Month: July 2019

  • Səbail polisi dələduzluq edən qadını saxlayıb

    Median.Az xəbər verir ki, DİN “102-Zəng Mərkəzi” xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov bu il yanvarın 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılıb 43000 dollar pulunun alındığını bildirib.

    Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Əliyeva saxlanılıb. İlkin araşdırma zamanı, onun bu ilin mart ayında Bakı şəhər sakini olan qadından aldatma yolu ilə 4000 manat pulunun alması məlum olub.

    Səbail RPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Шамкире за квартирные кражи задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Шамкирского РОП в результате оперативно-розыскных мер задержали жителя села Гапанлы, ранее судимого И.Магеррамова, который 19-го июня украл из дома 1300 манатов.

    Кроме этого, сотрудники РОП задержали жителя села Сейфали Г.Джахангирли, который 10-го июня украл из дома на территории района
    200 манатов и 5000 рублей.

    По фактам ведется расследование.

  • Şəmkirdə evlərdən oğurluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da rayon ərazisindəki evdən 1300 manat oğurlayan Qapanlı kənd sakini, əvvəllər məhkum olunmuş İ.Məhərrəmov saxlanılıb.

    Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən iyunun 10-da rayon ərazisindəki evdən 200 manat və 5000 rubl oğurlayan Seyfəli kənd sakini G.Cahangiri saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Bakıda yol polisinin rüşvət alarkən görüntüsünü çəkib yaydılar – RƏSMİ AÇIQLAMA – VİDEO

    Bakıda Yol Polis əməkdaşının vətəndaşlardan pul istəməsilə bağlı videogörüntü yayılıb.

    Median.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi polis yolu düz keçməyən piyadaları saxlayaraq, onları cərimələmək istəyir.

    Daha sonra həmin gənclər yol polisinə 10 manat pul verərək, ərazidən uzaqlaşırlar.

    Qeyd edək ki, videodan da göründüyü kimi yol polisi ilk əvvəl rüşvət almaq istəmir. Sadəcə vətəndaşlar cərimə yazılmamaq üçün yol polisinə rüşvət verməyə təkid ediblər.

    Məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsilə əlaqə saxladıq. İdarədən Baku.ws-ə bildirdilər ki, yayılan videodan məlumatları var.

    Hazırda bu məsələ barədə araşdırma aparılır.

  • Появились новые кадры драки арабов в торговом центре Баку – ВИДЕО

    Стало известно, что конфликт с участием арабских туристов произошел в “Park Bulvar Mall”.

    Как передаёт Median.Az, об этом Baku.ws сообщил начальник пресс-службы Главного управления полиции города Баку, майор полиции Эльшад Гаджиев.

    Официальный представитель структуры отметил, что арабы в торговом центре подрались между собой:

    “Конфликт произошел между арабами. А их агрессивное поведение не понравилось находящиеся рядом нашим гражданам, которые сделали замечание арабам. В драке граждане Азербайджана участия не принимали. По факту в 39-м отделении полиции проводятся разбирательства”, – подчеркнул Э.Гаджиев.

    Также, в редакцию Baku.ws поступило новое видео конфликта. На видео действительно видно, что арабы конфликтовали между собой.

  • Bakıda ərəblərin biabırçı hərəkətlərinin YENİ GÖRÜNTÜLƏRİ – VİDEO

    Bakıda ərəb turistlərin davası ilə bağlı yeni görüntülər əldə etmişik.

    Baku.ws-in “qaynar xətti”nə göndərilən videodan da göründüyü kimi “Park Bulvar”da qeydə alınan hadisədə iki ərəb turist bir-birilə dalaşır.

    Onları mühafizəçilər və mühafizə polisinin əməkdaşları ayıra bilmir. Ətrafda olan insanlar da, ərəb turistlərin davasından narahat görünürlər.

    Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev də Baku.ws-ə bildirib ki, əslində hadisə zamanı ərəblər azərbaycanlı ilə yox, öz aralarında dava ediblər.

    “Ərəb turistlər öz aralarında mübahisə ediblər. Bu da ətrafda olan vətəndaşların narahatlığına səbəb olub. Faktla bağlı məlumat və video Baku.ws-də yayıldıqdan sonra ərazi üzrə 39-cu polis bölməsində təhqiqat araşdırmaları başlayıb.

    Faktla bağlı araşdırma aparılır. Xəbərlərdə qeyd edildiyi kimi azərbaycan vətəndaşları olmayıb”, – deyə Elşad Hacıyev bildirib.

  • Bakının yeni hərbi prokuroru kimdir? – DOSYE

    Baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhərinin Hərbi prokuroru vəzifəsinə təyin olunan İlyas Rzayevin tərcümeyi-halını təqdim edirik.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Rzayev İlyas Ramiz oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib.

    2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək ərazi hərbi prokurorluqlarında müstəntiq, böyük müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət və Dövlət ittihamının müdafiəsi üzrə şöbələrinin prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorunun köməkçisi, böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifələrində qulluq keçib.

    İ.R.Rzayev prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə dəfələrlə mükafatlandırılıb. Azərbaycan Respublikası Baş Prokurorunun 03.07.2019 tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin edilib.

    Ailəlidir, iki oğul və bir qız övladı var.

  • В Гедабеке чиновник отправлен в отставку

    В Гедабекском районе Азербайджана должностное лицо отправлено в отставку.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, начальник отдела образования района Бахыш Нагиев освобожден от занимаемой должности в связи с достижением пенсионного возраста.

    Отметим, что Б.Нагиев занимал эту должность с октября 2013 года.

  • В Сиязани “ВАЗ 2107” врезался в ограждение, погиб водитель

    Как сообщает Median.Az, 3-го июля на территории села Зарат Сиязаньского района автомобиль марки “ВАЗ 2107”, управляемый жителем Апшеронского района Эльчин Намазовым врезался в ограждение.

    Водитель скончался по дороге в больницу, пассажир – его сын Тогрул (2010-го года рождения) был помещен в больницу.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Siyəzəndə “VAZ 2107” yol ayrıcına vurub, sürücü ölüb

    Median.Az xəbər verir ki, iyulun 3-də Siyəzən rayonunun Zarat kəndində Abşeron rayon sakini Elçin Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol ayırıcısına vurub.

    Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini – 9 yaşlı oğlu Toğrul xəstəxanaya yerləşdirilib.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.