Month: July 2019

  • “Metr yarım,boyu var, Azərbaycan gözəli seçilir” – TƏNQİD ETDİ

    Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva bu gün “Hər şey daxil” verilişinin qonağı olub.

    Median.Az-ın lent.az-a istinadən məlumatına görə, 1,80 santimetr boyu olan model verilişdə “Azərbaycan gözəli” seçilən qızlardan danışıb: “Bizdə modellik sahəsində inkişaf yoxdur. Çünki tekstil sahəsi zəifdir. Bundan əlavə, model yarışmalarında pul söhbətləri var. Belə müsabiqələrə görə modellər gözdən düşdü. Mən “Best model of Azerbaijan”ı keçirməkdən imtina etdim, çünki maraq yoxdur. Çünki pul söhbətləri ortada fırlanır. 1,50 santimetr boyu var, Azərbaycan gözəli seçilir. Azərbaycan xanımları çox gözəldir. Amma təəssüflər olsun ki, bu sahəni gözdən salırlar”.

  • “ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir” – SƏFİR

    “Biz bu gün həm də inkişaf etmiş ABŞ və Azərbaycan dostluğunu qeyd edirik. Ölkəniz müstəqilliyini yenidən bərpa etdiyi andan ABŞ Azərbaycanın müstəqilliyini dəstəkləyib”.

    APA -nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Li Litzenberger 4iyul Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
    “Azərbaycanın dünya səhnəsində rolu artmaqda ikən, biz sizin yanınızdayıq. ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir”, – ABŞ səfiri qeyd edib.

  • В Сабирабаде столкнулись две машины, пострадали 6 человек

    В Сабирабадском районе произошло ДТП, в результате которого пострадали 6 человек. Аранское бюро “Report” сообщает что, инцидент произошел сегодня в вечернее время на территории село Шихсалахли.

    По предварительным данным, 6 человек пострадали в результате столкновения автомобиля “ВАЗ-2107” с автомобилем “Газ-31”. Один из них, житель села Гарагуней Сабирабадского района, Велиев Дилгам Орудж оглу, 1987 года рождения, получил тяжелые ранения и был доставлен в Ширванскую Городскую Центральную Больницу.

    Расследование по факту продолжается.

  • Sabirabaddakı qəzada xəsarət alan 6 nəfərin adları məlum olub – YENİLƏNİB

    Sabirabad rayonunda baş verən qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, onlar Sabirabad rayon sakinləri, 1957-ci il təvəllüdlü Kazımov Lazım Hüseyn oğlu, 2002-ci il təvəllüdlü Qədirov Səmid İlqar oğlu, 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlu, Şirvan şəhər sakinəri, 2001-ci il təvəllüdlü Qarayev Ramal İlham oğlu, 2005-ci il təvəllüdlü Qədirov Rəşad Emin oğlu və 1987-ci il təvəllüdlü Baxşıyev İlkin Əli oğludur.

    Dilqəm Vəliyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, digər xəsarət alanlar ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib. Faktla bağlı araşdırma aparılır.

    ***

    Sabirabad rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şıxsalahlı kənd ərazisində baş verib.

    İlkin məlumata görə, “Qaz-31” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan biri, Sabirabad rayonunun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlu ciddi xəsarət aldığından Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • ABŞ-ın Yunanıstandakı səfiri velosipeddən yıxıldı

    Amerikanın Yunanıstandakı səfiri Ceffri Payet velosipeddən yıxılıb.

    Bu barədə səfir özü “Twitter” hesabı vasitəsilə xəbər yayıb.

    O, təcili tibbi yardım üçün yerli həkimlərə minnətdarlığını bildirib: “Əla qayğıya və operativ müdaxiləyə görə tibb personalına, narahatlıq keçirən, zəng edib maraqlanan yunan dostlarıma təşəkkür edirəm”.

    Səfir sadəcə səyahətinin qısa çəkməsinə görə məmnun olmadığını, hər şeyin qaydasında olduğunu, Afinaya dönməyi səbirsizliklə gözlədiyini deyib.

  • Azərbaycanda TÜKÜRPƏDƏN OLAY: Xəyanətə görə öldürülən ər –arvad… – FOTOLAR

    Xəbər verdiyimiz kimi, bir müddət bundan öncə mərhum İlkin Məmmədovun anası Sahibə xanım oğlundan yadigar qalan nəvəsini gəlini Sevinc Məmmədovanın anasının onlara verməməsi ilə bağlı ARB televiziyasında yayımlanan “Çıxış yolu Afət Rahilqızı ilə” aparıcısı Afət Rahilqızına müraciət etmişdi.

    Median.Az sonxeber.az-a istinadən istinadən xəbər verir ki, bu dəfə isə Sahibə xanım və onun qızı Sona Xəzər televiziyasında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına müraciət edib.

    Sahibə xanım bildirib ki, İlkin və Sevinc gəlininin qardaşı tərəfindən qətlə yetirilib:

    “Oğlumla gəlinimdən xəyanətə görə boşanmışdı. Oğlumun ölümündən sonra gəlinimn qardaşı hazırda ruhi dispanserdə yatır. Hadisə zamanı guya şoka düşüb. Gəlnimizin anası da oğluna kömək edir. Oğluna vəkil tutub, onu xilas etmək istəyir. Oğlumun tək yadigarı nəvəmi mənə göstərmirlər”.

    İlkin Məmmədovun bacısı Sona söyləyib ki, uşağı bizə vermirlər:

    “Mən tək qardaşımı itirdim. Qardaşımın 1 yaş 4 aylıq övladı qaldı. Qızın ailəsi bizə imkan vermir ki, qardaşımın yadigarını görək. Kimə müraciət edirik səsimizə cavab verən yoxdur. Bu gün isə yadigarını görməyə icazə vermirlər. Gəlnimiz ailəsinə yaraşmayan hərəkət etdi. Qardaşım gəlnimizin başqa kişi ilə olan yazışmaları tutmuşdu. Sevinc qardaşıma xəyanət etdi. Qardaşım xəyanəti öyrənəndən sonra əlindən tutub onu anasına təhvil verdi. Bildirdi ki, bu gündən mən onu qadın kimi qəbul etmirəm. Qardşım körpəni anasından ayırmadı, ancaq onlar bizdən ayırırlar”.

  • Azərbaycanda BİABIRÇILIQ! Evdən qaçan 15 yaşlı qız gecə klublarında… – FOTO

    Azərbaycanda 15 yaşlı Gülşən Şixıyeva mağazadan meyvə suyu və tum almaq adı ilə evdən çıxıb və geri qayıtmayıb.

    Median.Az sonxeber.az-a istinadən xəbər verir ki, Xəzər televiziyasında yayımlanan “Səni axtarıram” verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı Gülşən Şıxıyeva ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

    Aparıcı bildirib ki, Gülşən barəsində xoşagəlməz məlumatlar daxil olur:

    “Gülşənlə bağlı bizə daxil olan bəzi məlumatlar arasında məni qorxudan xəbərlər də var. Bu yaxınlarda onu məşhur gecə klublarından birinin ətrafında görüblər”.

  • Fransada erkən banlayan xoruzu məhkəməyə verdilər

    Fransanın qərbindəki Şaranta departamentində erkən banlayan xoruzun məhkəməsi keçirilir.

    Median.Az Trend-ə istinadən bildirir ki, qonşuluqda yaşayan yaşlı cütlük Moris adlı xoruzu və onun sahibini məhkəməyə verib.

    Onlar bildirir ki, uzun müddət həmin qadından xoruzla bağlı tədbir görməsini istəyiblər.

    Cütlüyün vəkili 1000 avro məbləğində təzminat tələb edir. Qeyd olunur ki, məhkəmə sentyabrın əvvəlində qərar verəcək.

  • В выходные будет жарко

    Обнародован прогноз погоды в Азербайджане на выходные.

    Как сообщает Median.Az со ссылкой на Национальный департамент гидрометеорологии министерства экологии и природных ресурсов на Малом и Большом Кавказе ожидается переменный дождь.

    Ветер западный. Температура в предгорных районах составит 28-33 градуса, в горных районах – 15-20 градусов тепла.

    В Лянкяран-Астаринском регионе в основном без осадков, восточный ветер. Максимальная температура воздуха – 30-35 градусов тепла, в горных районах – 23-28 градусов тепла.

    В равнинных районах ожидаются кратковременные дожди, а седьмого июля, в основном, без осадков. Западный ветер местами будет усиливаться. Максимальная температура – 30-35 градусов тепла.

    В Нахчыванской АР, также, вечером и ночью возможны дожди. Ветер западный. Максимальная температура воздуха – 31-36 градусов тепла.
    В столице в выходные будет ветрено, в основном, без осадков.Температура воздуха – 27-32 градуса тепла.

  • Braziliya Olimpiya Oyunlarını 2 milyon dollar rüşvətlə əldə edib

    Braziliyanın Rio-de-Janeyro ştatının sabiq qubernatoru Serjiu Kabral 2016-cı il Yay Olimpiya Oyunlarının Rioda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) əməkdaşlarına rüşvət verdiyini etiraf edib.

    “Reuters” xəbər verir ki, sabiq qubernator BOK-un 9 üzvünün səsini iki milyon dollara aldığını bildirib.

    Bununla yanaşı, S.Kabral rüşvət barədə Braziliyanın sabiq prezidentləri Xose İnasiu Lula da Silva və Mişel Temerin də xəbəri olduğunu təsdiqləyib.

    Qeyd edək ki, 2016-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Madrid, Çikaqo və Tokio da mübarizə aparıb.

    BOK Braziliyada keçirilən Olimpiya Oyunlarının hazırlığına 1,5 milyard dollar ayırmışdı. Buna baxmayaraq, olimpiadaya hazırlıqlar zamanı olimpiya obyektlərinin tikintisinin gecikməsi və pozuntular kimi xeyli problemlər üzə çıxmışdı.

    Xatırladaq ki, 2003-2011-ci illərdə prezident olmuş Lula da Silva hazırda korrupsiya ittihamı ilə həbs olunub. 2016-2019-cu illərdə ölkəyə başçılıq etmiş M.Temerə qarşı da eyni ittiham irəli sürülüb.