Month: July 2019

  • Bakı aeroportunda turistlərlə zarafat: Hindistana xoş gəlmisiniz – VİDEO

    Bu gün “ASAN Viza” komandası hava limanında Azərbaycana gələn turistlərlə zarafat edib.

    Sosial şəbəkədə yayılan videodan görünür ki, onlar 1 iyul tarixinin Beynəlxalq Zarafat Günü hesab olunmasını nəzərə alaraq, bu addımı atıblar.

    Belə ki, onlar “Hindistana xoş gəlmisiniz!” deyərək, turistlərin Azərbaycana yox, Hindistana gəldiklərini bildiriblər. Bakıya gəlmədiklərini sanan turistlər isə bir müddət özlərini itiriblər.

    Aeroportda Hindistan ab-havası yaradan azərbaycanlılar sonradan bunun zarafat olduğunu bildiriblər. Turistlər bu münasibəti gülərək qarşılayıblar.

  • İyunun 30-da keçirilən imtahanların – NƏTİCƏLƏRİ

    İyunun 30-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün keçirilən imtahanların nəticələri açıqlanıb. 

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanın nəticələri saat 15:20-dən etibarən qurumun internet saytında yerləşdirilib.

    Doqquz illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, Azərbaycan və ya rus dili, əlavə xarici dil imtahanı verən abituriyentlər bu linkdən, eksternat qaydasında imtahan verənlər, üzrlü səbəbdən doqquzuncu sinif buraxılış imtahanlarında iştirak edə bilməyənlər isə buradan nəticələrini öyrənə bilərlər.

    Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    İmtahanda iştirakı gözlənilən 6461 abituriyentdən 1294 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

  • За грабеж в Бинагадинском районе задержан ранее судимый

    Как сообщает Median.Az, 28-го июня в Бинагадинском районе неизвестный путем грабежа забрал из цеха жителя столицы И.Гусейнова кулек, внутри которого были 120 манатов, магнитофон и мобильный телефон.

    Сотрудники 6-го отделения полиции Бинагадинского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы, ранее судимого К.Тагиева.

    В Следственном отделе Бинагадинского РУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Binəqədi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, iyunun 28-də Binəqədi rayonunda naməlum şəxs Bakı şəhər sakini İ.Hüseynova məxsus sexdən, içərisində 120 manat, maqnitofon və mobil telefon olan sellofan torbanı soyğunçuluq yolu ilə götürüb, hadisə yerini tərk edib.

    Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Tağıyev saxlanılıb.

    Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Саммит Евросоюза побил рекорд по продолжительности

    Проходящий в Брюсселе саммит ЕС побил рекорд по продолжительности за последние несколько лет.

    Как передаёт Median.Az со ссылкой на РИА Новости, лидеры ЕС ведут в разных форматах переговоры по назначениям на ключевые посты в евроструктурах уже свыше 17 часов.

    Отметим, что предыдущий рекорд был поставлен в 2015 году на саммите по греческой долговой проблеме – тогда переговоры шли 17 часов.

  • Aİ sammiti rekord vurdu

    Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammiti davamlılıq baxımından rekord vurub.

    “RİA Novosti” xəbər verir ki, bu, son bir neçə ildə keçirilmiş ən uzunmüddətli sammitdir.

    Belə ki, Aİ liderləri artıq 17 saatdan çoxdur müxtəlif formatlarda danışıqlar aparırlar. Danışıqların mövzusu Avropa İttifaqında əsas vəzifələrə təyinatlardır.

    Qeyd edək ki, əvvəlki rekord 2017-ci ildə müəyyənləşdirilib. Həmin vaxt Yunanıstanın borc problemi üzrə keçirilmiş sammitdə 17 saat danışıqlar aparılmışdı.

  • В Ясамальском районе задержан вор-карманник

    Как сообщает Median.Az, cотрудники 29-го отделения полиции Ясамальского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы, ранее судимого С.Багирова, который 28-го июня в пассажирском автобусе №211 украл у жителя г.Сумгайыт Г.Калбиева мобильный телефон.

    По факту ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Yasamalda avtobusda cibgirlik edən şəxs tutulub

    Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də M.Həsənov küçəsində 211 saylı xətt avtobusunda Sumqayıt şəhər sakini G.Kəlbiyevin mobil telefonunu cibindən oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Bağırov saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

  • Bulvar ərazisində çay qiymətləri: mürəbbə ilə 10 manat – VİDEO

    Dənizkənarı Bulvar ərazisində fəaliyyət göstərən iaşə obyektlərində “Çay dəstgahı”nın israrla təklif olunması hər il olduğu kimi, bu il də bəzi müştərilərin narazılığına səbəb olub. “Sadə çay” (çay, qənd və limon) sifariş verən müştərilərə iaşə obyektləri tərəfindən məcburi olaraq mürəbbə, şokolad, ləpə və. s verilməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

    Median.Az xəbər verir ki, bununla əlaqədar “Report”un əməkdaşları bulvar ərazisində olub, iaşə obyektlərindəki real vəziyyətlə və qiymətlərlə maraqlanıb.

    Bəzi müştərilər “sadə çay” sifariş edərkən problem yaşamadıqlarını bildirsələr də, bir qismi isə çayın yanında əlavə şirniyyat götürmək məcburiyyətində olduqlarını qeyd ediblər.

    İaşə obyektlərindən birinin administratoru “sadə çay”ın yanında şirniyyatı məcburi satmadıqlarını bildirib.

    Digər administrator isə vurğulayıb ki, saat 21:00-23:30 aralığında obyektlərin daha çox müştəri qəbul edən vaxtı olur:

    “Bəzən 10 nəfər gəlir və iki saat yarım burada otururlar, yaxud oturduqları bir saat müddətində 3 çaynik çay sifariş edirlər. Biz bu müştərilərə çayı 3 manatdan təklif etsək, qazancımız olmayacaq. Obyektin fəaliyyəti üçün kommunal pulu, işçilərin maaşını vermək lazımdır. Bulvar İdarəsinə tabe olan iaşə obyektlərində müştəriyə sifarişinə uyğun olaraq “sadə çay” mütləq verilməlidir.

    Hətta yaşlılara, veteranlara səhər 9-dan axşam 6-ya kimi çay pulsuzdur. Onlara nərd, şahmat da verilir. Amma mən yalandan deyə bilmərəm ki, “sadə çay” verirəm. Bizdə çayın qiyməti mürəbbə ilə birlikdə 10 manatdır”.

    Bulvar ərazisində daha bir iaşə obyektinin sahibi isə sifariş olduğu təqdirdə “sadə çay” verdiklərini bildirsə də, müştərilər bunun yalan olduğunu söyləyiblər: “Sadə çay” istədik, dedilər mütləq yanında mürəbbə və ya başqa şirniyyat olmalıdır”.

    Daha ətraflı videoreportajı təqdim edirik:

  • Минздрав обнаружил 23 поддельных диплома

    Минздрав в 2018 году обнаружил 19 поддельных дипломов.

    Об этом сообщили в секторе правового и внутреннего контроля Министерства здравоохранения, передаёт Median.Az со ссылкой на АПА.

    Министерством за первые 3 месяца 2019 года выявлено 4 поддельных диплома. В связи с этим направлено обращение в Генпрокуратуру.