Month: July 2019

  • Стало известно, кто будет нести флаг Азербайджана в Италии

    Стало известно, кто станет знаменосцем сборной Азербайджана на XXX летней Универсиаде в итальянском Неаполе.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, как и на II Европейских играх, флаг вновь будет нести дзюдоист.

    Это дзюдоист Мурад Фатиев. Призер молодежного чемпионата Европы, М.Фатиев будет нести азербайджанский флаг на церемонии открытия, которая состоится в 23:00 по бакинскому времени.

    Напомним, что в этот раз на летней Универсиаде пройдут соревнования по 15 видам спорта (стрельба из лука, атлетика, баскетбол, водные виды спорта (плавание, прыжки в воду, водное поло), фехтование, футбол, гимнастика (художественная и спортивная гимнастика), дзюдо, регби-7, парусный спорт, стрельба, настольный теннис, таэквондо, теннис, волейбол).

    Азербайджан будут представлять 18 спортсменов в пяти видах спорта.

  • Bakının bu parkında tum çırtlamaq, skeytbord və velosiped sürmək qadağandır

    Bakının Yasamal rayonu, Köhnə Sovetski məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşən Bakı Mərkəzi Parkı çoxlu sayda rəy və təklifləri nəzərə alaraq parka gələn vətəndaşlar üçün yeni qaydaları açıqlayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, qaydalar parkın yaxşı vəziyyətdə saxlanılması və ziyarətçilərin təhlükəsizliyin təmin edilməsi məqsədi ilə qəbul edilib.

    Bakı Mərkəzi Parkının ziyarətçilər üçün qəbul etdiyi qaydalarda deyilir:

    – Parkın ərazisində olan bütün itlər ağızlıq taxılmış halda və ipdə saxlanılmalıdır. Bəzi insanlar, xüsusilə uşaqlarla parkı ziyarət edənlər itdən qorxurlar.

    – Ot örtüyü üzərində it gəzdirməyə icazə verilməməlidir.

    Təəssüf ki, bəzi insanlar ev heyvanlarının arxasınca təmizləyə bilmir, ot örtüyünə zərər verir və bu da digər insanlar üçün örtüydən istifadə etməyə problem yaradır.

    – Tuma yox deyək! Tumların Azərbaycanda çox dadlı və çox populyar olduğunu başa düşürük, ancaq bəzi insanlar tumun qabıqlarını yerə atmaqla bizim təmizləyicilərimiz üçün xoşagəlməz hal yaradırlar.

    – Parkda nəzərdə tutulan skeytbord rampalarından başqa heç bir yerdə velosiped sürməyə icazə verilməyəcək.

    İnsanlar parkdan keçməlidirlərsə, onda velosipedlərini əllə aparmalı (yanlarında gəzdirməli) olacaqlar.

    – Parkda xüsusi müəyyən edilmiş yerlərdən savayı, skeytbord sürməyə icazə verilmir. Parkın ərazisində müəyyən edilmiş yerlərə kimi skeytbord əldə daşınmalıdır.

    – Böyüklər üçün nəzərdə tutulan idman sahələri yalnız böyüklər üçündür. Uşaqlarınızın bu fitness mərkəzinə gəlməsinə icazə verməyin.

    Bu onlar üçün təhlükəlidir və böyüklərin də avadanlıqlardan istifadə etməsinə maneə törədir. Uşaq oyun meydançaları ilə əlaqədər da eyni şəkildə danışmaq olar – yalnız uşaqlar üçün nəzərdə tutulub.

    Gələn həftə yaş qruplarını göstərən işarələri quraşdıracağıq. Park işçiləri sizin yaşınızı soruşarlarsa, xahiş edirik bundan inciməyin.

    Bu işçilər tərəfindən istifadəçilər üçün hər şeyin təhlükəsiz və rahat olmasını təmin etmək məqsədilə edilir.

    – Xahiş edirik çiçəklərimizi, güllərimizi və digər dekorativ bitkilərimizi dərməyin. Parkın həm sizin üçün, həm də gələcək nəsillər üçün həmişə gözəl görünməsini istəyirik.

    Mərkəzi Parkın Məlumatında deyilir ki, parkın gözəl görünməsi üçün bütün şəhərin və qonaqların köməyinə ehtiyacımız var:

    “Ümumilikdə hər şey qaydasındadır. Amma biz bir qrup insanın ağacların gövdəsinin qabığını soymağı ilə qarşılaşmışıq. Bu isə böyük ehtimalla həmin ağacların qurumasına səbəb olacaq.

    Bundan əlavə, başqa ziyanlar da verilir, məsələn oturacaqların müxtəlif elementləri sındırılır.

    Qəbul edilə bilməyən bir hal gördükdə və ya sizi narahat edən bir hadisəyə şahid olduğunuz halda, Parkda patrul xidməti aparan Park işçilərindən biri ilə danışmağınızı məsləhət görürük”.

  • Putin ABŞ-la raket müqaviləsini dayandırdı

    Rusiya Prezidenti Vladimir Putin “Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında” müqavilənin (OYMRM) dayandırılması barədə qanunu imzalayıb.

    “RİA Novosti” xəbər verir ki, müvafiq sənəd hüquq informasiyasının rəsmi internet-portalında dərc edilib.

    “SSRİ və ABŞ arasında 8 dekabr 1987-ci il tarixində Vaşinqtonda imzalanmış “Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında” müqavilənin fəaliyyəti dayandırılsın”, – sənəddə deyilir.

    Qanun dərc edildiyi gündən qüvvəyə minir.

    Xatırladaq ki, Vaşinqton bu ilin əvvəlində müqavilədən təktərəfli qaydada çıxıb. ABŞ Rusiyanı müqaviləni uzun müddət pozmaqda ittiham edib. Moskva isə bütün ittihamları rədd edib.

  • Задержан житель столицы, совершивший кражу из интернет клуба

    Как сообщает Median.Az, сотрудники 28-го отделения полиции Ясамальского РУП в ходе следственно-розыскных мер задержали жителя столицы Ф.Алиева, который 16-го февраля этого года украл из интернет клуба 3 игровых апарата и 6 пультов.

    По факту ведется расследование.

  • Yasamalda internet klubdan oğurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Yasamal RPİ 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində bu il  fevralın 16-da rayon ərazisindəki internet klubdan 3 ədəd oyun aparatı və 6 ədəd pult oğurlayan Bakı şəhər sakini F.Əliyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ответ AzTV на слухи о закрытии передач и невыплате зарплат

    После увольнения Арифа Алышанова с поста председателя ЗАО «Азербайджанское телевидение и радиовещание» (AzTV) вокруг азербайджанского телеканала не утихает шум.

    Когда руководство телеканалом было поручено известному журналисту Ровшану Мамедову, лица, годами формировавшие негативный имидж телеканала, о которых всегда плохо писала пресса, были отстранены, а на их место привели новые молодые кадры.

    Теперь в адрес телеканала, пережившего кадровые реформы, поступают новые претензии.

    В СМИ появилась информация и о том, что большинство кадровых изменений на телеканале держатся в секрете.

    Утверждается, что за созданием новых и закрытием ряда старых передач на AzTV стоит списание крупных сумм денежных средств.

    В прессе также отмечалось, что на телеканале прекратилась трансляция 24 передач, а около 200 человек остались без зарплаты и гонорара.

    Согласно другой информации, кадровые вопросы на AzTV поручено решать женщине по имени Земфира Алиева, которая назначила на должность руководителя финансового отдела своего родственника по имени Эльмар, обеспечила своего сына работой на телеканале.

    Среди принятых на работу на AzTV были, по другим данным СМИ, коллеги по Lider TV и родственники Р.Мамедова.

    Руководитель отдела AzTV по связям с социальными медиа и общественностью Мубариз Асланов прокомментировал в интервью Report эту информацию.

    Представитель телеканала сначала ответил на информацию по поводу закрытых и новых телепередач. Он отметил, что не только на AzTV, но и на культурном и спортивном телеканалах десятки передач открываются и закрываются:

    «Закрытие какой-либо передачи или открытие новой на телеканалах, особенно в конце сезона, – это нормальный процесс, происходящий внутри любой медиаструктуры. Такие шаги предпринимаются и должны предприниматься для того, чтобы заинтересовать зрителя. Хорошо, если закрытие передач кого-то беспокоит, то почему никто не говорит о новых передачах? На замену закрытым 24 передачам, вместе с политичесим ток-шоу Əsas Məsələ («Главный вопрос»), выходящим в эфир по будням из новой студии и в новом формате, транслируется 31 передача».

    По словам М.Асланова, ни одна новая передача не является продакшном. Каждый из этих проектов подготавливают сотрудники AzTV, Mədəniyyət и İdman Azərbaycan:

    «За каждый из таких проектов сотрудники телеканала получают гонорар в двукратном, а в некоторых случаях и трехкратном размере».

    Что касается перехода на AzTV сотрудников Lider TV, то М.Асланов отметил, что, помимо бывших сотрудников этого телеканала, здесь начали работать и сотрудники других телеканалов.

    М.Асланов подчеркнул, что за последние полгода на AzTV в целом были обеспечены работой 230 человек и никто из них не является родственником Р.Мамедова.

    Кроме того, за последние полгода 442 работникам телеканала подняли зарплату, а 70% сотрудников увеличили размер гонорара.

    Отвечая на вопрос о том, что Земфире Алиевой поручено решать кадровые вопросы на телеканале, М.Асланов опроверг это сообщение и заявил, что руководителем департамента управления кадрами и особыми делами AzTV является Ильхама Гусейнова, и ни один родственник З.Алиевой не работает на телеканале.

  • Bakının mərkəzində biabırçılıq: Ərəb turist insanların gözü qarşısında qızla əxlaqsızlıq etdi (VİDEO)

    Bakının mərkəzi küçəsi olan “Tarqovıy” kimi tanınan Nizami küçəsində daha bir biabırçı video qeydə alınıb. 

    Əhalinin sıx hərəkət etdiyi küçədə ərəb turistlı azərbaycanlı qızlar insanların gözü qarşısında xoşagəlməz hərəkətlərə yol verib. 

    Sosial şəbəkələrdə yayılan görüntülərdə qızın şəhərin ortasında yerləşən oturacaqda ərəblə əl-qol hərəkətləri əks olunub. Daha sonra qız insanların gözü qarşısında ərəb turistin qucağında əyləşərək ictimai yerlərdə qəbul edilməyən hərəkətlərə yol verib.

    Qeyd olunan görüntülər  bu  ilin iyun ayında qeydə alınıb.

    Qeyd edək ki, polis əməkdaşları vaxtaşırı bu kimi halların qarşısını almaq üçün tədbirlər həyata keçirir. Buna baxmayaraq hələ də şəhərin mərkəzində xoşagəlməz vəziyyətə rast gəlinir. 
     
    Həmin videonu təqdim edirik:
    /oxu24.com/

  • Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq: Həkim rüşvət aldı – Video

    Bərdə rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət alması görüntüləri yayılıb.

    Yayılan görüntülərdə xəstənin həkimin cibinə pul qoyması, həkimin isə pulu götürməsi öz əksini tapıb.

    Məsələ ilə bağlı Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovla və Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verilməyib.

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

    Sözügedən görüntüləri oxucularımıza təqdim edirik:
    /Bizimyol.info/

  • Осужден мужчина, пытавшийся убить бывшую жену в поселке Бина

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Сянана Сеидова, обвиняемого по статье 29,120.1 (покушение на умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, 26-го февраля этого года на рынке в поселке Бина Сянан Сеидов нанес ножевые ранения бывшей жене Рене Исаевой, вследствии чего потерпевшая с колото-резанными ранами в области груди и живота была помещена в клиническую больницу №3. Ее жизнь врачам удалось спасти. В тот же день Сеидова задержали сотрудники 2-го отделения полиции Хазарского РУП, районная прокуратура возбудила уголовное дело.

    Суд приговорил обвиняемого к 7 годам 10 месяцам лишения свободы.

  • Binədə keçmiş arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sənan Seyidovun CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ittihama görə, bu il fevralın 26-da Binə qəsəbəsində yerləşən bazarda Sənan Seyidov keçmiş həyat yoldaşı Rəna İsayevaya bıçaqla zərbələr endirib. Nəticədə ağır yaralanan zərərçəkmiş 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib və həyatı xilas edilib. Seyidov Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları tərfəindən saxlanılıb, barəsində rayon prokurorluğunda cinayət işi başlanılıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.