Month: July 2019

  • Въезд в центр Венеции сделают платным

    Въезд в центр Венеции сделают платным
    Въезд в исторический центр Венеции планируется сделать платным с 1 января 2020 года, сообщает РИА Новости.

    Соответствующее решение принял административный исполнительный орган города — джунта. Собранные деньги (в размере трех евро с каждого автомобиля, за исключением транспортных средств жителей области Венето) планируется использовать для достойного содержания улиц Венеции, в частности сбора мусора, оставляемого туристами в огромном количестве.

    Плата за въезд в исторический центр Венеции, входящий в список объектов Всемирного наследия ЮНЕСКО, рассматривается как попытка властей города ограничить турпоток. В апреле 2018 года с той же целью были установлены специальные турникеты на главных улицах, ведущих в центр Венеции.

  • Кто он – обладатель самых первых водительских прав в Азербайджане? – ФОТО

    Стало известно имя обладателя первого в Азербайджане водительского удостоверения.
    Им являлся некто Мустафа Алиев, сообщила Sputnik Азербайджан пресс-секретарь Государственной службы автомобильного транспорта Министерства транспорта, связи и высоких технологий АР Нурида Аллахъярова.

    Удостоверение было выдано ему в 1911 году с государственным серийным номером 86, который означал, что Алиев жил в Баку.
    Отметим, что только за 2018 год Главное управление государственной дорожной полиции при Министерстве внутренних дел Азербайджана выдало 69 429 водительских удостоверений. В настоящее время автомобильный парк страны достиг 1,4 миллиона транспортных средств.

  • Рами отстранен от тренировок из-за обвинений Памелы Андерсон в домашнем насилии

    Защитник «Марселя» Адиль Рамиотстранен от тренировок с командой, сообщает Get French Football News.

    Предполагается, что это решение связано с обвинениями в домашнем насилии со стороны актрисы Памелы Андерсон, его бывшей подруги.

    В «Марселе» уже идет внутреннее расследование в отношении 33-летнего защитника. Возможен вариант, что с ним будет расторгнут контракт. Игрок считает, что клуб воспользовался ситуация, чтобы сэкономить на его зарплате из-за проблем клуба с финансовым фэйр-плей. Им не придется выплачивать денежную компенсацию, если будет доказана вина Рами.

  • Rusiyalı ulduz atasının ölüm xəbərini səhnədə aldı – VİDEO

    Rusiyanın xalq artisti və pop ulduzu Nikolay Baskova ağır itki üz verib.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Nikolayın atası Viktor Baskov dünyasını dəyişib.

    Sənətçi atasının ölüm xəbərini Minskdə keçirilən II Avropa Oyunlarının bağlanış mərasimində səhnəyə çıxmazdan öncə alıb.

    Xəbərdən sarsılan Nikolay səhnədəki çıxışını təxirə salmayıb. O, ağ kostyumunu dəyişərək qara ilə əvəzləyib.

    Canlı efirdə həmkarı Oksana Volkova ilə “Time to Say Goodbye” mahnısını səsləndirən Baskovun kədəri arenaya toplaşan tamaşaçıların gözündən yayınmayıb.

    Qeyd edək ki, musiqiçinin atası keçmiş hərbçi, polkovnik olub. 67 yaşlı Viktor Baskov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

  • Gün eynəkləri yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır

    Gün eynəyi yayın əsas aksesuarlarından biridir. Günəşli günlərdə gözlərin sağlamlığı üçün eynəklər vacib hesab olunur. Lakin ucuz və keyfiyyətsiz eynəklər günəşin ultrabənövşəyi şüalarını əks etdirən xüsusi örtüyə malik deyillər. Bu isə gözlər üçün təhlükəlidir.

    Median.Az bildirir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının oftalmoloqu Gültəkin Məmmədovanın AZƏRTAC-a verdiyi məlumata görə, gözün içərisindəki torlu qişanın zərif nöqtələri görməni təmin edir. Keyfiyyətsiz eynək taxılması həmin reseptorların zədələnməsi ilə nəticələnir və bu zaman geridönməz dəyişikliklər əmələ gəlir: “Günəş şüaları göz dibinə, buynuz qişaya və büllura mənfi təsir edir. Ona görə də oftalmoloqlar günəşli havalarda gün eynəyindən istifadə olunmasını məsləhət görürlər: “Gün eynəkləri üç qrupa bölünür: kosmetik, yüksək müdafiəli və adi gün eynəkləri. Kosmetik gün eynəklərindən adətən aksesuar kimi istifadə edilir. Yüksək müdafiəli gün eynəklərindən hündür dağlıq ərazilərdə istifadə olunması faydalıdır. Bəzi gün eynəkləri sürücü və idmançılar üçün nəzərdə tutulub. Xomilyon gün eynəkləri isə həssas gözlər üçün nəzərdə tutulub və işıqlandırmadan asılı olaraq rəngini dəyişir və gözün buynuz qişasını optik müdafiə edir”.

    Həkimin dediyinə görə, yüksək dərəcədə tündləşdirilmiş linzalar həm də keyfiyyətli və qoruyucu keyfiyyətə malik deyil. Tünd linzalı ucuz və keyfiyyətsiz eynəklər nəinki xeyirsiz sayılır, hətta gözlər üçün ziyanlıdır. Bunun səbəbi tünd şüşə arxasında göz bəbəyinin genişlənməsidir. Nəticədə onun arasından daha çox işıq keçmiş olur.

    Mütəxəssislər eynək alarkən, ilk növbədə, onun rəng və çəkisinə fikir verməyi məsləhət görürlər. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızılanda öz keyfiyyətini itirir, çünki cızılmış yerlərdən ultrabənövşəyi şüalar gözə təsir edir.

    Keyfiyyəti yoxlamağın başqa bir yolu eynəyi taxandan sonra şaquli bir xətlə baxmaqdır. Eynəyi yüngülcə yuxarı və aşağı, sağa və sola hərəkət etdirəndə həmin xətdə oynama və qaralmalar olursa, bu, eynəyin keyfiyyətində müəyyən problemlər olduğunu göstərir. Eynəyi gözə taxarkən görüntü aydın olmalıdır. Bulanıq görüntü şüşənin keyfiyyətsizliyindən xəbər verir.

  • “İnterpol” Musa Xəlilovu axtarışa verdi

    İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

    Mediian.Az Trend-ə istinadən bildirir ki, 1956-cı ildə Bakıda doğulan Musa Xəlilov külli miqdarda mənimsəmədə təqsirləndirilərək cinayət işinə cəlb edilib.

    Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və M.Xəlilov barədə axtarış elan olunub.

    “İnterpol” da M.Xəlilov barəsində beynəlxalq axtarış elan edib.

  • Bərdə rayonunda kafe yanıb

    Bərdə rayonunda yanğın hadisəsi qeydə alınıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə rayonunun Saatlı kəndində ümumi sahəsi 120 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin dam örtüyü 18 m² sahədə yanıb.

    Tikilinin qalan hissəsi yanğından mühafizə olub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//milli.az

  • Zamiq gizli evlənib?

    “Sənətə gəldiyim gündən oğlan ifaçıların çoxu paxıllığımı çəkib. İndi də onları hiss edirəm. Mənə qarşı olan hirsi, kini hiss edirəm”.

    Median.Az Axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Zamiq Hüseynov “Söhbətsiz” verilişində deyib. Şəxsi həyatı ilə bağlı sualları cavabsız qoyan ifaçı gizli evlənməsi haqda sualı cavablandırıb. Sənətçi xəbəri nə təsdiq, nə də inkar edib:

    “Amma tanınmış insanla yola getmək çətindir. Çox qısqanc adam olmamalıdır. Sevir, baxır telefona zəng, mesaj gəlir. Bunu qəbul edənlər də, etməyənlər də var. Nə xoşbəxtlikdir ki, onu başa düşənlər var. Evdar insanam. Vaxtımın çoxunu evdə keçirdiyim üçün mənimlə bir az rahatdır. Şəxsi həyatımla bağlı bundan artıq danışmayacam”.

    Zamiq sosial şəbəkədə yazılan tənqidlərdən, ailəsinə baxmasından söz açıb:

    “Bu gün bütün ailəmə tək baxıram, buna görə də xoşbəxtəm. Uzun illər bunun həsrəti ilə yaşamışam ki, anamı aparım, istədiyini alım. İndi mən ailəmə, qohumlarıma kömək edirəm”.

  • Bakı metrosunda oğlanı qızın çiynindəki şala görə öldürdülər

    Bakıda bir qızın çiynindən düşən şala görə mübahisə düşüb və qətl hadisəsi baş verib. Əsgərlikdən yeni gələn 23 yaşlı Emin Şəmiyevi bıçaqlayaraq öldürüblər.
    Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Vəli Əliyev və 29 yaşlı Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Şirvan şəhər sakinləri hakim Mirzə Xankişiyevin qarşısına çıxarılıb.

    Təqsirləndirilənlər Saatlı rayon sakini Emin Şəmiyevi qıza görə öldürüblər. Metroda bir qızın çiynindən şalı düşüb. Yaşlı bir adam şalı yerdən götürəndə Vəli ilə Füzuli buna gülüblər. Emin onlara irad bildirib. Mübahisə yaranıb. Metrodan çıxıblar. Metrostansiyanını “Nizami” stansiyasının qarşısında əlbəyaxa olublar. Təqsirləndirilənlər Emini ürək nahiyəsindən bıçaqla vurublar. Onun həyatını xilas etmək mümkün olmayıb. Cinayət törədənlər isə hadisə yerindən qaçaraq gizləniblər. Onları polis və prokurorluq əməkdaşlarının əməliyyat tədbirlərindən sonra ələ keçiriblər. Hər iki şəxs doğulduğu Şirvanda həbs olunub.

    Vəli Əliyevə və Füzuli Nəcəfova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Vəli əvvəllər dəfələrlə məhkum olunub.

    Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

  • Dubay Şeyxinin 40 milyon dollarla qaçan arvadını Almaniya qoruyur? – Yeni detallar

    Almaniyanın Xarici Işlər nazirliyi BƏƏ-nin baş nazirinin həyat yoldaşı şahzadə Hayanın sığınma xahişi ilə müraciət etdiyi barədə məlumatı təsdiqləyə bilmir.

    Median.Az Ölkə.az-a istinadən bildirir ki, bu barədə Almaniya XİN-in rəsmi nümayəndəsi Mariyu Adebar məlumat verib.

    “Mən bu məlumatı təsdiqləyə bilmərəm. Çünki bizdə buna dair faktlar yoxdur”, – deyə diplomat bildirib. Qeyd edilir ki, Almaniyanın Xarici İşlər nazirliyində belə məlumat yoxdur.

    Qeyd edək ki, Dubay şeyxi Məhəmməd bin Rəşidin həyat yoldaşı şahzadə Haya 40 milyon dollar götürərək qaçıb. Bildirilir ki, o, fevralın əvvəli yoxa çıxıb. Ehtimal edilir ki, şahzadə 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə Almaniyada gizlənir. Onun şeyxi təhlükəsizliyini qorumaq üçün tərk etdiyi deyilir.

    “The Sun” qəzeti isə məsələnin Almaniya və BƏƏ arasında diplomatik böhrana səbəb ola biləcəyini yazır. Əmirlik Almaniyaya qaçqınların qaytarılması üçün müraciət etsə də, rədd cavabı alıb.