Month: July 2019

  • Altı abituriyent imtahandan qovuldu, nəticəsi ləğv edildi

    Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

    Mərkəzdən verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 24028 abituriyentdən 298 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən altı nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    İmtahanda I ixtisas qrupu üzrə yeddi abituriyent (Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, 61 saylı orta məktəb, Zaqatala rayonu 3 saylı şəhər orta məktəbi, İmişli rayonu 1 saylı şəhər məktəb-liseyi, Mingəçevir şəhəri 8 saylı şəhər orta məktəbi, Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə iki abituriyent (Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, Bərdə rayonu 5 saylı şəhər orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

    Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

    Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan beşi cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır.

    Digər açıq tipli üç tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

    Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq.

    Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Eyni ixtisas qrupu üzrə yaz və yay qəbul imtahanlarının hər ikisində iştirak edən və müsabiqə şərtlərini ödəyənlər istədikləri nəticəni seçə bilərlər.

    İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 6 və 8 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 3, 4, 5 iyul tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər.

    Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar.

    Apellyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsi və iş nömrəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

  • Армянский судья-инспектор назначен на матч «Нефтчи»

    Стали известны судейские назначения на матч первого квалификационного раунда Лиги Европы УЕФА между молдавской «Сперанцой» и азербайджанским «Нефтчи».

    Как передаёт Median.Az со ссылкой на oxu.az, матч будет судить североирландская бригада арбитров.

    Главным судьей будет Тим Маршал. Ему будут помогать Пол Робинсон и Одри Нетери. Функцию четвертого арбитра выполнит Томас Энтони Кларк. Представителем УЕФА будет Анна Бордюкова (Украина), а судьей-инспектором – Геворг Ованнесян (Армения).

    Напомним, что матч «Сперанца» – «Нефтчи» состоится 11 июля на стадионе «Зимбру» в Кишиневе.

  • Erməni hakim-inspektor “Neftçi”nin oyununa təyinat aldı

    UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Sperantsa” – “Neftçi” matçının təyinatları açıqlanıb.

    Oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

    Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcək. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

    Xatırladaq ki, iyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

    Məlumat üçün bildirək ki, Tim Marşal iyunun 6-da 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Lixtenşteyn – Azərbaycan (1:0) oyununu idarə edib.

  • У жителя Дашкесана изъяли пистолет

    Как сообщает Median.Az, сотрудники Шамкирского РОП на основании полученной оперативной информации задержали жителя Дашкесанского района А.Гасымова, у которого в подсобном помещении на территории села Ашаги Чайкенд обнаружили пистолет со стертыми номерами и 48 патронов различного калибра.

    В Следственном отделе РОП по факту возбуждено уголовное дело.

  • Daşkəsən sakinindən tapanca götürülüb

    Median.Az xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Aşağı Çaykənd kəndi ərazisində, Daşkəsən rayon sakini A.Qasımovun yardımçı təsərrüfatından nömrəsi silinmiş tapança və 48 ədəd müxtəlif çaplı patron aşkar edilib.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Сына Вахида Ахмедова назначили на высокую должность

    В органах прокуратуры Азербайджана состоялись новые назначения.

    Как передаёт Median.Az со ссылкой на  Azvision.az, соответствующим приказом Генпрокурора Закира Гаралова прокурор Гарадагского района Баку Натиг Абдуллаев был освобожден от занимаемой должности и назначен прокурором города.

    Другим приказом замначальника Управления организационного и информационного обеспечения Главного управления по борьбе с коррупцией при Генпрокуроре Зафар Ахмедов был назначен прокурором Гарадагского района столицы.

    Отметим, что Зафар Ахмедов – сын депутата Вахида Ахмедова.

  • Vahid Əhmədovun oğluna yüksək vəzifə verildi

    Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

    Azvision.az-ın yaydığı xəbərə görə, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək Şirvan şəhərinə prokuror təyin edilib.

    Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, Zəfər Əhmədov deputat Vahid Əhmədovun oğludur.

  • Fuad Abbasov Avropa Məhkəməsinə müraciət edəcək

    “Həbsimin və deportasiya olunmağımın əsl sifarişçiləri arasında Rusiya ermənilərinin rəhbərləri dayanır”.

    Bunu Rusiyada saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, deportasiya olunması üçün Ximski şəhərinin çıxardığı hökmdən apelyasiya şikayəti verib: “Rusiyadan deportasiya olunmağımla bağlı Ximski Şəhər Məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayət vermişəm. Əgər şikayətim təmin olunarsa və Rusiyada yaşamaq hüququm bərpa edilərsə, mən heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm. Əsas odur ki, haqqım bərpa olunsun”.

    F.Abbasov Rusiyada saxlanılaraq təzyiqlərə məruz qalması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini də vurğulayıb.

    Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayətinin Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb və F.Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Bundan sonra qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.

    ///Report

  • Hacı Mazan qəzadan sonra bu hala düşdü – VİDEO

    Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, Baku.ws bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunda baş verən qəzanın görüntüsünü əldə edib.

    Həmin görüntünü təqdim edirik:

  • Bakıda xəstə əməliyyat zamanı GÖRÜN NƏ ETDİ – Həkim MƏƏTTƏL QALDI – VİDEO

    Əməliyyat masasındakı bu qadının ifasını eşidənlər heyran qalır.

    Sosial şəbəkələrdə yayılan bu video böyük marağa səbəb olub. Bakıda əməliyyat masasına uzanan halda həkimlərin əhatəsində muğam ifa edən qadının sözügedən görüntüsünü klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da paylaşıb.

    Tanınmış musiqiçi videoya “Belə getsə toylara yanımda NARKOZ aparacağam. Oxuya bilməyənələr gələndə “naxadu” narkoz, bəlkə Nəsə alındı. Ancaq xanım kimdirsə yaxşı oxuyur” şərhini yazıb.

    Tibb bacısının çəkdiyi güman edilən video sürətlə sosial şəbəkələrdə yayılıb:

    /milli.az