Month: July 2019

  • Kürdəmirdə 49 yaşlı kişini ilan sancıb

    Kürdəmir rayonunda ilansancma hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, rayonun Cənub Məhəllə sakini, 1970-ci il təvəllüdlü Habil Sərkəz oğlu Həbilovu bostan sahəsində ilan sancıb.

    Zərərçəkən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya zərdab vurulub və vəziyyəti orta-ağır olaraq qalmaqdadır.

  • В Кюрдемире перевернулся автомобиль, пострадали 4 человека – ОБНОВЛЕНО

    Стали известны имена лиц, пострадавших в ДТП в Кюрдемирском районе.

    Как передает Median.Az со ссылкой на Report, это – житель Саатлинского района Азизага Аслан оглу Асадов 1985 г.р., жители Сабунчинского района – Вусаля Мугабил гызы Асадова 1986 г.р., Афсана Азизага гызы Асадова 2007 г.р. и Аснад Азизага гызы Асадова 2018 г.р.

    ***

    В Кюрдемире произошло ДТП.

    Как передает Median.Az со ссылкой на Report, авария отмечена на пролегающем через район отрезке автомобильной дороги Баку-Газах.

    Водитель потерял управление за рулем автомобиля марки “Нива”, в результате чего машина перевернулась.

    Получившие травмы 4 члена одной семьи, двое из которых дети, доставлены в Кюрдемирскую центральную районную больницу.

    По факту ведется расследование.

  • Kürdəmirdə avtomobil aşıb, 4 nəfər xəsarət alıb – YENİLƏNİB

    Kürdəmir rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bunlar Saatlı rayon sakini, 1985-ci il təvəllüdlü Əzizağa Aslan oğlu Əsədov, Sabunçu rayon sakinləri – 1986-cı il təvəllüdlü Vüsalə Müqabil qızı Əsədova, 2007-ci il təvəllüdlü Əfsanə Əzizağa qızı Əsədova və 2018-ci il təvəllüdlü Əsnad Əzizağa qızı Əsədovadır.

    ***

    Kürdəmir rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə ikisi uşaq olmaqla bir ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tbilisidə ölkənin daxili işlər nazirinin istefası tələbi ilə növbəti aksiya keçirilir

    Gürcüstanın paytaxtı Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti aksiya başlayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya sayca 16-cıdır.

    Təşkilatçılar iyunun 20 və 21-də Tbilisidə etiraz aksiyalarında iştirak edən bəzi şəxslərin saxlanılmasına etirazlarını bildiriblər.

    Onların sözlərinə görə, aksiyanın zor gücünə dağıdılmasından sonra hökumətin digərlərinin məsuliyyəti barədə danışmasına mənəvi haqqı yoxdur.

  • Gəncədə mütəşəkkil dəstə zərərsizləşdirildi

    “Qonşum idi, əvvəlcədən izləyirdim”

    Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mənzildən oğurluq edən şəxslər saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, 26 yaşlı Daşkəsən rayon sakini Rüfət Nəcəfov, 24 yaşlı Goranboy rayon sakini Valeh Ramazanov, 29 yaşlı Göygöl rayon sakini Pərviz Məmmədov və 27 yaşlı Gəncə şəhər sakini Zəka Qoyuyev mənzilə daxil olaraq oradan 500 manat nağd pulu, 16700 manat dəyərində qızıl-zinət əşyalarını, 150 manat dəyərində bir ədəd mobil telefonu və 40 manat dəyərində DVD aparatını oğurlayıblar.

    Onlar maddi sübutla birgə saxlanılaraq istintaqa təhvil veriliblər. Cinayəti Zəka Qoyuyev təşkil edib. O qarət olunan mənzil sahibin qonşusu olub: “Qonşum idi. Bir müddət izləyirdim və bilirdim ki, evdə pul və qızıl var. Planı cızdım imkan düşən kimi hazırlıq gördük və hadisəni törətdik. Tuttuğum əməldən peşmanam”.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Avropanın ən böyük akvariumu çatladı – VİDEO

    Rusiyanın Moskva şəhərində yerləşən “Aviapark” ticarət mərkəzindəki Avropanın ən böyük akvariumu çatlayıb.

    Median.Az qafqazinfo-ya istinadən bildirir ki, hadisə şahidləri tərəfindən çəkilən videodan da görünür ki, TM-in əməkdaşları akvariumun ətrafına sədd çəkib və su axan yerlərə vedrələr qoyub.

    Əməkdaşların səylərinə baxmayaraq, su axının qarşısını almaq mümkün olmayıb. Hazırda bu istiqamətdə işlər aparılır.

  • Bu dəfə də dondurma istehsal edən müəssisə ifşa olundu

    Qida Təhlükəsizliyi Agentliyinə Mingəçevir şəhəri, M.Rəhimov küç. 81A ünvanında fiziki şəxs Əliyev Məhəmməd Yaqut oğluna məxsus antisanitar şəraitdə dondurma istehsal edilməsi ilə bağlı şikayət daxil olub. AQTA-dan verilən məlumata görə, daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.


    Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Dondurma istehsalı müəssisəsində ventilyasiya sisteminin təmin edilmədiyi və istehsal sahəsində antisanitar şəraitin hökm sürdüyü aşkar edilib. Müəssisədə istifadə olunan çənlərin və avadanlıqların dezinfeksiyasının aparılmadığı, qida məhsulları ilə birbaşa təmasda olan ləvazimatların yeyinti sənayesində istifadə olunmasının qadağan olunduğu müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal, su, vafli və digər inqridiyentlərin laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı aşkarlanıb.


    Aşkar olunan nöqsanlar əsasında dondurma istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.//sputnik.az

  • Donald Tuskun Azərbaycana səfər proqramı açıqlanıb

    Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfər proqramı açıqlanıb.

    Median.Az-ın məlumatına görə, iyulun 9-u Bakıya gələcək D. Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

    Görüşdən sonra Azərbaycan Prezidenti və Avropa İttifaqı Şurasının prezidenti mətbuata bəyanatla çıxış edəcəklər.

    D. Tusk Bakı Beynəlxalq Dəniz Ticarət Limanına da baş çəkəcək.

    Qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycandan sonra iyulun 10-da Ermənistana, iyulun 11-i isə Gürcüstana gedəcək.

  • Bakıda dini ekstremizmi təbliğ edən 180 kitab ələ keçirildi

    Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi məscidi ətrafında reyd keçirib.

    Komitənin rəsmi saytı xəbər verir ki, reyd zamanı vətəndaş Kamran Hüseynzadə tərəfindən küçə ticarəti formatında dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışı faktı aşkarlanıb.

    İlkin baxış və araşdırma zamanı müvafiq icazəsi olmadan satılan, dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat ekspertiza üçün götürülüb.

    Fakt üzrə müvafiq araşdırma tədbirləri davam etdirilir.

    Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

  • Britaniyada yük maşınını kütlənin üzərinə sürdü: yaralılar var, 2-si uşaqdır

    Böyük Britaniyanın Derbi şəhərində sürücü yük maşınını insan kütləsinin üzərinə sürüb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin vaxt insanlar pulsuz yeməyin paylanılmasını gözləyiblər.

    Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan birinin uşaq olduğu bildirilir.

    Yaralılardan ikisinin vəziyyəti ağırdır. Sükan arxasında olan 37 yaşlı şəxs saxlanılıb.

    İlkin ehtimala görə, o, bu addımı qəsdən törədib.