionunda keçiriləcək görüşə komandalar aşağıdakı heyətlərlə başlayacaq.

    Çempionlar Liqası
    II təsnifat mərhələsi
    Cavab oyunu
    31 iyul
    21:00. “Qarabağ” (Azərbaycan) – “Dandolk” (İrlandiya)
    Baş hakim: Svein Oddvar Moen
    Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
    Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
    Baş məşqçi: Qurban Qurbanov.
    Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 21. Daniel Kliri, 44. Endi Boyl.
    Ehtiyat oyunçular: 20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 27. Daniel Kelli, 33. Din Jarvis.
    Baş məşqçi: Vinsent Pert.
    Bakı. “Dalğa Arena” stadionu
    İlk oyun – 1:1

  • Lerikdə toyda kütləvi zəhərlənmə olub

    Lerik rayonundatoyda kütləvi zəhərlənmə baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Durğan kəndində qeydə alınıb.

    Belə ki, Füzuli Mirzəyevə məxsus evin həyətyanı sahəsində toy məclisi keçirilib. Həmin toy məclisində bir ailənin 4 üzvü – 1981-ci il təvəllüdlü Ehtiram Abdullayev, 1989-cu il təvəllüdlü Kəmalə Quluzadə, 2002-ci il təvəllüdlü Yaşar Quluzadə, 2003-cü il təvəllüdlü Yasəmən Quluzadə, 1966-ci il təvəllüdlü İlham Zülfiyev, 1979-cu il təvəllüdlü Mehman Teyyubov, 1997-ci il təvəllüdlü Günay Teyyubov, 1991-ci il təvəllüdlü Mütəllim Teyyubov və 1984-cü il təvəllüdlü Rəvanə Teyyubova qidadan zəhərlənib.

    Onlar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.