Month: July 2019

  • Nazirlik əməkdaşları oğlanı belə xilas etdilər – VİDEO

    Dünən axşam 22:30 radələrində Azərbaycan Vergilər Nazirliyi departamentinin binası yanında insident baş verib. Nazirlik əməkdaşlarının müdaxiləsi böyük bir faciənin qarşısını alıb.

    Median.Az xəbər verir ki, media.az-ın hadisə yerində olan əməkdaşı baş verənlərin canlı şahidi olub. Mühafizəçi Şahin Cəlilov və növbə rəisi Rövlan Bəxtiyarov kondisioner lyuk sisteminə düşən oğlan uşağını xilas ediblər.

    Məlum olub ki, 5-6 yaşlı uşaq anası ilə gəzintiyə çıxarkən kondisioner sistemi trubasının üzərindəki məhəccərə tullanmaq istəyib. Nəticədə şəbəkə qırılıb və uşaq 3.60 metr dərinliyi olan borunun içinə düşüb.

    Özünü itirən ana Departamentin qapılarına qaçıb və kömək istəyib. Vəziyyəti düzgün dəyərləndirən adı yuxarıda qeyd edilən əməkdaşlar şərf və kəndirin köməyi ilə uşağı borudan çıxararaq xilas ediblər.

    Uşağın və anasının adı bilinmir. Çünki uşaq xilas edildikdən sonra onlar ərazini tələsik tərk ediblər.

  • DİQQƏT: Artıq bu cərimələr kameralara yazılacaq

    Bu ildən texniki baxışdan keçməyən avtomobillərə tətbiq edilən cərimə kameralarla yazılır. Son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sürücüyə 50 manat cərimə yazılacaq.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov son günlər texniki baxışa görə cərimə edilən sürücülərin sayının həddən artıq çox olması ilə bağlı danışarkən deyib.

    Hüquqşünas bildirib ki, sürüclər bir qədər diqqətli olsalar, 50 manat cərimə olunmazlar:

    “Bu aralar sürücülər avtomobillərinin texniki baxış vaxtını yoxlamağa daha diqqətli olsun. Cərimə olunanların sayı həddən artıq çoxdur.

    Əvvəlki illərin təcrübəsi göstərir ki, əksər sürücülər öz avtomobillərini iyulda və avqustun əvvəllərində baxışdan keçiriblər. Bu ildən tətbiq edilən dəyişiklik texniki baxış vaxtını əvvəlki ildə keçmə günündən 20 gün gec olmamaqla müəyyən edir. Məsələn, əvvəlki il 5 iyulda baxışdan keçirilən avtomobil bu il 25 iyuldan gec olmayaraq baxışdan keçirilməlidir.

    Texniki baxış vaxtını “Asanpay.az”da elektron kabinetinizdə yoxlaya bilərsiniz, kabinet yoxunuzdursa, SMS Radar xidmətinə qoşulub oradan öyrənin, yaxud yolda xidmət edən DYP əməkdaşlarından və ya DYP şöbələrindən soruşun.

    Diqqətli olun ki, cərimə olunmayasınız. Bu ildən cərimə kameralarla yazılır, son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sizə 50 manat cərimə yazılacaq”.

  • Bakıda tullantılarla bağlı yeni layihə başlayır

    Bakıda şəhər tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi başlayır.

    Median.Az APA TV-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın “Mott McDonald” şirkəti ilə həyata keçirilən layihə iyulun 10-dan ilk olaraq Nərimanov rayonunda start götürəcək.

    Artıq bununla bağlı hər məhəllədəki məişət tullantılarının atıldığı meydançada yeni, müasir tipli konteynerlər quraşdırılır.
    Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Elçin Həşimov deyir ki, ayn 10-dan start veriləcək bu pilot layihə ilə bağlı Nərimanov rayonunun məhəllələrində sakinlərlə görüşlərə başlanıb: “Sakinlərə maarifləndirmə məqsədilə broşürlar, mənzillərdə çeşidlənmə üçün iki növ rəngli – həm yaşıl, həm də narıncı rəngli məişət zibil torbalarının paylanmasıdır. Yaşıl rənglilərə qarışıq zibillərin, narıncı rənglilərə isə təkrar emala gedəcək karton, kağız, şüşə, metal kimi materialların hansı rəngli zibil torbalarına və zibil meydançalarına gələn zaman hansı zibil konteynerlərinə atılması üçün maarifləndirmə tədbirlərinə start verilib”.

    E. Həşimov qeyd edib ki, Nərimanov rayonunda yerləşən məişət tullantılarının toplanması üçün rayonun bütün nöqtələrində zibil konteynerləri quraşdırılacaq: “Hazırda zibil meydançalarının yerinin betonlaşma işi yekunlaşmaq üzrədir. Zibil qutularına üzərində xüsusi yazıların da yapışdırılması işi yekunlaşdırılır. Ayın 10-u bitəcək”.

    Təsərrüfat Birliyinin sədri bildirib ki, aprel ayında aparılmış monitorinqlərin yekunlarına əsasən, Nərimanov rayonu ərazisindən gün ərzində çıxan bütün məişət tullantılarının təxminən 30 faizi təkrar emala gedən materialdır. Yerdə qalan 70 faiz isə emal olunmayan qarışıq tullantılardır.

    Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, məhəllə sakini Miri Həsənov qeyd edib ki, əvvəl zibilləri kim hara istəyirdi ora atırdı: “Bu gün konteynerlərin gətirilməsi birbaşa ailədə, həyətdə sağlamıq yaratmaqdır. Orda əlində olan zibili hər hansı bir bağlı qutuya atırsansa, həm onun yenidən istehsalı üçün dövlətə, xalqa xeyri var, həm də insanların sağlamlığı üçün böyük əhəmiyyəti var”.

    Sakinlərə prosesləri izah etmək məqsədilə müvafiq qurumların nümayəndələri əhali ilə məhəllələrdə görüşlərə başlayır, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, binalara izahedici broşüralar paylayırlar.
    Qeyd edək ki, gələcəkdə bu işlər şəhərin başqa rayonlarında da aparılacaq.

  • В Баку столкнулись два автомобиля, есть пострадавший

    В Баку произошло ДТП, сообщает Report.

    В результате столкновения двух автомобилей пострадал Насруллаев Совгат Муталлим оглу 1995 г.р. Раненый доставлен в Клинический медицинский центр №1.

    У него диагностировали травму живота.

    По факту ведется расследование.

  • Məşhur meyxanaçı qəzaya düşdü – VİDEO

    Meyxanaçı Mehman Əhmədli qəzaya düşüb.

    Median.Az-ın lent.az-a istinadən məlumatına görə bu haqda meyxanaçı özü “Hərşey Daxil” verilişində məlumat verib:

    “Hadisə Sankt-Peterburqda baş verdi. Yağışlı hava idi və maşını dostum sürürdü. Qəza keçirtdik, maşın elə gündə idi ki, mənim başım partladı, birimizin ayağı əzildi. Oradan sağ çıxmağımız möcüzədir”.

    Daha ətraflı videoda:

  • Gəncədə qanunsuz ət kəsilməsi aşkarlandı

    Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə regional bölməsi şəhərin Natəvan qəsəbəsində qanunsuz ət kəsiminə qarşı reyd keçirib.

    Agentlikdən bildirilib ki, reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan əti aşkar edilib. Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib.

    Qanunsuz fəaliyyət göstərən məntəqələrin fəaliyyəti məhdudlaşdırılıb və heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan ləvazimatlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən götürülüb. Eyni zamanda, sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə edilməsi tövsiyə olunub.//lent.az

  • “Mənim üçün çox çətindir… ” – Ayaz Mütəllibov

    “Çətindir, amma nə etmək olar, həyatın işidir…”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın sabiq Prezidenti Ayaz Mütəllibov həyat yoldaşı Ədilə Mütəllibovanın dəfn mərasimində deyib.

    “Bu, mənim üçün çox çətindir. Amma həyatın işidir, belə qiymətləndirmək lazımdır. Bizə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm”, – deyə A.Mütəllibov qeyd edib.

    Xatırladaq ki, Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlu Azad Mütəllibovun məzarının yanında dəfn olunub.

    Mərhumun 3 mərasimi iyulun 7-də Təzəpir məscidində keçiriləcək.

  • Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub

    Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib.

    S.Əzimov bu təyinatadək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

    2019-cu il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.

    DİN-in Mətbuat xidmətindən “Report”a faktı təsdiqləyiblər.

  • Azərbaycanın daha bir bölgəsində tibbi sığorta tətbiq edildi

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az-ın məlumatına görə, sərəncam Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

    Sərəncamla Kəngərli rayonunda icbari tibbi sığorta tətbiq edilib, Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiqləmək və icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il avqustun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etmək, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Kəngərli Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il avqustun 1-dən 50 faiz artırılmasını təmin etmək tapşırılıb. Eyni zamanda bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Kəngərli Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.

    Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

  • Назначен первый заместитель министра внутренних дел Азербайджана

    Генерал-майор полиции Сейфулла Азимов назначен первым заместителем министра внутренних дел Азербайджана, сообщает АПА.

    Соответствующее распоряжение подписал президент Ильхам Алиев.

    Информацию о назначении Азимова АПА подтвердил глава пресс-службы МВД Эхсан Захидов.

    Отметим, что до этого назначения генерал-майор полиции С.Азимов был начальником Главного управления МВД по борьбе с организованной преступностью.