Month: July 2019

  • İlham Əliyevdən Trampa məktub…

    Prezident İlham Əliyev ABŞ-ın dövlət başçısı Donald Trampa təbrik məktubu ünvanlayıb.

    Median.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

    “Hörmətli cənab Prezident,

    Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

    Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri daşıyır.

    Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik. Təşəbbüsçüsü olduğumuz və müvəffəqiyyətlə gerçəkləşdirdiyimiz Cənub Qaz Dəhlizi layihəsi isə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi bizim üçün çox əhəmiyyətlidir.

    Bütün bunlarla yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması xalqımızın qarşılaşdığı ən ağrılı problem olaraq qalmaqdadır. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır. Biz bu işdə ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.
    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh və rifah diləyirəm”.

  • Храбрый кот спас детей от кобры – ВИДЕО

    В Индии домашний кот спас детей от нападения кобры.

    Запись с камеры видеонаблюдения опубликовал информационный портал UPI.

    На видео, снятом 2 июля, кот борется с небольшой ядовитой змеей. На последних кадрах видно, как кот дал отпор пробравшейся в дом кобре, схватил ее и вынес на улицу.

    Хозяин Арун Чандру (Arun Chandru) немедленно последовал вслед за животными и вызвал ловца змей.

    Чандру рассказал, что специалист поймал кобру и выпустил ее в месте, где она не будет представлять угрозу людям.

    «У нас тут ползают дети, змея могла их покусать. Я знал, что мой кот умный и смешной. Теперь он проявил свою храбрость», – говорит индиец.

    Питомец не пострадал в результате схватки со змеей.

  • Hovuzda üzmək orqanizm üçün təhlükəlidir — Alimlərdən xəbərdarlıq

    ABŞ-da fəaliyyət göstərən tibbi mərkəzin mütəxəssisləri bildiriblər ki, kriptosporidiya parazit orqanizmlərinin səbəb olduğu xəstəliklərin sayı kəskin artıb.

    Median.Az xəbər verir ki, bu parazitlər hovuzlarda yaşayırlar və bağırsaq pozulmasına səbəb olurlar.

    Bir çox hallarda xəstəlik asanlıqla sağalır və müalicəyə ehtiyac qalmır. Amma parazitlər immunitet sistemi zəif olan yaşlı və cavan insanlarda ciddi problemlərə səbəb ola bilər. Bu parazitlər qusma və diareya ilə nəticələnir. Belə hal bir neçə həftə davam edir. Bu səbəbdən insan kifayət qədər qida qəbul edə bilmir. Çətin hallarda isə qida qəbul etməmək və sususzluq ölümlə nəticələnir.

  • Bakıda orta aylıq əməkhaqqı 820 manatdır

    2019-cu yanvar-aprel aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 820,0 manat olub.

    Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

    Səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə ən aşağı əməkhaqqı qeydə alınıb.//ölkə.az

  • Ağsunun dörd kəndinə ilk dəfə qaz verilib

    Bu gün Ağsu rayonunun Zarqava, Qırlar, Quzay, Kövlüc və Sanqalan yaşayış məntəqələrinə ilk dəfə təbii qaz verilib.
    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Bildirilib ki, 135 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 233 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
    Hazırda Ağsu rayonunun Yenikənd və Kəndaxan kəndlərinin qazlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin yaşayış məntəqələri də təbii qazla təmin olunacaq. Qeyd olunan kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşması ilə yanaşı, ekologiyanın qorunmasına xidmət edəcək.

    Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.//ölkə.az

  • Amaliya Pənahovanın adı əbədiləşdirilir

    Baş nazir Novruz Məmmədov Xalq artisti Amalya Pənahovanın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az-ın Sputnik Azərbaycana istinadən məlumatına görə, sərəncamda qeyd edilib ki, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin edilsin.

    Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Qeyd edək ki, Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı sənətşünaslıq doktoru, professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru Amaliya Pənahova ötən ilin noyabr ayında 73 yaşında vəfat edib.

  • Tbilisidə növbəti etiraz aksiyası keçirilir

    Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.

    Median.Az report-a istinadən xəbər verir ki, 14-cü gündür davam edən aksiyanın tələbi dəyişməz olaraq qalır.

    Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər. Təşkilatçılar DİN rəhbəri istefa verənə qədər aksiyaları davam etdirəcəklərini bildiriblər.

  • СМИ: китайские пограничники ставят на телефоны туристов шпионское ПО

    На телефоны туристов, следующих из Киргизии в Синьцзян-Уйгурский автономный район Китайской Народной Республики, китайские пограничники тайно устанавливают шпионские приложения.

    Об этом говорится в расследовании журналистов нескольких западных изданий, которое публикует The Guаrdian.

    По данным газеты, шпионское ПО устанавливается только на смартфоны с операционной системой Android, телефоны iPhone на границе сканируются.

    Сообщается, что туристов просят разблокировать телефон и передать его пограничникам, затем устройства уносят в отдельную комнату, после чего возвращают.

    Издание отмечает, что разработанное китайцами шпионское ПО отслеживает интерес пользователя к теме экстремизма, собирает информацию о том, соблюдает ли он пост в Рамадан и интересуется ли трудами Далай-Ламы.

    Обычно приложение удаляли еще до возврата владельцам, но некоторые путешественники обнаруживали программу после прохождения границы.

  • Xalq artistinin nəvəsi “Səni axtarıram”da

    Xalq artisti Ramiz Novruzun nəvəsi Ayan “Səni axtarıram” verlişinə qonaq olub.

    Median.Az-ın lent.az-a istinadən məlumatına görə, vizajist kimi tanınan Ayan proqrama kömək üçün müraciət edib.

    O, Lerik rayon sakini, fiziki məhdudiyyəti olan 17 yaşlı Naidəyə yardım etmək üçün verilişə çıxıb.

    Ayan bildirib ki, qıza ev tikilməsi üçün ətrafındakı insanlardan da yardım yığacaq.

    O, danışarkən göz yaşlarını saxlaya bilməyib.

    Qeyd edək ki, Ayan Ramiz Novruzun vizajist qızı Şəfəq Novruzun övladıdır.

  • Böyük Qafqazın bu hissəsində yeni sel ocaqlarının sayı artıb

    AMEA Coğrafiya İnstitutu “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşlarından ibarət “Tufandağ ekogeomorfoloji dəstəsi” Böyük Qafqazın cənub yamacında çöl tədqiqatlarında olublar.

    İnstitutdan APA -ya verilən məlumata görə, baza Tüntül kəndi (Qəbələ rayonu) olmaqla üç əsas və bir vizual istiqamətdə tədqiqat marşrutları seçilib.
    Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, nəticə etibarı ilə ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişikliklərə məruz qalması, yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi ilə əlaqədar yeni sel ocaqlarının açılması və sayının artması, əvvəlkilərin isə xeyli genişlənməsi hallarını müşahidə ediblər.