Month: July 2019

  • Vizasız gedə biləcəyimiz ölkələrin sayı açıqlandı

    Dünyanın ən güclü pasportları Asiya ölkələrindədir. Hər halda, viza tələb olunmaması baxımından liderlər qrupunda bu qitənin üç dövləti yer alıb.

    Median.Az bizimyol-a istinadən xəbər verir ki, Yaponiya və Sinqapur pasportları vətəndaşlarına 189 ölkəyə vizasız səfər vəd edir. Cənubi Koreya pasportu ilə 187 dövlətə problemsiz getmək olar. Elə bu qədər də Almaniya və Finlandiya vətəndaşlarının imkanı var.

    Liderlər qrupunda vəziyyət belədir: Yaponiya, Sinqapur – 189, Cənubi Koreya, Almaniya, Finlandiya – 187, Danimarka, İtaliya, Lüksemburq – 186, İspaniya, Fransa – 185, Avstriya, Portuqaliya, İsveçrə – 184, Böyük Britaniya, Yunanıstan, Kanada, ABŞ – 183, Malta – 182.

    Azərbaycan sıralamada 78-ci yerdədir. Bizim ümumvətəndaş pasportu ilə 66 ölkəyə vizasız səfər etmək olar.

    Siyahıda gözlənilməz adların qarşısında yüksək göstərici nəzərə çarpır. Məsələn, Sent Kits və Nevis dövlətinin pasportunun 152 ölkədə keçərli olması çox təəccüblüdür.

    Ən zəif pasport Əfqanıstanındır. Bu sənədlə 25 ölkəyə sorğu-sualsız daxil olmaq mümkündür.

  • Рамиль Шейдаев заключил контракт с «Динамо»

    23-летний нападающий сборной Азербайджана по футболу Рамиль Шейдаев подписал сегодня контракт с московским «Динамо».

    Срок соглашения Рамиля с бело-голубыми составляет один год. Он стал шестым новичком московского клуба в межсезонье, сообщает azerisport.com.

    Рамиль выступает на позиции форварда, является игроком сборной Азербайджана, чьи цвета защищает с 2016 года. В 2013 году Шейдаев становился чемпионом Европы в составе сборной России U-17. В категории U-19 он с 12 голами не только был лучшим бомбардиром отборочного и финального этапов чемпионата Европы, но и установил новый рекорд результативности в данной возрастной категории.

  • İnternet dünyanın əksər ölkələrində çökübmüş

    Dünyanın nəhəng DNS servisi olan Cloudflare bir qədər əvvəl yaranan İnternet problemi ilə bağlı məlumat yayıb.

    Lent.az Rusiya KİV-ə istinadla qeyd edir ki, internetdə problemlər təkcə Azərbaycanda yox, Rusiya, Çin, ABŞ, Britaniya, Fransa və Polşada da əmələ gəlib.

    Cloudflare-in yaradıcısı Metyu Prins bir qədər əvvəl Tvitter üzərindən bəyan edib ki, hazırda problemin həlli üzərində çalışırlar.
    Xatırladaq ki, ABŞ şirkəti olan Cloudflare DNS serverlərinin dDoS hücmlarından qoruyan resursdur.

  • Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8,8% artıb

    Bu ilin yanvar-iyun aylarında Gürcüstana səfər edən turistlərin sayı 2 127 142 nəfər təşkil edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

    İllik müqayisədə qonşu ölkəyə səfər edən turistlərin sayı 193 368 nəfər və ya 10% artıb.

    İlin ilk altı ayı ərzində Gürcüstana 3 862 444 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 8,4% çoxdur.

    Yalnız iyun ayında isə qonşu ölkə 873 966 əcnəbi ziyarətçi (+20,2%) qəbul edib.

    Ötən ay Gürcüstana ən çox Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları səfər ediblər. Azərbaycandan Gürcüstana gedən turistlərin sayı illik müqayisədə 8,8% artıb.

  • Житель Мингячевира собрал квадроцикл своими руками – Видео

    Житель Мингячевира смастерил транспортное средство из фантастических фильмов.

    25-летний Владимир Калидин вместе с 21-летним братом Денисом собрали квадроцикл, сообщает Sputnik Азербайджан.

    Братья занимаются ремонтом автомобилей и мотоциклов. Над своим квадроциклом они работали три месяца, собирали его из деталей мотоцикла и автомобиля «ВАЗ».

    «Изменив мотор квадроцикла, который обошелся нам в 800 манатов, мы сделали его более мощным. Он набирает скорость в 90-100 километров в час и способен проехать там, где не проедет автомобиль», – рассказал Владимир.

    Желающих купить квадроцикл немало. Владимир говорит, что сможет продать его после того, как подготовит его документы. В будущем он планирует собрать новое средство транспорта.

  • KOBİA-nın səlahiyyətləri artırıldı – FƏRMAN

    Prezident İlham Əliyev sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, fərmanda xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ilə əlaqəli şəkildə həyata keçirilməsi qərara alınır.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – KOB subyektləri) dəstəklənməsi məqsədilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanılan kredit, texniki yardım və ya qrant alınmasına dair sazişlərə əsasən (bundan sonra – sazişlər) həyata keçirilən proqramlara (layihələrə) Agentliyin cəlb olunmasını təmin edəcək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verəcək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlayıb və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.

    Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər sazişlər üzrə həyata keçirilən proqramlarda (layihələrdə) KOB subyektlərinə dəstəyin istiqamətləri, məqsəd və məzmunu, gözlənilən nəticələr, belə dəstəklə əhatə olunan KOB subyektlərinin sayı barədə məlumatların sazişlərlə bağlı danışıqlara başlanılmasına dair təkliflərə əlavə olunmasını təmin edəcək; sazişlər üzrə həyata keçirilən proqramlara (layihələrə) cəlb edilən KOB subyektlərinin seçilməsini “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində nəzərdə tutulan reyestr vasitəsilə həyata keçirəcəklər; KOB subyektlərinin adları ayrı-ayrılıqda qeyd edilməklə, KOB subyektlərinə ünvanlanmış dəstək tədbirləri haqqında məlumatların Agentliyə təqdim olunmasını təmin edəcəklər; sazişlərin əhatə etdiyi proqramlar (layihələr) üzrə KOB subyektləri üçün həyata keçirilmiş dəstək tədbirləri haqqında aşağıda qeyd edilən məlumatların ildə bir dəfədən az olmayaraq, proqram (layihə) tam başa çatdıqdan sonra isə yekun məlumatların Agentliyə təqdim olunmasını təmin edəcəklər:

    1. KOB subyektinin dəstək aldığı proqramın (layihənin) məqsədi, istiqaməti və məzmunu;

    2. müvafiq proqram (layihə) vasitəsilə dəstək almış KOB subyektinin adı;

    3. KOB subyektinə göstərilmiş dəstəyin növü, forması və ölçüsü;

    4. KOB subyektinə dəstək göstərmiş təşkilatın adı;

    5. KOB subyektinə dəstəyin göstərilmə müddəti və tarixi;

    6. dəstəyin göstərilməsi, yaxud dayandırılması haqqında qərarın tarixi;

    7. dəstəkləmə qaydasının və şərtlərinin pozulması, o cümlədən məqsədli təyinatını pozmaqla dəstəkdən istifadə edilməsi haqqında məlumat (olduğu halda);

    8. dəstək proqramının (layihənin) KOB subyektinin sahibkarlıq fəaliyyətinə təsiri.

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatları əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri KOB subyektlərinin dəstəklənməsi proqramları (layihələri) üzrə qeydə alınan texniki yardım və qrant müqavilələri (qərarları) barədə məlumatların Agentlik vasitəsilə ümumiləşdirilməsini təmin edəcək.

    Agentlik xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) reallaşdırılması nəticəsində dəstək almış KOB subyektlərinə dair məlumatların “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində nəzərdə tutulan reyestrə daxil edilməsini təşkil edəcək; təqdim edilmiş məlumatlar əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) KOB subyektlərinin inkişafına təsiri səviyyəsini öyrənərək, növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların (layihələrin) istiqamətlərinə dair təkliflər hazırlanmasını təmin edəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.

    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

  • Şeydayev rəsmən “Dinamo”da

    Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Moskva “Dinamo”suna keçidi rəsmiləşib.

    Bu barədə “Dinamo”nun rəsmi “Tvitter” səhifəsində məlumat verilib.

    Müqavilənin müddəti bir ildir.

    Qeyd edək ki, R.Şeydayev bundan əvvəl Rusiyanın “Krılya Sovetov” klubunda oynayıb. O, burada 20 oyunda dörd qol (ikisi penaltidən) vurub, bir məhsuldar ötürmə verib.

  • В больнице женщина украла из сумки женщины деньги

    Как сообщает Median.Az, сотрудники 10-го отделения полиции Гарадагского РУП в ходе оперативно-розыскных мер задержали жительницу столицы С.Гулиеву, которая 1-го июля в больнице в поселке Локбатан украла из сумки жительницы столицы Ш.Халиловой 1530 манатов.

    По факту ведется расследование.

  • Xəstəxanada qadının çantasından pul oğurlayan qadın saxlanılıb

    Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Lökbatan qəsəbəsindəki xəstəxanada Bakı şəhər sakini Ş.Xəlilovanın çantasından 1530 manat oğurlayan paytaxt sakini S.Quliyeva saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda “kamikadze sürücü” – VİDEO

    Bakıda qarşı yola çıxaraq təhlükə yaradan, hərəkətlərində avtoxuliqanlıq elementləri olan sürücü kameraya düşüb.

    Report-un xəbərinə görə, Xocasən yolunda qeydə alınmış videodan görünür ki, 58 BX 138 dövlət nömrə nişanlı, “VAZ 21 07” markalı avtomobilin sürücüsü təmir gedən, beton pilitələrlə kəsilmiş dar yolda əks istiqamətə çıxır.

    Bundan sonra sürücü elə əks istiqamətdə yoluna davam edərək qaşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır. Ona etiraz edən sürücülərə isə əl-qol hərəkətləri ilə kobudluq edir.

    Nəzərə alsaq ki, onsuz da dar olan yolda manevr imkanları məhduddur, bu sürücünün real qəzaya, hətta ölümə getdiyi aydın olur. Sürücülər arasında belələri “kamikadze” adlandırılır. Çünki qəza anında özü ilə bərabər, digərlərinə də zərər vurur.