Month: July 2019

  • Gənc yaşda dünyasını dəyişən azərbaycanlı idmançılar – Ölüm səbəbləri nə olub?

    Xəbər verdiyimiz kimi, ötən gün məşhur MMA idman növü üzrə dünya çempionu Fərhad Poladov avtomobil qəzasında dünyasını dəyişib.

    Azxeber.com hadisənin aktuallığını nəzərə alaraq gənc yaşında dünyasını dəyişən idmançılarla bağlı araşdırma aparıb.

    Bu ilin əvvəlində universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionu Xamis Məmmədov dünyasını dəyişmişdi. 34 yaşında dünyasını dəyişən idmançının ölümünə səbəb qripdən əziyyət çəkməsi olub.

    Məşhur Kung Fu döyüşçüsü Cəhdi Ramil 38 yaşında qəfil dünyasını dəyişib. Daha sonra Cəhdi Ramilin ölümünün səbəbi ürək çatışmamazlığı olduğu bildirilib.

     

    Məşhur paralimpiyaçı Fariz Kərimli 27 yaşında böyrək çatışmamazlığından dünyasını dəyişib. Farizin uzun illər idi ki, bu xəstəlikdən əziyyət çəkdiyi deyilirdi.

     

    Poverliftinq federasiyasının idmançısı, dəfələrlə turnirlərin qalibi olmuş beynəlxalq dərəcəli hakim, idman ustası Samir Şirəliyev də erkən yaşlarında dünyasını dəyişib. Məşhur idmançının ölümünə səbəb şəkər xəstəliyi olub.

     

    Gənc idmançı Firudun Rəsulov 26 yaşında dünyasını dəyişib. Firudunin də ölümünə səbəb keçirdiyi avtomobil qəzası olub.



    Kikboks idman növü üzrə idmançı İftixar Məmmədov 20 yaşında intihar edib. İftixarın intihar etməsinə səbəb anası ilə aralarında olan mübahisəsi olduğu deyilirdi. İdmançı 10-cu mərtəbədən özünü atıb.



    Qaydasız döyüş üzrə idmançı Ramil Zeynalov 27 yaşında məşq zamanı dünyasını dəyişib.
     

  • В Габале построят новую автомобильную дорогу

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о проведении мероприятий по строительству автомобильной дороги Беюк Амили-Былых-Амирван в Габалинском районе.

    Как сообщает АЗЕРТАДЖ, согласно распоряжению, с этой целью Государственному агентству автомобильных дорог из госбюджета выделено 12,7 млн манатов.

    Минфину поручено обеспечить финансирование в указанной сумме, Кабмину – решить вопросы, вытекающие из распоряжения.

  • Qəbələdə yeni avtomobil yolu tikiləcək

    Prezident İlham Əliyev Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, 16 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

    Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • В Сураханы совершено групповое разбойное нападение

    Как сообщает Median.Az, сотрудники 31-го отделения полиции Сураханского РУП в результате оперативно-розыскных мер задержали жителей столицы А.Бабаева и О.Шахмарданова, которые 29-го июня совершили разбойное нападение на жителя столицы И.Сафиханлы, вследствии чего угрожая ножом отобрали у потерпевшего 50 манатов.

    В Следственном отделе Сураханского РУП возбуждено уголовное дело по статье 181.2.1 (разбой, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Suraxanıda quldurluq yolu ilə 50 manat alan şəxslər tutulub

    Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da paytaxt sakini İ.Səfixanlını bıçaqla hədələyib 50 manat pulunu quldurluq yolu ilə ələ keçirən Bakı şəhər sakinləri Ə.Babayev və O.Şahmərdanov saxlanılıblar.

    Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Новак: Комитет ОПЕК+ поддержал продление сделки

    Мониторинговый комитет ОПЕК+ (JMMC) поддержал предложение о продлении сделки по сокращению нефтедобычи на девять месяцев на текущих условиях.

    Как передаёт Median.Az, об этом, как сообщает «Прайм», заявил журналистам министр энергетики России Александр Новак.

    «Все поддержали общее предложение о продлении на девять месяцев в тех параметрах сделки, которые были заключены в декабре прошлого года… JMMC рекомендовал странам ОПЕК и не-ОПЕК именно такой вариант дальнейшей кооперации», – заявил А.Новак.

    По словам министра, квоты будут сохранены в том же объеме, который действовал в течение первого полугодия 2019 года.

    А.Новак также отметил, что министр нефти Ирана Бижан Намдар-Зангане в ходе двусторонней встречи подтвердил поддержку продления сделки ОПЕК+.

    Сделка ОПЕК и ряда не входящих в организацию стран (ОПЕК+) по сокращению добычи нефти действует с начала 2017 года. На первое полугодие 2019 года оно было согласовано в объеме 1,2 миллиона баррелей в сутки от уровня октября 2018 года. Дальнейшая судьба соглашения ОПЕК+ будет определена 1-2 июля в Вене: в понедельник пройдет заседание министров ОПЕК, а во вторник – всех стран альянса.

  • Bu xəstələrin xərçəngə tutulma riski daha yüksəkdir

    Norveç alimlərinin 65 il davam edən araşdırması nəticəsində məlum olub ki, dağınıq skleroz xəstələrində onkologiyanın inkişaf riski daha yüksəkdir.

    “Rossiyskaya qazeta” xəbər verir ki, tənəffüs, sidik ifrazat yolları və mərkəzi əsəb sistemi xüsusilə təhlükə altındadır.

    Dağınıq skleroz xəstəliyinə tutulmayanlarla müqayisədə bu pasiyentlərdə tənəffüs orqanları xərçənginin inkişaf riski 66 faiz, mərkəzi əsəb sistemi xərçənginin inkişaf riski 52 faiz, sidik ifrazat yolları xərçənginin inkişaf riski isə 51 faiz daha yüksəkdir.

    Ümumiyyətlə, dağınıq skleroz xəstələrində onkologiyanın inkişaf riski 14 faiz artır. Tədqiqat 40 mindən çox insanın məlumatları əsasında aparılıb.

  • Elman Rüstəmov inflyasiya və devalvasiyadan danışdı

    Son günlərdə Gürcüstanda ABŞ dolları və avronun milli valyuta olan lariyə münasibətdə bahalaşma tendensiyası davam edir.

    Bəzi iqtisadçı ekspertlər Azərbaycanda xarici valyutanın (dollar, avro) bahalaşacağını istisna etmirlər.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanda dolların bahalaşması üçün heç bir əsas yoxdur:

    “Gürcüstanda hansısa prosses gedirsə, bunun heç birinin ölkəmizə iqtisadi təsiri yoxdur. Bu olmadığı halda da dollar niyə bahalaşmalıdır ki? Hesab edirəm ki, ölkəmizdə dolların bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur”.

    E.Rüstəmov ölkədə əmək haqları və pensiyaların artımından sonra inflyasiyanın olmayacağını da dilə gətirib:

    “Bu məsələnin də nə inflyasiyaya, nədəki xarici valyutaya heç bir təsirini görmürəm və bu olmayacaqda”.

  • В Насиминском районе задержаны грабители

    Как сообщает Median.Az, сотрудники 19-го отделения полиции Насиминского РУП в результате проведенной операции задержали жителя г.Мингячевир, ранее судимого Х.Махмудова, который 23-го июня угрожая жительнице столицы С.Исмайыловой, отобрал у нее кошелек, где находились 35 манатов и мобильный телефон.

    Кроме этого, сотрудники 19-го отделения полиции задержали жителя Гейчайского района Э.Рагимова, который 29-го июня угрожая жителнице столицы М.Нагиевой, отобрал у потерпевшей кошелек, где были деньги и мобильный телефон.

    В Следственном отделе Насиминского РУП по фактам возбуждены уголовные дела по статье 180 (грабеж) УК Азербайджана.

  • Nəsimi rayonunda soyğunçuluq edən şəxslər saxlanılıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən iyunun 23-də paytaxt sakini S.İsmayılovaya zor tətbiq edib, içərisində 35 manat və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş X.Mahmudov saxlanılıb.

    Bundan başqa, 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da Bakı şəhər sakini M.Nağıyevaya zor tətbiq edib, içərisində pul və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə alan Göyçay rayon sakini E.Rəhimov saxlanılıb.

    Nəsimi RPİ İstintaq şöbəində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.