Bənzərsiz təbiəti ilə göz oxşayan Qəbələ şəhərindən 3 km şərqdə, Güllüburun, Göydağ və Yumru dağların arasında təbii çuxurda yerləşən Nohur gölü üzük qaşını xatırladır.
Median.Az Trend-ə istinadən həmin gölün əsrarəngiz görüntülərini təqdim edir:
43-cü sessiyanın təşkil edilməsi ərəfəsində ev sahibi qismində Azərbaycan və YUNESKO arasında müvafiq saziş imzalanıb.
Median.Az xəbər verir ki, bunu Trend-ə YUNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bəzi iştirakçılara Azərbaycan tərəfindən təhlükəsizlik zəmanətinin təmin edilməməsinə dair suala cavab olaraq XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, sazişdə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilatı məsələlər öz əskini tapıb:
“Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək niyyətində olan və Azərbaycan tərəfindən müvafiq təhlükəsizlik zəmanətini əldə edən YUNESKO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər.
Ermənistan tərəfinin öz nümayəndələri üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərinə gəldikdə isə bu, Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyildir. Əgər Ermənistan XİN-i hələ də Ümumdünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və proseduraları haqda məlumatlı deyilsə, o zaman onlar bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə YUNESKO Katibliyinə müraciət etmələri yaxşı olardı”.
“Instagram” sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
Median.Az Trend-ə istinadən bildirir ki, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Almaniya, Danimarka, Macarıstan, Yunanıstan, Kanada və Rusiyada istifadəçilər çətinliklərlə üzləşiblər.
Bundan başqa, “WhatsApp” proqramında səs fayllarının və fotoşəkillərin göndərilməsi zamanı qüsurlar da qeydə alınır.

Gəncədəki yaralanma hadisəsinin detalları bəlli olub.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, yaralanan şəxs 1983-cü il təvəllüdlü polis baş leytenantı Hüseynov Vüqar Ələsgər oğludur.
O, silahla ehtiyatsız davranması nəticəsində özünə xəsarət yetirib.
Dərhal xəstəxanaya çatdırılan zərəçəkmiş təcili əməliyyat edilib, hazırda yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
18:07
Gəncədə güllələnmə hadisəsi olub.
Hadisə nəticəsində bir nəfər yaralanıb.
O, Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib. Həmin şəxsin Əhməd Cəmil küçəsində yaşadığı bildirilir.
Təfərrüatlar barədə hələ məlumat verilmir.
/oxu.az/





Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 28 iyun 2019-cu il tarixdə “İrşad Trade 2018” MMC-nin ünvanına konteynerlə daxil olmuş velosiped yüklərinin gömrük yoxlanmasını növbəti günə keçirməmək və tezləşdirmək müqabilində Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlunun qeyri-qanuni olaraq şirkət nümayəndəsindən 400 manat pul alması barədə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə məlumat daxil olub.
Dərhal Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi Duman Şeyxov saxlanılıb və faktla bağlı qanunvericiliyə uyğun olaraq araşdırma aparılıb. Aparılan araşdırmaların və gömrük əməkdaşının dindirilməsinin nəticəsi olaraq o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində qeyd olunan yüklərin boşaldılması və gömrük yoxlamasının tezləşdirilməsi müqabilində qeyri-qanuni 400 manat aldığını etiraf edib. Bundan sonra Duman Şeyxov şalvarının sol cibində olan 4 ədəd 100-lük manat nominalında pul əskinaslarını könüllü olaraq təqdim edib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlu “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülüb.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Сбежавшая жена премьер-министра ОАЭ, правителя Дубая шейха Мохаммеда бен Рашид Аль Мактума может находиться в Лондоне.
Как сообщила британская газета Times, принцесса Хайя бинт аль-Хусейн может в настоящее время находиться в доме стоимостью 107 миллионов долларов, расположенном недалеко от Кенсингтонского дворца.
Как уточняет издание, этот дом принцесса, предположительно, приобрела без участия своего супруга в 2017 году.
Отметим, что жена премьер-министра ОАЭ, правителя Дубая сбежала из страны с крупной суммой денег. Сообщалось, что вместе с 11-летней дочерью и 7-летним сыном она бежала из ОАЭ в Германию, где запросила убежище и подала документы на развод.
Напомним, действия принцессы привели к дипломатическому кризису между ОАЭ и Германией. По некоторым данным, премьер-министр обращался к властям в Берлине с требованием выдать его жену и детей, однако получил отказ.
МИД ФРГ не подтвердил информацию о том, что сбежавшая из ОАЭ супруга премьер-министра Хайя бинт аль-Хусейн запросила убежище в Германии.

Итальянец, кандидат от европейских социалистов Давид-Мария Сассоли победил на выборах председателя Европейского парламента.
Как передаёт Median.Az, об этом сообщает Reuters.
Нынешним спикером ЕП также является представитель Италии. Это Антонио Таяни.
63-летний Д.Сассоли был избран большинством голосов после двух туров голосования.
Отметим, что Д.Сассоли – бывший журналист из Флоренции – является евродепутатом с 2009 года, ранее он был вице-спикером.

Как сообщает Median.Az, сотрудники Гейчайского РОП в результате проведенной операции задержали жителя села Арабджабирли-1, ранее судимого П.Гарибова, у которого изъяли 480 грамм марихуаны и героин.
Кроме этого, сотрудники Бардинского РОП изъяли у жителя города Х.Мамедова 480 грамм, а сотрудники Гаджигабульского РОП у жителя города, ранее судимого Г.Абышова 445 грамм марихуаны.
По фактам возбуждены уголовные дела.

Median.Az xəbər verir ki, Göyçay RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində 1-ci Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş P.Qəribovdan 480 qram marixuana və heroin götürülüb.
Bundan başqa, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri tədbir nəticəsində şəhər sakini X.Məmmədovdan 480 qram marixuana, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Abışovdan 445 qram marixuana götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Молодой азербайджанец Афат Гусейнов совершил восхождение на вершину Эльбруса. Достижением любителя экстремальных видов спорта поделился на своей странице известный отечественный фотограф Эмиль Агаев.
“Посмотрите на это лицо! Разве я мог упустить такую уникальную возможность запечатлеть его? Эта кожа была ближе к Солнцу, чем мы с вами, потому что ее хозяин совершил восхождение на вершину Эльбруса. 25 июня 2019 года альпинист Афат Гусейнов покорил самую высокую точку России и Европы в 5642 метра”, – написал Агаев и поделился фотографиями обожженного лица альпиниста.