Month: July 2019

  • Bakıda qızlarla intim münasibətdə olub anasını şantaj etdilər – 359 min dollarlıq cinayət

    Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərə hökm oxunub. Onlar yeniyetmələrin dələduzluq və hədə-qorxu ilə xeyli pulunu əlindən alıb.

    Median.Az “bizimyol.info”ya istinadən xəbər verir ki, söhbət ümumilikdə 359 min dollardan gedir.

    Hökmə əsasən Famil Qəfərov 9, Şahid Tarverdiyev 8, Elmar Əliağazadə 6 il azadlıqdan məhrum edilib.

    Onlar müxtəlif yeniyetmələrin pulunu, zinət əşyalarını mənimsəyib.

    Təqsirləndirilənlərin toruna əvvəlcə Füzuli rayon sakini olan 16 yaşlı yeniyetmə oğlan düşüb. Onunla münasibətləri yaxşılaşdırıblar, hətta yeniyetmə üçün əyləncə məclisləri təşkil ediblər.

    İttiham olunan şəxslər məhz bu məclislərdə həm yeniyetmənin, həm də ayrı-ayrı qızların intim görüntülərini əldə ediblər.

    Sonra şantaj mərhələsi başlayıb. Şantaj olunanlar daim bu üç nəfərə pul, zinət əşyaları verirmiş.

    Təqsirləndirilənlərin yeniyetmələri silahla da hədələdiyi bildirilir.

    Məhz ilk şantaş olunan yeniyetmə oğlan bunun belə davam etməli olmadığını anlayıb, Bakı Şəhər Baş Polis İdarəsinə üz tutub. Onun şikayəti əsasında həmin üç nəfəri həbs ediblər.

    Məhkəmədə Famil Qəfərovun daha çox cinayətdə əli olduğu üzə çıxıb. O, özünün münasibətdə olduğu qadınları da şantaj edirmiş. Üstəlik, anasından da pul tələb edir, evi satıb ona verməsini istəyirmiş.

    Məhkəmə bildirilib ki, istintaq hələlik Famil Qəfərovun yalnız 16 yaşlı yeniyetməyə qarşı əməllərinə hüquqi qiymət verib. Amma digər əməlləri də cəzasız qalmayacaq.

  • İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb

    İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda fasilələrlə yağış yağacağı gözlənilir.

    Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

    Lənkəran-Astara bölgəsində yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

    Aran rayonlarında arabir yağış yağacağı, iyulun 8-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

    Naxçıvan MR-da əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

    Bakıda yaxın iki gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq. Yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

  • Məcburi köçkünlər üçün yeni yaşayış kompleksi: bu, 104-cüdür – FOTO

    Bu gün Pirallahı rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış kompleksi istifadəyə verilib.

    Yeni yaşayış məhəlləsinin ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir.

    Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

    Təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir.

    Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.

    Qeyd edək ki, yaşayış kompleksinin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

  • Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı – Qəddar ata, xəyanət izi

    The Times nəşri Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay şeyxi Məhəmməd ibn Rəşid əl-Maktumun altı arvadından biri olan şahzadə Həyya bint əl-Hüseynin qaçışının səbəbini araşdıraraq, ortalığa maraqlı faktlar çıxardıb.

    İddiaya görə, 69 yaşlı Şeyx Həyyanın ingilis ordusunun keçmiş zabiti, ailənin cangüdəni ilə əlaqəsi olduğundan şübhələnib. Şeyxin şübhələrinin nə dərəcə də doğruluğu məlum olmasa da, şahzadənin yaxın dostları bildirirlər ki, Həyya Şeyxin “İnstagram”da ona yazdığı “Sən xəyanətkarsan, sən ən qiymətli şeyə xəyanət etdin. Sənin sirrin gün üzünə çıxdı” mesajından qorxuya düşüb.


    Əvvəlcə qadın 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə birgə Almaniyaya qaçıb. Bu haqda məlumat əldə edən Şeyx Həyyanı oradan geri gətirmək istəsə də, Almaniya tərəfi onun bu addımına rədd cavabı verib.

    Bundan sonra Həyya İngiltərəyə köçüb. İndi uşaqlarla birlikdə şahzadə Londonda 85 milyon funt dəyərində olan sarayda gizlənir.

    Bundan əvvəl isə mediada Həyyanın ölkəsini bir neçə ay əvvəl tərk etməyə çalışdığı haqda informasiyalar yayılıb. Onun bu addımı atmasına səbəb Şeyxin qızı Lətifənin ölkədən qaçmağa cəhd edən zaman başına açılan oyun olub.

    Lətifə ölkədən qaçmaq üçün 7 il hazırlıqlar görüb. O, gözdən itməyə müvəffəq olsa da, son anda Lətifə ərəb xüsusi xidmət orqanları tərəfindən tutulub. Lətifənin bir neçə ay həbsxanada saxlanıldığı deyilir. Hazırda isə onun taleyi naməlumdur.

    Şeyxin qızına qarşı etdiyi bu qorxunc əməllərindən sonra Həyya dəhşətə gəlib və özü ilə uşaqlarının eyni taleyi yaşamaması üçün ondan qaçıb.

    Qeyd edək ki, 2004-cü ildə Dubay əmiri ilə ailə quran Həyya bint əl-Hüseyn şeyxin sayca altıncı arvadı olub. Şahzadə Həyya İordaniya Kralı II Abdullahın bacısıdır.

  • Чемпион мира и призер Олимпиад получил срок за торговлю наркотиками

    Двукратный серебряный призер Олимпийских игр в трековом велоспорте (Лондон-2012 и Рио-2016) австралиец Джек Бобридж приговорен судом Перта к четырем годам и шести месяцам тюрьмы по делу о незаконном обороте наркотиков.

    Об этом сообщается на сайте Cyclingtips.com.

    В августе 2017 года австралиец был взят под стражу за то, что в течение нескольких месяцев продавал экстази большими партиями, в том числе своему партнеру по команде Алексу МакГрегору, ему он продал сотни таблеток.

    Позже австралийский суд принял решение отпустить Д.Бобриджа под залог в 10 тысяч долларов и подписку о невыезде из Западной Австралии до выяснения обстоятельств. В этом году расследование окончательно завершили, и Д.Бобридж получил 4,5 года тюремного заключения.

    По информации сайта, Д.Бобридж может рассчитывать на условно-досрочное освобождение после 2,5 лет тюрьмы.

    Отметим, что Джек Бобридж является трехкратным чемпионом мира и двукратным серебряным призером Олимпийских игр по велотреку. Австралийский велогонщик завершил спортивную карьеру в 2016 году из-за проблем со здоровьем.

  • Keçmiş iş adamı ortalıqda qalıb, kömək edən yoxdur – Video

    Qocalar evinə yerləşməyə yaşı imkan vermir, sığınacağa üz tutmağa səhhəti

    Redaksiyaya zəng edərək özünü Nigar Şalikova kimi təqdim edən xanım yardıma ehtiyacı olduğunu bildirirdi. Xahiş etdi ki, küçədən tapdığı bir kişiyə kömək əlimizi uzadaq. AYNA-ya pənah gətirmiş qadının xahişini cavabsız qoymayıb həmin zəngin ardınca getdik.

    Nigar Şalikova bizi “Nizami” metrostansiyasının arxasındakı ara küçələrin birində yerləşən həyət evində qarşıladı. Ev o qədər kiçik idi ki, bir çarpayı, kiçil stul, balaca televizorla dolmuşdu. İstidən evdə nəfəs almaq mümkün deyildi.

    Qadının dediyinə görə, artıq 3 aydır ki, bu evi Akif Əliyevin yaşaması üçün kirayələyib. Bunun müqabilində isə ayda 150 manat kirayə haqqı ödəyir.

    O, Akif Əliyevi soyuq yaz aylarının birində küçədən tapdığını bildirir. Yeriyə bilməyən, səhhətində problemlər olan, 62 yaşlı A.Əliyev yaxınları tərəfindən tərk edilib.

    N.Şalikova A.Əliyevi həkimə aparıb, müayinələrdən keçirdib. Məlum olub ki, o, Hipatit C xəstəsidir, ayaqları tutulub, üstəlik alsgeymerdən əziyyət çəkir: “Həkim hələlik müalicəsi üçün 250 manatlıq dərmanlar yazıb. Ancaq ala bilmədim. 240 manat MRT-yə verdim. Gündəlik yeməyinə 7-10 manat xərcləyirəm. Kirayə pulu, pampers xərci də bir yandan”.

    Nigar xanım deyir ki, artıq A.Əliyeva baxmağa maddi imkanı yol vermir: “Çox çətindir. Dostlar, tanışlar maddi yardım göstərdiyi üçün 3 ay saxlaya bildim. Artıq pul da bitib. Kirayə haqqının da vaxtıdır. Növbəti ay üçün ödəməyə isə pul yoxdur. Bilmirəm, nə edəcəyik”.

    Akif Əliyevlə söhbətimiz əsnasında bəlli olur ki, zamanında vətən üçün kifayət qədər işlər görüb. Dediyinə görə, Kiyevdə Xarici İqtisadiyyat Akademiyasını bitirib. Oradan təyinatla Tumen şəhirində yerləşən Geologiya Universitetinə işləməyə gedib.


    1986-1987-ci illərdə Yamalda neft-qaz sektorunda çalışıb. 1990-cı ildə isə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. 1993-cü ildə Qarabağ müharibəsində iştirak edib.

    Sonra Mingəçevirdə işləyib. Oradan da Bakıya təyinat alıb, Sənaye və Tikinti Nazirliyində çalışıb. 1996-cı ildən başlayaraq Rusiyadan Yunanıstana xəz-dəri xammalı ixrac edib. 2002-ci ilə kimi Yunanıstanda yaşayıb, orada şirkət sahibi olub. 2002-ci ildə Bakıya geri dönüb. Amma ailəsi Yunanıstanda qalıb.

    2006-cı ildə müflis olan A.Əliyev bankdan kredit götürüb. 2012-ci ildə krediti ödəyə bilmədiyi üçün Bakıda olan evini sataraq krediti bağlamağa məcbur olub. 2016-cı ilə kimi müxtəlif yerlərdə işləyib, fəhləlik edib. 2016-cı ildə ayaqları tutulduğu üçün iş qabiliyyətini itirib və küçələrdə qalmağa başlayıb.

    A.Əliyevdən ailəsi haqqında da soruşuruq. Öyrənirik ki, 2 qızı, 1 oğlu və 1 nəvəsi var. Amma onlarla sonuncu dəfə 2016-cı ildə telefon vasitəsilə əlaqə saxlayıb. Övladlarından niyə kömək istəmədiyini soruşduğumuzda isə gözləmədiyimiz cavabı alırıq: “Bəzi problemlər olduğu üçün onlarla danışmıram. Hətta danışanda qızım mənə pul göndərmək istədi. Razı olmadım”.

    Onun bir istəyi var – qocalar evinə yerləşmək. Buna isə onun yaşı imkan vermir. Qocalar evinə ancaq 65 yaşı tamam olmuş şəxslər qəbul edilir: “Xəstəxanalarda da 3-4 gün qalandan sonra deyirlər ki, “çıxarın, aparın, mülicəsini evdə davam etdirin. Evim də yoxdur. Bu qədər iş gördüyüm halda qocalar evini də mənə çox görürlər”.

    Nigar Şalikova deyir ki, yardım olmasa, Akif Əliyevi yenidən küçəyə atmalı olacaq: “Maddi yardım olmasa, baxa bilməyəcəyik. Qocalar evinə isə yaşı çatmır. İndi əlimizdən ancaq o gəldi ki, sizə müraciət edək, bu məsələni işıqlandırasınız”.

  • Bu gün Rövnəq Abdullayevin oğlu Rəşadın toyudur

    Bu gün SOCAR-nın və AFFA-ın prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin toyudur.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, toy mərasimi paytaxtdakı “Buta Palace” sarayında keçiriləcək.

    Qeyd edək ki, toyda Milli Məclisin deputatlarının, eləcə də hökumət üzvlərinin də iştirakı gözlənilir.

    Əlavə edək ki, Rəşad Abdullayev “Səbail” Futbol Klubunun yaradıcılarındandır.

  • С главным тренером «Кешли» заключили новый договор

    Утвержден тренерский штаб ФК «Кешля», который 20 июня начал подготовку к следующему сезону.

    С главным тренером команды Тарланом Ахмедовым и его тренерским штабом был подписан контракт еще на один год.

    В новом сезоне помогать Т.Ахмедову будут Заур Исмаилов, Джамаледдин Алиев, Мехман Бабаев и Рашад Садыгов. Кроме того, Вадар Нуриев также будет выполнять в команде роль одного из основных помощников главного тренера.

    Отметим, что хотя ФК «Кешля» под руководством Т.Ахмедова занял последнюю строчку по итогам предыдущего сезона премьер-лиги Азербайджана, клуб вновь оказал доверие своему тренеру.

  • Bu qız düz 14 ildir uşaq evlərinə və psixi xəstəxanalara gedib gəlir – FOTO

    Bu gün sizi Nübar Məmmədova ilə tanış etmək istəyirəm. Cismi kiçik, ürəyi böyük qızla. O düz 14 ildir valideyn himaysindən məhrum uşaqlara, psixiatrik xəstəxanalara əlindən gələn yardıı edir. Bir çox beynəlxalq təşkilatları bu xeyirxah əməlinə cəlb edib, onlarla birlikdə layihələr həyata keçirib.

    Median.Az xəbər verir ki, Bizimyol.info-nun qonağı xeyriyyəçi Nübar Məmmədovadır.

    “Ürəyimdən çox şey keçir, amma bunun üçün maddi imkanalar lazımdır. Mənim heş bir təşkilatım yoxdur. Bir çox beynəlxalq təkilatlardan yardım almışam. Əsas dəstəkçim Britaniya- Azərbaycan Cəmiyyəti oldu. Onların da yardımı ilə əldə etdiyim maliyyə dəstəyi ilə 1 saylı psrixatriya xəstəxanasının uşaq şöbəsində uşaqlar üçün oyun meydançası qurduq. Uşaqlar özlərini zədələməsin deyə bu oyun meydançasının hazırlanmasına xüsusi diqqət etdik. Eyni zamanda qapalı oyun məkanı da düzəltdik ki, əlverişsiz havalarda içəridə məşğul ola bilsinlər. Böyük maraqla rəsmlər çəkir, əl işləri hazırlayırdılar. Hiss edirsən ki, onların təlimə, məşğuliyyətə böyük ehtiyacları var. Sonra elə həmin xəstəxananın qocalar şöbəsində qocalar üçün istirahət otağı təşkil etdik.”,- deyə Nübar danışır. İlk dəfə qonşuluqda yaşayan bir qadının xəstəxanaya yardım aparmasını görməsi ilə başlayıb onun hekayəsi. Valideynlərindən icazə alıb. İlk addımlarını atanda heç ağlına da gəlməyib ki, psixiatrik xəstəxanada dostlar qazanacaq, burda onun yolunu səbirsizliklə gözləyəcək insanlarla tanış olacaq.

    Nübar MəmmədovaNübar Məmmədova

    “Taleyin ora atdığı insanlar var. Ömürləri o divarlar arasında keçənlər. Başqa bir aləm görməyiblər. Onlar üçün gələn hər qonaq, onları arayıb axtaran hər insan ümid qapısı, dost sayılır. Bəzilərini orda unudub gedirlər. Bəzilərini heç gərək olmadan gətirib buralara atıb gedirlər.

    Bir oğlan var idi, 9 yaşlı. Sağlam uşaq idi. Atası evləndiyi üçün onu Psixoloji Dispanserə yerləşdirmişdi. Çox ağıllı, zəkalı uşaq idi. Mən onunla tanış olanda anladım ki, uşağın heç bir psixoloji problem yoxdur. Valideyn vicdansılığının qurbanı olmuşdu. UAFA təşkilatından kömək aldım. Bir illik süründürmələr. qapı döymələrdən sonra onun normal uşaq evinə köçürülməsini təmin edə bildik. Bu məni çox xoşbəxt etdi”- Nübar kövrələrək xatırlayır.

    Fikrə gedir, yadına daha bir dostu – Olya düşür. “Olya körpəliyindən burda böyüyüb. 35 yaşı var. Gəlib səni yaxınların aparmasa, bu xəstəxandan  çıxmaq imkanı yoxdur. Onun da dalınca kimsə gəlməyib. İndi elə 1 saylı Psixiatrik Xəstəxanda işləməyə başlayıb. Uşaqlara baxıcılıq edir. Hərçənd yaşı çox olsa da elə uşaq kimi qalıb. Gördüyü hər kəsə uşaq kimi qucaq açır, öpür oxşayır. Başqalarından görmədiyi sevgini özü verməyə çalışır”.

    Nübarın dediyinə görə, ən sevdikləri hədiyyə də şirniyyatdır. Böyük bir sevinclə qəbul edirlər, istər uşaqlar, istər böyüklər.

    Nübar Məmmədova


    Nübar Məmmədova

    Nübar özünə nə arzulayır? Əslində özü üçün heç nə – “İstərdim ki, əlavə bir işim olsun. Ondan gələn qazancı mən öz xeyriyyəçi məqqsədlərim üçün istifadə edim. Daha çox insana kömək edə bilim. Daha böyük formatda işlər görmək istəyərdim. Tezliklə bir layihəyə start veriləcək. O layihə çərçivəsində yenidən ürəyimdən keçən kimi kömək edə biləcəm. O insanların əslində ən çox bizim, bütün cəmiyyətin sevgisinə ehtiyacı var. Mən buna inanıram ki, bu sevgini onlara verə bilsək, hamısı olmasa da böyük əksəriyyəti həyatda öz yerlərini tuta bilər.Buna inanmaq lazımdır”- Nübar belə düşünür. Əslində haqlıdır. Cəmiyyət olaraq hər fərdi fiziki, əqli qüsurlarına görə dışlamadan qəbul etməyi, qucaq açmağı və onlara uyğun şəkildə məşğulluğunu təmin etməyi öyrənsək itirilmiş insanlarımız olmazdı.

  • Bakıda sentyabradək tikilib-təmir olunacaq məktəblər – SİYAHI

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tebeliyindəki məktəblərdə yeni dərs ilinə hazırlıq işləri gedir.

    Bəs, yeni tədris ili başlayanadək paytaxt ərazisində neçə məktəbin tikilməsi və ya əsaslı təmir olunması planlaşdırılıb?

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 4 məktəbdə əsaslı təmir işləri aparılır. 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpuslarının sökülərək yenidən tikintisi həyata keçirilir. Həmçinin 1 məktəb üçün əlavə korpusun tikintisi də davam etdirilir.

    Bundan əlavə, ehtiyac olan ərazidə 1 yeni orta təhsil müəssisəsinin tikintisi başa çatdırılıb.

    Həmçinin 2 məktəbin köhnə korpuslarının, 2 məktəbin isə bütövlükdə binasının sökülərək yenidən tikintisi nəzərdə tutulur. 1 məktəb üçün əlavə korpusun tikintisi planlaşdırılır.

    Qeyd edək ki, paytaxtda məktəb şəbəkəsi mövcud tələbata uyğundur. Bu səbəbdən modul tipli məktəblərin tikintisi nəzərdə tutulmayıb