Month: July 2019

  • İsraildə nasaz təyyarədən uğurlu eniş: 152 nəfər xilas oldu – FOTO/VİDEO

    İsraildə uçuş zamanı şassisi sıradan çıxan təyyarə uğurlu eniş edib.

    “RİA Novosti”nin xəbərinə görə, Bolqarıstanın “Electra Airways” aviakompaniyasına aid olan Boing-737 təyyarəsi Kölndən Təl-Əvivə uçarkən təkər sistemlərində nasazlıq yaranıb və şinlər havada ikən sıradan çıxıb.

    İçərisində 152 sərnişin və ekipaj üzvü olan təyyarənin pilotları bütün riskləri nəzərə alaraq eniş etməyə qərar veriblər.

    Hava limanında bütün uçuşların dayandırılmasından sonra eniş zolağına 100-ə qədər təcili tibbi yardım və yanğınsöndürmə briqadası cəlb olunub.

    Hava gəmisi isə heç bir qeyri-adi hal baş vermədən yerə eniş edib. Məlumata görə ekipaj üzvləri və sərnişinlər arasında xəsarət alan yoxdu.

  • Fransada küçədə qadınlara nalayiq hərəkət edən 600 nəfər cərimələnib

    “Son bir ildə Fransada küçədə qadınlara qarşı qısnama hallarına görə 600 nəfər cərimə olunub”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Fransanın qadınlarla kişilər arasında bərabərlik üzrə dövlət katibi Marlen Şyappa jurnalistlərə bildirib.

    “2018-ci ilin avqust ayında qanunun qüvvəyə minməsindən bu günədək küçədə qadınlara sataşan 600 nəfər cərimələnib. Fransa bunu edən ilk ölkədir. Cərimələrin sayı göstərir ki, bu yeni qanun uğurla tətbiq olunur, effektlidir və müsbət nəticələr verəcək”, – deyə dövlət katibi bildirib.

    Xatırladaq ki, küçədə qadınlara qarşı qısnama hallarına görə cərimə 90 avrodan başlayır və 750 avroya çata bilər.

  • Rusiya təbii fəlakətə təslim oldu – 12 ölü

    Rusiyanın İrkutsk vilayətində İya çayının səviyyəsinin qalxması nəticəsində 12 nəfər həlak olub.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, çayın səviyyəsi normadan 7 metr çox yüksəlib.

    Daşqınlar nəticəsində ümumilikdə 751 nəfər zərər çəkib, onlardan 153 nəfəri xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, ötən həftənin sonunda İya çayının daşması ilə əlaqədar Tulun şəhərinin sakinlərinin təxliyəsinə başlanmışdı.

  • Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edildi

    Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib.

    Nazirlikdən verilən məlumata görə, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurub, 28 yaşınadək hərbi vəzifəlilər avqustun 1-dən 20-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

    “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

    Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

    Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

    Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

    – kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
    – şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;
    – xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
    – təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;
    – doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti – 2 nüsxədə;
    – şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;
    – nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə;
    – uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə;
    – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə;
    – 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
    – qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
    – hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə;
    – məhkumluğun olmaması barədə qeydiyyatda olduğu rayon Polis İdarəsi (şöbə, bölmə) tərəfindən verilmiş arayış.

    Müraciət etmə yeri: Birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları.

    Müraciət etmə vaxtı: 2019-cu il avqustun 1-dən 20-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

    Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələrini xahiş edir.//Baku.ws

  • Alimlərdən xəbərdarlıq – Dəhşətli ekoloji fəlakət başlayır

    Alman entomoloqlar canlıların kütləvi tələfatına dair faktlar tapıblar.

    Median.Az Ölkə.az-a istinadən xəbər verir ki, bu, dinozavrların ölümündən sonra ən böyük ekoloji fəlakət ola bilər.

    Alimlərin sözlərinə əsasən, canlı aləmin üçdə ikisini təşkil edən həşəratlar sürətlə məhv olacaqlar. Bu isə qida zənciri və ekosistem üçün faciələrlə nəticələnəcək. Alimlər Reyn sahillərindəki ərazilərdə tələlərin vasitəsilə tutulub və 80 milyon buğumayaq nümunəsi nəzərdən keçirilib.

    Məlum olub ki, 1994-cü ildən aparılan müşahidədə həşəratların bio kütləsi 76 faizə düşüb. Buğumayaqlar quşlar üçün qida mənbəyidir. Alimlər bildirirlər ki, Qərbi Avropa tezliklə “çıxılmaz nöqtə”yə çatacaq və buna səbəb də bio müxtəlifliyin kritik azalması olacaq. Bundan sonra isə eko sistemi əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayacaq.

  • Ученые предсказали человечеству крупнейшую экологическую катастрофу

    Биологи-энтузиасты из Энтомологического общества Крефельда (Германия) собрали свидетельства начало массового вымирания, которое может стать крупнейшей экологической катастрофой со времен исчезновения динозавров, пишет портал Phys.org.

    История общества насчитывает более ста лет. Специалисты из Крефельда сыграли ключевую роль в большом мета-исследовании изменения фауны в различных местах по всему миру за последние сорок лет. Немецкие энтомологи вели свои наблюдения примерно тридцать лет: они собиралинасекомых в ловушки в 63 местах вдоль берегов Рейна.
    Лето – это не только пикники и поездки на дачу, но и сезон активности насекомых. И последний факт, мягко говоря, вас не очень радует. При виде гусениц и жуков вас просто трясёт, чего стоит только одна фотография уховёртки! А теперь приготовьтесь: на каждого человека приходится около 250 миллионов особей насекомых. Страшно?

    Отобрав более 80 миллионов членистоногих, ученые заметили, что насекомые, составляющие две третьих видового разнообразия животных, гибнут угрожающими темпами. Выяснилось, что за весь период исследований – с 1994 года – общая биомасса летающих насекомых сократилась на 76 процентов.

    Исследователи предупреждают, что критическое падение биоразнобразия в Западной Европе чревато катастрофическими последствиями для экосистем и пищевых цепей.

    “Мы должны осознать, что природа Западной Европы становится меньше, а сельскохозяйственные поля становятся враждебной средой для насекомых – там не еды, одни яды. Заповедники, в свою очередь, становятся все более и более изолированными. Насекомые не могут мигрировать, поскольку расстояния слишком велики. Больше всего мы боимся пройти точку невозврата”, — отметил привлеченный к работе немецких энтомологов голландский профессор экологии Ханс де Кроон.

  • Gədəbəydə maşın aşdı – Ölən və yaralı var

    Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yol-nəqliyyat hadisəsi

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, iyunun 30-da saat 9 radələrində Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində rayon sakini Y.Ələkbərov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb.

    Nəticədə sürücü və sərnişinlər – Tovuz rayon sakinləri İlqar Sadıqov və B.Nəsibov xəstəxanaya yerləşdirilib. İ.Sadıqov isə xəstəxanada həyatını itirib.

    Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı ibtidai istintaq başa çatıb

    Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı təqsirləndirilən Oqtay İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi Suraxanı rayon Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Kəramət Əliyevin icraatına verilib.
    Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

    Qeyd edək ki, bu il martın 8-də saat 15 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində tikilməkdə olan “Retro Mall” ticarət mərkəzində işləyən 1993-cü il təvəllüdlü Zeynalov Elşən Nizami oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    İlkin araşdırma zamanı müəyyən edilib ki, “Retro” MMC-yə məxsus ticarət mərkəzinin 4-cü mərtəbəsində betontökən aparatın borusunu təmizləmək üçün yerə çırpan zaman borunun dəmir ucu onun alnına dəyib.

    O, martın 10-da müalicə aldığı “Baku City” hospitalında vəfat edib. Bundan sonra həmin tikintiyə rəhbərliyində təmsil olunan Oqtay İsmayılova Cinayət Məcəlləsinin 162.2-ci(Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

  • Bura səfər etməyi düşünməyin – 228 nəfər qripdən öldü

    Avstraliyada il başlayandan bəri qripdən ölənlərin sayı 200 nəfəri keçib.

    Median.Az Trend-ə istinadən bildirir ki, ölkənin 6 ştatında bu virusdan ölənlərin sayı 228 nəfər olub. Bundan başqa, 100-dən çox adamın virusa yoluxduğu bildirilir. Ötən il isə 59 min qripə yoluxma faktı qeydə alınıb.

    Avstraliya Tibb Assosiasiyasının rəhbəri Riçar Kidd iyul-sentyabr aylarında qripə yoluxma hallarının pik həddə çatacağını proqnozlaşdırıb.

    Qeyd olunur ki, 11 milyondan çox adamın peyvənd edilməsinə baxmayaraq, qrip geniş şəkildə yayılıb.

  • Tbilisidə yenidən etiraz aksiyası başlayıb

    Tbilisidə Gürcüstan parlamentinin binası önündə etiraz aksiyası bərpa olunub.

    Median.Az report-a istinadən xəbər verir ki, onikinci gündür keçirilən aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

    Aksiyaya müxalifət partiyalarının nümayəndələri də qatılıb.

    Parlamentin binası qarşısında quraşdırılmış çadırlarda 5 gənc eyni tələblə aclıq aksiyasını davam etdirir.