Month: July 2019

  • Naxçıvanda qadın hərbi qulluqçular xidmətə başlayıb – VİDEO

    Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, buraxılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar arzulayıblar.

    Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Teymur Eyyubov bildirib ki, Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə Naxçıvan Qarnizonunda müxtəlif ixtisas hazırlığı kursları təşkil olunaraq keçirilir. Bu kursları uğurla bitirən məzunlar da öz növbəsində ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət edirlər. İnanırıq ki, sertifikat almaq həyəcanı ilə sırada dayanan məzunlarımız da kurslarda əldə etdikləri nailiyyətlərlə kifayətlənməyəcək, bilik və bacarıqlarını daha da təkmilləşdirərək ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır olacaqlar.

    Təbrik oxunduqdan sonra kursları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Bütün məzunlara sertifikatlar təqdim edildikdən sonra nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
    Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

    Sonda məzunlarla xatirə şəkli çəkdirilib.//report.az

  • Bu çimərliklərdə ehtiyatlı olun – Ən çox boğulma halları burada baş verir – RƏSMİ

    Demək olar ki, hər il çimərlik mövsümü başlayandan sonra mövsüm boyunca boğulma halları qeydə alınır. Boğulma halları qeyri-çimərlik əraziləri ilə bərabər, ümumi müəyyən edilmiş ərazilərdə də baş verir.

    Bu il də çimərlik mövsümü elan edilər-edilməz artıq boğulma halları qeydə alnıb.

    Median.Az bildirir ki, FHN kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Modern.az-a açıqlamasında iyunun 1-dən bu günədək 45 nəfərin boğulma təhlükəsindən xilas edildiyini bildirib.

    “Boğulmaqda olan şəxslər xilasedicilər tərəfindən xilas olunub. Ümumi çimərlik ərazilərində, xidməti yerlərdə ölüm hadisəsi qeydə alınmayıb. Xilas edilən 45 nəfərin heç birinin səhhətində ciddi problem yaranmayıb, hər birinə ayrılıqda ilkin tibbi xidmət göstərilib”.

    Aqşin Əlili bildirir ki, bu il boğulma halları ən çox Mərdəkan, Bilgəh və Qızılqum çimərliklərində qeydə alınıb:

    “Yaxşı olardı ki, nəzarətsiz çimərliklərdən istifadə edilməsin. Hansı ərazilərdə ki xilasedicilər və xilasetmə texnikası var, vətəndaşlar həmin ərazilərdə çimsinlər. Üzmə sərhədlərini müəyyən edən nişanlar olmadığı təqdirdə insanların suya girməməsi məsləhət görülür”.

  • Avropa ölkələri hərbi internet yaradır

    Almaniya və Niderland tarixdə ilk hərbi internet yaradılması məqsədilə səylərini birləşdirmək qərarına gəliblər.

    Median.Az “ICTnews” istinadən xəbər verir ki, məlumata görə, müvafiq razılaşma Brüsseldə NATO ölkələri nazirlərinin iclasında Almaniya və Niderlandın müdafiə nazirləri Ursula fon der Lyayen və Ank Beyleveld arasında imzalanıb.
    “Tactical Edge Networking” (TEN) adlandırılacaq yeni şəbəkə gələcəkdə bütün NATO ölkələrinin hərbi şəbəkələrini özündə birləşdirəcək.

    TEN mənzil-qərargahı Almaniyanın Koblents şəhərində yerləşdiriləcək, texnoloji dizayn ilə isə niderlandlı mütəxəssislər məşğul olacaqlar. Şəbəkənin inkişaf etdirilməsinin dəyəri bir neçə milyon avro məbləğində qiymətləndirilir.

  • Külli miqdarda narkotik məhv edildi

    Balakən və Şəkidə yabanı halda bitmiş narkotik bitkilər aşkar olunub

    Yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına əsasən əməliyyat tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayonun Gərəkli kəndi ərazisində çay kənarında yabanı halda bitmiş ümumi çəkisi 1 tondan artıq olan 1783 ədəd, Şəki rayon Polis Şöbəsinin əməkdaşları isə Çapağan kəndi ərazisində 3570 ədəd narkotik tərkibli çətənə kolları aşkarlayıb yandırılmaqla məhv edblər.

    Faktlarla bağlı araşdırma aparılır.//lent.az

  • Hacı İbrahimin “Xəzər adaları” borca görə əlindən alındı – Özü təsdiqlədi

    Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə, “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) “Xəzər adaları” layihəsi müsadirə olunub.

    İ.Nehrəmlinin milyardlıq layihəsi əlindən alınaraq millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verilib.

    Median.Az bildirir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hacı İbrahim xəbəri təsdiqləyib. O “Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını deyib:

    “Mən “Xəzər adaları”nı Məmməd Musayevin sahibi olduğu “Aqrarkredit” qeyri-bank kredit təşkilatına vermişəm. Onlar da bu ərazini millət vəkili Kamran müəllimin baş direktoru olduğu “Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçiriblər”.

    Hacı İbrahim “Xəzər adaları” layihəsinə dövlət tərəfindən qoyulan qiymətini də açıqlayıb:

    “Mənim Azərbaycan Beynəlxalq Banka olan borcum buna görə bağlanıldı. Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə, mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum”.

  • Ədliyyə Nazirliyi: 65 bələdiyyə sədri barədə protokollar məhkəmələrə göndərilib

    38 minədək bələdiyyə aktının inzibati nəzarət qaydasında yoxlanılaraq onlardan 900-dək akt Ədliyyə Nazirliyinin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, pozuntulara yol verən 65 bələdiyyə sədri barədə inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 16 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında məlumat verilib.

    Bildirilib ki, görülmüş tədbirlər nəticəsində qanunsuz ayrılmış 2.800 ha torpaq sahəsi geri qaytarılıb.

  • Ильхам Алиев внес изменения в список услуг центров DOST

    Президент Азербайджана Ильхам Алиев подписал указ о внесении изменений в указ Президента Азербайджана «Об обеспечении деятельности Агентства устойчивого и оперативного социального обеспечения (DOST)».

  • “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib

    “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    Dəyişikliyə əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə “DOST” mərkəzlərində xidmət göstəriləcək.

    Bundan əlavə, Fərmana yeni əlavə edilən 7.11-7.13-cü bəndlərə əsasən, I dərəcə əlilliyi olan şəxslərə qulluq edən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə və müharibə veteranlarına da şəxslərə “DOST” mərkəzlərində xidmət göstəriləcək.

    Sənədin hazırkı variantına əsasən, Böyük Vətən müharibəsi iştirakçılarına, Ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyə görə sosial müavinət alanlara “DOST” mərkəzlərində xidmət göstərilir.

  • Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin yeni inzibati binasının açılışı olub

    Bu gün – Polis Günü ərəfəsində Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin yeni inzibati binasının açılışı olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə iştirak edən daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev əvvəlcə şəxsi heyətlə görüşüb, nazir, general-polkovnik Vilayət Eyvazovun salamlarını və xoş arzularını çatdırıb.

    Qeyd olunub ki, Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, yeni inzibati binanın istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.

    Məlumat verilib ki, ikimərtəbəli müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, yardımçı otaqlar istifadəyə verilib, həyətdə su anbarı tikilib. Binada havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

    Sonra tədbir iştirakçıları yeni binanın növbətçi hissəsinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıblar. İştirakçılar binada ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

    İnzibati binanın açılışında Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Şəhər Polis İdarəsinin və digər hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.//report.az

  • Вниманию абитуриентов, которые будут сдавать экзамены

    Абитуриенты, которые будут участвовать 7 июля в приемном экзамене по второй и третьей группам специальностей, могут распечатать лист пропуска на экзамен.

    По сообщению Государственного экзаменационного центра Азербайджана, для того, чтобы распечатать пропуск, абитуриенту нужно перейти по ссылке.

    Отметим, что на экзамен абитуриент обязательно должен принести подлинник удостоверения личности и лист пропуска на экзамен. Абитуриенты, на чьих удостоверениях личности отсутствует фотография, должны еще представить выданную образовательным учреждением справку с наклеенной на ней фотографией и подтвержденную печатью.

    При отсутствии одного из этих документов или обнаружении несоответствия абитуриент не допускается на экзамен.